Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I


VI İQTİSADİYYATDA  TÜRKÇÜLÜK



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

VI
İQTİSADİYYATDA  TÜRKÇÜLÜK
Türklər  ən  əski  zamanlarda  köçəri  həyatı  yaşayırdılar.  O 
zaman  türk  iqtisadiyyatı  heyvandarlıq  əsasına  söykənirdi. 

dövrlərdə türklərin  bütün sərvətləri qoyun,  keçi, at,  dəvə, öküz kimi 
heyvanlardan  və yedikləri isə süd, qatıq,  pendir,  kərə yağı və qımız 
kimi  heyvandarlıq  məhsullarından  ibarət  idi.  Geyimləri  də  bu 
heyvanların dərilərindən və yunlarından hazırlanırdı.  Köçəri türklərin 
sənayesi də heyvan məhsulları əsasmda fəaliyyət göstərirdi. Dəvələrin 
ayağından  «ayaq»  adı  verilən  qımız  qədəhləri,  öküzlərin  bud 
sümüyündən  qımız  sürahiləri  düzəlirdi.  Heyvanın  nə  sümüyü,  nə 
buynuzu,  nə  bağırsağı,  sözün  qısası,  heç  bir  şeyi  atılmazdı.  Hər 
toxumasından türkə məxsus bir sənaye məhsulu hazırlanırdı.
Əski  türklər  ticarətə  də  yad  deyildilər.  Elxanltq  dövrlərində 
Çindən  Avropaya  ipək  aparan  və  Avropadan  Çinə  məxmər  gətirən 
ticarət karvanları dövlətin ən böyük gəlir qaynağı idi. O zaman Çin, 
Hindistan,  İran,  Rusiya  və  Bizans  arasındakı  böyük  ticarət  yollan 
tamamilə  türklərin  əlində  idi.  Moqan  xan90  İranın  şimalından, 
Azərbaycandan və Anadoludan İstanbula doğru gedən yeni bir ticarət 
yolu açmaq istədi.  Ancaq İranlılar bu təşəbbüsə maneçilik törətdilər. 
Buna görə Moqan xan ipək yolunu təmin etmək üçün Türk, Çin və 
Bizans  dövlətləri  arasında  üç  tərəfli  saziş  bağlamağa  çalışdı  və İran 
dövlətini ya ortadan qaldırmağa, ya da millətlərarası  ticarətin tranzit 
yolu  ilə  İran  ərazisindən  keçməsinə  zorla  razı  etməyə  təşəbbüs 
göstərdi.
Göründüyü  kimi,  əski  türk  Elxanlarının  məqsədi  Mancuriyadan 
Macarıstana  qədər  uzanan  böyük  Turan  ölkəsində  yalnız  siyasi  bir 
əmin-amanlıq yaratmaqdan  ibarət deyildi.  Asiya və Avropa millətləri 
arasında  millətlərarası  ticarət  və  mübadilə  təşkilatını  yaratmağı  da 
üzərlərinə götürmüşdülər.
Əski türklərin iqtisadiyyata verdikləri əhəmiyyəti el adlarında da 
görürük.  Şərqi  Türküstanda  «Tarançılar»  adı  verilən  və  Qərbi 
Türküstanda  «Sardlar»  admı  alan  iki  el  olub.  Bu  adlardan  birincisi 
«əkinçilər», ikincisi isə «tacirlər» anlamındadır.  Qanqlılar,  ağaçərilor, 
taxtaçılar,  mandallar, menteşelər, sürgülər və s.-nin  hər biri sənət adı 
daşıyır.  Göy  Türklərin  babaları  dəmirçi  idi.  Türk  ikidlik  eposlarına 
(mənqibələrə)  görə,  ilk  çadırı  düzəldən 
Türk  xandır.  İlk  dəfə 
yeməklərdə 
duzdan 
istifadə 
edən 
Tavunq 
xandır, 
ilk  araba  düzəldən  isə  Qanqlı  bəydir.91  Türklər  arabalarla  səyahət 
etməyə  hələ  skiflər  dövründə  başlamışdılar.  Əski  türklər  olduqca
134
gözəl  paltarlar  geyməyi,  ləzzətli  yeməklər  yeməyi,  həyatlarını 
ziyafətlər  və  düyünlər  içində  keçirməyi  sevərdilər.  Buna  görə  də, 
vaxtlarını heç boş keçirməzdilər, iqtisadi fəaliyyət ilə məşğul olardılar. 
Çox qazanar, çox da xərcləyərdilər.
Əski  türklər  son  dərəcə  qonaqsevər  idilər.Dədə  Qorqud 
Kitabında  Burla  Xatun  verdiyi  ümumi  bir  şöləndən  danışarkən  bu 
sözləri söyləyir:
«Təpə  kimi  ət  yığdırdım.  Göl  qədər  qımız  sağdırdım.  Ac 
olanları  doyurdum,  çılpaq  olanları  geyindirdim.  Borcluların 
borcunu verdim».
Bununla  birlikdə,  minlərlə  lirənin  sərf  olunduğu  bu  ümumi 
şölonlər Salur Qazalın ildə bir dəfə təşkil etdiyi yağma92 ziyafətlərinin 
yanında heç bir şey idi. Salur Qazanın şölənində bütün bəylər ilə xalq 
doyunca  yeyib  içdikdən  sonra, 
Salur  Qazai  arvadının  əlindən 
tutaraq  saraydan  çıxardı,  van-yoxu  nəyi  varsa,  yağma  edilməsini 
çağırılmış adamlardan xahiş edərdi.  Bu qayda  ilə yağmaya  uğrayan 
Salur Qazan bir müddətdən sonra yenə Oğuz elinin on zəngin  bəyi 
olardı.  .
Türklər keçmişdə nail olduqlan bu iqtisadi rifaha gələçəkdə də 
nail olmalıdırlar.  Həm də qazanılacaq sərvətlər Salur Qazanın var- 
dövləti  kimi  ümumə  aid  olmalıdır.  Türklər müstəqilliyi  və azadlığı 
sevdikləri 
üçün 
iştirakçı92 (kommunist)  ola  bilməzlər.  Ancaq 
bəraborçiliyi  sevdiklərinə  görə  fərdiyyətçi  kimi  də  qala  bilməzlər. 
Türk  kültürünə  ən  uyğun  sistem  solidarizm,  yəni  həmrəyçilikdir.94 
Şəxsi  mülkiyyət  ictimai  həmrəyliyə  xidmət  etdiyi  halda  qanunidir. 
Sosialistlərin  və  kommunistlərin  şəxsi  mülkiyyəti  ortadan  qaldır­
mağa  çalışmaları  doğru  deyildir.  Yalnız  ictimai 
həmrəyliyə 
xidmət etməyən  şəxsi  mülkiyyətlər varsa, onlara izn verilməz  (yəni 
onlar  qanuni  sayılmaz).  Bundan  başqa,  mülkiyyətin  yalnız  şəxsi 
olması  lazım  deyil.  Şəxsi 
mülkiyyət  kimi,  ictimai  mülkiyyət  də 
olmalıdır.  Toplumun  fədakarlığı və zəhməti nəticəsində yaranan  və 
fərdlorin  heç  bir  əməyindən  doğmayan  artıq  qazançlar  topluma 
aiddir.
Fərdlərin  bu  qazanclara  yiyələnmələri  qanuni  deyildir.  Artıq 
qazancların -«plyus-valyu»ların95  toplum  adına  toplanması  ilə 
yaranacaq  böyük  məbləğlər  toplum  hesabına  açılan  fabrikaların, 
təşkil  edilən  kənd  təsərrüfatlarının  kapitalı  olur.  Bu  ümumi 
təşəbbüslərdən  əldə  ediləcək  qazanclar  ilə  yoxsullar,  yetimlər, 
dullar,  xəstələr,  əlillər,  korlar  və  karlar  üçün  xüsusi  sığınacaq 
yerləri  və  məktəblər  açılır,  ümumi  baxçalar,  muzeylər,  teatrlar, 
kitabxanalar  yaradılır.  Fəhlələr  və  kəndlilər  üçün  sağlamlıq  evləri
135


tikilər.  Ölkə ümumi  bir elektrik şəbəkəsi içinə almar.  Sözün  qısası,  hər 
cür  yoxsulluğa  son  verərək  hamının  rifahını  təmin  etmək  üçün  nə 
lazımdırsa,  yerinə 
yetirilərdi.  Hətta,  bu  ictimai  sərvət  kifayət 
miqdara  çatdıqda,  xalqdan  vergi  almağa  da  ehtiyac  qalmayacaq. 
Heç olmasa, vergilərin növləri və miqdarı azaldıla bilər.
Deməli,  türklərin  ictimai  ülküsü  şəxsi  mülkiyyəti  ortadan 
qaldırmadan  ictimai  sərvətləri  fərdlərə  qəsb  etdirməmək  və  bu 
sərvətləri  ümuminin  xeyrinə  sərf  etmək  məqsədiylə,  saxlamaq  və 
artırmaqdan ibarətdir.
Türklərin  bundan  başqa,  daha  bir  iqtisadi  ülküsü  vardır  ki.  o 
da  ölkənin  ağır  sənayesini  yaratmaqdır.  Bəziləri:  «Yurdumuz  kənd 
təsərrfatı ölkəsidir,  biz həmişə əkinçi  bir millət olmalıyıq.  Ağır sənaye 
üçün  can  atmamalıyıq»-deyirlər  ki,  bu  əsla  doğru  deyildir. 
Gerçəkdən,  əkinçiliyi  heç  vaxt əldən  verməyəcəyik,  ancaq  çağdaş  bir 
dövlət  olmaq  istəyiriksə,  hökmən  ağır  sənayeyə  malik  olmağımız 
lazımdır.  Avropa inqilablarının ən önəmlisi iqtisadi inqilabdır.  İqtisadi 
inqilab  isa  məhəlli  iqtisadyyatı  yerinə  millət  iqtisadiyyatının  və  kiçik 
sənətkarlığın  (kustar  sənayenin)  yerinə  ağır  sənayenin  yaradılmasın­
dan  ibarətdir.  Millət  iqtisadiyyatı  və  iri  (ağır)  sənaye  isə  ancaq 
dövlətin  himayə üsulunun tətbiqi ilə meydana gələ bilər.  Bu məsələdə 
milli iqtisadi nozəriyələr bizə yol göstərəcəkdir.  Amerikalı Con Rey 
ilə  Almaniyalı  Fridrix  List  İngiltərədə  mançesterlərin  təsis  etdikləri 
iqtisadiyyat  elminin  ümumi  və  beynəlxalq  bir  elm  olmayıb  yalnız 
İngiltərəyə məxsus  bir milli iqtisadiyyat sistemindən  ibarət olduğunu 
ortaya  qoydular.  İngiltərə  böyük  sənaye  ölkəsi  olduğu  üçün 
məhsullarım  xaricə  göndərməyə  və  xaricdən  xammal  gətirməyə 
məcburdur.  Buna  görə,  İngiltərə üçün  faydalı olan yeganə çıxış yolu 
gömrüklərin  sərbəst olması qaydasıdır, yəni açıq qapı siyasətidir.  Bu 
qaydanın  İngiltərədəki  kimi  böyük  sənayeyə  hələ  malik  olmayan 
millətlər tərəfindən  qəbul edilməsi  onların sona qədər  İngiltərə  kimi 
sənaye  ölkələrindən  iqtisadi  baxımdan  asılı  olmalan  nəticəsini 
doğuracaqdır. Bax, bu iki nəfər yenilikçi iqtisadçı öz ölkələri üçün ayn- 
ayn  özəl  milli  iqtisadiyyat  sistemini  yaradaraq  ölkələrinin  böyük 
sənayeyə  malik  olmasına  çalışdılar.  Və  müvəffəq  də  oldular.  Bugün 
Amerika  ilə  Almaniya  iri  sənaye  məsələsində  İngiltərə  ilə  güclərini 
sınayacaq bir səviyyəyə gəlib çıxmışlar.  Və indi onlar da İngiltərənin 
açıq qapı siyasəti yolunu tutmuşlar.
Ancaq bu mərhələyə gəlib çata bilmələrinin illər boyunca milli 
iqtisadiyyatın  himayə  üsullarının  tətbiqi  nəticəsində  baş  verdiyini 
çox yaxşı bilirlər.
İndi  türk iqtisadçılarının  da  ilk  işi, əvvəla, Türkiyənin  iqtisadi
136
durumunu  və  gerçəkliyini  incoləmək  sonra  isə  bu  obyektiv 
incələmələrdən  milli  iqtisadiyyatımız üçün elmi və əsaslı bir proqram 
hazırlamaqdır.  Bu proqram hazırlandıqdan sonra, ölkəmizdə böyük 
sənayeni  meydana  gətirmək  üçün  hərkəs  bu  proqram  dairəsində 
çalışmalı  və  iqtisadiyyat  Nazirliyi  do bu fərdi fəaliyyətlərə rəhbərlik 
edərək ümumi nizamlayıcı vəzifəsini yerinə yetirməlidir.
VII
SİYASDİDƏ  TÜRKÇÜLÜK
Türkçülük  siyasi  bir  partiya  deyildir,  elmi,  fəlsəfi,  estetik  bir 
məktəbdir,  başqa  bir  deyimlə,  kültürlə  bağlı  bir  çalışma  və yeniləşmə 
yoludur.  Bu  səbəbdəndir  ki,  Türkçülük  indiyə  qədər  bir  partiya 
şəklində  siyasi  mübarizə  meydanına  atılmadı,  bundan  sonra  da, 
şübhəsiz atılmayacaqdır.
Bununla birlikdə, Türkçülük büsbütün siyasi ülkülərə  biganə də 
qalabilməz.  Ona  görə ki,  türk  küllüm digər  ülkütor  ilə  birlikdə siyasi 
ülkülərə  də  malikdir.  Məsələ,  Türkçülük  heç  bir  vaxt  klerikalizm, 
teokratiya və zülm rejimi ilə sazişə girə bilməz. Türkçülük çağdaş  bir 
axımdır  və  ancaq  çağdaş mahiyyət  daşıyan  axımlar  vo  ülkülər  ilə 
sazişə girə bilər.
Bax,  bu  səbəbdəndir  ki,  bugün  Türkçülük  Xalq  Partiyasına96 
yardımçıdır.  Xalq  Partiyası  hökmranlığı  millətə,  yəni  Türk  xalqına 
verdi.  Dövlətimizə  Türkiyə  və  xalqımıza  isə  Türk  Milləti  adlarını 
sundu.  Halbuki,  Anadolu  inqilabına qədər dövlətimizin, millətimizin, 
hətta  dilimizin  adlan  Osmanlı  sözündən  ibarət  idi.  Türk  sözü  ağıza 
alınmazdı. Heç kim: «mən Türkəm» deməyə cəsarət edə bilməzdi. Son 
zamanlar Türkçülər belə bir iddiaya cürət  etdikləri  üçün,  sarayın  və 
köhnə fikirli adamlann nifrətlərini qazandılar. Bax, Xalq Partiyasının 
anası  olan  Müdafaayi  Hüquq  Cəmiyyəti,  böyük  qurtancımız  Qazi 
Mustafa  Kamal  Paşa  həzrətlərinin  doğru  yolu  göstərməsi  və 
rəhbərliyi  ilə,  bir yandan Türkiyəni düşmən  istilalanndan qurtardı, o 
biri  yandan  isə dövlətimizə,  millətimizə, dilimizə həqiqi adlarını  verdi 
və  siyasətimizi  mütləqiyyətin  və  yad  ünsürlərin  yeritdiyi  siyasətin 
son  izlərindən  do  azad  etdi.  Hətta,  deyə  bilərik  ki,  Müdafaayi 
Hüquq Cəmiyyəti  heç xəbəri  olmadan Türkçülüyün  siyasi  proqramını 
həyata  keçirdi.  Çünkü,  gerçək  birdir,  iki  olabilməz.  Həqiqəti 
axtaranlar  başqa-başqa  yollarla hərəkət  etsələr  belə,  ən  sonda  eyni 
hədəfə  çatırlar.  Türkçülük  ilə  xalqçıhğm  nəhayət  eyni  proqramda 
birləşmələri  ikisinin  də qarşıda  duran  məqsədə  və  gerçəkliyə  uyğun 
olmalarının  bir nəticəsidir.  İkisi də  lam həqiqəti  tapdıqlarına  görə,
137


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə