Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   45   46   47   48   49   50   51   52   53

bölümdə  həm  də  yeni  sözdüzəltmədən,  löərtmədən  danışdığına 
görə  sözdüzəldici  şəkilçilər  də  mövzuya  daxil  olur.  Buna  görə  də 
başlıqdakı  “sıygalar”ı  “sözdəyişmə  və  düzəltmə  formaları”  kimi 
verdik.  Birinci  nəşrdəki  “Feü  formaları”  ifadəsi  də  “sıygalar”ı 
tamamilə  qarşılayır.  Ancaq  mövzuda  “sıygalar”ın  məlum 
anlamından  bir qədər kənara çıxıldığı göz önündə tutularaq ikinci 
nəşrdə  dəyişiklik  etdik!  Bu  dəyişiklik  “odallar”a  da  aiddir. 
Azərbaycan  dilçiliyindəki  qoşmalar,  bağlayıcılar,  ədatlar  və 
nidalar  mövzusu  Türkiyə  dilçiliyində  “ədatlar”  adı  altında 
öyrənilir.  Ziya  Göyalp  bu  bölümdə  sözdüzəldici  şəkilçilər  yoluyla 
sözdüzəltmədən  də danışır.  Deməli  “ədat” adı alıtnda sözdüzəldici 
şəkilçini də bildirib.  Bu  səbəbdən  “ədat”  və  “şəkilçi”  sözolrini  bir 
yerdə işlətdik. Osmanlı dili dövründən fərqli olaraq çağdaş Türkiyə 
dilçiliyində 
“ədatlar” 
və 
“şəkilçilər” 
(eklər) 
ayrılıqda 
öyrənilməkdədir.
37.  Kotobə (ərəbcə)-yazdı.
38.  Kitabət  (ərəbcə)  -1.  yazı  yazmaq  sənəti;  yazmaq;  2.  katiblik 
(yazmanlıq); 3. təhrir, kompozisyon (inşa).
39.  İnşa (ərəbcə)-Burada:  qələmə alma, yazıya alma (ədəbi şəkildə 
yazma); düz yazı -nəsr.
40.  Kompozisyon  (fransızca)  Burada:  Şagirdlərə  öz  duyğu  və 
təsəvvürlərini  açıq,  təsirli  şəkildə  ifadə etməyi  öyrədən  dərs və  bu 
dərsə aid çalışma, yazı, inşa.
41.  Mütəsərrif (ərəbcə)-l.  Yiyələnən;  yiyə,  sahib.  2.  Tənzimatdan 
(1839-1876) 
sonra 
Osmanlı 
imperatorluğunun 
idarəetmə 
sistemində sancağı idarə edən şəxs.
42.  Təsərrüf  (ərəbcə)-l.  (bir  şeyi)  ələ  keçirmə,  (bir  şeyi)  istədiyi 
kimi  istifadə  etmə  ixtiyarı;  2.  qənaətlə  işlətmə;  3.  pul  artırma 
(birikdirmə).
43.  Sancaq-burada:  Osmanlı  dövlətinin  idarəetmə  sistemində “il” 
ilə  “ilçə”  arasında  olan  inzibati-ərazi  birimi  (vahidi).  Sancaq  bir 
neçə  ilçədən  ibarət  olurdu.  Sancağı  mütəssərrif  idarə  etdiyi  üçün 
ona bəzən mütəsərriflik də deyilirdi.
44.  İştiqaq  (ərəbcə) -Eyni  kökdən  çıxma,  törəmə  (söz),  düzəltmə 
(söz);  etimologiya.  Müştəq  (ərəbcə  “müştəqq”dən)  başqa  bir 
sözdən  və  ya  kökdən  törəmiş,  düzəldilmiş  (söz).  Müştəq-i  minh- 
ondan törəmiş. Müştəqat (“müşləqq”in cəmi)-törəmə söz.
45. Təhrir (ərəbcə)-yazma, yazılma; üzünü köçürmə;  redaktə etmə; 
kitabət, kompozisyon.
46.  Təhridat (ərəbcə “təhrir”in cəmi)  -rəsmi  kağızlar (məktublar), 
rəsmi yazılar.
194
47.  Zabitan  (ərəbcə  “zabit”+farsca  “an”  cəm  şəkilçisi)  zabitlər. 
Zubbat (ərəbcə “zabit”in cəmi-daxili cəm)-zabitlər.
48. Fuad Raif bəy-B ax:  1-ci bölüm, 27.
49. Şivə (ərəbcə)- Burada: dialekt, söyləmiş (tələffüz) danışıq.
50.  Azərbaycan  türkləri  içində  (xüsusilə  qərb  bölgəsində)  “elim- 
günüm”,  “evim-eşiyim”  deyimləri  çox  geniş  yayılmışdır.  Bu 
deyimlərin  yaranma  tarixi,  anlamı  çox  əski  çağlara  gedib  çıxır. 
“Elim-günüm” ilə Göy Türk dövlətinin adı arasında əlaqə var.
51.  Qırğız-qazaxlar  1920-ci  ilin  ikinci  yarışma  qədər  (1925-ci  ilin 
aprelində  Qazağıstan  MSSR  təşkil  edildi)  qazaxları  yanlış  olaraq 
qırğız-qazaxlar adlandırıblar.
52.  Bugünkü  türkcədə yerbilim (geologiya),  dirimbilim  (biologiya) 
və ruhbilim (psixologiya) deyimləri də işlənməkdədir.
53. Vapur (fransızca)  Buxar maşını ilə işləyən gəmi (paroxod).
54. Şiməndifor (fransızca)-l. dəmir yolu; 2. dəmir yolu qatarı.
55.  Ziya  Göyalpın  bu  fikrindən  sonralar  bir  qədər  irəli  gedildi. 
Dəfələrlə  nəşr  edilən  və  edilməkdə  olan  “Türk  sözlükləıi”ndə 
sözlərin  kök  baxımından  hansı  xalqa məxsus olduğu göstərildi.  Bu 
isə  hər  bir  kəsdə  türk  dili  haqqında  fikir  və  təsəvvür  aydınlığı 
yaradır.
56.  Turfan  (Tulufan)-Çinin  quzey-qərbində  Sinlszyan-Uyqur 
muxtar  rayonunda şəhər, qoza.  Çinin qərbində.  Şərqi  Tyan-Şanın 
qollarında  isə Turfan çökəkliyi yerləşir. Turfan  Şərqi  Türküstanın 
ayrılmaz bölümüdür.
57.  Tolunlular  (Tulunilər)-868-905-ci  illərdə  Misir,  Suriya  və 
Fələstində  hökmranlıq  etmiş  türk  sülaləsi.  Tolunlular  İslam 
xilafətində  ilk  müstəqil  hakimiyyəti  (Bağdaddan  asılı  olmayan) 
qurmuşlar.  Sülalənin  qurucusu  türk  sərkərdəsi  Əhməd  ibn  Tolun 
idi.  Misir  tarixçiləri  Tolunluların  hakimiyyət  illərini  “qızıl  dövr” 
sayırlar.
İxşidlilər  -   935-969-cu  ilərdə  Misir  və  Suriyada  hakimiyyətdə 
olmuş türk sülaləsi.  İxşidlilər hakimiyyətinin qurucusu Məhəmməd 
ibn  Toğac  əl-İxşidi  olmuşdur.  Məhəmməd  ibn  Toğac  Abbasi 
xəlifələrinə xidmət edən hərbçi türk ailəsindən çıxmışdır.
Səkuqlular  -   11-13-cü  yüzilin  əvvəllərində  Yaxın  və  Orla  Şərqin 
bir  sıra  ölkələrində  hökmdarlıq  etmiş  Türk-Oğuz  sülaləsi. 
Səlcuqlular aşağıdakı qollara ayrılırdı:
1. Böyük Səlcuqlular (İraq və İran;  1038-1194-cü illər);
2. Suriya Səlcuqlulan (1078-1117-ci illər);
3. Kirman Səlcuqlulan (1041-1186-cı illər);
4. Rum Səlcuqlulan (Anadolu;  1077-1307-ci illər);
195


Xarəzm  türkləri  -   1017-1034-cü illərdə  Xarəzmi  türk Qəznəvilərin 
canişinləri  idarə  etmişlər.  Təqr.  1077-1231-ci  illərdə  isə  Ənuş- 
tiginin sülaləsi Xarəzmdə hakimiyyətdə olmuşdur.
İlxanlılar  (Elxanlılar)  -   1256-1353-cü  illərdə  tran,  Iraq;  Güney 
Qafqaz  və  Anadolunun  müəyyən  bölgəsində  hökmranlıq  etmiş 
sülalə.
Teymurlular  -   1370-1507-ci  illərdə  Orta  Asiya  və  İranda 
hakimiyyətdə  olan  sülalə.  Teymurlular  dövlətinin  qurucusu  türk 
Barlas tayfasından çıxmış Teymur (1336-1405) idi.
Osmanlılar  -   1281-1922-ci  illərdə  Anadolu,  Balkanlar,  ərəb 
ölkələri  və  başqa  bölgələri  idarə etmiş  hökmdar sülaləsi.  Dövlərin 
qurucusu I Osman ibn Ərtoğrul olmuşdur. 0,1281-ci ildə atasının 
yerinə  keçir  və  1299-cu  ildən  isə  Səlcuqlulardan  asılı  olmayan 
müstəqil bir dövlətin hökmdarı olur.
Ağqoyunlular -   1378-1508-ci  illərdə Diyarbəkir,  Şərqi Anadolu və 
Azərbaycanı  idarə  etmiş  türkmən  sülaləsi.  Ağqoyunlular  bir  neçə 
türkmən boylarım birləşdirirdi.
Qaraqoyunlular  -   Türkmən  boy  birləşməsi.  Qaraqoyunluların 
içindən  çıxmış  hakim  sülalə.  1380-1468-ci  illərdə  Azərbaycan  və 
İraqı idarə etmişdir.
58.  Nizaməddin  Mir  Əlişir  Nəvai  (1441-1501)  -   Dahi  türk-özbok 
şairi,  mütəfəkkiri və  dövlət  xadimi.  Ə.Nəvai türk və fars dillərində 
çox  yüksək  bədii  dəyəri  olan  şeirlər  yazmışdır.  Sultan  Hüseyn 
Bayqaranm  vəziri  olan  Ə.Nəvainin  çox  zəngin  yaradıcılığı 
olmuşdur.  Böyük  sənətkar  türk  ədəbiyyatının  inkişafına  təsir 
göstərmişdir.
Əhməd  Paşa  -   istedadlı  divan  şairidir.  Hansı  ildə  anadan  olduğu 
bilinmir.  1497-ci  ildə  Bursada  ölmüşdür.  Həyatı  haqqında  geniş 
bilgi  (məlumat)  yoxdur.  Əhməd  Paşa  Fateh  Sultan  II  Mehməd  ilə 
dost  olub.  Onunla  birlikdə  İstanbulun  fəthində  iştirak  etmişdir. 
Əhməd  Paşa  bir  müddət  qazaskor  olmuş,  paşa  rütbəsini  aldıqdan 
sonra  Mehmət  Fatehin vəzirləri sırasına keçmişdir.  O, incə,  zəkalı, 
zərif və hazırcavab bir şəxs idi.  Şeyxidən  (1375-1431) sonra yetişən 
divan  şairlərinin  ən  güclüsüydü.  Əhməd  Paşanın  sadə  dildə 
yazılmış  şeirlərində  dini,  təsəsvvüfçü  mövzulara  çox  az  yer 
verilmişdir.  Divan  şeirinin  inkişafına  təkan  vermiş,  onun  təsiri 
Tənzimatçı  şairlərə  qədər  özünü  göstənnişdir.  Onu,  hətta  bəzi 
araşdırmaçılar  (məsələ,  ingilis  şərqşünası  Gibb)  divan  şeirinin 
başlıca  qurucusu  kimi  tanıyırlar.  Şeirdə  ustalığına  görə dövrünün 
“Rum  sultanşuarası”  yəni  şairlər  sultanı  sayılırdı.  Əlişir  Nəvaıyo 
bir  sıra  nəzirələr  yazmışdır.  Nəinki  Anadoluda,  hətta  bütün  İran
196
və Türküstanda  da  böyük  ün  qazanmış  Əhməd  Paşanın  özünə  do 
nəzirələr deyilmişdir.
59.  Tənzimat  (ərəbcə  ‘4ənzim”dən;  “tənzim”  -   islah  etmə, 
düzəltmə,  yoluna  qoyma) -   Sultan  Əbdülməcid  zamanında  1839- 
cu  il  noyabrın  3-do  “Gülxanə  xətti  Humayunu”  (“Mübarək 
Gülxanə  fərmanı”)  adlı  Sultan  fərmanı  ilə  başlayan  və  Osmanlı 
dövlətində idarəetməni  yaxşılaşdırmaq  məqsədini güdən  islahatlar 
və  bu  islahatların  keçirildiyi  dövr.  “Gülxanə  xətti  humayunu”nu 
Gülxana adlı meydanda Mustafa  Rəşid Paşa oxumuşdu. Tənzimat 
dövrü  1839-cu  ildən  1876-cı  (və  ya  1877-ci  il  Türk-Rus  savaşma 
qədər) ilə qədər davam etmişdir.
60.  “Qoyun  etsinlər,  qoyun  keçirsinlər”  -  Ticarət  azadlığını  və 
dövlətin  xüsusi  iqtisadi  fəaliyyətə  qarışmamasını  irəli  sürən 
fitrederçiliyin şüarıdır.
İqtisadi  liberalizm  ideyasını  tam  şəkildə  ifadə elmiş  olan  Şotland 
iqtisadçısı və filosofu Adam Smitin (1723-1790) adı ilə bağlıdır. 
İqtisad nəzəriyyəsində və siyasətdə yeni istiqamət olan (itrcdcrçiliyi 
nəzəri 
baxımdan 
ətraflı 
şəkildə 
A.Smil 
və 
D.Rikardo 
əsaslandırmışlar.
61.  Əski  türklər göyə  “Tcnri” və ya  “Tenqri” deyirdilər.  Çox  vaxt 
göyün  rəngini  do  bildirirdilər;  “Göy  Tenqri”,  yəni  “Mavi  Göy”, 
indi  bizim  işlətdiyimiz  “Tanrı”  deyimi  həmin  bu  “Tenqri”nin 
qarşılığıdır.  Ancaq  türklər yerin,  göyün  və  insanların  yaradıcısına 
da  “Tenqri”  (Tanrı)  deyirdilər.  “Göy  Tanrı”  dedikdə  həm  də 
yaradıcı Tanrını düşünürdülər.
Bir çox dirilərdə  “hökmdar”  Allahın  yer üzündə kölgəsidir.  Ancaq 
türklərdə  belə deyildi.  Belə ki,  türklərə görə  “cl”,  “dövlət”  Allahın 
yer üzündə  kölgəsi  rolunu oynayırdı.  Bu  isə bəşər övladına  sonsuz 
sayqım bildirirdi.
62.  Qutlu  El  -   “Uğurlu  El”,  “Mübarək  El”,  “Müqəddəs  El”.  Bu 
deyim ilə əski türklər “el”in müqəddəsliyini bildirirdilər.
63.  Şölən 
Əylənmək  və  ya  hər  hansı  hadisəni  təntənəli  şəkildə 
qeyd  etmək  məqsədini  güdən  ziyafət,  dini  səciyyə  daşıyan  yemək 
toplantısı.  “Şülən  (Şölən)” deyimi  Qazax-Borçalı  rayonunda geniş 
yayılıb.  Hər hansı  bir şeyin  bolluğunu və bu çox olan  şeyin hər bir 
kəs  tərəfindən  aparılmasını  bildirir.  Məsələ,  “alma  şülən  oldu”  və 
ya “alma şüləndi” dedikdə almanın bolluğu, çoxluğu  başa düşülür.
64.  Genqəş  və  ya  Kinqəş  -  “məsləhətləşmə,  bir  məsələ  ətrafında 
danışma”,  “müzakirə  və  məşvərət”  (rəsmi  şəkildə)  anlamlarını 
bildirir.  “Məsləhətləşmək”,  “müzakirə  etmək”  anlamını  bildirən 
“genəşmok  (gənəşmək)”  fcili  də  buradan  çıxır.  “Genəşmək
197


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə