Tələbə : Şirinova Aygün Fakultə : İxtisas : Kafedra : Qrup : Kurs : Fənn : Müəllim



Yüklə 37,89 Kb.
səhifə1/5
tarix11.05.2022
ölçüsü37,89 Kb.
#86658
  1   2   3   4   5
azərbaycan dili kom nitg mensubiyet




Tələbə : Şirinova Aygün

Fakultə :

İxtisas :

Kafedra :

Qrup :

Kurs :

Fənn :

Müəllim:


Nəzəri hissə

Mənsubiyyət kateqoriyası türk dillərinin spesifik xüsusiyyətlərindən biridir. Oğuz qrupu türk dillərinin yaxınlığı da ismin mənsubiyyət kateqoriyasında aydın şəkildə görünür.

Qeyd etdiyimiz kimi, mənsubiyyət kateqoriyası türk dillərinin spesifik xüsusiyyətlərindən biri olub, ismə məxsus qrammatik kateqoriyadır, lakin formal olaraq, sifət, say, əvəzlik, məsdər, feli sifət də mənsubiyyət şəkilçisi qəbul edə bilir. Deməli, ümumi şəkildə desək, mənsubiyyət kateqoriyası adlara məxsus qrammatik kateqoriyalardan biridir.

İki söz arasında mənsubluq, sahiblik, aidiyyətlik kimi münasibətləri ifadə edən mənsubiyyət kateqoriyası sahib şəxslə mənsub əşya və ya subyektlə obyekt arasındakı atributiv əlaqəni bildirir. Mənsubiyyət şəkilçisi qəbul etmiş söz ismin yiyəlik halı ilə bağlı olan sahib şəxsdən, özü isə mənsub əşyadan ibarət olur. Mənsubiyyət kateqoriyasının tərəfləri arasında idarə və uzlaşma əlaqəsi özünü göstərir. İkinci tərəf əsas və aparıcı rola malik olur, çünki əsas anlayış II tərəfdə - mənsubiyyət şəkilçisi ilə ifadə olunmuş sözdə əksini tapır. Onun tələbinə görə I tərəf ismin yiyəlik halında idarə olunur. Yiyəlik hallı I tərəflə mənsubiyyət şəkilçili II tərəf uzlaşma əlaqəsinə girir. Mənsubiyyət şəkilçisini qəbul etmiş söz özündən əvvəl gəlmiş sözü tabe vəziyyətə salır, asılı sözə çevirir, onu idarə edir. Tabe edən sözün tələbinə görə tabe söz mütləq ismin yiyəlik halında olmalıdır. Əgər I tərəf yiyəlik halında deyilsə, burada mənsubiyyət kateqoriyasından danışmaq olmaz. Burada elə bir möhkəm qanun yaranmışdır ki, mənsubiyyət şəkilçili söz ismin heç bir başqa halı ilə əlaqəyə girmir.

Məlumdur ki, mənsubiyyət kateqoriyası da dildə ən ilkin və əsas kateqoriyalardandır. Bu kateqoriya ilə subyektlə obyekt arasındakı mənsubluq əlaqəsi tənzimlənir. N.K.Dmitriyev türk dillərində şəxslər üzrə iki mənsubiyyət tipinin olduğunu yazır: «mücərrəd və konkret mənsubiyyət. Mücərrəd mənsubiyyət dedikdə, sintaktik (kitab mənimdir), konkret mənsubiyyətdə isə morfoloji (mənim kitabım) reallaşmanı nəzərdə tutur . Q.Kazımov mənsubiyyət anlayışının dilimizdə 3 üsulla reallaşmasını qeyd edir: 1) analitik-sintetik üsul (sənin evin, onun qızı); 2) sintetik üsul (evin, qızın); 3) analitik üsul (sizin ev, sizin qız)

Mənsubiyyət kateqoriyası isimlə daha sıx bağlıdır. Mənsubluq sahiblik dedikdə isim daha çox uyğunlaşır. Lakin bu kateqoriyada yalnız isim deyil digər nitq hissələrinində rolu vardır. Mənsubiyyət kateqoriyası şəkilçiləri oğuz qrupu dillərdə ümumən eyni olsa da, bəzi fərqli məqamlar da mövcuddur; türkmən dilində o, bu işarə əvəzlikləri də mənsubiyyətə görə dəyişə bilir: onum, bunum. Mənsubiyyət göstəricilərinin şəxs əvəzliklərindən törəməsi dil faktları ilə təsdiq olunur.




Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə