Tələbə : Şirinova Aygün Fakultə : İxtisas : Kafedra : Qrup : Kurs : Fənn : Müəllim



Yüklə 37,89 Kb.
səhifə4/5
tarix11.05.2022
ölçüsü37,89 Kb.
#86658
1   2   3   4   5
azərbaycan dili kom nitg mensubiyet

Tabesizlik bağlayıcıları - bərabərhüquqlu üzvləri — cümlənin həmcins üzvlərini, eləcə də tabesiz cümlənin tərəflərini birləşdirir.

Tabesizlik bağlayıcılarının 6 qrammatik məna növü var:



  1. Birləşdirmə : və , ilə (-la2)

  2. Qarşılaşdırma : amma , ancaq , lakin , halbuki , isə , fəqət .

  3. Bölüşdürmə : ya , ya da , ya da ki , və ya , və yaxud , yaxud da , gah , gah da , gah da ki , istər ,istərsə də .

  4. İştirak : həm , həm də , həm də ki , o cümlədən , o sıradan , nəinki , hətta , habelə , həmçinin , -da2 .

  5. İnkar : nə , nə də , nə də ki .

  6. Aydınlaşdırma : yəni , məsələn .

Tabelilik bağlayıcıları - yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.

Tabelilik bağlayıcılarının 4 qrammatik məna növü var:



  1. Aydınlaşdırma : ki , belə ki .

  2. Səbəb : çünki , ona görə ki , buna görə də , ona görə də , onun üçün ki , ondan ötrü ki

  3. Güzəşt : hərçənd , hərçənd ki .

  4. Şərt : əgər , hərgah , madam ki , indi ki , yoxsa , bir halda ki .

Ədat - Sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsidir. Ədat cümlədə ifadənin səlisləşməsinə kömək edir. Ədatlar söz və ya cümlələrin mənasını qüvvətləndirməyə xidmət etdiyi üçün onları cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna yalnız bir qədər zəifləyə bilər. Məsələn: Ən gözəl qız gəlsin— Gözəl qız gəlsin.

  1. Qüvvətləndirici ədatlar : ən, lap, daha, axı, hətta, artıq, düz, bir, ki, necə, nə, belə, olduqca,ca, cə, da, də.

  2. Dəqiqləşdirici ədatlar : elə, məhz, əsl.

  3. Məhdudlaşdırıcı ədatlar :ancaq,tək, təkcə, bir, bircə, yalnız.

  4. Sual ədatları : bəs,məgər, bəyəm, yəni, ki, mi.

  5. Əmr ədatları : di, qoy, gəl, gəlin, gəlsənə, ha, bax, gör, görsənə, -sana, -sənə, — sanız, -səniz.

  6. Arzu ədatları :kaş, kaş ki, bircə, təki, gərək, barı.

  7. Təsdiq və inkar ədatları : hə, yox, bəli, xeyr, heç, əsla.

Modal sözlər - Danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca aşağıdakı növləri var:

  1. Təsdiq (yəqinlik) bildirənlər: doğrudan(da),həqiqətən(də), sözsüz, şübhəsiz, şəksiz, düzü, doğrusu, təbii(ki), düzdür, doğrudur, əlbəttə(ki)

  2. Güman və şübhə bildirənlər: gərək ki, görünür, ehtimal ki, bəlkə(də), görək, görəsən, deyəsən, güman ki, olmaya, olsun ki, demə

  3. Nəticə (ümumiləşdirmə) bildirənlər: müxtəsər, əvvəla, nəhayət, axır ki, xülasə, ümumiyyətlə, beləliklə, qısası, qərəz, əlqərəz, yaxşı(ki)

  4. Fikrin mənbəyini bildirənlər: deyilənə görə, zənnimcə, məncə, səncə, bizcə, mənə görə, bizə görə

  5. Təəssüf bildirənlər: təəssüf ki, heyif ki, əfsus ki

  6. Bənzətmə: (və müqayisə) bildirənlər: sanki, elə bil, elə bil ki, güya(ki)

Nida - Danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsidirNidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların müxtəlif məna növləri var:

  1. Sevinc,heyranlıq bildirənlər: paho, bəh-bəh, bıy, oho, oxqay, afərin, ay can, aləm, mərhəba, ura və s.

  2. Kədər, narahatlıq,qorxu bildirənlər: vay, oy, ox, ah, vay-vay-vay

  3. Çağırış bildirənlər: hey, ey, ay, ay aman, ay haray və s.

  4. Nifrət,istehza bildirənlər: tfu, tüf, rədd ol, cəhənnəm ol, cəhənnəmə ki, xa-xa-xa, xux, bah, xox və s.

  5. Qəm, kədər bildirənlər: of, ah, vay, uf, ex, ox, oy və s.


Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə