Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

68.  Fənn:  Ərəbcədir.  Elm,  fizika,  kimya,  biologiya  və 
riyaziyyat elmlərinin ümumi adı; texnika.
69.  Mənqəbə  (və  ya  mənqibə):  Ərəbcə  «mənqabə» 
sözündəndir.  Görkəmli  din  xadimlərinin  və  ya  ünlü  tarixi 
şəxsiyyətlərin  həyatı  və  qeyri-adi  davranışları  haqqında  hekayə. 
Ümumiyyətlə,  buna  «igidlik  hekayəsi»,  «igidlik  eposu»  da  demək 
olar.
70.  İlahi:  Ərəbcədir.  Burada:  Allahı  öymək,  ona  dua  etmək 
üçün  yazılıb  melodiya  ilə  söylənən  nəzm.  Təkko,  yəni  təsəvvüf 
ədəbiyyatının ən önəmli  növlərindəndir.  Türk xalqı arasında  geniş 
yayılmış və mövludlarda, sünnət toylarında və s.-də oxunmuşdur.
71.  Nəfəs:  Ərəbcədir.  Bəktaşilərin  və  ələvilərin  görüş  və 
düşüncələrini,  ümumiyyətlə,  onların  fəlsəfəsini  bildirmək,  ifadə 
etmək üçün yazılmış şeir. Bəktaşilər «ilahi»torə «nəfəs» deyirdilər.
72.  Pəri  -   Farscadır.  Burada:  Fövqəltəbii  gücü  olduğuna 
inanılan xəyali dişi varlıq.
73.  Aşıq  Ömər  -   XVII-XVIII  yüzillərin  istedadlı  türk 
şairlərindən  olan  Aşıq  ömərin  həyatı,  doğulduğu  yer  haqqmda 
dəqiq  bilgilər  yoxdur.  Onun  1651-ci  ildə  Konyanın  Gözləvə  adlı 
yerində anadan  olduğu  güman edilir.  Yenə dəqiq  olmayan  bilgiyə 
görə  1707-ci  ildə  İstanbulda  ölmüşdür.  Aşıq  Ömər,  Osmanlı 
dövlətinin  bir çox müharibələrinin  iştirakçısı olmuş və çox səyahət 
etmişdir.  O,  aşıq  şeiri  ilə  divan  ədəbiyyatını  bir-birinə 
yaxınlaşdırmış,  divan  ədəbiyyatı  özəlliklərinin  aşıq  şeirində 
yayılmasına  yol  açmışdır.  Özündən  sonra  gələn  aşıqlara  böyük 
təsir etmiş, ona nəzirələr yazılmış və ustad kimi tanınmışdır.
Aşıq  Öməri  XX  yüzildə  yaşayıb  yaratmış  Ankaralı  Aşıq 
Ömərdən fərqləndirmək lazımdır.
74.  Dərdli  (1772-1845)  -  XIX  yüzilm  xalq  şairi.  Şahnalar 
kəndində anadan  olmuş,  Ankarada  isə  ölmüşdür.  Divan,  təkko  və 
xalq  ədəbiyyatı  sahəsində  geniş  biliyə  malik  idi.  Əsil  adı  İbrahim 
olan  Dərdli türk xalq poeziyasının son  böyük ustalarındandır.
Dərdlini  XIX  yüzildə  yaşamış  və  eyni  təxəllüs  daşıyan,  əsil 
adı  Mustafa  olan  Istanbullu  Aşıq  Dərdli  ilə  səhv  salmamaq 
lazımdır,
75.  Qaracaoğlan 
XVII  yüzilin  ən  istedadlı  saz  şairi.  XVII 
yüzil  aşıq  ədəbiyyatının  qızıl  dövrü  sayılır.  Bu  aşıqların  ön 
sırasında,  başda  Qaracaoğlan  durur.  Qaracaoğlamn  həyatı 
haqqında ətraflı bilgi çoxdur.  Bu istedadlı sənətçinin həyatına dair 
bir  çox  rəvayətlər,  fikirlər  söylənmişdir.  Görkəmli  araşdırıcılar 
aşığın  şeirlərinə,  xalq  rəvayətlərinə,  digər  bilgilərə  əsasən  belə
162
nəticəyə  gəlmişlər  ki,  o,  1606-cı  ildə  anadan  olmuş,  1679-cu  ildə 
ölmüşdür.  Şairin  ölüm  tarixini  1689-cu  il  kimi  göstərən  bilgi  də 
vardır.
Qaracaoğlamn  yüksək  bədii  səviyyədə  yazdığı  şeirlərində 
lirik-psixoloji  və  ictimai  motivlər  yer  tutmuşdur.  Özündən  sonra 
gələn  saz  şairlərinə  güclü  təsir  edən  Qaracaoğlan  türk  aşıq 
ədəbiyyatının inkişafında misilsiz rol oynamışdır.
76. Yunus Əmrə (toqr.  1240-1320 və ya  1321) -  istedadlı sufi- 
mütəsəvvüf xalq  şairi.  Yunus Əmrənin həyatı  haqqmda geniş bilgi 
yoxdur.  Əldə  olan az-çox  bilgilərdən  belə  qənaətə gəlmək  olur ki, 
o,  Əskişəhərin  Sarıköy  adlı  kəndində  anadan  olmuş,  bir  müddət 
Hacı 
Bəktaş 
Vəlinin 
(Boklaşi 
təriqətinin 
qurucusu) 
davamçılarından  olan  Tapdıq  Əmrənin  təkkosində  qalmış  və 
ondan təsirlənmişdir.
Yunus  Əmrə  şeirlərini  sadə  xalq  dilində,  yüksək  poetik 
səviyyədə  yazmışdır.  O,  əsərlərində  təsəvvüf  və  İslam  fəlsəfəsini 
ifadə  etmişdir.  Buna  görə  də,  bu  lirik  parçalar  xalq  içində  geniş 
yayılmışdır.  Yunus  Əmrənin  xalq  şeirinə  və  təkkə  ədəbiyyatına 
güclü təsiri olub.
77.  Qayqusuz  Abdal  -   XIV  yüzilin  axırları  -   XV  yüzilin 
əvvəllərində  yaşayıb  yaratmış  təsəvvüfçü  (sufi)  şair.  Əsil  adı 
Əlaəddin  Qaybi  olan  Qayqusuz  Abdal  Boktaşi  ədəbiyyatının 
qurucularından sayılır.
78.  Bəktaşi:  XIII-XV  yüzildə  Türkiyədə  yaranmış  və  Hacı 
Bəktaş Vəlinin adını daşıyan sufi (təsəvvüf) təriqətinə mənsub olan 
şəxs.  Böyük  mütəsəvvif (sufi)  Hacı  Bəktaş  Vəlinin  (təqr.  1209/10- 
1270/71)  həyatı  haqqmda  ətraflı  bilgi  yoxdur.  Bununla  belə,  onun 
haqqında  bir  sıra  mənqabələr  vardır.  Anadoluda  doğulduğu  və 
orada  yetişdiyi do xəbər verilir.  Ancaq  daha  doğru  ehtimala  görə, 
Xorasandan  qardaşı  Mcntəş  ilə  birgə  Anadoluya  gəlmişlər.  Əslən 
Nişaburludur.  Hətta soykötüyünün (nəsil şəcərəsinin)  Həzrət  Əliyə 
gedib  çıxdığı  göstərilir.  Ancaq  bu  bəktaşi  təəssübkeşliyindən  irəli 
gəlir.
Hacı  Bəktaş  Vəli  Anadoluya  gəldikdən  sonra  bir  çox  yeri 
dolaşmış, 
nəhayət 
Sulucaqarahöyük 
qəsəbəsində 
(indiki 
Hacıbəktaş ilçəsi) yerləşdi və orada da vəfat etmişdir.
Bəktaşilik  dedikdə,  Hacı  Bəktaş  Vəli  tərəfindən  qurulduğu 
irəli  sürülən  təriqət  başa  düşülür.  Əslində  isə  Bəktaşiliyin  əsasları 
Hacı  Bəktaş  Vəlidən  1-1,5  yüzil  sonra  təşəkkül  etmişdir. 
Bəktaşiliyə hurifiliyin  böyük təsiri  olmuşdur.  Bununla  belə  bir sıra 
digər  axımlardan  (Babailik,  Əxilik,  Abdallıq)  da  təsirlənmiş  və
163


bəzi  şiə-batini  ünsürləri  mənimsəmişdir.  Şaman  gələnəyinin 
(ənənəsinin) də Bəktaşiliyə təsiri olub.
Bəktaşiliyin  XV-XIX  yüzillərdə  Türkiyədə  və  Balkan 
ölkələrində  geniş  yayılmasında  iki  başlıca  səbəb  olmuşdur. 
Bunlardan  birincisi  yeniçərilərin  Hacı  Bəklaş  Vəliyə  pir  kimi 
baxmaları  idi.  tkincisi  isə,  sadə  xalqa  söykənməsiydi.  Bəktaşilər 
şeirlərini xalqın başa düşəcəyi sadə dildə,  heca vəznində yazırdılar. 
Ümumiyyətlə,  Bəktaşilik  mədəniyyət,  dil,  duyğu  və  ədəbiyyat 
baxımından  milli  türk  xarakteri  daşıyır,  insana  ehtiramla 
yanaşırdı.  Bütün  bunlar  onu  digər  təriqətlərdən  fərqləndirirdi. 
Bəktaşilik  təriqətinə  birinci  girənlər  kəndlilər,  yörüklər  və  digər 
köçərilər idi.
Türkiyədə  Bəktaşilik  təriqəti  yeniçərilik  ilə  birgə  rəsmi 
şəkildə  1826-cı  ildə  qadağan  edildi.  Ancaq  Bəktaşilik  öz 
fəaliyyətini  1925-ci  ilə  qədər  davam  etdirdi.  1925-ci  ildən  sonra 
təriqətin mərkəzi Albaniyaya keçdi.
79.  Nədim -  XVIII yüzilin  istedadlı divan şairlərindəndir. İs­
tanbulda anadan  olmuşdur.  Doğum  ili  məlum  deyil.  Əsil  adı  Əh­
məddir.  1730-cu  ildə Patrona  Xəlil üsyanında öldürüldü (İstanbul­
da).
Nədim  Sultan  III  Əhmədin  baş  vəziri  İbrahim  Paşanın 
dövründə zövq və səfanı  tərənnüm edən qəzəl və şərqiləri ilə ad çı­
xartdı.  O,  şeirlərini  İstanbul  danışıq  dilində  yazmış,  divan  şeirinə 
yeni bir ruh vermişdir.
XVII yüzildə «Nədim» təxəllüsü ilə yazan daha bir divan  şai­
ri  olub.  Nədimdən  fərqləndirmək üçün  ona «Nədimi-Qədim» dey­
irlər.
80.  Nəsrəddin  Xoca  -  Böyük  xalq  filosofu və yumor ustadı. 
Azərbaycanda  Molla  Nəsrəddin  kimi  tanınır.  Xalq  içində  geniş 
yayılmış lətifələrin qəhrəmanıdır.
Nəsrəddin  Xocamn  həyatı  haqqında  bir  çox  rəvayətlər  var­
dır.  Nə vaxt doğulduğu  bilinmir.  Ağşəhirdə qazılıq  etdiyi söylənir. 
Bu şəhərdə ona aid edilən məzar daşında  1285-ci  ildə öldüyü göstə­
rilir.
81. İncili Çavuş -XVI-XVII yüzillərdə yaşamış, öz güldürücü 
lətifələriylə xalq tərəfindən sevilərək qəbul edilən  bir şəxs. Əsil  adı 
Mustafa olan İncüi Çavuş Sultan I Əhmədin (1603-1617) müsahibi 
olmuşdur.  Diyarbəkirin  «İrincil»  kəndindədir.  «İrincilli»  sözü  za­
man  keçdikcə  xalq  tərəfindən  dəyişdirilərək  «İncili»  şəklinə 
düşmüşdür.  1632/33-cü  ildə  İstanbulda  vəfat  etmiş  və  Ədirnoqapı 
qəbiristanlığında dəfn olunmuşdur.
164
İncili Çavuşun  lətifələri daha  çox  saray həyatı ilə  bağlıdır və 
buna görə də, xalq, sarayı və saray həyatını tənqid etmək üçün onu 
bir  nümayəndə  kimi  qəbul  etmişdir.  Onun  yumorunda  ictimai  və 
bəşəri dəyərlər çox güclüdür,  buna görə də bir lətifə tipi-obrazı ki­
mi yaşaya bilmişdir.
82.  Bəkri  Mustafa  -   IV  Sultan  Muradın  dövründə  (1612- 
1640) yaşadığı söylənən, adı ətrafında çoxlu lətifələr yaranmış,  ha- 
zırcavablılığı,  qayda-qanuna  tabe  olmaması  ilə  tanınmış  bir  içki 
düşgünü.  İçki  içənlərin  şiddətli  cəzalandırıldığı  bir dövrdə yaşayan 
Bəkri  Mustafa  daim  yeniçərlər,  qazilər  və  s.-lə  çəkişmədə  olmuş, 
başı  bəlalar  çəkmişdir.  Onun  lətifələrində  Osmanlı  toplumunda 
baş verən bütün ictimai hadisələr tam çılpaqlığı ilə ortaya qoyulur. 
Buna görə də  uzun  ömürlü  bir lətifə  tipi  olmuşdur.  Bundan  başqa 
«Qaragöz»  oyunundakı  əsas  obrazlardan  biridir.  İçki  qarşısında 
Bəkri  Mustafanın  lətifələri  Bəktaşi  lətifələrindən  fərqli  düşüncəyə 
malikdir.  Belə  ki,  Bəkri  Mustafa  dinə  qarşı  durmur,  özü  kimi  ol­
mayanlara  iltifatla  yanaşır.  Kefcil  bir  şəxs  olan  Bəkri  Mustafa, 
deyilənə görə,  IV Sultan  Muradı da içkiyə öyrədir.
83.  Kaani  (1712-1791)  -  şair,  yazar.  Toqatda  anadan  olub, 
İstanbulda  vəfat etmişdir.  Mövləvi təriqətinə mənsub olmuşdur.  2 
divanı, 20 məktubu (divan nəsri) vardır.
84.  Süruri  (7-1814)  -  XVIII  yüzilin  divan  şairlərindəndir. 
Adanada doğulub, İstanbulda ölmüşdür.
85.  Qaragöz -  Dəridən  və ya kartondan biçilib boyanmış in­
san  şəkillərini  arxadan işıq salaraq ağ pərdə üzərində əks etdirmək 
yolu ilə oynadılan oyun.  Buna  kölgə oyunu deyilir.  Bundan  başqa 
bu  oyunda  çıxış  edən  əsas  surətlərdən  birinin  adı  da Qaragözdür. 
Bu Qaragöz xalqın istəyini, görüşünü, duyğusunu təmsil edir.
Əski  türk  səhnə  oyunu  olan  «Qaragöz»ün  kökü  haqqında 
müxtəlif fikirlər  söylənmişdir.  «Qaragöz»  Osmanlı  dövründə  inki­
şaf etmişdir və bu oyunda Osmanlı toplumunu  təmsil edən bir sıra 
tiplər  vardır.  Başlıca  tipləri  Qaragöz  və  Hacivaddır.  Qaragöz  xal­
qdandır,  Hacivad isə Osmanlıdır.
Keçmişdə «Qaragöz» adının yerinə «xəyal-i zili» (kölgə xəya­
lı),  «zill-i  xəyal»  (xəyal  kölgəsi)  və  «xəyal-i  sitarə»  (pərdə  xəyalı) 
adları da işlənirdi.
86.  Orta  oyunu -  Səhnədən,  dekorasiyadan,  suflyordan  isti­
fadə etmədən xalqın (kütlənin) ortasında oynanan türk xalq teatrı.
87.  Hacivad  -   Yuxarıda  göstərildiyi  kimi,  «Qaragöz»  oyu- 
nundakı əsas surətlərdən biridir. Deyilənə görə Sultan Orxan (təqr. 
1324-1363)  və  ya  İldırım  Bəyazid  (1389-1402)  dövründə  Bursada
165


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə