Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

yaşamışdır.  Başqa  bir  bilgiyə  görə  Rus  Səlcuqlu  hökmdarı  1  Əla- 
əddin  Keyqubadın  dövründə  (1219-1236)  yaşayıb.  Hacivadın  me­
mar,  xırdavatçı,  işçi  nəzarətçisi,  işçi  olduğu  haqqında  bilgilər var­
dır.
Hacivada  «Hacı  İvaz»,  «Hacı  Əvhad»,  «Hacı  Əvhadüddün 
Çələbi» do deyilmişdir.
88.  Kaşqarlı  Mahmud  -   XI  yüzildə  yaşamışdır.  Türk 
dünyasının,  bəşəriyyətin  dahilərindən  biridir.  Geniş  biliyə,  dərin 
zəkaya malik olan  Kaşqarlı  Mahmud  istedadlı dilçi alim idi. O, ilk 
Türk-İslam  dövlətinin  qurucusu  olan  Qaraxanlılar  soyundan 
çıxmışdır.  Türk  dünyasının  əvəzsiz  sərvətlərindən  olan  «Divan-i 
Lüğat-it  Türk»  əsərini  1072-ci  ilin  yanvarından  Bağdadda 
yazmağa  başlamış,  1074-cü  il  fevralın  10-da  tamamlayıb  Abbasi 
xəlifəsi  Müqtədibillaha  təqdim  etmişdir.  Ərəblərə  türk  dilini 
öyrətmək və bu dilin çox zəngin olduğunu göstərmək üçün yazılmış 
«Divan-i  Lüğat-it  Türk»  türk  dilinin  ilk  qrammatikası,  ilk 
sözlüyüdür.  Böyük alim  bu əsərində  türk  dilinin  zənginliyini,  onun 
hər  bir  sahədə  ərəb  dili  ilə  yarışa  biləcəyini,  gözəlliyini  dahiliklə 
sübut  etmişdir.  Bu  ölməz  əsər nəinki  dil  baxımından,  həm də  türk 
mədəniyyəti 
və 
etnoqrafiyasının 
öyrənilməsi 
baxımından 
əvəzsizdir.  «Divan-i  Lüğat-it Türk»  1908-ci ildən  sonra  İstanbulda 
aşkar  oldu.  1915-1917-ci  illərdə  Kilisli  Rifat  tərəfindən  3  cilddə 
çap  edildi.  1939-1943-cü  illərdə  isə  Bəsim  Atalay  sadə  türkcədə  5 
cilddə nəşr etdirmişdir. Sonralar «Divan» yenidən nəşr edildi.
89.  Cahiz  (Əbu  Osman  Əmr  bin  Bəhr  əl-Cahiz;  766  və  ya 
776-868 və ya  869) -  Ərəb yazarı,  mötəzilo kəlam alimi.  Cahiz ila­
hiyyata,  siyasətə,  ritorikaya,  tarixə  və  s.-yə  dair  bir  çox  əsərlər 
yazmışdır. O, bir sıra yumoristik  novellaların da müəllifidir. Cahi- 
zin dili olduqca bədiidir.  Hətta ilahiyyata dair yazdığı əsərlərdə də 
bədii xüsusiyyətlər güclüdür.  Bu görkəmli alim bir zəncinin törəmə­
si olmuşdur.
Cahiz  türklərə  xüsusi  diqqət  yetirmiş,  onların  məziyyətləri 
haqqında «Risalə  fi  fəzail  əl-ətrak»,  «Mənaqib-ət-Türk»  kimi  çox 
dəyərli risalələr-əsərlər yazmışdır.
90.  «Sərvəti-funun»  məktəbi  -   1891-ci  ildə  İstanbulda  nəşr 
edilməyə  başlayan  ədəbi-bədii  və  siyasi  dərginin  adından 
götürülmüşdür.  1895-ci  ildən  dərginin  çevrəsində  yeni  ədəbi 
qüvvələr  toplaşdı.  Bu  qüvvələr  Sultan  rejiminə  qaışı  çıxır, 
Türkiyədə Avropanın mütərəqqi yeniliklərini yaymağa çalışırdılar. 
Türk  ədəbiyyatının  tarixində  önəmli  yeri  olan  «Sərvət-i  fünun» 
dərgisi Sultanın  fərmanı ilə  1901-ci ildə bağlandı.  Türk  ədəbiyyatı
166
tarixində  tənzimat  ədəbiyyatından  sonra  «Sərvət-i  fünun» 
ədəbiyyatı  və ya ədəbiyyati-cədido  (Yeni ədəbiyyat) gəlir ki,  bu da 
1895-1901-ci illəri əhatə edir.
91.  Raqib  Paşa  (1699-1763) 
XVIII  yüzilin  divan 
şairlərindən  biri  və  dövlət  xadimi,  istanbulda  doğulmuş,  orada 
vəfat etmişdir.  Fəlsəfi-didaktik  şeirlər yazmış Raqib Paşa «Təhqiq 
və tövfiq» (1736), «Fəthiyye-i Belqrad» (1739) kimi tarixi əsərlərin, 
tərcümələrin müəllifidir.
92.  Yüksək təbəqə adamları fiziki işə,  fiziki qüvvə tələb edən 
sənətlərə  xor  baxırdılar.  Buna  görə  də  bu  sənətlər  ilə  xalq 
içərisindən çıxan şəxslər məşğul olurdu.
93.  Əshab (Ashab)  Ərəbcə «sahib»in cəmidir.  «Səhabə» do 
deyilir.  «Yoldaşlar,  tərəfdarlar»  anlamını  verir.  Burada:  Həzrət 
Mühəmmədin  yoldaşları,  onun  məclislərində  və  söhbətlərində  işti­
rak edənlər haqqında  işlədilir.  Həzrət  Mühəmmədi ömründə ən azı 
bir dəfə görmüş müsəlmanlara da deyilir.
94.  Qayılar  -   Oğuzların  Qayı  boyu.  Qayı  oğuzların  Daş 
Oğuz (Boz ox) qoluna mənsub  12 boydan biriydi. Osmanlı sultan­
ları bu boydan çıxmışdı.
95.  Əndorundan  çıxmış  dcvşirmələr:  Farsca  olan  «əndərun» 
burada  «dövlət  vəzifələrini  yerinə  yetirəcək  şəxsləri  hazırlayan 
məktəb» anlamındadır. Osmanlı dövründə (1826-cı ilə qədər) əsgər 
yetişdirmək  üçün yeniçəri  təşkilatına  münasib uşaqların  seçilib  to­
planmasına və bu yolla toplanan  uşağa «devşirmə» deyilirdi.  Belə­
liklə,  burada  «sarayın  yetişdirdiyi  yeniçərilər,  əsgərlər,  vəzifəlilər» 
göz önündə tutulur.
96. Əhli-beytin uğramış olduğu məzlumluq -  Bağdaddan  100 
kilometr  güney-qərbdə  680-ci  il  oktyabrın  10-da  baş  verən  ünlü 
Kərbəla hadisəsi göz önündə tutulur.  Bu zaman Həzrət Əlinin oğlu 
Hüseyn  başda  olmaqla  Əhli-beytə 
Peyğəmbərin  ailə  üzvlərinə 
mənsub  olan  bir  neçə  nəfər Dəməşq  xəlifəsinin  ordusu  tərəfindən 
öldürüldü. Sağ qalanlar isə uzun müddət təqib edildilər.
97.  Xəvas (ərəbcə «xass»m cəmi) -  Burada: Özlərini xalqdan 
ayrı  və  üstün  sayan  adamlar;  imtiyazlı  təbəqə.  «Avam»,  «sadə 
xalq» ifadəsinin qarşılığı kimi çıxış edir.
98.  Caizə (ərəbcədir) -   Burada:  Divan  ədəbiyyatı  şairlərinin 
qəsidələr ilə öydükləri, mədh etdikləri yüksək mövqeli adamlar tə­
rəfindən onlara bu öymə əvəzində verilən bəxşiş, hədiyyə. Çox vaxt 
bu bəxşiş, hədiyyə puldan ibarət olurdu.
99. Qazaskər (ərəbcə -  qazi-əsgər) -  din işləriylə məşğul olan 
xadimlər sinfində -  ilahiyyatçılar və qanunşünaslar iyerarxiyasında
167


yüksək rütbəli  dövlət məmuru-baş qazı; ali hərbi məhkəmə başçısı. 
Şeyxülislamdan  sonra  ən  yüksək  vəzifədir.  Qazaskər  vəzifəsi  Sul­
tan  I  Murad  tərəfindən  yaradılmışdır.  Fateh  Sultan  II  Məhməd 
zamanından  2  nəfər  qazəskər  -   Anadolu  və  Rumeli  qazəskərləri 
fəaliyyət  göstərməyə  başladı.  Hər  iki  qazəskər  dövlət  Divanının 
iclaslarında iştirak edirdi.
100.  Qazı  (ərəbcə  «qazmlən)  -  Osmanlı  imperatorluğunda 
məhkəmə  başçısı:  Qazıların  başçılıq  etdiyi  məhkəmə  Tənzimat 
dövrünə  qədər  hər  cür  davalara,  mübahisəli  məsələlərə,  Tənzimat 
ilə  Cümhuriyyət  dövrü  (Mədəni  Qanuna  qədər)  arasındakı 
müddətdə isə yalnız evlənmə,  boşanma,  dolanacaq  üçün  vəsait və 
miras məsələlərinə baxırdı.
101.  Arpalıq  -   Sultan  tərəfindən  müftü,  qazəskər  kimi  din 
xadimlərinə, eləcə də bəzi yüksək rütbəli adamlara ərzaq, paltar və 
ya pul şəklində verilən aylıq (maaş).
102.  Əxi  Babalar 
Səlcuqlular dövründə  Anadoluda  yetgin 
şəkildə  özünü  göstərən  və  başlıca  olaraq  ticarətçiləri,  sənətkarları 
və  əkinçiləri  əhatə  edən,  İslam-təsovvüf anlamlarını  mənimsəyən 
bir təşkilat da meydana çıxdı  ki, buna əxilik deyilirdi. Əxilik gənc­
lik  ülküsüııü  ifadə  edirdi.  Ümumiyyətlə,  təsəvvüf yolu  ilə  gəncləri 
(oğlanları),  başlıca  olaraq  sənətkarları,  əkinçiləri,  ticarətçiləri,  bir 
sözlə, əl işi ilə çalışanları tərbiyələndirən, onları İslam qaydaları ilə 
yaşamağa öyrədən  bir  təşkilat  idi.  Əxiliyin  kökü  əski  türk görənək 
və gələnəklərino (adət  və ənənələrinə) gedib çıxır.  Qaynaqlar əxilə- 
rin türklər arasında hələ IX yüzildə göründüklərini xəbər verir.
103.  Vəz (ərəbcə) -   Burada:  Camedə, məsciddə aparılan dini 
söhbət, din xadiminin minbərdən söylədiyi dini öyüd-nəsihət.
104.  Zəbani  -   (ərəbcə)  -   Cəhənnəm  gözətçisi,  günahkarları 
cəhənnəmə atan mələk.
105.  Mövlid-i  şərif  (Şərəfli,  mübarək  mövlid) 
Ərəbcədir. 
Sadəcə  olaraq  «mövlid»  də  deyilir.  Həzrət  Mühəmmədin  doğumu 
və  həyatı  haqqında  şeir  və  bu  şeirlərin  oxunduğu  dini  mərasim 
(bayram).  Bu  bayram  Həzrət  Mühəmmədin  «doğum  günü»  ilə 
bağlıdır.
106.  «El  (İl)»  geniş  anlamlı  əski türk  sözüdür.  Ümumiyyətlə, 
«düzənli-nizamlı  dövlət»  anlamını  verir.  Əski  türklər  «el-gün  (il- 
gün)» ifadəsini də işlətmişlər.  Bu isə «dövlət və xalq» anlamını  bil­
dirir.  Bugün  xalqımız  arasında  «el-gün»,  «elim-günüm»  ifadəsi 
canlı şəkildə işlənməkdədir.
107.  Elxan -  Əski türklərdə 6-cı  yüzildən  başlayaraq  «xaqan 
(kağan)»,  «xan  (kan)»  hökmdar  titulu  idi.  Bundan  öncə  «tanhu»
168
titulu  vardı.  Bir  sıra  araşdırmaçılar  «kağan»ın  «xan»dan  daha 
yüksək  titul  olduğunu  söyləyirlər.  Türk  mifologiyasının,  mədə­
niyyətinin bilicisi, görkəmli alim  B.Ögcl isə «xan»ın «xaqan»a görə 
daha  yüksək  hökmdarın,  imperatorun  titulu  olduğunu  göstərir. 
Deməli,  böyük qüdrətli,  hakimiyyəti göstərən  «Elxan  (Elin  xanı)», 
«imperator» anlamını bildirir.
108.  Tanrı  qutu  -   «Qul»  (Kut)  əski  türklərdə  dar  anlamda 
«həyat  qüvvəsi,  ruh,  can,  taleh,  müvəffəqiyyət,  xoşbəxtlik»  qav- 
ramları  ilə  bağlı  olan  «qut»  deyimi  siyasi  hakimiyyət  qavramım 
göstərirdi.  Ümumiyyətlə,  əski  türklər  «qut»  deyimiylə  «Tanrmın 
bəzi  adamlara  verdiyi  qutsal  (müqəddəs)  qüdrəti»  ifadə  edirdilər. 
Tanrının  bu qüdrəti insanın  «ruh»u yerində çıxış edərək  bağışlan­
dığı insanı müvəffəqiyyətə,  xoşbəxtliyə çatdırırdı.  Hun  imperatoru 
Atilla  özünü  «Tanrmın  qırmancı»  sayır,  özünün  və xalqının  Tanrı 
tərəfindən  göndərildiyinə  inanırdı.  Əski  türklər özlərinə  «Tanrının 
ordusu» kimi baxırdılar.  Beləliklə, Atillanın  «Tanrı qutu» adı «Al­
lah  tərəfindən  bəxş edilmiş qutsal  (müqəddəs) qüdrət»  (və  ya  ilahi 
qüdrət)  anlamında  olub,  Atillaya  Tanrı  tərəfindən  müqəddəs 
qüdrətin  verildiyini  bildirirdi.  Bu  da  Atillanı  müvəffəqiyyətə,  xoş­
bəxtliyə çatdırır, onu yenilməz edirdi.
Ancaq  «Qut»  deyiminə  birinci  dəfə  Hun  imperatorluğunun 
qurucusu  Мао-dunun  (m.ö.  209-174)  titulunda  rast  gəlinmişdir 
(Bax:  İ.Kafəsoğlu. Türk kültürü. Ankara,  1984, səh. 222).
Turfanda  yerləşmiş  Uyğurların  hökmdar  ləqəbi  «İdi-Kut 
(ldıq-Kit,  İduk-Kut),  yəni  «Tanrı  tərəfindən  göndərilmiş»  idi. 
Hunlarda  gördüyümüz Tanrı  qutu (Tanrı-Qut)  ifadəsi eyni  anlamı 
daşıyır.
109.  Dcgcncrasiya  (latıncadan)  -  nəsi İdən-nəsilə  orqanizmin 
dəyərli  xassələrinin  pisləşməsi,  pozulması;  ümumiyyətlə,  orqaniz­
min  bioloji  və  ruhi  baxımdan  pozulması.  Burada:  cırlaşmış,  po­
zulmuş.
110.  Əşkanilor  -   Miladdan  öncə  250-ci  ildən  bizim  eranın 
224-cü  ilinə  qədər  Pariıyada  hökmranlıq  etmiş  Arşakilər  sülaləsi. 
Sasanilər tərəfindən yıxılıblar.
111.  Sasanilər -  İranda 224-651-ci  illərdə hökm sürmüş  hök­
mdar sülaləsi. Ərəblər tərəfindən yıxıldılar.
112. Törə (törö) -  «Törə» deyimi əski  türklərdə dövlət (el) ilə 
bağlı  işlənmiş  və  «qanun»  anlamını  bildirmişdir.  Ümumiyyətlə, 
«törə»  hər  hansı  bir  toplumda  görənək  və  gələnəklərin  (adət  və 
ənənələrin),  qaydaların,  davranış  biçimlərinin,  vərdişlərin  bütünü; 
bir toplumdakı  əxlaq ilə  bağlı  davranış  biçimləri.  «Törə»  sözü Or-
169


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə