Tələbə : Şirinova Aygün Fakultə : İxtisas : Kafedra : Qrup : Kurs : Fənn : Müəllim



Yüklə 37,89 Kb.
səhifə3/5
tarix11.05.2022
ölçüsü37,89 Kb.
#86658
1   2   3   4   5
azərbaycan dili kom nitg mensubiyet

Nəzəri hissə

Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, əsasən, leksik şəkilçi qəbul edib dəyişmir, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Qoşma, bağlayıcı, ədat, modal sözlər və nida.

Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur.

Köməkçi nitq hissələri quruluşca sadə və mürəkkəb olur.

Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır:



  1. Əsas nitq hissələri həm qrammatik, həm də leksik mənası var. Lakin köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var.

  2. Əsas nitq hissələri suala cavab verir, köməkçi nitq hissələrinin isə heç bir sualı yoxdur.

  3. Əsas nitq hissələrinin sintaktik vəzifəsi var və cümlə üzvü ola bilir. Köməkçi nitq hissələrinin isə sintaktik vəzifəsi yoxdur və heç bir cümlə üzvü olmur.

  4. Əsas nitq hissələri həm leksik, həm də qrammatik şəkilçi qəbul edir. Köməkçi nitq hissələri isə heç bir şəkilçi qəbul etmir.

Qoşma - İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir.

Qoşmanın 9 məna növü var:



  1. Birgəlik, vasitə, alət : ilə, (la,lə),-ca,cə .{adlıq ,yiyəlik hal ilə işlənir}

  2. Zaman : əvvəl, qabaq, sonra , bəri .{çıxışlıq hal ilə işlənir}

  3. Məsafə : kimi , qədər , dək , can,cən .{yönlük ilə işlənir}

  4. İstiqamət : sarı, tərəf, doğru , qarşı .{yönlük hal ilə işlənir}

  5. Bənzətmə : kimi , qədər , -tək , ca,cə , təki. {adlıq , yiyəlik}

  6. Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. {çıxışlıq hal ilə işlənir }

  7. İstinad : görə , əsasən , ca . { yönlük hal ilə işlənir }

  8. Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə . { yiyəlik , yönlük , çıxışlıq }

  9. Aidlik : dair, aid , xas , məxsus , haqda , barədə. { yönlük , yiyəlik , adlıq }

Bağlayıcı - sözlər, cümlələr, abzaslar və mətnlər arasında əlaqə yaradır, onları qrammatik cəhətdən bir-birinə bağlayır. Sintaktik funksiyasına görə (cümlədəki vəzifəsinə görə) bağlayıcılar iki yerə bölünür:

  1. Tabesizlik bağlayıcıları

  2. Tabelilik bağlayıcıları


Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə