Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   45   46   47   48   49   50   51   52   53

arasında  bağlandı.  Bu  zaman  hökumətin  Türkiyə  adm dan 
danışmağa  mənəvi  haqqı  yox  idi.  Kamalçılarm  başçılığı  ilə 
Anadolunu  milli-azadlıq  savaşı  bürümüş,  Anadolu  əslində 
İstanbula tabe deyildi.
Versal  sistemi müqavilələri  içərisində ən  alçaldıcı  və  əsarətli 
olan Sevr müqaviləsinə görə nəinki Osmanlı impcratorluğuna daxil 
olaıı  ərəb  ölkələri,  eləcə  də  Türkiyənin  Avropadakı  torpaqları, 
Asiyadakı  özünün  bir  çox  vilayətləri  əlindən  alınır  və  İngiltərə, 
Fransa,  İtaliya,  Yunanıstan,  daşnaq  Ermənistam  arasında 
bölüşdürülürdü.  Türkiyənin  öz  şərq  torpaqlarında  “müstəqil” 
(əslində  isə  İngiltərədən  asılı  olan)  Kürd  dövləti,  yenə  bu  cür 
“müstəqil”  daşnaq  Ermənistanı  yaradılırdı.  Ankara  ilə Qara  dəniz 
arasında  çox  kiçik,  verimsiz,  müstəqil  yaşayış  vasitələrindən 
yoxsun  (məhrum)  olan  bir  bölgə  isə Türkiyə  üçün  ayrıldı:  həm  də 
yarımsömürgə (yarımmüstəmləkə) durumunda.
Ancaq  Türk  Ruhunun  ycnilməzliyi  imperialistlərin  və 
onların  yunan,  daşnaq  erməniləri  kimi  oyuncaq  əlaltılarınm 
uğursuz 
niyyətlərini  gözlərində  qoydu:  işğalçılar  darmadağın 
edilib  gəldikləri  yerə  qədər  qovuldular.  1923-cü  il  24  iyul  Lozan 
müqaviləsi  türkün  şanlı  qələbəsinin  təsdiqi  (çözüm  gözləyən 
məsələlər də var) oldu.  Bir çox  vilayətləri əlindən çıxsa da, Türkiyə 
öz indiki torpaqlarım qoruyub saxladı.
182.  Suriya  1516-1918-ci  illərdə,  Iraq  16-cı  yüzilin  30-cu 
illərindən  1918-ci  ilə  qədər,  Fələstin  1516-1917,  Hicaz  isə  qısa 
aralıq  (fasilə)  ilə  1517-19I6-cı  illərdə  Osmanlı  imperatorluğunun 
tərkibində olmuşdu.  1918-ci  il  30 oktyabr Mudros  barışığına  görə 
bu  ölkələr  Osmanlı  dövlətindən  həmişəlik  ayrıldı.  Ancaq  bu 
ayrılma  onlara  azadlıq,  bağımsızlıq  (müstəqillik)  gətirmədi.  Belə 
ki, Suriya  1920- 1943-cü illərdə Fransanın, İraq  1920-1932, Fələstin 
isə  1920-1947-ci  illərdə  Böyük  Britaniyanın  mandatı altında  oldu. 
Hicaz  isə  1916-1925-ci  illərdə  üzdən  müstəqil  krallıq  olmuşsa  da, 
əslində ingilislərdən asılı idi.
183.  Кар  -   o  zamankı  Güney  Afrika  İttifaqı  (indiki  güney 
Afrika  Respublikası) göz önündə  tutulur.  1652-ci ildə Niderlandın 
“Ost-İndiya”  şirkəti  indiki  Güney  Afrika  Respublikasının 
ərazisində  Кар  koloniyasının  əsasını  qoydu.  1806-cı  ildə  Böyük 
Britaniya  Кар  koloniyasını  ələ  keçirdi.  1910-cu  ildə  isə  Кар 
koloniyası  və  keçmiş  Bur  respublikaları  Güney  Afrika  İttifaqı 
dominionunda 
birləşdirildi. 
Hazırda 
Кар 
Güney  Afrika 
Respublikasının dörd vilayətindən biridir.
184.  Teokratiya  (yunanca  “teos”  -  Tanrı  “kratos”  -
186
hakimiyyət) 
Siyasi  hakimiyyətin  ruhanilərin  əlində  olan 
idarəetmə  forması.  Bu  zaman  dövlət  başçısı,  həm  də  onun  din 
başçısıdır.
185.  Klcrikalizm  (latınca  “klerikalis” 
“kilsə”  sözündən)  - 
İctimai  həyatın  bütün  sahələrində  (özəlliklə,  siyasi  və  mədəni 
həyatda) dinin  və din qurumlarının  təsirini gücləndirməyə,  dini  və 
din  xadimlərini  hakim  duruma  gətinnəyə  çalışan  siyasi  axım; 
ümumiyyətlə, ruhanilərin dövlət idarəsinə qarışması.
186.  M ütarəkə- Bax:  114.
187.  1919-cu  ilin  may  ayında  ingilislər  tərəfindən  Malta 
adasına sürgünə göndərilən Ziya Göyalp və digər bir çox yurdscvor 
gəmiyə  mindirildilər.  Ziya  Göyalpın  üstündə  pulu  yox  idi.  Ailəsi 
çox  çətinliklə  500  lirə  düzəltdi.  Ancaq  silahlı  ingilis  əsgərlərinin 
qoruduğu  gəmidə  dustaqlar  ilə  görüşmək  mümkün  deyildi.  Ziya 
Göyalpın  qızı  Səniha  xanım  bir  qayıqda  gəmiyə  yanaşdı  və  pul 
kisəsini  atasının  və  yoldaşlarının  durduğu  üst  göyərtəyə  doğru 
atdı.  Yazıq  ki,  pul  kisəsi  ingilis  əsgərləri  olan  alt göyərtəyə düşdü 
və  ingilislər  kisəni  qapıb  pulu  öz  aralarında  bölüşdürdülər. 
Beləliklə, Ziya Göyalp sürgünə pulsuz yola düşdü.
188.  Məslək (ərəbcədir;  “tutulan yol”) -   Burada:  sənət,  peşə, 
məşğuliyyət,  iş.  “Məslək” sözünə qarşılıq olaraq “pcşə”ni  işlətməyi 
məqsədəuyğun  görmədik.  Birincisi,  “peşə”  farsca  “pişə”  sözündən 
olub  türkcə  deyildir.  İkincisi  isə  Ziya  Göyalp  “məslək”  sözünü 
daha  geniş  anlamda  işlətmişdir.  “Peşə”  isə  *'məslək”dəki  çalarlan 
tam ifadə edə bilmir.
189.  Ziya Göyalpın “müəyyidə”sinə (ərəbcə) latıncadan  olan 
“sanksiya”nı qarşılıq kimi işlətdik. Çünkü bizdə “sanksiya” ifadəsi 
geniş yayılıb.  Burada haqqında danışılan  sanksiya sosial  nəzarətin 
ən əhəmiyyətli vasitəsidir. Təsir etmək üçün görülən tədbirdir. Ziya 
Göyalp hər  hansı  bir  məsləkdə çalışanların  yanlış hərəkətinə qarşı 
sanksiya  qoya  biləcək  ictimai  orqan  kimi  “heysiyyət”  (şərəl) 
məhkəməsi”ndən danışır.
“Heysiyyət  məhkəməsi’ nə  “şərəf  komissiyası”  da  demək
olar.
190.  Hamdi  bəy  (Osman  Hamdi;  1842-1910)  -   Arxeoloq, 
muzeyçi  (Muzeyşünas),  rəssam.  Sədrəzəm  (Baş  nazir)  İbrahim 
Ədhəm  Paşanın  oğludur.  1881-d  ildə  İstanbul  Arxeologiya 
Muzeyinin  (Muzc-i  Hümayun) müdiri olmuşdur.  İzin  alıb  bir sıra 
arxeoloji  qazıntılar  aparmış,  tapılan  əsərləri  muzeyə  toplamışdır. 
1883-cü  ilin  mart  ayında  Dövlət  İncəsənət  Akademiyasının 
(Sanayi-i  Nəfisə  Məktəb-i  Alisi)  əsasını  qoydu.  Bundan  başqa,
187


Hamdi boy Xett Muzeyini do açmışdır.
191.  Xəlil  bəy  (Xəlil  Ədhəm  Əldəm;  1861-1938)  -   tarixçi, 
arxeoloq  və  tanınmış  muzeyçi.  Hamdi  bəyin  qardaşı  və  Sədrəzəm 
İbrahim  Ədhəm  Paşanın  oğludur.  Muzeylər  müdiri  olan  qardaşı 
Hamdi  bəyin  uzun  müddət  müavini  olmuşdur.  1910-cu  ildə 
qardaşının ölümündən sonra onun yerinə müdir keçirildi. Xəlil bəy 
Əski  Şərq  Əsərləri  muzeyinin  qurucusudur.  Əski  sultan 
saraylarından birinin əsasında  təşkil  edilən muzeyi (Topqapı) də o 
açmışdır.
192.  Təkərləmə  -   burada:  ən  çox  nağılların  əvvəlində  olan, 
yarı  anlamlı,  anlamsız  və  bir-birinə  bənzər  qaflyəli  giriş  sözləri. 
Məs.:  Biri  varmış,  biri  yoxmuş;  Az  getdim,  üz  getdim,  dərə-təpə 
düz  getdim  və  s.  Türk  xalq  teatrı  olan  Orta  oyununda 
tokərlomələrdon istifadə edilir.
193.  Qırxlı  -   Doğumdan,  ölümdən  sonrakı  Qırx  günlük 
müddət.  “Qırxlı”,  “qırx  gün”  ilə  bağlı  inam  türklər arasında  geniş 
yayılıb. Bu inam bugün də yaşamaqdadır.
194.  Məddah  (ərəbcə  “mədh”  •  “öymə”don)  -   Yamsılama, 
təqlid  yolu  ilə  xoş,  şirin  hekayə,  nağıl  söyləyərək  adamları 
əyləndirən sənətçi.
195.  Babi-АИ  və  ya  Babiali  (ərəbcə  “bab” 
“qapı”,  “ali”  -  
“uca”,  “yüksək”)  -   Osmanlı  imperatorluğu  dövründə  İstanbulda 
Baş  nazirliyin,  daxili  və  xarici  işlər  nazirliklərinin,  Dövlət 
Şurasının yerləşdiyi bina; ümumiyyətlə, Osmanlı hökuməti.
196. Xariciyyə-  Xarici İşlər Nazirliyi  .
197.  Dəftər-i  Xaqani  -   Osmanlı  imperatorluğu  dövründə 
daşınmaz  əmlak,  vergi  obyektləri  işlərinə  baxan,  yəni  mülk  və 
torpaqları qeydə alan dövlət idarəsi.
198.  Vaqiflər  (ərəbcə  “vəqf’dən)  -   Vəqfo  (dini  və  ya 
xeyirsevər  məqsəd  ilə  dövlət  və  ayrı-ayrı  şəxslər  tərəfindən 
bağışlanan  mal,  mülk,  pul  və  s.)  bağlı  işlərə  baxan  baş  idarə. 
Fitvaxana  (ərəbcə  “fətva”  +  farsca  “xana”)  -   1.  Şeyxülislamın 
iqamətgahı  (idarəsi);  müftünün  xidmət  yeri.  2.  Şeyxülislamın 
idarəsində  hər  hansı  bir  məsələnin  həllində  müftilərin  və  şəriət 
məhkəməsinin fitva üçün müraciət etdikləri yer, instansiya.
199. Ziya Göyalp “mədəniyyət” -  terminini “sivilizasiya”nın 
qarşılığı  kimi  işlətmişdir.  Fransızcadakı  “kültüğ  (r)”  sözünə  isə 
qarşılıq  olaraq  “hars”  terminini  işlədir.  “Hars”  (“hərs”)  ərəbcə 
olub,  “şum,  şumlama,  yer  sürmə”  anlamını  verir.  Buna  görə  də 
təmiz  türkcədə  “hars”  yerinə  bəzən  “əkinc”  də  işlədilir.  Yada 
salmaq  lazımdır ki, “kültür” sözü əslində latıncadakı “kultura”dan
188
törəyib.  Bu  “kullura”nm  bir  anlamı  isə  “becərmə,  becərilmə, 
torpağın  emalf’dır.  Ziya  Göyalp  1918-ci  ildə  “Mükafat  və  cəza 
məsələsinə  dair  daha  bir  neçə  söz”  məqaləsində  yazırdı:  “Hars” 
sözünün də fransız dilində tam bir qarşılığı yoxdur. Çünkü, “kültüğ 
(r)”  sözü  bu  dildə  “irfan”  (bilik,  maarif-E.)  anlamındandır. 
Bununla  belə,  ictimaiyyətçilər  son  vaxtlar  bu  sözü  “hars” 
anlamında işlətməyə başlamışlar”.
Ziya  Göyalpa görə hars -  hər bir millətin din,  əxlaq,  hüquq, 
bədii, 
iqtisadiyyat 
həyatlarının 
uyumulu 
(ahəngdar) 
bir 
toplantıdır.  Hars-küllür  millidir,  özəlliklə,  duyğulardan  əmələ 
gəlib.
Bütün  bunlara  görə  biz  “hars”m  yerinə  daha  çox  “milli 
kültür” ifadəsini işlətdik.
Ziya  Göyalpın  işlətdiyi  terminlərdən  biri  də  “təhzib”dir. 
“Təhzib”  orəbcədir,  a)  “islah  etmə”,  düzəltmə,  təmizləmə”;  b) 
“tərbiyə, 
öyrətmə” 
anlamlarındandır. 
Ancaq 
burada 
“yetkinloşdirmə, yetkinlik, yüksəltmə” anlamlarını verir.  Biz. yerinə 
görə “yetkinlik”, “yctkinləşdir(il)”mo və zənginləşmə kimi işlətdik.
Ziya Göyalp milliliyin daşıyıcısı, müəyyonləşdiricisi olan xalq 
sərvətlərini, yəni xalqın görənək və gələnəklərini (adət və ənənələr), 
sözlü,  (şifahi)  və  yazılı  ədəbiyyat,  din,  əxlaq,  musiqi,  iqtisadiyyat 
məhsullarını  xammal  kimi  götürür.  Bu  xammalları  isə  alimlər, 
araşdırmaçılar,  sənətçilər  Qərbin  ən  yaxşı  sənət  əsərlərindən,  elm 
və  yöntəmlərindən  (metodlarından)  istifadə  etmək  yolu  ilə 
işləməlidirlər  (emal  etmə).  Bax,  bu  cür  işləməyi 
emalı  Ziya 
Göyalp  "təhzib”,  yəni  “yetkinləşdirmə,  yetkinlik”  adlandırır.  Bir 
sözlə,  öz  milli  sərvətini  Qərbin  mütərəqqi  yeniliklərindən,  elm  və 
metodlarından  istifadə  edib  daha  da  zənginləşdirməli  və 
cilalamalısan.
200.  Mctyü  Arnold  (1822-1888)  -   ingilis  şairi,  tənqidçi  və 
pedaqoqu.  M.Arnold  ədəbiyyatın  tərbiyələndirici  rolunu  etiraf 
edirdi.  O,  şeirlərində,  esselərində XIX  yüzilin  2-ci  yarısında  ingilis 
toplumundakı yalanç/ irəliləyişi ifşa edirdi.
201.  “Dadlılıq  və işıq  məzhəbi”  sevimlilik,  şiritılilik  və  işıq 
təriqəti  (təlimi).  Bu  təriqətdən,  təlimdən  keçən  har  bir  milli  sərvət 
daha işıqlı olur.
202.  Eklektik  (yunanca  “ekleklikos”  -   “seçən”)  -   Çeşidli 
(müxtəlif)  görüşləri  birləşdirən,  uzlaşdıran  şəxs.  Təmiz  türkcədə 
“eklektik”ə qarşılıq kimi “seçməçi” işlədilir.
203.  Kosmopolit  (yunanca  “kosmopolites”  -   “dünya 
vətəndaşı”)  -   Burada:  Vətənsevərlik  duyğusundan  yoxsun
189


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə