türklərdə hər evlənmədən yeni bir ev doğardı. Ailə qurmaq üçün
kişiylə qadmın birləşməsinə «evlənmək» və «ev—bark yiyəsi
olmaq» deyilməsi də buradan irəli gəlir. Təkələrdə gəlinlə oğlanın
çadırı yeni qurulduğu üçün ağdır. Bu səbəbdən ona «ağ ev» deyilir.
Digər çadırlar isə zaman keçdikcə qaralmışlar. Əski türklərdə ev
ərəblərdə olduğu kimi yalnız ərin deyildi, ər ilə
arvadın ortaqlı
əmlakı idi. Bu səbəbdən evin kişisinə «ev ağası» deyildiyi kimi, evin
xanımına da «ev qadını» adı verilərdi.
Törkünün pərisi ocaqda yaşadığı kimi, ağ evin pərisi də barkda
yaşayardı. Evin, biri ərə, digəri arvadına aid olmaqla, iki pərisi
vardı. Birinciyə «öd ata», ikinciyə isə «öd ana» deyərdilər. Gəlin hər
səhər bir parça kərə yağını ocağa atar və «öd ana, öd ata!» deyə dua
edərdi.
Otağın sağında kürəkən, solunda gəlin oturardı. Sağda
madyan məməli, solda inək moməli iki büt vardı. Sağdakına «ev
yiyəsinin bacısı», soldakma isə «ev xanımının bacısı» deyilərdi. Bunlar
or ilə arvadın totemləri idi.
Əski türklərdə eşik77 də müqəddəsdi. Yabançı bir adam eşiyə
ayaq basardısa, gözə gələrdi. Evlərin təcavüzdən qorunması qaydası
eşiklərin bu müqəddəsliyində dini bir sanksiya tapmışdı.
5)
Türk feminizmi: Əski türklər həm demokrat, həm də qadın
hüquqlarına hörmət edən feminist idilər. Əsimdə demokrat olan
toplumlar, ümumiyyətlə feminist olurlar. Türklərin feminist olmasının
başqa bir səbəbi da, əski türklərə görə şa-manizmin
qadındakı
müqəddəs qüvvəyə söykənməsiydi. Türk şamanları sehr qüwəsiylə
möcüzələr göstərə bilmək üçün özlərini qadınlara bənzətməyə məcbur
idilər. Qadm paltarı geyər, saçlarını uzadar, səslərini incoldor, bığ və
saqqallarını qırxardılar; hətta hamilə qalar və uşaq doğardılar. Buna
qarşılıq olaraq Toyonizm7711 dini də kişinin müqəddəs qüvvəsində
«Qut»unda görünərdi. Toyonizm ilə Şamanizmin doyorcə bərabər
olması, kişi və qadmın hüquqca bərabər tanınmasına səbəb olmuşdu.
Hətta hər işin həm Toyonizmə, həm də Şamanizmə söykənməsi lazım
gəldiyindən, hər işə aid toplantıda qadınla kişinin birlikdə olması şərt
idi. Məsələ, ümumi vəlayət-nüfuz. Xaqan ilə Xatunun hər ikisində
ortaqlı olaraq göründüyü üçün bir buyruq (əmr) yazıldığı zaman
«Xaqan buyurur ki» sözləriylo başlardısa, ona itaət edilməzdi. İtaətlə
qarşılanması üçün hökmən «Xaqan və Xatun buyurur ki» sözləriylə
başlamalıydı. Xaqan tək başına hüzuruna heç bir elçini qəbul etməzdi.
Elçilər ancaq sağda Xaqan və solda Xatun oturduqları zaman ikisinin
birdən hüzuruna gələrdilər. Şölənlərdə, kənkoşlərdə, qurultaylarda,
ibadətlərdə və ayinlərdə, hərb və sülh məçlislərindo Xatun mütləq
126
Xaqanla birlikdə olardı. Kişilərdən yaşınma ilə bağlı qadınlar heç bir
şərtdən asılı deyildilər. Xaqanın hökumətdə ortağı olan Xatuna
«Türkan» adı verilərdi. Xatun, Xaqan sülaləsinə mənsub bütün
şahzadə xanımların ortaq adıydı və Türkanm da hökmən,
xatunlardan olması lazım gəldiyindən ona da sadəcə olaraq «Xatun»
deyilə bilərdi.
Əski türklərdə kişinin yalnız bir arvadı ola bilərdi. İmperializm
dövrlərində xaqanların və bəylərin bu həqiqi arvadından başqa
«kuma» adlanan və başqa ellərə mənsub odalıqları da olardı.
Ancaq bu kumalar törəyə görə rəsmən «arvad» olaraq qəbul
edilməzdilər. Bunlar, nccə deyərlər, hiyləni qanun şəklinə salmaq yolu
ilə ailənin içinə alınmışdılar. Kumalann uşaqları öz analarına «ana»
deyə müraciət etməzdilər, onları «xala» deyə çağırırdılar. «Ana»
müraciətiylə atalarının yalnız həqiqi, qanuni arvadına üz tuta
bilərdilər. Eyni zamanda, kumalann uşaqlarının miras
hüququ da yox
idi. Kumalann oğullan atalan xaqan olsa da-əsla xaqan ola
bilməzdilər. Kumalann xatunlardan fərqi budur ki, onlar xaqanın
öz elindən deyildilər. Xatun isə xaqanın öz elindən idi. Kuına Çin
şahzadələrindən idisə, «koııçuy» adını alardı. Konçuy digər
kumalardan irəlidə olardı, ancaq konçuylardan yüksəkdə isə xatuıı
dururdu. Monqol dövründə xatunların da sayı artmağa başladı.
Ancaq bunlardan yalnız
biri Türkan, yəni məlikə rütbəsində idi.
Əski türklərdə qadınlar hamılıqla amazon7* idilər. At
sürməkdə ustalıq, silah işlətmə, savaşçılıq və qəhrəmanlıq türk
kişiləri qədər türk qadınlarında da vardı. Qadınlar doğrudan-
doğruya hökmdar, qala qoruyucusu, vali və elçi ola bilərdilər.
Adi ailələrdə də ev ortaqlı olaraq, arvad ilə ərin ikisinə aid idi.
Uşaqlar üzərindəki xüsusi qəyyumluq hüququ ata qədər anaya da
məxsusdu. Kişi daim arvadına hörmət edərdi, onu arabaya mindirib
özü arabanın arxasınca yayaq yeriyərdi. Alicənblıq əski türklərdə
ümumi bir xarakter idi. Fcminizm də türklərin çox böyük önəm
verdikləri bir prinsip idi. Qadınlar mallardan istifadə haqqına
yiyələndikləri kimi dirlikləro,7*3 zeamətlərə,74 xaslara™ və malikanələrə
də malik ola bilərdilər. Əski xalqlar arasında heç bir xalq türklər
qədər qadm cinsinə hüquq verməmiş və hörmət göstərməmişlər. Ana
soyu ilə ata soyunun bərabərliyi soy bölümündə göstərildiyinə görə
burada təkrarına ehtiyaç yoxdur.
127
5) ÇİNSİ ƏXLAQ
Əski türklərdə cinsi əxlaq da çox yüksək səviyyədə idi.
Yakutlarda yunanların Venerasına qarşılıq Ayzit adlı bir doğum
Tannçası (ilahəsi) vardır:
Bu tannça - qadınlar doğarkən köməklərinə çatar, onların
asanlıqla doğmasına, yardım edər; uç gün yenicə doğmuş qadmın başı
üstündə gözlədikdən sonra çevrəsindəki dərə, tarla, ağac, çiçək
pəriləriylə göyün üçünçü qatındakı sarayına qayıdar.
Bununla birlikdə, Ayzitin heç bir güzəşt qəbul etməyən bir
şərti vardır: ismətini qorumamış qadınların yardımına nə qədər
yalvarırlarsa yalvarsınlar və nə qədər qiymətli qurbanlar, hədiyyələr
verirlərsə versinlər, əsla gəlməz.
Bundan başqa, Ayzitə məxsus bir yay bayramı vardır. Bu
bayram günü səhər erkən evlərin hər tərəfi son dərəçə səliqə-sahmana
salmır, süsləndirilir. Hər bir şəxs ən gözəl paltarını geyinir. Ən çox
hansı yeməkləri sevirsə onları yeyir. Hər bir kəsin üzü gülər, şənlənər,
baxışlarına təbəssüm qonar. Bu zaman Ağ Şaman əlində sazı ilə gələr.
Qış ayinlə-rini Qara Şaman, yay ayinlərini isə Ağ Şaman icra edər.
Doqquz gənc qız və doqquz dəliqanlı seçərək bunları iki-iki əl-ələ
tutdurub, əskər kimi düzər. Və sazmı çalaraq onları göyə çıxarırmış
kimi irəliyə doğru aparar. Sazmı çala-çala Ayzit haqqındakı ilahiləri
də yavaşdan gözəl səslə oxuyar. Bu gözü-könlü oxşayan alay, guya
üçüncü qat göyə çatarkən Ayzitin sarayını qoruyan yasaqçılar
əllərində gümüş qırmanclar ilə meydana çıxarlar. Alay içində ismət
yönündən qüsurlu olanlar varsa, onları geri qaytararaq o birilərinin
Ayzidin sarayına girməsinə izin verərlər. Bax, namusun bu dini
sanksiyaları (təzyiq qaydaları) əski türklərdə cinsi əxlaqın yüksək
olduğunu və kişiylə qadının bu əxlaqda eyni dərəcədə məsuliyyət
daşıdığım göstərir.
Əski türk qadınları tamamilə azad və sərbəst olduqlarına
baxmayaraq, dəyərsiz işlərlə məşğul olmazdılar. «Əxlaq-i Əlai»81
kitabında yazıldığına görə Səlçuqlu şahzadə qa-dınlardan biri Qəzvin
şəhərinin yiyəsi idi. Hər il yazda bu şəhərin kənarına çıxaraq yaşıl bir
çəmənlikdə böyük və süslu çadırını qurardı. Bir il Qəzviniilər şəhərdə
ümumi bir lağım qazdırmaq üçün öz aralarında ianə toplamışdılar.
Lazım gələn miqdara çatmaq üçün daha bir qədər qızıla ehtiyac
vardı. Şəhərlilər bu pulu da Xanım Sultandan istəməyi qərara alaraq,
irəli gələnlərdən böyüklərdən ibarət bir heyəti Xanım Sultanın
hüzuruna göndərdilər. Bu heyət çadıra yaxınlaşanda çadır önündəki
bir səndəl üzərində oturan Xanım Sultanın hörgü hördüyünü görüncə
128
«bu xəsis qadmın bizə pul verməsi mümkün deyil»-deyə gəldiklərinə
peşman oldular. Ancaq, Xanım Sultan onları gördüyünə görə geri
dönmələri də yaxşı deyildi. İstər-istəməz sultanın yanma gəldilər və
əhalinin təklifini bildirdilər. Sultan bütün xərci özü çəkəcəyini
söyləyərək toplanan pullann yiyələrinə qaytarılmasını əmr etdi və
xəzinadannı çağırıtdınb lağımlar üçün lazım gələn bütün pulları heyətə
təslim etdi.. Heyət içindəki bir qoca sultana əlindəki hörgü işinə görə
beyinlərim yoran haqsız şübhəni bildirdi. Xanrnı Sultan bu cavabı verdi:
«Bəli, mənim əl işiylə məşğul olduğumu görən bütün İranlılar təəccüb
edirlər. Halbuki, mənim ailəm içində bütün qadınlar mənim kimi daim
əl işiylə məşğul olurlar. Biz sultanlar belə əl işləriylə çalışmasaq, nə ilə
məşğul olacağıq? Boş, dəyərsiz işforləmi? Belə bir şey isə bizim
soyumuza yaraşmaz. Biz dövlət işlərini görüb bitirdikdən sonra, boş
qalmamaq üçün yoxsul qadınlar kimi daim əl işiylə və ev işləriylə
çalışırıq. Biz sultanların belə əl işiylə məşğul olması soyumuz üçün ayıb
deyil, bəlkə böyük bir şərəfdir».
Bax, əski türk qadını belə düşünər və belə hərəkət edərdi.
6) GƏLƏCƏKDƏ AİLƏ
ƏXIAQI
NECƏ OLMALIDIR?
Türklərin həm ailə əxlaqında və həm də cinsi əxlaqda nə qədər
yüksək olduqlarını yuxarıdakı bölümlərdə gördük. Hazırda türklər
tamamilə bu əski əxlaqı itirmişlər. İran və yunan mədəniyyətlərinin
təsiri ilə qadınlar əsarətə düşmüşlər, hüquq baxımından aşağı
dərəcəyə
enmişlər. Türklərdə milli küllür ülküsü doğunca
əski törələrin bu gözəl
qaydalarım xatırlamaq və diriltmək lazını gəlməzdimi? Bax, bu səbəbə
görə, ölkəmizdəki Türkçülük axımı doğar doğmaz, fcminizm ülküsü də
onunla birgə doğdu. Türkçulərin həm xalqçı, həm də qadın tərəfdarı
olmaları, yalnız bu yüzilin bu iki ülküyə dəyər verməsindən dolayı
deyildir; əski türk həyatında demokratiya ilə feminizmin iki başlıca
əsas olması da bu məsələlərdə böyük bir amildir.
Başqa millətlər çağdaş mədəniyyətə daxil olmaq üçün
keçmişlərindən uzaqlaşmağa məcburdurlar, halbuki, türklərin çağdaş
mədəniyyətə girmələri üçün, yalnız əski keçmişlərinə dönüb
baxmaları yetərlidir (kifayətdir) Əski türklərdə dinin asketik (ifrat və
işgəncə verici) ayinlərdən və mənfi ibadətlərdən anmnış (təmiz) olması,
fanatizmdən və din inhisarçılığından qurtulması türkləri həm qadınlar,
həm də başqa xalqlar haqqında çox mərhəmətli etmişdi. Əski
yunanların mədəniyyətdə müəllimləri skiflər, əski xaldeylərin
(kəldanilərin) isə şumerlər olduğu kimi, əskit germanlarm ustadları
129