Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

dövləti ilə sülh müqaviləsi  bağlamağa  məcbur oldu və Hunlara  ve­
rgi  verməyə  başladı.  Ümumiyyətlə,  Mao-tun  20  il  ərzində  Hun 
dövlətinin hüdudlarını görünməmiş dərəcədə genişləndirdi və güclü 
bir imperatorluq qurdu.  B.e.ə.  177-ci  ildə Çin  hökmdarına  göndər­
diyi məktubda  deyirdi:  «Yay  çəkə  bilən  bütün  tayfalar tək  bir  ailə 
kimi birləşdilər».  Beləliklə,  Mao-tun  bütün Türk  tayfalarını  birləş­
dirmişdi.
Mao-tun b.e.ə.  174-cü ildə öldü. O, vəfat edərkən Hun  impe­
riyasının  sınırları  şərqdə  Koreyaya,  qərbdə  Aral  çölünə,  cənubda 
Ordos  və  Qansu  da  daxil  olmaqla,  Çin  sərhədlərinə,  şimalda  isə 
Sibir çöllərinə qədər uzanırdı.
Fransız  tarixçisi  Degin  (XVIII  yüzil)  Mao-tunun  adını  Çin 
qaynaqlarında  «Mei-tei  (Mei-dei)»  şəklində  oxumuşdu.  Deginin 
bu ünlü kitabından faydalanan Türk tarixçiləri «Mei-tei»ni «Mətə» 
kimi  oxudular.  Beləliklə,  Türkiyə  ədəbiyyatında  Hun  imperator- 
luğu qurucusunun «Mətə» adı gələnəyə-onənəyə çevrildi.
Mətonin  adını  bildirən  Çin  heroqliflərini  bugünkü  söylənişə 
(tələffüzə)  (Hcroqlifı  indiki  Çin  dili  qaydaları  ilə  oxuduqda  eyni 
heroqlifin  keçmişdəki  söylənişindən  bir  qədər  fərq  yaranır)  görə 
oxuduqda  «Mao-tun  (Мао-dun)»  alınır.  Ancaq  Alman  sinoloqu 
(Çinşünas)  F.Hirt  Çin  qaynaqlarını  yenidən  araşdırarkən  bu  adı 
heroqliflərinin  Mao-tun  (Mətə)  dövründəki  söylənişi  ilə  oxudu  və 
Hun  hökmdarı  adının  «Baqatur»,  yəni  «Bahadur  (Bahadır)»  ol­
duğunu  tapdı.  Beləliklə,  F.Hirtin  kəşfi  sayəsində  Hun  imperiyası 
qurucusunun  əsil  adı  molum  oldu.  «Bahadır»  türklər arasında  ge­
niş yayılmış adlardan biridir.
Bəzi  araşdırmaçılar  (məs.  Rus  sinoloqu,  çuvaş  əsilli, 
N.Y.Biçurin  (1777-1853), Ziya Göyalp)  Mao-tun ilə türklərin  ünlü 
dastan qəhrəmanı və mifik əcdadı Oğuz kağanın eyni şəxs olduğu­
nu söyləyirlər.  Bu  belə olmasa  da,  Mao-tun  ilə Oğuz  kağanın  çox 
oxşarlıqları vardır.
16. 
Əhməd Cevdot Paşa (1822-1896)  ünlü tarixçi alim, dilçi 
və dövlət xadimidir.
Əski bir Türk  nəsli olan  Yularqıranlara mənsub idi.  1839-cu 
ildə İstanbula gəlir.  İlk təhsilini  mədrəsədə alsa da müsbət, çağdaş 
elmlərə  və  ədəbiyyata  böyük  maraq  göstərmişdir.  Ümumiyyətlə, 
ilahiyyat,  fəlsəfə,  riyaziyyat,  astronomiya,  geologiya,  ədəbiyyat 
sahəsində zəngin bilik qazanmışdı.
Əhməd Cevdət Paşa müxtəlif vəzifələrdə çalışmış, Müəllimlər 
məktəbinin müdiri, ədliyyə və maarif nazirləri olmuşdu.
Osmanlı  dövlətinin  1774-1852-ci  illərə aid  12  cildlik  tarixini
146
(«Cevdət Paşa  tarixi»,  1853-1883);  İslam  tarixinə dair «Qısas-i  ən- 
biya» (12 cild,  1874-1888) əsərini  yazmışdır.  O,  1884-cü ildə  Keçə- 
çizadə Fuad Paşa  ilə  birlikdə yazdığı «Qəvaid-i Osmani» (Osmanlı 
dilinin  qaydaları)  adlı  əsərini  nəşr  etdirdi.  Bundan  sonra  bu  əsəri 
daha  da  təkmilləşdirib  genişləndirdi  və  1885-ci  ildə  həmin  əsər 
«Qovaid-i Osmaniyyə» adı ilə çapdan çıxdı. «Qəvaid-i Osmaniyyə» 
türk dili qrammatikasının ilk kitabı hesab olunur.  Bir çox əsərlərin 
müəllifi olan Əhməd Cevdət Paşanın «Krım və Qafqazın tarixçəsi» 
adlı əsəri do vardır.
Əhməd  Cevdət  Paşa  Osmanlı  dövlətinə  ümmətlər  topluluğu 
kimi  baxır,  birliyi  etnik  xüsusiyyətlər,  xalqlar  deyil,  dinin  təmin 
etdiyini,  İslam dünyası  ilə Xristian  dünyasının  bir-birinə  qarşı  du­
ran iki başqa sistem, mədəniyyət aləmi olduğunu göstərirdi.
17.  Rəcaizadə  Mahmud  Əkrəm  (1847-1913) 
Tənzimat 
dövrünün  on  görkəmli  nümayəndələrindən  biri,  şair,  romançı, 
dramaturq  və  ədəbiyyat  tənqidçisi.  Ümumiyyətlə,  o,  tənzimat  ədə­
biyyatının əsasını qoyanlardan  biridir.  Rəcaizadə Mahmud Əkrəm 
bəy Namiq  Kamal ilə  yaxın  idi, despotizmə qarşı mübarizə aparır­
dı.  Onun «Sərvət-i fünun» ədəbiyyatının («Ədəbiyyat-i cədido»nin) 
nümayəndələrinə,  yəni  divan  ədəbiyyatına  qarşı  çıxan,  çağdaş  fi­
kirləri yayan yeni ədəbiyyatçılara böyük təsiri olmuşdur.
18.  Qaspıralı  İsmail  boy  (Baxçasaray,  Krırn),  1851-1914)  -  
görkəmli mütəfəkkir, yazıçı, jurnalist  və pedaqoq  İsmail  bəyin ala­
sı Mustafa ağa Yallanın yaxınlığındakı Qaspıra kəndindən idi.
Qaspıralı  İsmail  bəy  ilk  təhsilini  doğulduğu  Baxçasarayda 
Hacı  İsmail  əfəndinin  yanında  almış,  bundan  sonra  Ağməsciddə 
(Simfcropolda)  rus  orta  məktəbini  bitirmiş,  Voronej  və  Moskva 
hərbi  məktəblərində  oxumuşdur.  Moskva  hərbi  litseyində  qatı 
slavyançılıq  axımı  (cərəyanı).  Türkə  düşmən  ruh  hökm  sürürdü. 
Belə  bir  şərait  ilə  qarşılaşan  gənc  İsmaildə güclü  Türkçülük  fikri, 
Türk  tarixinə  sonsuz  maraq  yarandı.  İsmail  bəy  bu  məktəbi  bu­
raxmağa  məcbur  olaraq  1871-ci  ildə  Yaltanm  yaxınlığındakı  Do- 
rəgöy məktəbində müəllimlik etdi.  1872-1874-cü illərdə  Parisdə ya­
şayır,  İstanbulda  olur.  1876-cı  ildə  yenidən  Krıma-Baxçasaraya 
qayıdır  və  ədəbi jurnalistlik  fəaliyyətinə  başlayır,  1879-cu  ildə  isə 
Baxçasaray  bələdiyyə rəisi  seçilir.  1881-ci  ildə  «Rusiya müsəlman­
ları»  adlı  çox  dəyərli  əsərini  Ağməsciddə  (Simferopol)  rus  dilində 
çıxan «Tavrida» qəzetində nəşr etdirdi,  1884-cü ildə isə onun  «Av­
ropa  mədəniyyətinə  bir nəzər-i məvazinə»  (Avropa mədəniyyətinə 
bir tarazlı baxış) kitabı çap olundu.
İsmail  bəy  Qaspıralı  1883-cü  ildə  «Tərcüman-i  əhval-i  za­
147


man»  adlı  ünlü  qəzetini  nəşr etməyə  başladı.  Qəzetin  nəşri  1917-ci 
ilə qədər davam etdi.  «Tərcüman»  qəzeti  1905-ci ilə qədər Rusiya­
da  yaşayan  türk  xalqlarının  yeganə  mətbuatı  idi.  Yaxın  və  Orta 
Şərqdə  geniş  yayılan  bu qəzet  Qaspıralı  İsmail  bəyə  böyük  şöhrət 
qazandırdı.  «Tərcüman»  qəzeti  dil  birliyi,  milli  birlik  uğrunda 
dönmədən  mübarizə  apardı.  Qəzetin,  İsmail  bəyin  fəaliyyətinin 
başlıca  şüarı  «Dildə,  fikirdə,  işdə  birlik»dən  ibarət  idi.  Türk  milli 
şüurunun  inkişafında  Qaspıralı  İsmail  bəyin  qəzetinin  görkəmli 
rolu oldu.
Qaspıralı  İsmail  bəy  Namiq  Kamal,  Ziya  Paşa,  İbrahim  Şi- 
nasi  və  Cəmaləddin  Əfqanidən  təsirlənmiş,  lakin  bunlardan  mə­
nimsədiklərini Rusiya şəraitində yaradıcılıqla inkişaf etdirmişdi.
Qaspıralı  İsmail  bəy  Rusiya  türklərinin  varlıqlarını  qoruya 
bilmələri  üçün  bir yazı dilinə malik  olmalarını  irəli  sürür və göstə­
rirdi  ki,  yalnız  bundan  sonra  fikirdə  və  işdə  birliyə  çatmaq 
mümkündür.
İsmail bəy Rusiya türklərinin asanlıqla oxuyub-yaza  bilmələ­
ri  üçün  «Üsul-i  codid»  adlanan  yeni  bir  təhsil  metodunu  da  irəli 
sürdü.  Bu  metod  qəbul  edilərək  Azərbaycanda,  Orta  Asiyada, 
Volqaboyunda, Krımda bir çox «cədid məktəbləri» yaradıldı.
Qaspıralı  İsmail  bəyin  bir  çox  əsərləri sağlığında  Krımda və 
İstanbulda nəşr edilmişdi.
19.  Ziya  Göyalp  «Qərb  türkləri»  dedikdə  Anadolu,  Azər­
baycan, Volqaboyu və Krım türklərini göz önündə tutur.
20.  Əli  boy  Hüseynzadə  -   görkəmli  ictimai  xadim,  şair,  jur­
nalist  və  tərcüməçi.  1864-cü  ildə  Salyanda  anadan  olmuşdur.  Er­
kən  yaşlarından  babası  Güney  Kafqaz  Şeyxülislamı  Hacı  Axund 
Əhməd  onu  Tiflisə,  öz  yanına  aparmışdır.  1885-ci  ildə  burada 
gimnaziyanı bitirmişdir.  Sonralar Peterburq  Universitetinin  fizika- 
riyaziyyat fakültəsində,  İstanbulda ali hərbi  tibb  məktəbində (Tib- 
biyyə)  oxumuşdur.  Əli  bəy  Hüseynzadənin  düşüncə  və  əqidəsinə 
hələ  gənc yaşlarında  onun  bir gürcü yoldaşının  təsiri  olmuş və on­
da Türkçülük fikri  yaranmışdır.
İstanbulda  təhsil  alarkən  «İttihad  və  Tərəqqi»  partiyasının 
yaradılmasında (1889-cu  il, may) iştirak edir. Tibbiyyədə dərs dey­
ir.  1904-cü ildə Bakıya gəlir və burada «Həyat» qəzetinin redaktor­
larından  biri kimi  (Əhməd  bəy Ağaoğlu ilə birlikdə)  çalışır.  Sonra 
«Kaspi»  qəzetinin  redaktoru  olur,  «Füyuzat»  jurnalını  çıxarır. 
Türkiyədə  1908-d  il  inqilabından  sonra,  1910-cu  ildə  yenidən  İs- 
ntanbula qayıdır, İstanbul  Universitetinin professoru olur.
Əli  bəy  Hüseynzadə  «Türkləşmək,  İslamlaşmaq,  Avropa-
148
lılaşmaq»  şüarı  ilə  çıxış  edir  və  bütün  fəaliyyətini  bu  məqsədə  yö­
nəltmişdi. Zəngin yaradıcılığa malik olan Əli bəy Hüseynzadə həm 
də istedadlı rəssam idi.
Milli  şüurun  inkişafında  böyük  əməyi  olan  Əli  bəy  Hüseyn­
zadə 1942-oi ildə İstanbulda vəfat etmişdir.
21.  Məhmət  Emin  Yurdakul  (1869-1944)  görkəmli  şair,  icti­
mai xadim.  İstanbulda anadan olmuşdur.  Sadə  bir  türk  ailəsindən 
çıxmışdır.  Məhmət  Emin  bəy  «Anadoludan  bir  səs,  yaxud  Cəngə 
gedərkən»  adlı  şeirini  1897-ci  ildə,  Osmanlı-Yunan  savaşı  zamanı 
«Əsr» qəzetində (Səlanik) çap etdirdikdən sonra səs saldı.
Məhmət  Emin  bəy  sadə  türkcə,  heca  vəznində  milli  ruhu, 
qüruru  tərənnüm  edən  şeirlər yazdı.  Onun  türk  poeziyasına  gətir­
diyi yenilik  böyük  əks-səda  doğurdu.  Təsadüfi  deyildi  ki,  Məhmət 
Emin  Yurdakulun  ilk  şeirlər  kitabının  adı  «Türkcə  Şeirlər»  idi. 
Böyük  şair  milli  türk  şeirinin  inkişafına  güclü  təsir göstərdi.  Yox­
sulların,  zəhmətkeşlərin  taleyinə  yanmaq  onun  poeziyasının  baş 
motivlərindəndir.
Məhmət  Eminin  ictimai-siyasi  əqidəsi,  «İttihad  və Tərəqqi» 
partiyası  ilə  sıx  əlaqəsi  onun  1907-ci  ildə  Ərzuruma  sürgün  edil­
məsinə  səbəb  oldu.  Gənc  Türklər  inqilabından  sonra  İstanbula 
çağrılır və müxtəlif yüksək vəzifələrdə çalışır.
O, «milli  türk şairi» kimi şöhrət qazandı. Millət vəkili seçildi. 
Türk  xalqının  milli-azadlıq  hərəkatında  fəal  iştirak  eldi.  Atatürk 
bu  milli  şairə  böyük  məhəbbət  bəsləyirdi.  Milli  azadlıq  hərəkatı 
qalib gəldikdən sonra o, parlamentin üzvü oldu.  I944-cü ildə isə 75 
yaşında İstanbulda vəfat etdi.
Türkiyənin  milli  şairi  Məhmət  Emin  Yurdakulun  türk  milli 
şüurunun inkişafında böyük xidmətləri var.
22.  Şeyx  Cəmaləddin  Əfqani  (Seyid  Məhəmməd  bin  Sofdər) 
-   İslam  alimi,  siyasi xadim  və qəzetçi.  Cəmaləddin Əfqani  1839-cu 
(və  ya  1838)  ildə  Əfqanıstanda  anadan  olmuşdur.  Əhməd 
Ağaoğlunun verdiyi  xəbərə görə o, əslən  Azərbaycan türküdür. Öz 
dövründə  -   XIX  yüzilin  ikinci  yarısında  İslam  birliyi  hərəkatının 
öncüsü (lideri) ideoloqu idi.
Cəmaləddin  Əfqani  Kabulda  mədrəsə  təhsilini  aldıqdan  so­
nra  Hindistana gedib orada Avropa mədəniyyəti  ilə tanış oldu.  Bir 
müddət  Əfqanıstanda  yaşadıqdan  sonra,  1870-ci  ildə  İstanbula 
gəlir.  Burada Ali  Maarif Şurasının,  Elmlər Akademiyasının  (Ənc- 
ümon-i  danişin)  üzvü olur,  Universitetdə  (Darülfununda)  mühazi­
rələr söyləyir. İrəli sürdüyü fikrə görə Misirə sürgün edilir.  İngilislər 
1879-cu  ildə  onu  Misirdən  çıxarır.  Bundan  sonra  Əfqani  Hindi­
149


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə