Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

xon yazılarında  11  yerdə işlənib.
113.  Çanaqqala qələbəsi -  Birinci dünya müharibəsində An­
tanta dövlətləri çoxdankı niyyətlərini -  Türkiyəni parçalamağı ger­
çəkləşdirməyə  çalışırdılar.  Ancaq  ingilis-fransız  imperializmi  əldə 
olunacaq qənimətdə çar Rusiyasının iştirakını son dərəcə məhdud­
laşdırmaq  istəyirdi.  1915-d  il  aprelin  15-də  ingilis-fransız koman­
danlığı Çanaqqala (Dardanel) boğazı rayonuna desant qoşunu çı­
xartdı  və  az  vaxt  içərisində  ingilis-fransız  qoşunlarının  sayı  570 
min nəfərə çatdı. O zaman podpolkovnik rütbəsində olan  Mustafa 
Kamal  bəy  (sonralar  -   Paşa)  Tekirdağda  19-cu  diviziyam  təşkil 
etdikdən  sonra  Çanaqqala  boğazı  ərazisindəki  Anafartalar  ray­
onunu  qorumaq  haqqında  əmr  aldı.  1915-ci  il  avqustun  26-28-də 
türk  ordusunun  Anafartalar  qruplaşması  Mustafa  Kamalın  ko­
mandanlığı ilə əks hücuma  keçib Antanta ordusunu ağır yenilgiyə 
(məğlubiyyətə)  uğratdı.  Bundan  sonra  türk  ordusunun  digər  his­
sələri  hücuma  keçdi  və  Çanaqqala  əməliyyatında  parlaq  qələbə 
çaldılar.  Antanta  bu  əməliyyatda  270 min nəfər itirdi.  Çanaqqala 
qələbəsində Mustafa Kamalın böyük rolu oldu.
Türk mənəvi qüdrətini beynəlxalq çapda göstərən Çanaqqala 
adı altında başqa bir hadisə də vardır.
1922-ci  il  avqustun  30*da  Dumlupınar  yaxınlığında  türk or­
dusu işğalçı  yunan ordusunu darmadağın etdi.  Yunan ordusunun 
qalıqları  özünü  itirmiş  halda  qərbə  qaçdı.  Sentyabrın  8-də  qalib 
türk  ordusu  İzmirə  girdi.  Türklərin  bu  parlaq  qələbəsi  Antanta 
dövlətlərini  çaxnaşmaya  saldı.  Sentyabrın  11-də  İngiltərə,  Fransa 
və  İtaliya  birlikdə  Ankaraya nota  göndərərək türk ordusunun  Ça­
naqqala şəhərinə doğru hərəkətini dayandırmağı,  «bitərəf zona»ya 
girməməsini  tələb  etdilər.  Onlar  Çanaqqala  (Dardanel)  və  Bosfor 
boğazlarını,  Mərmərə dənizi  rayonunu öz yanlarından  «bitərəf zo­
na»  elan  etmişdilər.  Beləliklə,  «Çanaqqala  böhranı»  adı  ilə  tanın­
mış  yeni gərgin  bir  durum yarandı.  Bu böhran  Türkiyə ilə Fransa 
arasında  sentyabrın  29-da  İzmirdə  əldə  edilən  razılaşma  və  Mu- 
danya  barışığı  (1922-ci  il,  11  oktyabr)  ilə  başa  çatdı.  Antanta  öz 
işğalçı məqsədinə çata bilmədi.
114.  Mütarəkə  (və ya  mütarikə) -  Ərəbcədir.  Savaşan  iki  tə­
rəfin razılığı ilə atəşin bəlli bir müddət üçün kəsilməsi, müharibənin 
bir müddət dayandırılması; müvəqqəti barışıq. Sultan hökuməti ilə 
Antanta  arasında  1918-ci  il  oktyabrın  30-da  Lemnos  adasında, 
Modros körfəzində imzalanmış  Modros barışığı  Türkiyə  tarixində 
«Mütarəkə» adı ilə tanınır.
115.  Antanta  Frakiyanı,  Boğazları,  İstanbulu  ələ  keçirmək.
170
Türkiyəni  parçalamaq  və onun  bir  dövlət  kimi  əhəmiyyətini  heçə 
endirmək məqsədi ilə yunanları və daşnakçı erməniləri pulla, silah­
la əməlli-başla təmin edərək Türkiyənin üzərinə saldı.  1919-cu ildə 
yunanlann  müdaxiləsi  ilə  başlanan  yunan-türk  savaşı  1922-ci  ilə 
qədər çəkdi.  Sayca çox, yüksək  səviyyədə silahlanmış və əla təchiz 
edilmiş  yunan  ordusuna  qarşı  zəif  silahlanmış  və  sayca  az  olan 
türk ordusu çətin şəraitdə vuruşmalı oldu.  Bütün bunlara baxmay­
araq  türklər  1921-ci il yanvarın  10-da  və martm  31-də  İnönü qələ­
bəsi,  23 avqust  13 sentyabrda Sakarya çayı və  1922-ci  il avqustun 
30-da  isə  Dumlupınar yaxınlığında yunan  ordusu üzərində parlaq 
qələbə  çaldılar  və sentyabrın  18-nə  qədər  onları  Anadoludan  vu­
rub çıxartdılar.  Mudanya barışığı (11  oktyabr  1922) ilə savaş başa 
çatdı.
Antanta  və  ABŞ  Ermənistanın  daşnak  hökumətinin  iştaha­
sını  yaxşı  bilərək  Türkiyə  torpaqlarının  bir  hissəsini  Ermənistana 
vəd  eldilər.  Onlar erməniləri  pul  və silahla  təmin  edib  Türkiyənin 
üstünə  qızışdırdılar.  Ankara  hökuməti  1920-ci  il  iyunun  9-da 
Türkiyənin təhlükə qarşısında qalan  şərq vilayətlərində səfərbərlik 
elan  eldi.  Şərq  cəbhəsinin  komandanı  Kazım  Qarabəkir  Paşanın 
başçılığı  ilə  Naxçıvan  istiqamətində  sərhədə doğru  ordu  yeridildi. 
Daşnaqlar  iyunun  18-də  Türkiyənin  Oltu  şəhərini  ələ  keçirdilər. 
Ancaq  daşnak hökumətinin  ordu hissələri  türklərin qarşısında  pə­
rən-pərən  düşdü.  Türklər  sentyabrın  29-da  Sarıqamışt,  sonra  Ər- 
dahanı, oktyabrın 30-da isə Karsı qaytardılar.  Bundan sonra onlar 
sürətlə  irəliləyərək  noyabrın  7-də  Aleksandropolu  (sonralar  Leni- 
nakan),  noyabrın  12-də isə  Aqin  stansiyanı  ələ keçirdilər və Yere­
van  üzərinə  hücumu  genişləndirdilər.  Daşnak  hökuməti  barış 
(sülh)  istəməyə  məcbur  oldu.  Noyabrın  18-də Türkiyə  ilə  Erməni­
stan  arasında  barışıq  imzalandı,  dekabrın 2-də isə Aleksandropol- 
da  sülh  müqaviləsi  bağlandı.  Müqaviləyə əsasən  yalnız  Yerevan  və 
Göyçə gölü ərazisi Ermənistanın əlində qaldı.  Ermənistan üzərində 
Türkiyənin protektaratı müəyyənləşdirildi.
116.  Camia  (ərəbcə) 
«Cəm»,  «məcmu»,  «kollektiv», 
«icma»,  «cəmiyyət»,  «birlik»  kimi  anlamları  verən  bu  sözü  Ziya 
Göyalp  «müxtəlif xalqlar  birliyi»,  «xalqlar  bloku»  anlamında  işlə­
dir.
117.  Deyiş -  Burada: xalq şeiri, xalq  türküsü.
118.  Tondirnamə  -  Ərəbcə  «tənnur»  («təndir»)  və  farsca 
«namə» sözlərindən törəmişdir. Bildirdiyi anlamlar:
1.  Təndir başma toplaşarkən söylənilən və ya oxunan nağıl.
2.  Savadsız adamların inandığı uydurma fikirlər və bu fikir-
171


lərin yazıldığı zənn edilən kitab.
119.  Arifanə -  Ərəbcə  «arif» və «anə»dən.  Burada: «Yeməyi 
birgə, kollektiv şəkildə hazırlanan toplantı» anlamındadır. Belə bir 
ifadə də vardır: «Arifanə ilə», yəni «kollektiv olaraq, birlikdə».
120. Aligyeri Dante (1265-1321)  - İtalyan şairi, İtalyan ədəbi 
dilinin yaradıcısı.  «İlahi komediya» şairin ən böyük əsəridir. Fran- 
çesk  Petrarka  (1304-1374)  -   İtalyan  şairi,  Renesans  dövrü huma­
nist mədəniyyətinin qurucusu. Jan-Jak Russo (1712-1778) -  fransız 
yazıçısı  və  filosofu.  Sentimentalizmin nümayəndəsi  olan J.J.Russo 
xüsusi mülkiyyəti sosial bərabərsizliyin səbəbi kimi göstərir, kilsəni 
mühakimə edirdi. Russonun  ideyaları  bir çox ölkələrin ictimai fik­
rinə, ədəbiyyatına güclü təsir göstərmişdir. İohann Volfqanq Geote 
(1749-1832) -  Alman yazarı, şairi və mütəfəkkiri. Yeni dövr Alman 
ədəbiyyatının  qurucusudur,  iohann  Fıidrix  Şiller (1759-1805) Al­
man  şairi,  dramaturqu  və  maarifçilik  dövrünün  incəsənət  nəzə­
riyyəçisi  F.Şiller,  H.E.Lessinq  və  I.V.Geote  birlikdə,  klassik  Al­
man  ədəbiyyatının  qurucusudur.  Qabriyel D ’Annusio (1863-1938)

  İtalyan yazarı və siyasi  xadimi.  Əsərlərində güclü şəxsiyyəti öyür. 
Estetizm yanlışı (tərəfdarı) olub.
121.  Avam  (əvam)  -   Ərəbcədir.  Xalqın  aşağı  təbəqəsi,  adi 
xalq kütləsi.  Sadəcə «xalq» anlamında da işlədilir.
122.  Boşo-Yunan.  Cümhuriyyətdən  öncə  Osmanlı  Məclis-i 
Məbusanmda  (Deputatlar  palatasında)  millət  vəkili.  Osmanlı mil­
lət vəkili  olan  Boşo  Məclis-i  Məbusanda ancaq  yunanların yanlışı 
(tərəfdarı) və türk düşməni idi.
123.  Məhşər (ərəbcə)  -  Burada:  Çaxnaşma;  böyük  qələbəlik; 
basırıq.
124. Vilson prinsipləri -  T.V.Vilson  1913-1922-ci illərdə ABŞ 
prezidenti olmuşdur (Demokrat  partiyası).  1918-ci ilin  yanvarında 
«On  dörd  maddə»  adı  altında  barış  (sülh)  proqramını  irəli  sürdü. 
Əslində  bu  imperialist  sülh  proqramı  idi.  Vilsonun  bu  proqramı 
dünya siyasəti və iqtisadiyyatında  ABŞ-ın hökmranlığını yaratmaq 
və bu sahədə  İngiltərəni,  Fransam sıxışdırmaq məqsədini  güdürdü. 
Sonralar  Vilson  Türkiyənin  şərq  vilayətlərini  Ermənistan  ilə  bir­
ləşdirmək təklifi ilə çıxış etdi.
125.  «Xalqda  mədəniyyət  yoxdur»  dedikdə,  xalq  kütləsinin 
yüksək  təhsil görmədiyi, Qərbin  mütərəqqi yeniliklərindən istifadə 
etmədiyi,  ümumiyyətlə,  dövrün  ümumi  mədəni  nailiyyətlərindən 
uzaq qaldığı göz önündə tutulur.
126. Eş -  Türkcədir. Burada: tay, tay-tuş, yoldaş.
127.  Ümmət  (ərəbcə) 
Həzrət  Mühəmmədin  icması,  onun
172
çevrəsində toplanan müsəlmanların  hamısı; xalq, millət;  icma;  Bu­
rada «ümmət» adı altında müxtəlif xalqların (etnik və dil baxımın­
dan) bir siyasi idarə altında birləşməsi başa düşülür.
128. Təndirnamə -  Bax:  118.
129.  Türkləri  irq  baxımından  heç  bir  irqə aid  etmək  olmaz. 
Türklər  ən  uzaq  çağlardan  üzgünlüyünü  (orijinallığım)  qoruyub 
saxlayan «Türk irqi»nə mənsubdurlar.
130. Arilər -  Bax: 60.
131.  Dümtək -  Klassik türk musiqisində lakt. «Düm»  güclü 
taktı,  «tək»  isə zəif taktı  bildirən  sözdür.  «Düm»  sağ,  «tək»  -   sol 
əllə vurulur.
Ziya  Göyalp  «İnqilabçılıq  və  mühafizəkarlıq»  adlı  məqalə­
sində «dümtək musiqi» deyimini «türk musiqisi»nin, yəni  türklərin 
öz  milli  yaradıcılığının  məhsulu  olan  musiqinin  qarşılığı  kimi  iş­
lətmişdir.  O,  «dümtək musiqi»sini  kökü  türkə gedib  çıxmayan  gə- 
lənək-ənənə  saymışdır.  «Türkçülüyün  əsasları»nda  bir  daha 
«dümtək musiqi»sindən danışmışdır.
132.  Fərabi -  Bax: 66.
133.  Hippokrat  (miladdan  öncə təqr.  460 -   təqr.  370) -  əski 
yunan  həkimi,  antik  təbabətin  islahatçısı,  materialist.  Hippokrat 
həkimin  yüksək  mənəvi  sifətinə,  etik  davranışına  çox  böyük  əhə­
miyyət verirdi. Qalen (təqr.  130 -  təqr. 200)  qədim Roma həkimi. 
Antik  təbabətin  bilgilərini  (məlumatlarım)  bir  təlim  kimi  ümumi­
ləşdirmişdir.  Qalenin  bu  təlimi  15-16-cı  yüzilə  qədər  təbiətşünas­
lığın inkişafına güclü təsir göstərmişdir.
134.  8-ci  yüzildə  əski  yunan  yazarlarının,  mütəfəkkirlərinin 
əsərləri Suriya dilindən ərəb dilinə çevrildi.  İslam aləmində Aristo­
telin,  Platonun  əsərləri  böyük  marağa  səbəb  oldu.  Ncoplatonçu 
müəlliflər Aristotelin əsərlərinin geniş şəkildə şərhini verdilər. Belə­
liklə,  ərəblər  ncoplatonizmlo  -   Platonun  idealizmini  Aristotelin 
ideyaları,  Şərq  mistikası  ilə  birləşdirib  sistemləşdirən  fəlsəfi  axım- 
cərəyan  ilə  çulğalaşmış  olan  və  «ərəb  aristotelizmi»  adım  alan 
xüsusi  fəlsəfə  təlimini  yaratdılar.  Bu  fəlsəfə  təlimində  məntiqi- 
fəlsəfi  mühakimə metodundan, dialektikadan istifadə edilir,  ağılçı- 
lığa-rasionalizmə  söykənilirdi.  Yeni  fəlsəfə  axımı  ortodoksal  isla­
ma  qarşıçılıqda  (müxalifətdə)  idi.  İslam  dünyasında  arislotclizmin 
ən  görkəmli  nümayəndələri  Əl-Kindi  (800-879),  Fərabi  (870-950) 
və İbn  Rüşd (1126-1198) olmuşdur.
12-ci  yüzildə  müsəlman  kəşf (təsəwüfdə 
Allah  tərəfindən 
bir sirrin hər hansı bir şəxsə bildirilməsi) və ya işıqlandırma  fəlsəfə­
si  («hikməti  işraq»)  meydana  gəldi.  «İşraq» 
ərəbcə  «işıqlandır­
173


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə