Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

gətirdi.  Romanda  fransız  zabitinin  türk  qızına  olan  sonsuz 
məhəbbətindən  danışılır.  «Aziadə»  ilk  dəfə  İstanbulda  çap 
edilmişdi.  Bundan  sonra  P.Loti  «Bir  sipahinin  romanı»,  «Xanım 
Xrizantema» və s. kimi bir sıra romanlar yazmışdır.
P.Lotinin əsərlərində Şərq ekzotikası başlıca mövzudur.
Klod  Farrer  (1876-1957)  -   fransız  yazıçısıdır.  Əsil  adı 
Frederik Şarl Eduar Barqondur.
P.Loti  ilə  K.Farrerin  bir  sıra  bənzərlikləri  var.  K.Farrer  də 
dənizçi  zabit  olmuş,  donanmam  yalnız  1919-cu  ildə  buraxmışdır. 
1935-ci  ildən  Fransa  Akademiyasının  üzvü  olmuşdur.  «Tiryək 
tüstüsü» (1904) novellalar kitabı  ilə ilk addımı  atdı.  Bundan  sonra 
ünlü  «Mədənilər»  (1905)  romanını  nəşr  etdirdi.  O,  Şərq  mədəniy­
yəti  ilə  Avropanın  «vulqar»  mədəniyyəti  arasında  gedən  toqquş­
madan  danışan  mövzunu  P.Lotidən  mənimsəmiş  və  bu  mövzunu 
yaradıcılıqla  işləyərək  kəskin  süjetli  bir  sıra  romanlar  yazmışdır. 
Ümumiyyətlə,  K.Farrerin  əsərləri  üçün  kəskin  süjetlər,  «şərq 
ekzotikası»  səciyyəvidir. 
Məharətli  stilist  olan  K.Farrerin 
romanları  böyük  müvəffəqiyyət  qazanmışdı.  O,  bir  sıra  yol 
qeydlərinin do müəllifidir.
K.Farrer Türk  ekzotikasının  bütün  gözəlliklərini  heyranlıqla 
tərənnüm etmişdir.
2.  «Şərq  türkləri»  dedikdə,  Z.Göyalp  Orta  Asiya  və  Şərqi 
Türküstanda yaşayan türkləri göz önündə tutur.
3.  Degin Y.lstuağ jeneğal de-z-un, de Tüğk, de Monqol e-de- 
otğ  Tağtağ  oksidanto.  Vol.  1-4.;  P.,  1756-1758  (Hunların, 
türklərin, monqolların və başqa qərb tatarlarının əsas tarixi).
Y.Dcginin  bu  ünlü  kitabını  Hüseyn  Cahid  Yalçın 
fransızcadan  türk  dilinə  çevirib,  1923-1925-ci  illərdə  «Hunların, 
türklərin, monqolların  və daha sair tatarların  tarix-i ümumisi» adı 
ilə 8 cilddə çap etdirdi.
Hüseyn  Cahid  Yalçın  (1874-1957)  -   tanınmış  yazıçı,  qəzetçi 
və  çevirməndir  (tərcüməçi).  Bir  neçə  il  dövlət  idarələrində məmur 
işlədikdən  sonra  bu  işdən  ayrılıb  qəzet  çıxartmağa  başladı. 
Osmanlı  Məclis-i  Mobüsanında  (Vəkillər  məclisində)  İstanbul 
vəkili  oldu.  1918-ci  il  Modros  barışığından  sonra  ingilislər 
tərəfindən  həbs  edildi  və  Malta  adasına  sürgün  edildi  (1919).  İki 
ildən artıq sürgün həyatından sonra vətənə qayıtdı və  1922-1925-ci 
illərdə  yenidən  qəzet  nəşr  etdi.  Çorumda  təqribən  iki  il  siyasi 
sürgün  həyatı  yaşadı  (1925-1926).  1939-1950-ci illərdə  İstanbul  və 
Kars  Millətvəkili  oldu.  Ömrünün  son  illərində  «Ulus»  qəzetinin 
redaktoru idi.
142
H.C.Yalçınm  yaradıcılığı  verimli  (məhsuldar)  olmuş,  60  il 
(1891-1951) ərzində bir çox roman,  hekayə,  tənqidi yazılar, anılar- 
xatirələr,  yaşamöyküsii  (tərcümeyi-hal)  xarakterli  əsərlər  və  s. 
yazmış, çevirilər (tərcümələr) etmişdir.
4.  David  Lömleyin  «KitabuI-elmün-Nafi»  (Faydalı  elm 
kitabı)  adlı  əsəri  türk  dilinə  aiddir.  İngilis dilində yazılıb.  Kitabın 
sonunda  Cağatay,  Qıpçaq, 
Kazan  tatarlarının 
dillərində, 
Osmanlıca mətnlər və bu mətnlərin tərcümələri verilib.
5.  1808-1839-cu  illərdə  hakimiyyətdə  olmuş  Sultan  II 
Mahmud  (1784-1839)  göz  önündə  tutulur.  Sultan  II  Mahmud 
dövləti  möhkəmləndirmək  üçün  bir sıra  islahatlar həyata  keçirmiş 
və bu islahatlar sonrakı Tənzimat üçün əlverişli şərait yaratmışdır.
6. Sultan  I Əbdüləziz  1861-I876-cı illərdə hakimiyyətdə olub.
7.  Sultan  II  Əbdülhəmid  (1842-1918)  göz  önündə  tutulur. 
1876-I909-cu illərdə hakimiyyətdə olub.
8.  «Əncümən-i  daniş»in  (Elmlər  Akademiyasının)  təntənəli 
açılışı  1850-ci il iyunun 28-də olmuşdu.
9. Əhməd  Vəfiq  Paşa (İstanbul,  1823-1891) -  tanınmış siyasi 
xadim,  yazıçı,  dilçi  və  tarixçidir.  Atası  Xarici  İşlər  Nazirliyində 
məmur  idi.  İlk  təhsilini  ailə  çevrəsində  almış,  sonralar  Parisdə 
oxumuşdur.  Görkəmli  dövlət  xadimi  və  islahatçı  Mustafa  Rəşid 
Paşaya yaxm olmuşdur.
Əhməd  Vəfiq  Paşa  bir  çox  yüksək  vəzifələrdə  çalışmış,  bir 
müddət  baş  nazir  olmuşdur.  Onun  elmi  və  ədəbi  fəaliyyəti  də 
qızğın  keçmişdir.  1875-ci  ildə  Peterburq  Elmlər  Akademiyasına 
üzv  seçilmişdir.  İstanbul  Darülfununda  (Universitetində)  bir 
müddət tarix fəlsəfəsindən mühazirələr söyləmişdir.
Türkiyədə  teatrın  inkişafında  onun  xüsusi  rolu  vardır. 
Molyerdən  bir  sıra  tərcümələr  və  iqtibas  etmiş,  bu  zaman  həmin 
əsərləri yerli gəlonəyə (ənənəyə) uyğunlaşdırmışdır.
Əhməd Vəfiq  Paşa türk dili və tarixinə aid çox dəyərli əsərlər 
yazmış  və  Türkçülüyün  öncübrindən  (liderlərindən)  olmuşdur:  1. 
Salnamə  (1846-1849);  2.  Müntəxəbal-i  durub-i  əmsal  (1852;  Türk 
dilində alalar sözləri və xalq deyimləri); 3.  Hikmət-i tarix (1863); 4. 
Şəcəre-i Türki (1864; Əbül Qazi Bahadur xanın Cağatay ləhcəsində 
yazdığı  əsərin  Anadolu  ləhcəsinə  uyğunlaşdırılınası);  5.  Ləhcc-i 
Osmani (I bölüm,  1876; II-III bölümlər  1888-1889) və s.
Türkçülük  baxımından  bu  əsərlərdən  xüsusilə  üçü  seçilir: 
«Şəcərc-i Türki»,  «Ləhce-i Osmani» və «Müntəxəbat-i durub-i əm­
sal».
«Şəcəre-i  Türki»  adlı  əsərində  Osmanlı  dövründən  öncəki
143


türk  tarixini  qarşıya  qoymuşdur.  «Ləhcc-i  Osmani»də  kök  baxı­
mından türkcə olan sözləri toplamış, türk dilinə keçmiş ərəb və fars 
sözlərinin  türk  dilində  qarşılıqlarını  göstərmişdir.  Kitabda  türk 
ləhcələrindən də danışılırdı. «Müntəxəbat-i durub-i əmsal»da isə 6- 
7 min turk atalar sözləri verilmişdir.
Əhməd  Vəfiq Paşanın əsərləri sonralar milli  tarix və  dil  mə­
sələləri ilə çalışan araşdırıcılar üçün çox dəyərli qaynaq oldu.
10. Əbül Qazi Bahadur xan (1603-1663) -  Xivə xanı, istedad­
lı  şair  və  tarixçi.  Əbül  Qazi  Bahadur  xan  «Şəcəre-i  Tərakimə» 
(1659) və «Şəcəre-i Türki» (1663) kimi olduqca dəyərli əsərlər qoy­
ub getmişdir.  Bu əsərlərdə türklərin soykötüyü,  tarixi, mifologiyası 
haqqında  bilgilər  (məlumatlar)  verilir,  türk  atalar  sözlərindən  bir 
çox  misallar  göstərilir.  Hər  iki  əsər  bir  sıra  dillərə,  o  cümlədən 
A.N.Kononov tərəfindən rus dilinə çevrilmişdir.
11. «Ləhce-i Osmani» əsərində Əhməd Vəfiq Paşa türk sözlə­
rinin köklərini araşdırır.
12.  Görkəmli  komandan və yazıçı  Süleyman  Paşa  1838-ci  il­
də  İstanbulda  anadan  olmuşdur.  O,  «Yeni  Osmanlılaram  fəal  tə­
rəfdarlarından  və Tənzimal  dövrünün  on  böyük  lürkçülərindən  bi- 
riydi.  1872-ci  ildə  ona  briqada  generalı,  1876-cı  ildə  isə  marşal 
rütbəsi  verilir.  1873-cü  ildə  isə  hərbi  məktəblər  naziri  (rəisi)  təyin 
edilmişdi.  1876-cı  ildə  Sultan  Əbdüləzizin  taxtdan  salınmasında 
böyük  rolu  olmuşdu.  1877-1878-ci  illərdə  Osmanlı-Rusiya  savaşı 
zamanı  Şipka  aşırımı  (Bolqarıstan) vuruşmasında (1877-ci  il,  iyul- 
avqust)  göstərdiyi  böyük  sərkərdəlik  bacarığına  görə  «Şipka  qəh­
rəmanı»  kimi  ad  çıxartdı.  1878-ci  ildə  Sultan  II  Əbdülhəmidin  qə­
zəbinə uğradı  və Bağdada  sürgün  edildi.  Bu  böyük  şəxsiyyət  1892- 
ci ildə sürgündə vəfat etdi, məzarı  Bağdaddadır.
Süleyman  Paşa  «Türklük»,  «Türkçülük»  anlayışlarının  geniş 
yayılıb mənimsənilməsində qızğın  fəaliyyət göstərmişdir.  O,  İslam­
dan öncəki  türk  tarixinə və  təmiz türk dilinə sonsuz  maraq  göstər­
miş,  bunların  məktəblərdə  öyrədilməsi  üçün  bir  sıra  elmi  əsərlər 
yazmışdır.  Süleyman  Paşa  tarix  sahəsində  olduğu  kimi,  dilə  do 
obyektiv və Türkçü baxımdan yanaşaraq  türklərin dilinin Osmanlı 
deyil, Türk dili olduğunu göstərirdi.
Süleyman  Paşanın başlıca əsərləri bunlardır:  1.  Məvani-ül in­
şa (2 cild,  1974); 2. Tarix-i Aləm (1874);  3.  Elm-i sərf-i türki (2 cild. 
1876).
«Tarix-i  Aləm»  (Dünya  tarixi)  kitabının  türk  milli  tarixinin 
öyrənilməsində böyük xidməti olmuşdur.
13.  Bəşər  tarixində  çox  görkəmli  rol  oynamış  olan  Hunlar
144
indiki  türklərin  ata-larıdır.  Hunlar  haqqında  Çin  qaynaqlarında 
ilk bilgilər (məlumatlar) eramızdan 20-24 yüzil əvvələ gedib çıxır.
Hunların  adı  Çin  qaynaqlarında  «Hiunq-nu»  (ədəbiyyatda 
bəzən «hsiunq-nu»  kimi  verilir)  şəklində ilk  dəfə b.c.ə.  4-cü yüzilin 
axırlarında  (b.e.ə.  318-ci  ildə)  çəkilir.  «Hun»  sözü  də  bu  «hiunq- 
nu»  ifadəsindədir.  Ancaq  əski  Çin  heroqliflərinin  ifadə  etdiyi  «hi- 
unq-nu»nun hansı  türk  sözünün  qarşılığı  olduğu  hələlik  qəti  şəkil­
də aydınlaşdırılmamışdır.  Bununla  bərabər, gerçəyə uyğun belə bir 
ifadə var ki,  «hun» əski türk dilində «adam,  insan,  xalq»  anlamın­
da  olmuş  və  «hun»  dövlətinin  adamları  özlərini  bu  cür  adlandır­
mışlar.  Daha sonra irəli sürülür ki, «hun» sözü türk dilində b.c.ə.  1 - 
ci  minilliyin  əvvəllərində  «qun»,  b.e.ə.  5-ci  yüzildən  öncə  «kuıı» 
şəklində,  nəhayət,  b.c.ə.  4-3-cü  yüzillərdə  isə  «hun»  kimi  işlədil­
mişdir.
B.e.ə.  3-cü  yüzildo  Hunlar  Mərkəzi  Asiyada  güclü  bir dövlət 
qurdular.  Bizim  eranın  4-cü  yüzilinin  70-ci  illərində  Hunların  bir 
hissəsi qərbə  axın  eldi.  Onlar Don  çayını  keçib  375-ci  ildə şərq  və 
qərb qotları üzərində  parlaq  qələbə  çaldılar  və  beləliklə,  xalqların 
böyük köçünə təkan verdilər (səbəb oldular).
14. Oğuz xan və ya Oğuz kağan  ünlü türk dastan qəhrəma­
nı;  oğuz türklərinin mifik əcdadı.
Oğuz kağan haqqında  bir çox dastanlar vardır ki,  bunlar da 
«Oğuznamə» adı altında birləşirlər.
15.  Hunların  ali  hökmdarına-imperatoruna  «Tan-hu»  (əski 
oxunuşa  görə,  «Şan-yü»:  hun  imperatorunun  titulu  Çin  heroqlifi- 
nin indiki tələffüzü ilə oxunduqda «Şan-yü» alınır.  İlk araşdırmaçı- 
lar  bu adı çağdaş  tələffüzlə oxumuşdular.  Heroqlillərin  ən  əski  tə­
ləffüzü  ilə  oxuduqda  isə  «Tanhu»dur.  Əslində  bu  daha  doğrudur) 
deyilirdi.  Bizim  eradan  öncə  209-cu  ildə  Мао-tun  (yaxud  Mav- 
dun;  elmi  ədəbiyyatda  «Motun»  kimi  də  verilir)  Tan-hu  adı  ilə 
Hun  taxtına çıxdı.  Mao-tunun hakimiyyətə gəlməsi Çin qaynaqla­
rında əfsanələrə qarışmışdır.
Мао-tun  hakimiyyətə  gəldikdən  sonra  şərqdəki  monqol- 
tunquz  tayfa  birliyinə-tunq-hulann  (dunxulann)  üzərinə yeridi  və 
onları məğlubiyyətə uğratdı; b.e.ə. 203-cü ildə isə cənub-qərb qon- 
şularını-yüc-çiləri  darmadağın etdi.  Bundan sonra o, Çin sərhədlə­
rində göründü. Çinlilər hələ, b.e.ə. 214-cü ildə Hunların təhlükəsinə 
qarşı  böyük  Çin  səddini  tikməyə  başlamışdılar.  Ancaq  Hun  axını 
qarşısında  bu maneə də gücsüz idi.  Мао-tun b.e.ə.  201-ci  ildə Çin 
imperatoru Qao-tininin (Xan sülaləsinin qurucusu) 320 minlik qo­
şununu  mühasirəyə  aldı  və  onu  məğlubiyyətə  uğratdı.  Çin  Hun
145


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə