Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

tamamilə  bir-birinə  uyğunlaşdılar.  Bu  bənzərliyin  bir  nəticəsi 
(təzahürü) də budur ki, bütün türkçülərin-bir nəfəri də olsun, kənarda 
qalmamaqla-Anadohı  çarpışmasında  (Qurtuluş  savaşında)  iştirak 
etmələri  və  onun  ən  alovlu  müdafiyəçiləri  olmalarıdır.  Türkiyədə 
Allahın qılıncı xalqçılann pəncəsində və Allahın qələmi isə Türkçülərin 
əlində  idi.  Türk  vətəni  təhlükə  qarşısında  qalanda,  bu  qılıncla  bu 
qələm  evləndilər.  Bu  evlilikdən  bir  toplum  doğdu  ki,  onun  da  adı 
Türk  Millətidir.
Gələcəkdə də xalqçılıq ilə türkçülük daim əl-ələ verərək ülkülər 
aləminə  doğru  birlikdə  yürüyəcəklər.  Hər Türkçü siyasət sahəsində 
xalqçı,  hər  xalqçı  isə  kültür  sahəsində  Türkçü  olacaqdır.  Dini 
qaydalar  kitabımız  bizə  «inamda  məzhəbimiz maturidilik  və  fiqhdə 
məzhəbimiz hənəfilik» olduğunu öyrədir.97 Biz də buna bənzətmə ilə bu 
düsturu ortaya ata bilərik: «Siyasətdə məsləkimiz xalqçılıq və kültürdə 
məsləkimiz Türkçülükdür».
VIII
FƏLSƏFƏDƏ  TÜRKÇÜLÜK
Elm  obyektiv  və  müsbət  olduğu  üçün 
millətlərarasıdır, 
bundan  dolayı,  elmdə  Tərkçülük  ola  bilməz.  Ancaq  fəlsəfə  elmə 
söykənməklə bərabər, elmi düşüncədən  başqa cür bir düşüncə tərzidir. 
Fəlsəfənin  obyektiv və  müsbət adlarını  ala  bilməsi, ancaq  bu sifətləri 
daşıyan elmlərə uyğun olması üzündəndir. Elmin rədd etdiyi hökmləri 
fəlsəfə sübut edə bilməz, elmin sübut etdiyi həqiqətləri isə fəlsəfə rədd 
edə  bilməz.  Fəlsəfə  bu  iki  qayda  ilə  elmlə  bağlı  olmaqla  bərabər, 
bunların  xaricində  tamamilə  müstəqildir.  Fəlsəfə  elmlə  ziddiyyətə 
girməmək  şərtilə  ruhumuz  üçün  daha  umudlu,  daha  həyəcanlı,  daha 
təsəlliverici,  daha  çox  səadət  boxşedici,  büsbütün  yeni  və  orijinal 
nəzəriyyələri,  görüşləri  ortaya  ata  bilər.  Əslində  fəlsəfənin  vəzifəsi 
bunun  kimi  fərziyələri  və  görüşləri  axtarıb  tapmaqda.  Bir  fəlsəfənin 
dəyəri  bir  yandan  müsbət  elmlər  ilə  uyumlu  olmasının  dərxəsiylə, 
digər  yandan  isə  ruhlara  böyük  umudlar,  həyəcanlar,  təsəllilər  və 
səadətlər verməsiylə  ölçülür.  Deməli,  fəlsəfənin  bir  bölümü obyektiv, 
digər  bölümü  isə  subyektivdir.  Buna  görə,  fəlsəfə  elm  kimi 
millotlərarası  olmağa  məcbur deyildir.  Milli  də ola  bilər.  Bundan  irəli 
gəlir ki,  hər millətin özünə görə  bir fəlsəfəsi  vardır.  Yenə bundan  irəli 
gəlir ki,  əxlaqda,  incəsənətdə,  iqtisadiyyatda olduğu  kimi, fəlsəfədə də 
Türkçülük ola bilər.
Fəlsəfə  maddi  ehtiyacların  tələb  və  məcbur  etmədiyi  fayda 
güdməyən,  qərəzsiz,  qarşılıqsız  bir  düşüncədir.  Bu  düşüncə  növünə
138
«spekulyasiya»  adı  verilir.  Biz  buna  türk  dilində  «muaqalə»  adını 
veririk.98  Bir  millət  savaşlardan  qurtulmadıqca  və  iqtisadi  rifaha 
qovuşmadıqca,  içində  spekulyasiya  (muaqalə)  edəcək  adamlar 
yetişməz. Ona görə ki, spekulyasiya (muaqalə) yalnız düşünmək üçün 
düşünməkdir.  Halbuki, min cur dərdi olan  bir millət yaşamaq üçün, 
özünü  müdafiyə  etmək,  hətta  yemək-içmək  üçün  düşünməyə 
məcburdur.  Düşünmək  üçün  düşünmək  ancaq  həyatlarını  davam 
etdirmək  üçün  lazım  olan  düşünmə  ehtiyaclarından  qurtulmuş  və 
işləmədən yaşaya bilən  insanların işidir. Türklər indiyə qədər belə bir 
dinclik  və  rahatlığa  qovuşa  bilmədikləri  üçün,  içlərində  həyalını 
düşünmək  üçun  düşünməyə  (muaqaləyə)  verə  bilən  az  adam  yetişdi, 
Onlar da düşunüş yollarını  bilmədiklərinə görə,  ülkülərini  yaxşı  idarə 
edə  bilmədilər;  əksəriyyətlə,  dərvişlik  və  qələndərlik  kimi  çıxıl­
mazlıqlara yuvarlandılar.993
Türklər arasında  indiyə qədər az filosof yetişməsi türklərin  ağıl 
işlətməklə  (muaqalədə)  istcdadsız  olduqları  ilə  izah  edilməməlidir. 
Bu  azlıq,  türklərin  hələ  müsbət  elmlərə  görə,  dindik  və  rahatlıq 
baxımından 
spekulyasiyaya 
imkan 
verəcək 
bir 
səviyyəyə 
yüksəlməmələriylə açıqlanarsa, daha doğru olar.
Bununla birlikdə, türklərin fəlsəfə sahəsində geri qalmaları yalnız 
yüksək fəlsəfə1"0 baxımından doğru ola bilər. Xalq  fəlsəfəsi baxımından 
türklər bütün millətlərdən daha yüksəkdir.
Rostan101  adlı  bir  fransız  filosofu  deyir:  «Bir  komandan  üçün 
qarşısındakı  düşmən  ordusunun  nə  qədər  əskər,  nə  qədər  silah  və 
ləvazimatı  olduğunu  bilmək  çox  faydalıdır,  amma  onun  üçün 
bunlardan  daha  çox  faydalı  bir  şey  də  vardır  ki,  o da  qarşısındakı 
düşmən ordusunun fəlsəfəsini bilməkdir...»
Gerçəkdən, iki ordu və iki millət bir-biriylə savaşarkən,  birisinin 
qalib, digərinin məğlub olmasını doğuran ən başlıca amillər iki  tərəfin 
fəlsəfələridir. Şəxsi həyatı vətənin istiqlalından, şəxsi mənfəəti namus və 
vəzifədən  daha dəyərli bilən  bir ordu  hökmən məğlub olar.  Buna əks 
bir fəlsəfəyə malik  olan ordu isə hökmən, qələbə çalar. O halda,  xalq 
fəlsəfəsinə  görə,  yunanlar  ilə  ingilislərini  daha  yüksəkdir,  yoxsa 
türklərmi  daha  ucadır?  Bu sualın cavabını  verəcək olan Çanaqqala  və 
Anadolu  savaşlarıdır.102  Türkləri  bu  iki  savaşda  qalib  edən  maddi 
qüvvələri deyil, ruhlarında hökmran olan milli fəlsəfələriydi.
Maddi  silahların  mənəvi  qüvvələri  hökmsüz  etdiyi  son  yüzilə 
qədər türklər Asiyada, Avropada, Afrikada bütün millətləri  yenmiş vo 
hakimiyyətləri altına almışdılar. Deməli, türk fəlsəfəsi bu millətlərə aid 
fəlsəfələrin  hamısından  daha  yüksək  idi.  Bugün  də  belədir.  Yalnız 
burası  var  ki,  bugün  maddi  mədəniyyət  baxımından  və  maddi
139


silahlar dolayısı  ilo  Avropalı millətlərdən  geridəyik.  Mədəniyyətdə 
onlara bərabər olduğumuz gün,  heç şübhəsiz, Dünya hegemonluğu 
yenə  bizə  keçəcəkdir.  Mudrosda  əsir  olduğumuz  zaman  orada 
düşərgə  rəisi  olan  bir  ingilis  bu  sözləri  söyləmişdi:  «Türklər 
gələcəkdə yenə cahangir olacaqlar».
Göründüyü  kimi,  türklərdə  yüksək  fəlsəfə  inkişaf  etməmiş 
olmasına  baxmayaraq  xalq  fəlsəfəsi  olduqca  yüksəkdir.  Bax, 
fəlsəfədə  Türkçülük  türk  xalqındakı  bu  milli  fəlsəfəni  axtarıb 
ortaya çıxarmaqdır.
Ey  bugünün  Türk  gənci!  Bütün  bu  işlərin  görülməsi  yüzil- 
lərdən bəri səni gözləyir.
Son
140
AÇIQLAMALAR 
BİRİNCİ BÖLÜM 
TÜRKÇÜLÜYÜN MAHİYYƏTİ
1.  Bu  ifadəni  ilk  dəfə  Rusiya  imperatoru  1  Nikolay  işlətdiyi 
söylənir.
la.  Alfons  Lamartin  (1790-1869)  -  tanınmış  Fransız  şair- 
romantiki  və  siyasi  xadimi.  Atası  kimi  kral  tərəfdarı  olmuşdur. 
«İlk  şairanə  düşüncələr»  (1820),  «Yeni  şairanə  düşüncələr»  (1823) 
adlı  şeirlər  kitabları  ona  böyük  şöhrət  qazandırdı.  Bir  sıra  rəsmi 
vəzifələrdə çalışdı.  Fransa Akademiyasının üzvü oldu (1830).  Şərqə 
səyahət zamanı  İstanbula  gəldi  və Sultan Əbdülməcid  (1839-1861) 
tərəfindən iltifatla qəbul edildi.
Bir  çox  əsər  yazmış  olan  A.Lamartin  8  cildlik  «Osmanlı 
Tarixi»nin  də  müəllifidir.  Bu  əsərin  böyük  dəyəri  vardır. 
İstanbulda bir küçə bu görkəmli şair və tarixçinin adım daşıyır.
Ogüst  Kont  (1798-1857)  -  fransız  alimi  və  filosofudur. 
Pozitivizm  fəlsəfəsinin  və  sosiologiya  elminin  qurucularından 
biridir.  O. Kont  irəli  sürürdü  ki,  elm  mahiyyəti  deyil,  hadisələri 
dərk  edir.  O,  bəşəriyyətin  intellektual  təkamülünün  üç  mərhələsi 
haqqında  nəzəriyyə  işləyib-hazırlamış  və  göstərirdi  ki,  bu  üç 
mərhələ  toplumun  inkişafını  müəyyənləşdirir.  O.Konta  görə 
toplumda  irəliləmə  vardır.  Toplum  inqilab,  böhran  çağlarını 
keçirib  aydınlaşma  mərhələsinə  girir.  Bütün  bu  durumlarda 
toplumdakı  ana  ünsürlər  əslində  dəyişikliyə  uğramır,  yalnız 
şəkillərini  dəyişdirir.  O.Kont  deyirdi:  «Mütləq  bir  şey  varsa,  o da 
heç bir şeyin mütləq olmadığıdır».
Başlıca əsərləri:  «Pozitiv fəlsəfə dərsləri» (6 cilddə,  1830-42), 
«Pozitiv siyasət sistemi» (4 cilddə,  1851 -54).
Pycr  Loti  (1850-1923) -  fransız yazıçısıdır.  Əsil adı  Lu  Mari 
Jülyen  Viodur.  Başlıca olaraq romançı  kimi tanınmış P.Loti  hərbi 
donanma zabiti olmuş,  təqribən 40 il donanmada qulluq etmişdir. 
1891-ci  ildən  Fransa  Akademiyasının  üzvü  seçilmişdir:  Fransa- 
Prussiya  (1870-1871)  və  birinci  dünya  savaşlarının,  bir  sıra 
müstəmləkəçi ekspedisiyaların iştirakçısı olmuşdur.
P.Loti  bir  sıra  Şərq  ölkələri  ilə  yaxından  tanış  olmuşdu. 
Bunun nəticəsində o, yeni bir ədəbi janrın -  müstəmləkə romanının 
əsasını qoydu.
P.Lotinin  ilk  romanı  -   «Aziadə»  (1876)  ona  böyük  şöhrət
141


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə