Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

33.  Əlimərdan  bəy  Topçubaşov 
Azərbaycanın  görkəmli 
jurnalisti və ictimai xadimi.  1865-ci ildə Tiflisdə anadan olmuşdur. 
1889-cu  ildə  Peterburq 
Universitetinin 
hüquq  fakültəsini 
bitirmişdir.  1897-1917-ci  illərdə  dövrün  ən  yayğın  mətbuat 
orqanlarından  olan  «Kaspi»  qəzetinin  redaktoru  olmuş,  I  Dövlət 
dumasının  deputatı  seçilmiş  və  orada  «Müsəlman  qrupmma 
başçılıq 
etmişdir. 
1918-ci 
ildə 
Azərbaycan 
Demokratik 
Respublikası  qurulduqdan  sonra  Azərbaycan  parlamentinin  sədri 
seçilmişdir.  1920-ci  ildə  xaricə  mühacirət  elmiş,  1934-cü  ildə 
Parisdə ölmüşdür.
34.  24  iyul  inqilabı:  Türkiyədə  1908-ci  il  Gənc Türklər  inqi­
labı göz önündə tutulur.  1908-ci il iyulun 24-də  1876-cı il  Konstitu­
siyasının  bərpa  olunduğuna  dair  Sultan  II  Əbdülhəmidin  fərmanı 
elan  edildi.  Buna  görə  də  1908-ci  il  Gənc  Türklər  inqilabına  «24 
iyul inqilabı» da deyilir.
35.  31  mart hadisəsi:  1908-ci  il Gənc Türklər inqilabına qarşı 
gerici  (mürtəce)  qüvvələr  mübarizəni  dayandırmadılar.  1909-cu  il 
martın  31-də  (aprelin  13-də)  onlar  inqilaba  qarşı  qiyam  qaldırdı­
lar.  Qiyamın  təşkilində  ingilis  agenti  Dərviş  Vəhdəti  fəal  iştirak 
etmişdi.  Ancaq  qiyam  tez  yatırıldı  və aprelin  13-də (27-də)  Millət 
Məclisi  (parlament)  Sultan  Əbdülhəmidin  taxtdan  salındığını  və 
xəlifə  titulundan  məhrum  edildiyini  bildirdi.  Qiyamda  imperializ­
min əli var idi.
36.  1909-cu  il  martın  31-də  əksinqilabçılar,  gericilər  Sultan 
Əhməd meydanına toplaşaraq «şəriət istəyirik» -  deyə qışqırmağa 
başladılar.  Dini  pərdəyə  bürünmüş  bu  toplantının  arxasında  yad 
əllər dururdu.
37.  Ultramontan  (əsli  latmcadir):  15-ci  yüzildə  katolik  kilsə­
sində  yaranmış  gcrici  ultramontançılıq  axımının  tərəfdarı.  Ultra- 
montançılıq  axımı  Roma  papasının  məhdud  olmayan  ali  haki­
miyyəti ideyasını,  papanm hər bir katolik dövlətinin bütün işlərinə 
müdaxilə etmək hüququnu irəli sürürdü.  Burada isə «ultramontan» 
ifadəsi  «millət  fərqinə  varılmayan  müsəlman  dövlətinin  tərəfdarı» 
anlamını bildirmək üçün işlədilmişdir.
38. Gənc Türklərin «ittihad və Tərəqqi» partiyasının  1910-cu 
ildə  Səlanik  şəhərində  (indiki  Yunanıstandadır)  çağırılmış  qurul­
tayı göz önündə tutulur.
39. «Gənc Qələmlər» dərgisi  1911 -ci ildə Səlanikdə Əli Canib 
Yöntəm və Ömər Seyfəddinin (sonralar Ziya Göyalp da onlara qo­
şuldu)  başçılığı  ilə  nəşrə  başlamışdı.  1912-ci  ilin  sentyabr  ayında 
isə bağlanıldı.  Dərgi irəliçi (mütərəqqi) fikirlər yayır, dilin sadələş­
154
dirilməsi uğrunda mübarizə aparırdı.
40.  Əli  Canib  Yöntəm  (1887-1967)  -  şair,  yazıçı  və dilin  sa­
dələşdirilməsi uğrunda savaşın öncülərindən biridir.
1910-cu  ildə  Səlanikdə  «Hüsn  və  şeir»  adlı  bir dərgi  çıxırdı. 
Əli  Canib  1911-ci  ildə  bu dərginin  nəşrini əlinə alaraq  «Gənc Qə­
ləmlər» adı ilə ona yeni bir canlılıq verdi və dərginin baş redaktoru 
oldu.  «Yeni  Iisan»  axımında  (hərəkatında)  Ziya  Göyalp,  Ömər 
Seyfəddin ilə birlikdə öndə gedirdi. O,  şairlikdən daha çox dərslik- 
liklər  hazırlamaq,  ədəbiyyat  və ədəbiyyat  tarixinə dair araşdırma­
lar aparmaq sahəsində diqqəti çəkdi, tanındı.
41.  Ömər  Seyfəddin  (1884-1920) -   istedadlı  yazıçı,  türk  rea­
list  novellasının  qurucusu  və  20-ci  yüzilin  əvvəllərində  dilin  sadə­
ləşdirilməsi  uğrunda  çarpışan  mübariz.  Ömər  Seyfəddinin  atası 
Qafqaz türklərindən olan mayor Ömər Şövqi idi.
İstanbulda  baytarlıq  məktəbində,  Ədirnədəki  hərbi  orta 
məktəbdə oxumuş,  1903-cü  ildə isə  İstanbul  hərbi məktəbini  bitir­
mişdir.  Erkən  yaşlarından  bədii  yaradıcılığa  başlayan  Ömər  Sey­
fəddin,  Əli  Canib  Yöntəmlə  birgə  1911-ci  ildə  Səlanikdə  «Gənc 
Qələmlər» jurnalını  nəşretməyə başladı.  Jurnalın  1911-ci  il  II  ap­
rel nömrəsində Ömər Seyfəddinin «Yeni lisan» başlıqlı bir məqaləsi 
dərc  edildi.  Məqalədə  dilin  sadələşdirilməsi  uğrunda  mübarizənin 
mahiyyəti izah edilir, yazı dilində türk dili qaydalarının əsas olması 
irəli sürülürdü.  Bu məqalə ilə türk dilinin sadələşdirilməsi uğrunda 
mübarizənin yeni mərhələsi başlandı.
42.  Xalidə Ədib  Adı var (1884-1964) -  tanınmış  türk  yazıçısı 
(romançı).  Erkən  yaşlarından anasını  itirmiş və ana  nənəsinin  ya­
nında  tipik  türk ailəsində böyümüş,  tərbiyə almışdır.  Bu  tərbiyə, 
nənəsinin evi onun yaradıcılığında dərin  iz buraxmışdır. Amerikan 
qız.  kollecini  bitirmiş, Quran, ərəb dili və musiqi üzrə xüsusi  təhsil 
almış,  riyaziyyatı,  filosof  Rza  Tofiqdən  isə  fəlsəfə  və  ədəbiyyatı 
öyrənmişdir.
Xalidə  xanım  Ədib  Türkçülüyü  ilkin  mənimsəyən  istedadlı 
yazarlardandır.  1908-ci  il  inqilabı  onda  böyük  coşqunluq  yaratdı. 
Həmin  il  onun  ilk  romanı  -   «Həyula»  («Xəyal»)  çapdan  çıxdı. 
1909-cu  il  31  mart  qiyamı  ilə  bağlı  Misirə qaçmağa məcbur oldu. 
Bir  qədər sonra  yenidən  İstanbula qayıtdı,  qızğın  maarifçilik  fəa­
liyyətinə  başladı.  Türk milli şüurunun inkişafı üçün var qüvvəsi ilə 
çalışdı.  1918-1919-cu  illərdə  İstanbul  Universitetində  qərb  ədə­
biyyatından  dərs  dedi.  Yunanların  Türkiyəyə  təcavüzünə  qarşı 
1919-cu il iyunun 6-da Sultanəhməd meydanındakı 200 minlik mi­
tinqdə alovlu, vətənsevər çıxışı böyük səs saldı.
155


Xalidə  xanım  milli-azadlıq  hərəkatının  (milli  mücadilənin) 
fəal  iştirakçısı  oldu.  Sakaıya  vuruşmasından  (1921-ci  il  avqust- 
sentyabr)  sonra  orduda  şəfqət  bacısı  kimi  çalışdı.  Yunan  ordusu 
məğlubiyyətə  uğrayıb  qovulduqdan  sonra,  onların  cinayətlərini 
araşdıran  komissiyanın  üzvü oldu  (Yakub Qədri  və Yusif Akçura 
ilə birgə).
Milli-azadlıq savaşı zamanı  orduda  çalışmalarına,  göstərdiyi 
xidmətə  görə ona  ilk öncə  «onbaşı»,  sonra «başçavuş»  rütbəsi  ve­
rildi.  Milli-azadlıq  savaşı  illərində  «Onbaşı  Xalidə»  adı  ilə  ün  qa­
zandı.  Xalidə  xanım  bütün  həyatı  boyu  xüsusilə  «onbaşı»  rütbəsi 
ilə öyündü.
Milli-azadlıq  mücadiləsi  qalib  gəldikdən  sonra  Xalidə  Ədib 
bədii  yaradıcılıqla  bərabər  fəal  ictimai  fəaliyyətini  davam  etdirdi, 
İstanbul  Universitetinin  professoru  oldu,  Böyük  Millət  Məclisinə 
millət vəkili seçildi.
Xalidə  Ədibin  yaradıcılığı  zəngin  olmuş,  bir çox  roman,  he­
kayə,  teatr yazıları,  anılar  (xatirələr),  söhbətlər yazmışdır.  Roman 
və  hekayələrində  Türkçülük,  türk  ruhu,  görənək  və  gələnəkləri 
(adət və ənənələri),  milli-azadlıq  hərəkatı  başlıca yer tutur.  Bu  ba­
xımdan  1912-ci  ildə  nəşr  edilən  «Yeni  Turan»  adlı  romanı  böyük 
səs  saldı.  Onun  «Atəşdən  köynək»  (1922),  «Ürək  ağrısı»  (1924), 
«Vurun  pozğunu»  (1926),  «Sinəkli  Baqqal»  («Milçəkli  Baqqal», 
1936),  «Türkün  atəşlə imtihanı»  (1962)  və s.  kimi əsərləri  türk ədə­
biyyatının dəyərli sərvətləridir.
43.  Həmdullah  Sübhi  Tanrıövər  (1886-1966)  -  Ünlü  natiq, 
yazıçı, Türkçülük və milli ədəbiyyatın öncülərindən biri.
İstanbul  Universitetində bir müddət Türk-İslam  incəsənətin­
dən  dərs  dedi. 
1912-ci  ildən  fəaliyyətə  başlayan  «Türk 
Ocaqwlarınm qurulmasında  və inkişafında  böyük rol oynadı, uzun 
müddət (1912-1931) «Türk Ocağı»nın başçısı oldu.  1918-ci il  Mod- 
ros  barışığı dövründə, Türkiyə  Respublikasının  ilk  illərində  alovlu 
nitqləri  ilə ad çıxartdı.  Respublika dövründə Həmdullah  Sübhinin 
ictimai-siyasi  fəaliyyəti  genişləndi.  1920-1926-cı  ildə  iki  dəfə  milli 
maarif naziri  oldu,  1931-1944-cü  illərdə  Brüsseldə  səfir  işlədi.  İs­
tanbuldan  Türkiyə  Böyük  Millət  Məclisinə  millət  vəkili  seçildi 
(1946-1957).
Həmdullah Sübhi Tanrıövorin  adı  bugün  Türkiyədə sayqı ilə
anılır.
44.  Yəhya  Kamal  Bayatlı  (1884-1958)  istedadlı  şair  idi.  O, 
əruz  vəznində  yazsa  da,  dilin  sadələşdirilməsinə  çalışmış,  əruzun 
türk  dilinə  uyğunlaşdırılmasında  böyük  müvəffəqiyyət  qazanmış­
156
dır.
45.  Müfidə  Fərid  xanım  istedadlı  qadın  yazarlarımızdan  bi­
ridir. O, «Ay və Dəmir» romanında (1912) milli ruhlu, millətini hər 
şeydən uca tutan tiplər yaratmışdır.
46.  Qövm: Ərəb sözüdür.  «Qohum, qohum-əqrəba»,  «nəsil», 
«tayfa», «xalq» və «millət» kimi anlam çalarları olan «qövm» sözü 
burada daha çox «tayfa» və qismən  də «xalq» anlamında işlədilir. 
Ümumiyyətlə,  «qövm»  görənək  və  gələnok  (adət  və  ənənə),  əxlaq 
davranışı, mədəniyyət, boy və soy baxımından bir-birinə ortaqlı və 
bağlı olan  insan  topluluğudur.  Ancaq  «xalq» birliyində soyca eyni 
olmayan  insan  qrupları -  birlikləri  do  iştirak  edə bilir.  Məsələ,  bir 
ölkənin  «xalq»ı  dedikdə ölkənin  bütün  əhalisi  anlaşılır.  Burada  isə 
soyca,  dilcə  ayrı  olan  topluluqların  varlığı  təbiidir.  Buna  görə  də 
biz  kitabın  orijinalındakı  «qövm»  ifadəsini  saxladıq.  Z.Göyalp 
«qövm»  ilə soy və dil  baxımından eyni olan  topluluğu göz önündə 
tuturdu.  Uyğun olan yerdə isə «xalq» ifadəsini işlətdik.
47. Antuaıı  Meye (1866-1936) -  fransız dilçisi.  Başlıca əsərlə­
ri  müqayisəli  Hind-Avropa  dilçiliyinə  və  ayrı-ayrı  dil  ailələrinə 
aiddir. Dilçilikdə sosiologiya məktəbinin başçısıdır.
48.  Xarəzm:  b.e.ə.  7-6 yüzillərdə Orta  Asiyada yaranmış qə­
dim  dövlət  və  tarixi  vilayət.  16-ct  yüzildən  Xarəzm  vilayətinin 
böyük hissəsi Xivə xanlığının tərkibinə qatüdı.  16-cı yüzildən  20-ci 
yüzilin  əvvəllərinə  qədər  yaşayan  Xivə  xanlığı  qədim  Xarəzmi, 
Türkmənistanı və digər torpaqları bürüyürdü.  1920-ci il aprelin 26- 
da  Xivə  xanlığının  ərazisində  Xarəzm  Xalq  Soveti  Respublikası 
elan cdiljdi və  1923-cü il oktyabrın 20-də isə Xarəzm Sovet Sosialist 
Respublikası  adlandırıldı.  Xarəzm  SSR  1924-cü  il  oktyabrın  2-nə 
kimi  yaşadı.  1924-cü  ilin  oktyabrında  isə  Xarəzm  SSR-in  ərazisi 
yeni  təşkil edilən  Özbəkistan SSR və Türkmənistan SSR-in, Qara- 
kalpak  Muxtar  vilayətinin  tərkibinə  daxil  edildi.  Ziya  Göyalp 
«Türkçülüyün  Əsaslarnmı  Xarəzm  SSR-in  yaşadığı  dövrdə  yaz­
mışdır.
49.  Böyük  İskəndər:  Makedoniyalı  İskəndər (b.e.ə.  356-323) 
göz  önündə  tutulur.  Onun  atası  2-ci  Filipp  (b.e.ə.  təqr.  382-336) 
b.e.ə.  359-cu  ildə  Makedoniyanın  birləşdirilməsini  başa  çatdırıb, 
özünü  ölkənin  çarı  elan  etdi.  B.e.ə.  338-ci  ilə  yaxın  Yunanıstanı 
tabe  etdi.  2-ci  Filipp  oğlunun  tərbiyəsini  Aristotelə  tapşırmışdı. 
B.e.ə. 336-cı ildə qəflətən ölərkən oğlu İskəndər onun yerinə keçdi.
Makedoniyalı İskəndərin Aristotel haqqında dediyinə bənzər 
sözləri  Atatürk  Ziya  Göyalp  haqqında  demişdir:  «Ətimin  və 
sümüyümün  atası Əli  Rza  Əfəndidirsə  (Atatürkün  atası-E.),  fikri­
157


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə