Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

korporasiyalar yaratmaq lazımdır.
Məsələ,  dəriçi  (dabbağ)  əsnafını  götürək:  hər  şəhərdə  bir 
dabbağ korporasiyası  təşkil edilməlidir.  Ancaq,  onun  rəhbərliyinə 
bir  şeyx,  yaxud  kətxuda  deyil,  bir  baş  katib  keçirilməlidir.  Hər 
şəhərdə  bütün  korporasiyaların nümayəndələrindən  ibarət  bir  baş 
komissiya  (mərkəzi  heyət)  təşkil  edərək  buna  «iş  biıjası»  adı 
verilməlidir.  Bunun vəzifəsi isə o şəhərdəki bütün korporasiyaların 
ortaqlı  olan  işlərini  görmək  və  şəhərin  iqtisadi  həyatını  tənzim 
etməkdir.
Yenə  dəriçi  korporasiyasına  gələk.  Hər  şəhərdə  bir  dəriçi 
korporasiyası  yarandıqdan  sonra  bunların  aralarında  bir 
federasiya təşkil  edərək dövlət mərkəzində bir «Dəriçi federasiyası 
baş  mərkəz»i  yaradılır.  Eyni  zamanda  dövlət  mərkəzində  bunun 
kkrıi  başqa  korporasiyaların  federasiya  baş  mərkəzləri  də 
yaradılır.  Dövlət  mərkəzində  bu  baş  mərkəzlərin  seçdikləri 
nümayəndələr  toplanaraq  «Korporaesiyalar  konfcdcrasiyası»nı 
yaradırlar  və  bu  konfederasiyanın  baş  şura  (məclis)  üzvlərini 
seçirlər  Zehni  məsləklərə  bağlı  olanlar  da  ayrı-ayn  məslək 
federasiyası halında  bu  kon-federasiyada  iştirak  edirlər.  O zaman 
bütün  məslək  topluluqları  nizamlı  bir  ordu  halında  birləşmiş 
olurlar.
Bu  təşkilatın  yaranması  məslək  əxlaqını  sanksiya  güçü  ilə 
təmin edir. Çünkü bizdə hələlik  məslək topluhıqlanna məxsus olan 
məslək  əxlaqlarının  heç  bir  təzyiq  və  sanksiya  gücü  yoxdur.  Hər 
şəxs  həyatını  bir  həkimə,  hüququnu  bir  vəkilə,  sərvətini  bir 
notariusa,  uşağını  bir  müəllimə,  din  işlərini  isə məsləhətləşdiyi  bir 
müftiyə etibar edir.  Bu şəkildə etibann qarşısında həmin şəxsin əlində 
bu  məslək  sahiblərinin  vəzifələrini  layiqincə  gördürmək  üçün  heç  bir 
təzyiq  qüvvəsi  yoxdur.  Bununla  birlikdə,  hər  hansı  bir şəxs  həyatmı, 
hüququnu, sərvətini, uşağını, sirlərini etibar etdiyi bu adamları heç bir 
nəzarət  edə  bilməsə  də,  məslək  topluluqları  öz  məsləkdaşlarını 
nəzarət  edə  bilərlər.  Bax,  belə  bir  nəzarət  üçün  hər  məslək  öz 
məsləkdaşlanna  bir  təlimat  hazırlayar  və  bir  heysiyyət  məhkəməsi 
(yoldaşlıq  məhkəməsi;  intizam  şurası)  təşkil  edər.  Təlimat  məslək 
əxlaqının qaydalarım göstərir,  intizam şurası isə məslək əxlaqının  bu 
qaydalarına  riayət  etməyən  məsləkdaşlara  xəbərdarlıq,  danlama 
(töhmət),  müvəqqəti  və ya ömürlük olaraq sənətiylə  məşğul  olmağı 
qadağan etmə kimi cəzalardan  birini verər.  Bax,  məslək şuralarının 
bu  cür  nəzarəti  bütün  vətəndaşlara  mütəxəsislərin  vura  biləcəkləri 
zərərlərə mane ola bilər.
Məslək  təşkilatının  bir  faydası  da  eyni  işi  görən  yoldaşlar
122
arasında  yardımlaşma  kassalarını  yaratmaqdan,  korporasiyaya 
mənsub qocalan, əlilləri, xəstələri, yetimləri və dullan bu kassalardakı 
pul  ilə  dolandırmaqdan  ibarətdir.  Uşaqların  tərbiyəsi  və  gənclərin 
texnika  baxımından  inkişaf  etdirilməsi  də  bu  yardımlaşma 
kassalannm 
vəzifələrindən 
sayılır. 
Bundan 
başqa 
məslək 
federasiyalan  öz  sənətlərinin  tərəqqisi  üçün  də  pul  sərf  edir  və 
çalışırlar.  Məsələ,  sənaye  ölkələrindən  mütəxəssislərin  cəlb  edilməsi, 
sənaye ölkələrinə tələbə göndərilməsi, ortaqlı maşınlar və digər lazım 
olan  şeylər  gətirmək,  istehsal,  yaxud  islehlak  koperativlorini  təşkil 
etmək  kimi işlər hər məslək qolunun iqtisadi  baxımdan  yüksəlməsini 
təmin edəcək təşəbbüslərdəndir.
“Milli  həmrəyliyi  gücləndirmək”  bölümündə  məslək  əxlaqının 
doğuracağı  həmrəylik  haqqında  təfsilat  verildiyi  üçün  burada  bu 
qədərlə kifayətlənməli olduq.
4)  AİLƏ  ƏXLAQI
Əski  türklərdə  ailənin  dörd  dərəcəsi  vardı:  Boy,  soy,  lörkün,
bark.
1) Boy: Əski oğuzlarda ailə adı, boy adı idi. Ancaq Avropadakı 
ailə  adlarının  əksinə  olaraq  kiçik  addan  öncə  gəlirdi.  «Salur 
Qazan»,  «Bökdüz Əmən»,  «Qayan  Selcik»  adlarında  birinci  sözlər 
boy adı,  ikinci sözlər isə kiçik addır.
Bu adlan  Dədə Qorqud Kitabında görürük.  Kaşqarlı Mahmud 
da  «Divan-i  lüğət»do  deyir ki,  bir adamın  kim  olduğunu  öyrənmək 
istədikdə «hansı  boydansan» deyə soruşurlar.  Bununla  birlikdə,  boy 
adı  kiçik  addan  sonra  da  gələ  bilmişdir.  ’’Yunus  Əmrə”dəki  Əmrə 
sözü Oğuz elinin Əmrə boyundan başqa bir şey deyildir.
Oğuz  boylarından  hər  birinin  özünəməxsus  bir damğası,  bir 
onqunu, bir söyükü vardır.73 (Bu mövzu üçün «Türk törəsi» kitabına74 
baxın).  Oğuzlarda  hər  boy  sürülərinə,  xəzinələrinə  öz  damğalan  ilə 
nişan  qoyardılar.  Yakutlarda  boya  «Sip»  adı  verilirdi.  Bu  söz 
Anadolu  türkcəsində  «sop»  şəklini  almışdır.  Yakutlarda  «sip»in 
fərdləri arasında iqtisadi  ortaqlıq vardır.  Hər hansı bir adam mənsub 
olduğu  «sip»in  içində  istədiyi  evdə  saatlarla  oturub  yuxulaya  bilər. 
Deməli,  bir  fərdin  öz  boyu  daxilində  istədiyi  kimi  hərəkət  etmək 
səlahiyyəti  vardır.  Torpaq mülkiyyəti  «sip»lərə aiddir.  Kiçik  ailələr 
bu  ortaqlı  bölgəni  hissələrə  bölərək  ayn-ayrılıqda  əkə  bilərlər. 
Ancaq  mülkiyyət  daim  ortaqlıdır.  Və  lazım  gələrsə,  bu,  bölgə 
yenidən  bölünür.  Çingizin  yasasma  görə,  hər  biri  qırx  evdən  ibarət 
topluluqda  ildə  dörd  evlənmə  olmalıydı.  Gənclər  yoxsuldurlarsa,
123


bu topluluqlar qabaqcadan pulla yardım edərək onların evlənməsini 
asanlaşdırırdılar.  Hər  qırx  evdə  dörd  evlənmə  olmazdısa,  başçılar 
bunun  məsuliyyətini  daşıyırdılar.  Bu  topluluqlar  boylar  idi. 
Türklərdə iki cür qohumluq  terminləri vardı.  Bunlardan  biri  boya, 
yəni xarakterə aiddi: Hər bir şəxs boy daxilində özündən böyük olan 
bütün kişilərə «ici», özündən böyük olan bütün qadınlara «aba» admı 
verərdi.  Özündən  kiçik  olan  kişiləri  «ini»,  özündən  kiçik  qızları  isə 
«sinkil»  adlandırardı.  Özüylə  yaşıd  olan  kişilərə  də  «atı»  adını 
verərdi.
Bu  sözlər  də  sonralar  bir  sıra  dəyişikliklərə  uğradı.  Oğuzlar 
«ici»nin  yerinə  «ağa»  sözünü,  «aba»  sözünün  yerinə  isə  «abla»  sözünü 
qoydular. «Atı» sözü də «ata» şəklini alaraq başqa anlamları  bildirdi. 
Boyun həm «ana boyu» həm də «ata boyu» şəkilləri vardı.
2)  Soy:  Soy latınların  «koqna»,  almanlann  «zippe»,  fransızların 
«pağantel»  adlarını  verdikləri  topluluqdur.  İrəlidə  görəcəyimiz 
«törkün»  topluluğunun  xaricində  qalan  əmioğlu,  dayıoğlu,  bibioğlu, 
xalaoğlu kimi yaxın qohumların toplamıdır. Soya həm ana tərəfindən, 
həm  də  ata  tərəfindən  yaxın  qohum  olanlar  daxildir.  Birincilərə  ana 
soyu, ikin-cilərə isə ata soyu deyilir.
Əski  türklərdə  ana  soyu  ilə  ata soyu  dəyərcə  bir-birinə  bərabər 
idi. Ana soyu ilə ata soyunun bərabərliyini bəzi qurumlarda aydm  bir 
şəkildə görürük:
Əski türklərdə soyluluq-əsillik yalnız ata tərəfindən deyildi, həm 
də  ana  tərəfindən  də  tələb  olunurdu.  Bir  adamın  tam  soylu—əsilli 
olması  üçün,  həm  ata,  həm  də  ana  tərəfindən  soylu olması  lazımdı. 
Bugün də, Xarəzmdəki türkmənlərdə bir qız həm atası,  həm də anası 
türkmən olmayan  bir  kişiyə ərə gedəmməz.  Çünkü bir adamın yalnız 
atasının türkmən olması soylu olması demək deyildir. Tam anlamı ilə 
soylu olması üçün hökmən anası da türkmən olmalıdır.
Sülalələrin  təşəkkülündən  sonra da,  bu  iki  cür soyluluq  davam 
etdi.  Bu  dövrdə  ata  tərəfindən  şahzadə  olanlara  «təkin»,  ana 
tərəfindən  şahzadə  olanlara  isə  «inal»  adlan  verilirdi.75  Bir 
şahzadənin xaqan ola bilməsi üçün onun həm «təkin», həm də «inal» 
olması, yəni həm ata,  həm də ana yönündən sülaləyə mənsub olması 
lazımdı.  İranın  Qacar  sülaləsində  bu  qaydaya  hazırda  əməl 
olunur.76
Əski  türklərdə  sülalə  içində  «soyda  ən  böyük»  olan  şahzadə 
hökmdar  olardı.  Osmanlı  sülaləsində  də  qayda  belə  idi.  Halbuki, 
istər  Avropada,  istərsə  Misirdə  evdə  böyük  olan  şahzadə  hökmdar 
olar.  Boy dövrü keçdikdən sonra soy adları ailə adı olmağa başladı: 
Çapanoğullan, Kozanoğullan kimi.
124
3) 
Törkün:  Kaşqarlı  Mahmuda görə bir evdə yaşayan əsil ailəyə 
əski  türklər  «törkün»  deyirlərmiş.  Törkünə  aid  qohumluq  terminləri 
boy içindəki qohumluq terminlərinin əksinə olaraq  şəxsi  qohumluğu 
göstərirlər.
Akan-Ata
Öko-Ana
Ər-Ər
Konçuy-Aıvad
Uru oğul  Kişi övlad
Qız oğul-Qız övlad
Dürkheymin  ailə  bölgüsünə-  təsnifinə  görə,  bu  topluluğa  «ata 
ailəsi» deyə biiərik.
Ata  ailəsi  patriarxal  ailədən  çox  fərqlidir.  Ata ailəsində  arvadı 
və uşaqları  üzərində atanın yalnız demokratik bir nüfuzu vardır ki, 
buna  «ata  vəlayəti»  və  «ər  volayoti»  adlan  verilir.  Patriarxal  ailədə 
iso  ailə  başçısının  həm  uşaqlan,  həm  də arvadı  üzərində hakimiyyəti, 
yəni  hökmranlıq  haqqı  vardır.  Uşaqları,  arvadı  və ailəyə  daxil  olan 
digər  şəxslər  ailə  başçısının  adi  mah  və  mülkü  mahiyyətində  idi. 
Bunları  istərsə  salar,  istərsə  öldürərdi,  istərsə  də  bir  başqasına 
bağışlayardı.
«Törkün» türklərə görə ata ocağı dediyimiz şeydir.  Ailə Tanrısı 
bu ocaqda sığındığı, yaşadığı üçün ocağın odu heç vaxt sönməməliydi. 
Bundan dolayıdır ki, böyük  və ortancıl  qardaşlar evlənərək  törkünü 
tərk  etdikdən  sonra,  lörkündə  ocaq  gözətçisi  kimi  kiçik  qardaş 
qalardı.  Müəyyən  vaxtlarda  ata  ocağına  toplanaraq  əcdada  hörmət 
ayinləri keçirilərdi. Türklər yurd kimi ocağı da unutmazdılar. Yurddan 
və ocaqdan uzaqlaşmaqla bərabər, yurd-ocaq sevgisi onlarda qüvvətli 
bir bağlılıq yerində idi.
4) 
Bark:  Əski  türklərdə  bir  dəliqanlı  evlənmək  yaşma 
yetincə, bir qəhrəmanlıq imtahanı verərək «El» məclisindən yeni ad 
alardı.  Beləliklə,  «Eldaş»  mahiyyətini,  «Erkək-ermiş»  dəyərini 
qazanaraq  vətəndaş  hüququna  malik 
olurdu.  Bundan  dolayı 
atasının  şəxsi  vəlayətindən  çıxaraq  xaqanın  ümumi  vəlayətinə 
girərdi.  Bu gənc, ailəsinin var-dövlətindən  payını  almaq üçün  ata və 
anasının  ölməsini  gözləməzdi.  Evləndiyi  zaman  ailə  var- 
dövlətnndən  özünə  düşən  mirasını  qabaqcadan  alardı.  Alacağı  qız 
da  «yumuş»  adıyla  cehiz  gətirərdi.  Bu  cehiz  qızın  ala-anasmm  və 
yaxın  qohumlarının  verdiyi  hədiyyələrdən  ibarət  olardı.  Gəlinlə 
kürəkən  var-dövlətlərini  birləşdirərək  ortaqlı  bir  ev  yiyəsi 
olurdular.  Onlar  nə  oğlanın  ata  ocağında,  nə  də  qızm  törkünü 
yanında yaşamazdılar, yeni bir ev qurardılar.  Bundan dolayıdır ki.
125


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə