Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

O  biriləri  əslində  isim  olduqları  halda,  xalqımızın  dilində şəkilçi  kini 
işlənən «xana» və «namə» sözləridir.
«i»  şəkilçisi,  əwəla,  xüsusi  rəngləri  ifadə  edən  sifətlərin 
sonlarında  özünü  göstərir:  badımcanı,  dəmiri,  gümüşü,  portağalı, 
samanı və s.
«i»  şəkilçisi  ikincisi,  türk  musiqisində  hər  qəbilənin  xususi 
nəğməsinə  (melodiyasına),  xüsusi  marşına  verilən  adlarda  görünür: 
Türkmam, Varsağı, Bayatı, Qarcıharı (Qaraçar), Türki  kimi.  B u   iki 
növ örnəkdə gördüyümüz «i» şəkilçisi türk dili şəkilçisinə çevrilmişdir 
Bunun  aşkar  sübutu  türkcə  sözlərə  birləşə  bilməsidir.  Ancaq  «in 
şəkilçisi bu iki haldan  xaric işlədildikdə türkcə deyildir.  Elə isə həmin 
terminləri işlətməyib türkcə qarşı-lıqlarım axtarmalıyıq.
Məsələ,  «ədəbi  həftə»  yerinə  «ədəbiyyat  həftəsi»,  «həyati 
məsələ»  yerinə  «həyat  məsələsi»,  «sər-kitabi»yə  «baş  kitabçı»  deys 
bilərik.  «Cəbri»yə  isə  «cəbirçi»,  «heyətiyunwa  «heyətçilər»  d eys 
bilərik.
Bu  qayda  ilə  «i»  şəkilçisinin  işlədilməsini  azaltmaqla  birlikdə, 
təəssüf ki,  ən  əsaslı  prinsipimizə və qaydamıza zidd olaraq,  bir çox 
terminlərdə bu  şəkilçini qəbul  etməyə  məcburuq.  Türkçülük yeni  tü rk  
dilində  çətinlik  yaradan  bütün  müqavimətləri  qırdığı  halda,  bu  kiçil- 
şəkilçi  qarşısında  xoşgörülü  davranmağa  -  güzəştə  getməyə m əcbur 
olub. Məsələ, «təbii hadisələr»ə «təbiət hadisələri» deyə bilərik. A ncaq 
«bu  hadisə  təbiidir  və  ya  deyildir»  demək  lazım  gəldikdə  « i»  
şəkilçisinin  büsbütün  atılmayacağını  etirafa  məcburuq.  «Mərəzi», 
«ictimai»,  «ruhi»,  «həyati»,  «bünyəvi» və s.  kimi  sözlər də eynilə  b u  
«təbii» sozü kimidir.  Bununla birlikdə, madam ki, bu iki şəkilçi iki cü r 
sözdə  türk  şəkilçisi  halım  almışdır,  onu  digər  sözlərdə  də,  xüsusilə, 
termin  olduqları  zaman,  işlətmək  doğru  ola  bilər.  «Xana»  sözünü 
«yazıxana»,  «yeməkxana»,  «yataqxana»  kimi  sözlərdə  və  «namə» 
sözünü isə «ulduznamə», «Oğuznamə» kimi sözlərdə görürük.  Lazımlı 
olduğu üçün bu sözlər də türk şəkilçiləri sırasına daxil olarsa, dilimiz 
zənginləşər.
3) 
Bir  dil  başqa  dillərdən  təsrif  və  hallanmalar  və  ədatlar 
(şəkilçilər)  almadığı  kimi,  tərkib  (söz  birləşməsi)  qaydalarını  da  ala 
bilməz.  Halbuki, əski Osmanlı dilində ərəb vo fars dillərinin hər cür 
söz  birləşmələri  (tərkibləri)  vardır:  «İzafi  tərkib»  (İsim  söz 
birləşməsi), «tavsifi tərkib» (təyin söz birləşməsi).
Söz  birləşmələri  (tərkiblər)  də,  təsriflər  və  hallanmalar  və 
şəkilçilər  kimi  «morfem»  qrupuna  daxildir.  Hər  dildə  həm  təyin 
edənin və həm də təyin edilənin hər biri-sifət də, təyin olunan isim də 
ayrı  ayrı  morfemdirlər.  Belə  olduqda,  onlar  başqa  dillərdən  tərkib
104
alınmamasına dair əsas qaydanın bir bölümünü təşkil edirlər.
Türk  dilində  isim  və  sifət  birləşmələrinin  (təyini  söz 
birləşmələrinin) hər növü olduğu üçün ərəb və fars tərkiblərinə heç bir 
ehtiyac  yoxdur.  Əski  Osmanlı  ədəbiyyatçıları  vo  alimləri  bu  söz 
birləşmələrini bir ehtiyac üzündən almamışdılar. Onlara görə, ərəb vo 
fars dilləri  bir  dil  olaraq türkcədən  gözəl  olduqlan kimi,  ərəb və fars 
dillərinin sözləri,  hallanmaları,  təsrifləri, şəkilçiləri və tərkibləri (söz 
birləşmələri) də türkcəninkilərdən daha gözəldir.
Halbuki,  heç  bir  dilə  obyektiv  olaraq  «digər  dillərdən  daha 
gözəldir»  deyilə  bilməz:  hər dilin  özünəməxsus  bir  gözəlliyi  var.  Hər 
millət subyektiv olaraq öz dilinə daha gözəl bir dil kimi  baxır.  Bəli, 
ərəb  dili  də,  fars  dili  do  gözəl  bir dildir.  Ancaq  bu dillər  ən  çox  öz 
millətlərinə  gözəl  görünər.  Bizim  uçün  də  ən  gözəl  görünən  dil 
türkcədir.  Sözlərin,  şəkilçilərin, söz birləşmələrinin  gözəlliyi öz dillərinə 
görədir.  Bunlar,  ancaq öz dilləri  içində gözəldirlər.  Ərəbcə bir söz bir 
ərəb çümləsində gözəl olduğu kimi, farsca bir tərkib də fars cümləsində 
gözəl  görünür.  Bir  qadının  olduqca  gözəl  olan  gözlərini  ya  da 
bumunu  başqa  bir  qadının  üzünə  göçürün.  Bunları  orada  çirkin 
görəcəksiniz.  Bunun kimi hər dilin sözləri və tərkibləri də öz cümlələri 
içində  nə  qədər  gözəldirsə,  başqa  dillərin  cümlələri  içində  də  bir  o 
qədər çirkindir.
Haşiyə:
«Türkçülüyün  tarixi»  bölümündə  təmizloməçilərin  (təsfiyə- 
çilərin)  xalq  dilinə  keçmiş  ərəb  və  fars  sözlərini  də  türk  dilindən 
çıxartmaq  istədiklərini  yazmışdım.  Dünən  Fuad  Raif48  bəylə  bu 
məsələni  yenidən  müzakirə  etdik.  Arı  dilçilərin  (tosfıyəçilorin)  lideri  - 
öncüsü  sayılan  bu  adam  xalq  dilinə  keçmiş  ərəb  və  fars  sözlərinin 
türkcə sayılması  məsələsində  bizimlə  heç  bir fikir  ayrılığı  olmadığını 
və  aramızdakı  anlaşmazlığın  şəkilçilər  ilə  bağlı  olduğunu  söylədi. 
Yuxanda  da  açıqladığım  kimi,  yeni  türk  dili  tərəfdarlarına 
(türkcəçilərə)  görə türk  dilinin qaydalı şəkilçiləri  ilə  istənilən  qədər 
yeni sözlər yaradıla  bilər.  Ancaq qayda-sız şəkilçilər ilə yctıi sözlər 
yaradıla  bilməz.  Fuad  Raif  bəy  özünün  bu  fikrə  şiddətlə  qarşı 
olduğunu,  odatlarda  (şəkilçilərdə)  qaydalı  və  qaydasız  tosnifini 
tanımadığını,  türk dilinin  hər növ şəkilçisiylə yeni sözlər yaradıldığı 
kimi,  qırğızcadan,  özbəkcədən,  talarcadan  alınacaq,  yaxud 
büsbütün  yenidən  yaradılacaq  şəkilçilərlə  də  yeni 
sözlər 
törədiləcəyini  söylədi.  Hətta  farscadakı  «i»  nisbət  şəkilçisinə 
qarşılıq  olaraq  «ki,  gi»  şəkilçisini  qəbul  etməyə  tərəfdar olduğunu, 
məsələ,  «həyati»  sifəti  yerinə  «həyatki»,  «ədəbi»  sifəti  yerinə  isə 
«ədəbgi»  sözlərini  işlətməyin 
mümkünlüyünü  bildirdi.  Elə  isə
105


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə