Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

ocaqlartnm  da  böyük  rolu  vardır.  Türk  Ocaqları  öz  səhnələrində 
xalq teatrı olan Qaragöz və Ortaoyununu arasıra canlandırmalıdır. 
Nağılçılara 
nağıl 
söylətməklə, 
məddahlara 
təqlidlər 
çıxartdırmaqla,  saz  şairlərinə  dastanlar,  qoşmalar,  manilər 
oxutdurmaqla  milli  ədəbiyyatı  canlı  bir  şəkildə  xalq  kütləsinə 
göstərə  bilərlər.  Dədə  Qorqud,  Yunus  Əmrə,  Qayqusuz  Abdal, 
Dərdli,  Qaracaoğlan,  Aşıq Ömər,  Gövhəri  kimi  xalq  şairlərinə  və 
Nəsrəddin  Xoca,  Qaragöz,  tncili  Çavuş,  Bəkri  Mustafa  kimi  xalq 
tiplərinə xüsusi gecələr həsr edərək onların xatirələrini  yaşatmağa 
çalışmalıdırlar.  Xalq  ədəbiyyatına  aid  kitabları,  şifahi  gələnəkləri 
toplayıb  xalq  kitabxanalarım  yaratmaq  da  Türk  Ocaqlarının 
vəzifələrindən biridir.
4) 
MİLLİ MUSİQİ
Avropa  musiqisinin  bizə  gəlməsindən  öncə  ölkəmizdə  iki 
musiqi  vardı.  Bunlardan  biri  Fərabi  tərəfindən  Bizansdan  alınan 
Şərq  musiqisindən,  digəri  isə  Türk  musiqisinin  davamı  olan  Xalq 
melodiyalarından ibarətdi.
Şərq  musiqisi  də,  Qərb  musiqisi 
kimi  əski  yunan 
musiqisindən doğmuşdu.  Əski yunanlar xalq melodiyalarında olan 
tam və yarım səsləri yetərli  (kafi)  görməyərək  bunlara dörddə bir, 
səkkizdə bir, on altıda bir səsləri əlavə etmişlər  və bu sonunculara 
dörddə bir səslər adım vermişdilər.  Dörddə bir səslər təbii deyildi, 
süniydi.  Bundan dolayıdır ki, heç bir millətin xalq melodiyalarında 
dörddə  bir  səslərə  təsadüf edilməz.  Buna  görə  də,  yunan  musiqisi 
təbii  olmayan səslərə söykənən  süni  bir musiqi idi.  Bundan  başqa, 
həyatda  yeknəsəqlik  olmadığı  halda,  yunan  musiqisində  eyni 
melodiyanın təkrarından ibarət üzücü bir yeknəsəqlik vardı.
Ortaçağ  Avropasında  təşəkkül  edən  opera  qurumu  yunan 
musiqisindəki  bu  iki  əksikliyi  aradan  götürdü.  Dörddə  bir  səslər 
operaya  uymurdu. 
Bundan  başqa,  opera  bəstəkarları  və 
oyunçuları xalq içindən çıxdıqlarına görə dörddə bir səsləri heç cür 
anlaya  bilmirdilər.  Bu  səbəblərin  təsiriylə  Qərbin  operası  Qərb 
musiqisindən  dörddə  bir  səsləri  qovub  çıxartdı.  Eyni  zamanda, 
opera  -   duyğuların,  həyəcanların,  ehtirasların  arası  kəsilmədən 
bir-birini  izləməsindən  ibarət  olduğundan,  harmoniyam  əlavə 
edərək  Qərb  musiqisini  yeknəsəqlikdən  də  qurtardı.  Bax,  bu  iki 
yenilik yetkinloşmiş Qərb musiqisinin doğmasına səbbə oldu.
Şərq musiqisinə gəlincə, bu tamamilə əski vəziyyətində qaldı. 
Bir  tərəfdən  dörddə  bir  səsləri  saxlayır,  digər  cəhətdən
114
harmoniyadan  hələlik  məhrum  idi.  Fərabi  tərəfindən  ərəbcəyə 
çevrildikdən  sonra  bu  xəstə musiqi  sarayların  rəğbətiylə  farscaya 
və  osmanlıcaya  da  çevrilmişdi.  Digər  yandan  pravoslav,  erməni, 
xaldey  (kəldani),  suriyani  kilsələriylə  yahudi  sinaqoqu  da  bu 
musiqini  Bizansdan  almışdılar.  Osmanlı  ölkəsində  bütün  Osmanlı 
ünsürlərini  birləşdirən  yeganə qurum  olduğu  üçün  buna  «Osmanlı 
ünsürlər birliyi  musiqisi»  («Osmanlı millətlər  topluluğu musiqisi») 
adını vermək gerçəkdən də çox münasibdi.
Bugün,  bax,  bu  üç  musiqi  ilə  qarşı-qarşıyayıq:  Şərq 
musiqisi, Qərb musiqisi, Xalq musiqisi.
Görəsən,  bunlardan  hansı  bizim  üçün  millidir?  Şərq  musiqi­
sinin həm xəstə olduğunu və həm do milli olmadığını gördük. Xalq 
musiqisi 
milli 
kültürümüzün, 
Qərb 
musiqisi 
də 
yeni 
mədəniyyətimizin  musiqisi  olduğu  üçün  hər  ikisi  do  bizə  yabançı 
deyildir.  Elə  isə,  milli  musiqimiz  ölkəmizdəki  Xalq  musiqisiylə 
qərb musiqisinin  qaynayıb qarışmasından doğacaqdır.  Xalq  musi­
qimiz bizə bir çox melodiyalar vermişdir.  Bunları toplasaq və Qərb 
musiqisi  üsullarına  görə  harmonizasiya  etsək,  həm  milli,  həm  də 
Avropa  tərzində  bir  musiqiyə  malik  olarıq.  Bu  vəzifəni  yerinə 
yetirməli  olanlar  sırasına  Türk  Ocaqlarının  musiqi  komissiyaları 
da  daxildir.  Bax,  Türkçülüyün  musiqi  sahəsindəki  proqramı 
başlıca  olaraq  bundan  ibarət  olub,  qalanları  isə  milli  musiqiçi­
lərimizə aiddir.
5) 
BAŞQA SƏNƏTLƏRİMİZ
Başqa  sənətlərimiz  tamamilə  xalq  tərəfindən  yaradıldıq­
ları  üçün,  olduqca  millidirlər.  Rəqs,  memarlıq,  nəqqaşlıq, 
rəssamlıq,  xəttatlıq,  xarratlıq,  dəmirçilik,  əkinçilik,  boyaçılıq, 
toxuculuq,  xalçaçılıq,  kilimçilik  və  s.  kimi.  Osmanlı  yüksək 
təbəqəsi  bədənə  bağlı  olan,  yaxud  əllə  görülən  bu  işləri  kobud 
hesab  eldiyi  üçün, 
sadə  xalqın  (aşağı  təbəqənin)  öhdəsinə 
buraxmışdı.  Buna  görə,  Türkçülük  bu  sənətlərin  hamısını 
mənimsəmişdir.  Ancaq  çox  təssüf  ki,  bu  sənətlər  Tənzimat 
dövründən59  sonra  milli  iqtisada  əhəmiyyət  verilməyərək  Adam 
Smitin  «qoyun  etsinlər,  qoyun  keçirsinlər»  prinsipinə60  boyun 
əyildiyinə  görə  yox  olub  getdi.  Türkçülüyün  vəzifəsi  indii  bunları 
yenidən  diriltməyə çalışmaqdır.  Bir  yandan  Avropa mədəniyyətilə 
bərabər,  Avropa  texnikalarını  da  mənimsəməliyik.  Ancaq  o  bir 
yandan  milli  estetikamızın  qaynaqları  olan  bu  gözəl  sənətlərimizi 
də  əlimizdən  büsbütün  qaçırmamağa  çalışmalıyıq.  Bunu  elmək
115


üçün  ilk öncə bu sənətlərin  məhsullarını  milli  muzeylərdə toplayıb 
göstərmək,  sonra  da  bunların  reseptlərini,  hazırlanma  üsullarım 
tapıb  öyrənərək  kitablar  və  dərgillər  ilə  nəşr  etmək  lazımdır.  Ən 
sonra  da,  bu  sənətləri  yenidən  dirçəldəcək  milli  sənətçilər 
yetişdirilməlidir.
Məsələ,  ümumiyyətlə  kök  boyalarının  tətbiqi  olan  milli 
boyaçılığımız  büsbütün  sönmək  üzrədir.  İndi  Anadoluda  toxunan 
xalılar,  kilimlər ya adi,  möhkəm olmayan  Avropa  boyalarıyla,  ya 
da  almanların  möhkəm,  ancaq  mineral  boyalarıyla  boyanır. 
Möhkəm olmayan boyalar az vaxt içərisində pozulub getdikləri və 
alman  boyalan  isə  parlaqlığı  ilə  milli  zövqümüzə  uyğun 
gəlmədikləri üçün, hər ikisi də milli sənətimiz üçün zərərlidir.  Milli 
olmayan  əllər  ilə  parçalara  çəkilən  yeni  naxışlar  da  milli 
zövqümüzə  uymur.  Belə  olduqda,  ölkəmizdəki sənətçiləri  bu  kimi 
yanlış yola yuvarlanmalara son verərək milli sənətimizə qayıtmağa 
çağırmalıyıq.  Bu  məsələdə  da  Türk  Ocaqları  olduqca  əhəmiyyətli 
bir rol oynaya bilərlər.
6) 
MİLLİ ZÖVQ VƏ YETKİNLƏŞDİRİLMİŞ 
(ZƏNGİNLƏŞDİRİLMİŞ)
ZÖVQ
Hər  millətdə  gözəllik  anlayışı  başqadır.  Bir  millət  gözəl 
gördüyü  şeyləri  digər millət  çirkin  görür.  Buna görə,  zövqün milli 
olması  lazım  gəlir.  Gerçəkdən  do,  hər  millətin  milli  bir  zövqü 
vardır.  Əgər  bir  millət  milli  zövqündən  uzaq  düşübsə,  sənət 
sahəsində  gördüyü  işlər  tamamilə  bayağı  təqlidlərdən  ibarət  olar. 
Osmanlı  şairləri  və  yazarları  buna  örnəkdir.  Çünkü,  onlar  milli 
zövqü  tamamilə  itirmişdilər.  Yazdıqları  şeylər  ya  İran,  ya  da 
Fransız  təqlidlərindən  ibarətdi.  O  halda,  estetikada  (gözəl  sənət­
lərdə)  yüksəlmək  istəyən  bir  millət  ilk  öncə  milli  zövqünü  arayıb 
tapmağa çalışmalıdır.
Milli  zövqü  tapmaq  üçün  xalqa  doğru  getmək  və  xalq 
sənətlərindən uzun-uzadı estetik tərbiyə almaq lazım gəldiyini başa 
düşdük.  Ancaq  həqiqi  sənətçi  olmaq  üçün  bu  estetik  tərbiyə  də 
yetərli  deyildir.  Gerçək  sənətçi  olmaq  üçün  gözəl  sənətlərin 
beynəlmiləl  ustaları  olan  sənət  dahilərindən  zövq  dərsi,  zövq 
tərbiyəsi  almaq  da  lazımdır.  Miliətlərarası  dahilərdən  alman  bu 
faydalı tərbiyəyə təhzib (zənginləşdirmə, yetkinləşdimə) adı verilir.
Göründüyü  kimi,  həqiqi  bir  sənətə  malik  olmağımız  üçün
116
sənətimizin  öncə  milliləşdirilməsi,  ikincisi  isə  zənginləşdirilməsi 
lazımdır.  Bu  prinsipi  canlı  bir  örnək  ilə  açıqlayaq:  italiyanın 
İntibah  dövründəki  sənətçiləri,  özəlliklə  rəsam  və  heykəltəraşları 
əski  yunan-latın  sənətçilərinin  dahiyanə  əsərlərinə  heyran 
olmuşdular.  Belə  ki,  bu  əsərlər  -   veneraların,  minervaların, 
apollonların  heykəlləri  -   sənət  texnikasındakı  yetkinliyini  ən 
yüksək nöqtəsinə çalmışdı.
İntibah  sənətçiləri  bu  texnikanı  böyük  zəhmətləri  hesabına 
öyrəndilər,  yetkinləşmə  üsulları  ilə  mənimsədilər.  Ancaq  əski 
yunan-latm  əsərlərini  eynilə  təqlidə  can  atmadılar.  Çünkü  xalq 
həmin mifik şəxsiyyətlərə heç bir dəyər vermirdi.  İntibah dövrünün 
adamlarma  görə  qadınlar  arasında  dünya  gözəli  ancaq  Həzrət 
Məryəm ola bilərdi.  Kişilər arasında da dünya gözəli ancaq  Həzrət 
İsa  idi.  Gerçək  sənətin  vəzifəsi  isə  başqa  millətlərin,  yaxud  başqa 
dövrlərin  estetik  ülkülərini  təsvir  etmək  deyildir.  Gerçək  sənət 
mənsub  olduğu  millətin  və  yaşadığı  dövrün  estetik  ülkülərini 
təsvirə  çalışmaqdır.  Bax,  Mikclancelo,  Rafael  kimi  İntibah 
sənətçiləri bunları düşünərək doğru yolu tapdılar.  Həzrət Məryəmə 
Veneranın  texnika  gözəlliyini,  Həzrət  İsaya  da  Apollonun  bədən 
gözəlliyini verdilər.  Digər müqəddəslərə də bu mifik gözəlliklərdən 
bağışladılar.  Bu  iki  ünsürün 
beynəlmiləl  yetkinləşmə (təhzib)  ilə 
milli  kültürün  birləşməsindən  yüksək  bir  sənət  yarandı.  Bax, 
incəsənət tarixində İntibah sənəti adı verilən şey budur.
Katolik  kilsəsi  bu  heykəlləri  və  rəsmləri  qəbul  edərək 
ibadətxanalarma  muzey  şəkli  verdi.  Halbuki,  Bizansın  və  bütün 
Şərqin  pravoslav  kilsələri  müqəddəslərin  təsvirlərini  yunan-latm 
örnəklərinə  bənzətməyə  çalışmadılar.  Rəsmdə  semit  xalqlarından 
aldıqları  qaba  örnəkləri  təqlidçiliklə  davam  etdirdilər.  Buna  görə 
də, pravoslav milətlərin sənəti yetkinlikdən məhrum qaldı  inkişaf 
edib zənginləşə bilmədi.
İntibahdan  sonra,  Avropada  hər  bir millət  estetik  həyatının 
inkişafı  anında  belə  hərəkət  etdi.  Şekspir,  Russo,  Goete  kimi 
romantik  dahilər  həm  xalq  tərbiyəsini  almış,  həm  də  əski  yunan- 
lalın texnikalarını mənimsəmişdilər.  Bunun nəticəsində onların hər 
biri  öz milləti üçün  həm  milli,  həmdə  kamil  bir ədəbiyyat  yaratdı. 
Bax,  Türkçülüyün  estetik  proqramı  da  bu  üsulların  tətbiqindən 
ibarətdir.
117


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə