Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

min  atası  Ziya  Göyalpdır»  (Bax:  Milliyyətçilik  qaynaqlan,  səh. 
350).
50.  Ziya  Göyalp  «dörd  ölkə»  dedikdə  Türkiyə,  iran,  Azər­
baycan  və Xarəzmi göz önündə tutur.  Ümumiyyətlə,  Oğuz türkləri 
bugün  Türkiyə,  İran,  Azərbaycan,  İraq  və  Türkmənistanda  ya­
şayırlar.  Ancaq  qaqauzlar  (ümumi  sayları  200 mini  aşır)  da  Oğuz 
türklərindəndir.  Bugün  onların  Moldovada,  Ukraynada,  Rumı­
niyada,  Bolqarıstanda,  Yunanıstanda  yerləşdiklərini  göz  önündə 
tutsaq,  oğuzların  yayılma  coğrafiyasının  daha  geniş  olduğunu, 
onun  dörd-beş  ölkəni  deyil,  daha  çox  torpaqları  bürüdüyünü 
görürük.
51.  Orta  Asiyada  (Xarəzmdə)  türkmənlərin  qəbilə-tayfa  bö­
lgüsü  20-ci  yüzilin  əvvəllərinədək  qalırdı.  Ersarılar,  təkinlilər,  sa- 
rıqlar,  köklənlər,  salırlar  (salurlar)  və  s.  kimi  iri  türkmən  tayfaları 
vardı.  Qaraqalpaqların etnogenezində oğuzlar  başlıca rol oynayıb. 
Ancaq bugün Qaraqalpaq dili türk dilinin qıpçaq qoluna aiddir.
52.  Qaraqalpaqlar  bugün  başlıca  olaraq  Özbəkistanda  ya­
şayırlar.  Əfqanıstanda  da  vardır.  Onların  bir  hissəsi  vaxtilə  qərbə 
axın  etmişdir.  Adları  əski  rus  illiklərində  (salnamələrində)  «Çer- 
rııye  klubuki»,  ərəb  qaynaqlarında  isə  «qarabörklülər»  kimi  keç­
mişdir.  Qaynaqlar qaraqalpaqların  Oğuz əsilli uzlar və peçeneqlər 
ilə qohum olduqlarını  bildirirlər.  Ancaq  «tərəkəmə» ifadəsi ərəbcə 
«tərakimə»,  yəni  «türkmənlər»in  təhrif olunmuş  şəklidir.  Tarixdə 
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə də bəzən  tərəkəmə dövlət­
ləri  deyilmişdir.  Oğuz  türklərinin-türkmənlərin  köçəriliyi  uzun 
müddət saxlamış  boylarına,  bölüklərinə sonralar bəzi yerlərdə «tə­
rəkəmə» adı verildi.
53. Əski Türk gələnəyinə-ənənəsinə görə oğuzlar iki ana qola 
bölünürdülər:  1.  İç Oğuz (Uç ox); 2.  Daş (Dış) oğuz (Boz ox). Bun­
ların hər biri də  12 boydan ibarət idi.  İç oğuz boylan: Ala Yuntlu, 
Bayandur,  Beçənək, Bügdüz, Çavuldur, Çəpni,  Eymur, İydir (Yik- 
dir), Qmıq, Salur, Ürəkir.  Daş Oğuz boylan: Alkaravlı, (Alkaevli), 
Avşar,  Bayat,  Bəydili,  Dodurqa,  Dökər,  Qaraevli,  Qarqın,  Qayı, 
Qızıq, Yaparlu, Yazır.
54.  Türk  dillərini  çağdaş  araşdırmaçıların  bir  qismi  Altay 
dillərinə,  ikinci  qismi  Ural-Altay  dillərinə  daxil  edirlər,  ancaq 
üçüncülər türk dillərini müstəqil dil ailəsi kimi qəbul edirlər.
55.  Birinci  dünya  savaşında  Almaniya  və  Türkiyənin 
məğlubiyyətindən  sonra  Qərbin  imperialist  dövlətləri  Türkiyəni 
parçalamaq  haqqında  çoxdankı  arzulannı  həyata  keçirmək 
istədilər.  İngiltərə,  Fransa,  İtaliya,  ABŞ  və onların  qısqırtması  ilə
158
yunanlar,  daşnaqçı  ermənilər  Türkiyəyə  diş  qıcırdadaraq  onun 
üzərinə atıldılar. Ancaq işğalçılar türkün milli-azadlıq savaşıyla üz- 
üzə gəldilər.  Atatürkün  başçılığı ilə türklər  bu savaşda (1919-1923) 
işğalçılar üzərində parlaq  qələbə  çaldılar.  1923-cü il oktyabrın  29- 
da  Türkiyə  Respublikası  elan  edildi.  Beləliklə,  bağımsız,  azad  və 
hər bir sahədə milli əsaslara söykənən, yalnız milli mənafeyi həyata 
keçirən  bir  dövlət 
Türkiyə  Respublikası  ortaya  çıxdı.  Ziya 
Göyalp  dünən  xəyal  olan  bugün  isə  gerçəkləşən  «milli  dövlət» 
dedikdə, bu Cümhuriyyəti göz önündə tutur.
56.  Qızıl  Alma  (Qırmızı  Alma):  Türk  dünya  hakimiyyətini, 
yer üzündəki bütün  türklərin birləşdirilməsini məqsəd kimi götürən 
ülkü.
57.  Hun  imperatoru  Мао-tun  (Mətə)  miladdan  öncə  209-cu 
ildə hakimiyyətə gəlmişdir.
58.  Miladdan  öncə  3-cü yüzildə Mərkəzi  Asiyada  güclü  Hun 
imperatorluğu  meydana  çıxdı.  Hun  imperatoru  Мао-dunun  (m.ö. 
209-174)  vaxtında  dövlətin  hüdudları  görünməmiş  dərəcədə 
genişləndi  və  bütün  türk  boyları  bir  bayraq  altında  birləşdirildi. 
Hun  dövləti  miladdan  öncə  I  yüzildə  iki  yerə  -   quzey  və  güney 
Hunlarna ayrıldı. Quzey Hunları bizim eranın 4-cü yüzilində qərbə 
axın  edib  Güney  Qafqazdan  Mərkəzi  Avropaya  qədər  uzanan 
böyük  bir ərazidə yeni  bir imperatorluq  qurdular.  Bizim  eranın  6- 
cı  yüzilində  türk  tayfalarının  bir  qrupu 
avarlar  qərbə  doğru 
hərəkət edərək,  həmin yüzilin ortalarında istedadlı sərkərdə Bayan 
xanın  başçılığı  ilə  indiki  Macarıstan,  Yuqoslaviya  və  Avstriyanın 
ərazisində  güclü  Avar  xaqanlığının  -   yeni  bir  imperatorluğun 
əsasmı  qoydular.  Bu  xaqanlıq  8-ci  yüzilin  axırlarına  kimi  yaşadı. 
Göytürklər  -   O rta  Asiyadan  Çinə  qədər  uzanan  bir  ərazidə  552- 
745-ci  illərdə  böyük  bir  dövlət  qurmuş  türklərdir.  Bütün  türk 
boylan bu dövlətin  tərkibində birləşdirilmişdi.  Göytürk  dövlətinin 
(Türk 
Xaqanlığının) 
yaranmasında 
oğuzlar 
başlıca 
rol 
oynamışdılar.  7-ci  yüzilin  başlannda  Göytürk  Xaqanlığının 
tərkibində  «doqquz  oğuz»  boy  birliyi  özünü  göstərir.  Bu  birlikdə 
uyğurlann  üstünlüyü  daha  çox  idi.  Göytürk  Xaqanlığının 
çökməsindən  sonra,  745-ci  ildə  bu  «doqquz  oğuzlar»  öz 
dövlətlərini  yaratdılar  və  bu  dövlət  840-cı  ilə  qədər  yaşadı. 
Qırğızlar tərəfindən sıxışdınlan «doqquz oğuzlar» Çinin indiki Sin- 
tsizyan və Qansu  vilayətlərinə köçdülər və  burada  «uyğurlar»  adı 
ilə  tanındılar.  Oğuzların  böyük  bölümü  isə  10-cü  yüzildə 
Sırdəryanm orta və aşağı axarlarında, Ural boğazlarında, quzeydə 
Volqa  və  Don  çaylarında,  qərbdə  Xəzər  dənizmə,  güneydə  isə
159


Manqışlağa  qədər  uzanan  çox  geniş  bir  ərazidə  Oğuz  dövlətini 
qurdular.  Səlcuqlulann  başçılığı  ilə  bu  oğuzların  böyük  hissəsi 
sonralar qərbə axın edib Yaxın və Orta Şərqdə böyük bir imperiya 
yaratdılar.
1925-ci  ilə  qədər və  bundan  bir müddət  sonra  da  qazaxlara 
«qırğız qazaxlar» deyilmişdir.  Ümumiyyətlə, qırğızlar ilə qazaxlara 
bir  o  qədər  fərq  qoyulmamışqdır.  Burada  söhbət  qırğızlardan 
(qırğız-xakaslardan) gedir.  Belə ki, Uyğur (doqquz oğuz) dövlətini 
(745-840)  8-ci  yüzilin  ortalarında  Qırğız  xaqanlığı  əvəz  etdi.  Bu 
xaqanlıq  13-cü yüzilin əvvəllərinə qədər yaşadı. Qırğız xaqanlığının 
ən  parlaq  dövrü  860-924-cü  illərdə  olmuşdur.  924-cü  ildə  qaraki- 
taylann  indiki  Monqolustan  ərazisini  ələ  keçirməsiylə  Qırğız  xa­
qanlığı bir qədər zəiflədi.
12-ci yüzilin ortalarında Orta  və Mərkəzi Asiyada Qarakitay 
dövləti  (təqr.  1140-1213)  meydana  çıxdı.  Dövlətin  qurucusu 
Yclyüy Daşi taxta çıxarkən «qurxan (kurxan)» titulunu qəbul etdi. 
Bundan  sonra  gələn  Qarakitay  dövlətinin  başçıları  həmin  titulu 
daşıdılar.
Nəhayət,  Çingiz  xan  (təqr.  1155-1227)  Mərkəzi  və  Orta 
Asiyada  yeni  bir  imperatorluğun  əsasını  qoydu  (13-cü  yüzilin  əv­
vəllərində).  Bu  imperatorluq  sonralar Avropa  və  Asiyada  bir çox 
torpaqları bürüdü.
Türk  Barlas  boyundan  olan  Teymur  (1336-1405)  Mərkəzi 
Asiyada  mərkəzi  Səmərqənd  olan  yeni  bir  Türk  dövlətini  qurdu 
(1370-ci ildən  dövləti «əmir»  adı  ilə idarə edirdi).  Teymur dövləti­
nin hüdudlarım qısa bir müddətdə sürətlə genişləndirdi.
Bütün  bu dövlətlərin  qurucuları  və başlıca  əhalisi  türklər ol­
muşdur.
59.  Samilər:  Nuh  Peyğəmbərin  oğlu  Samdan  törəmiş  ərəb, 
yəhudi,  assuriya  və  həbəş  dillərində danışan  xalqların  ümumi  adı. 
Bunlara semit xalqlar da deyilir.
60. Arilər:  Hind-İran dillərində danışan xalqlar. Ümumiyyət­
lə,  «arilər»  termini  altında  Hind-Avropa  dillərinə  mənsub  olan 
bütün xalqlar başa düşülür.
61.  Firdovsinin  «Şahnamə»si  İran  mifologiyasına  söykən­
mişdir.  Ziya  Göyalp  «Şahnamə»nin  adını  çəkməklə  İran  mifolo­
giyasını göz önündə tutur.
62.  İslama  görə  Nuh  Peyğəmbərin  Xam,  Sam  və  Yafəs  adlı 
üç  oğlu  olmuşdur.  Nuh  Peyğəmbər  güneydən  (cənub)  quzeyə  (şi­
mal)  doğru yer üzünü üç  hissəyə ayırmış,  birincini  Xama,  ikincini 
Sama,  üçüncünü  isə  Yafəsə  vermişdir.  Dünya  xalqları  da  bunlar­
160
dan  törəmişdir.  İran  mifologiyasında da  İran padşahı  Feriddunun 
Tur (Tura),  İrəc  (Airyü)  və  Səlm  (Sairima)  adlı  üç  oğlu  vardır  və 
xalqlar bu üç oğuldan törəmişdir.  Amu-Dəryanın quzeyində (şima­
lında) olan  torpaqlar Tura verildiyi  üçün o bölgəyə-əraziyə Turan 
deyilmişdir. Səlm isə Sami xalqlarının ulu babasıdır.  İrəcin  payına 
isə İran düşmüşdür.
İstər  İslam-Türk,  istərsə  də  İran  gələnəyindəki  bu  hadisələr 
«Tövrat»dakı  Noy  və  onun  oğuldları  -  Sim  (Şem),  Xam,  İafet  ilə 
bağlı hadisələrin oxşarıdır.
62  a.  Kitabın  orijinalındakı  «lafız-ləfz»  anlayışmı  «ifadə» 
ilə,  «kəlimə»ni  isə «söz» ilə qarşıladıq.  «Söz» geniş anlamlıdır.  Bu­
rada dar anlamda, yəni tək bir sözü ifadə edən anlamda işlətdik.
63.  İbrahim  Şinasi  (1826-1871)  -  Tənzimat  dövrünün  gör­
kəmli  ziyalılarından  biri,  şair,  yazıçı,  Türkiyənin  ilk  qəzetlərindən 
olan «Təsvir-i ofkar»m (Fikirlərin təsviri) naşiri.
İbrahim  Şinasinin  və  onun  qəzetinin  («Təsvir-i  əfkar»ın) 
fəaliyyəti  Konstitusiya  hərəkatına  zəmin  hazırladı.  O,  türk  ədə­
biyyatına,  ictimai-siyasi  fikrinə  yenilik  gətirdi.  Avropanın  mütə­
rəqqi yeniliklərinin Türkiyədə yayılmasım istəyirdi. Gənc türk ziy­
alılarının  ideya-görüş  baxımından  inkişafına,  onların  əqidələrinin 
formalaşmasına İbrahim Şinasinin böyük təsiri oldu.
64.  Arqo:  Ortaq  milli  dildən  ayrı  olan  və  müəyyən  sosial 
topluluğun, müəyyən bir peşəyə mənsub adamların işlətdiyi  xüsusi 
dil, şərti jarqon.
66.  Metod: Üsul, yol, yöııtəm.
66.  Fərabi:  Məhəmməd  bin  Məhəmməd  bin  Tarxan  bin 
Uzluq  Əbu  Nəsr  (870 və  ya  874-950) 
Ünlü Türk-tslam  filosofu. 
Şərqin  ən  böyük mütəfəkkirlərindən  biridir.  Orta Asiyada Ceyhun 
çayının  kənarında  yerləşən  Fərab  şəhərində  anadan  olduğu  üçün 
ona  Fərabi  (ol-Fərabi)  deyilmişdir.  Fəlsəfə,  məntiq,  riyaziyyat, 
təbabət  və  musiqi  sahəsində  dövrünün  ən  böyük  alimi  idi.  Bəzi 
musiqi  alətlərini  də  icad  etmişdi.  O,  Bağdadda,  Misirdə,  Hələbdə 
və  Şamda  (Dəməşqdə)  yaşamışdır.  Böyük  ensiklopediyaçı  alim 
Şamda  vəfat  etmiş  və orada  da  dəfn  edilmişdir.  Aristotelin  bütün 
əsərlərini şərh etmiş,  buna görə ona «ikinci ustad» («Xacc-i sani») 
adını vermişlər.
Fərabi  bir çox əsərlərin müəllifidir.  «İhsa-ül-Ülum» adlı əsəri 
Şərqin ərəbcə yazılmış ilk ensiklopediyasıdır.
67.  Texnika:  1.  Dəqiq  elmlərdən  əldə  edilən  bilgilərin- 
məlumatların həyatda tətbiq edilməsi; 2.  Hər hansı bir elm və sənət 
sahəsində istifadə olunan üsulların hamısı.
161


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə