Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

III.
ƏXLAQDA  TÜRKÇÜLÜK
1) 
TÜRKLƏRDƏ ƏXLAQ
Böyük  millətlərdən  hər  biri  mədəniyyətin  xüsusi  bir 
sahəsində birinciliyə çatmışlar. Əski yunanlar estetikada, romalılar 
hüquqda,  israillilər  ilə  ərəblər  dində,  fransızlar  ədəbiyyatda, 
anqlosakslar  iqtisadda, 
almanlar  musiqi  ilə  metafizikada 
(fəlsəfədə), türklər isə əxlaqda birinciliyi qazanmışlar.
Türk  tarixi  başdan-başa  əxlaq  üstünlüklərinin  sərgisidir. 
Türklərin yenilmiş millətlərə,  onların milli  və dini  varlıqlarına dini 
və  ictimai  muxtariyyətlər  verməsi  hər  cür  təqdirdən  yüksəkdə 
durur.  Ancaq  bu yaxşılığın  qarşısında,  yenilmiş  millətlər alicənab 
türklərdən  aldıqları  bu  əlverişli  vəziyyətləri  türklərin  əleyhinə 
çevirərək,  kapitulyasiya  adı  verilən  zəncirlərlə  türkləri  bağlamağa 
və  boğmağa  çalışdılar.  Bu  iki  cür  hərəkət  iki  tərəfin  də  əxlaq 
anlayışını  göstərdiyi üçün son dərəcə səciyyəvidir.
Bu  fəsildə  türklərin müxtəlif əxlaq çevrələrinə aid  olan əxlaq 
ülkülorini göstərəcəyik.  Bu əxlaq çevrələri bunlardır:
Vətən  əxlaqı;  məslək  əxlaqı;  ailə  əxlaqı;  cinsi  əxlaq;  mədəni 
əxlaq (şəxsi əxlaq); millotlərarası  (beynəlmiləl) əxlaq.
2) 
VƏTƏN  ƏXLAQI
Əski  türklərdə  vətən  əxlaqı  çox  qüvvətliydi.  Heç  bir  türk  öz 
Eli, yəni milləti üçün həyatını və ən sevdiyi şeylərini fəda etməkdən 
çəkinməzdi.  Çünkü «El»  Göy Tanrının yer  üzündəki  kölgəysiydi.61 
Göy  tanrı  türklərə  görə  olduqca  uğurlu  olan  Eşq  gecəsində  bir 
«qızıl  işıq»  olaraq  yer  üzünə  enmiş,  bir  bakirəni,  yaxud  bir  ağacı 
hamilə  edərək  bu  «Qutlu  El»in62  doğulub  artmasına  səbəb 
olmuşdur.  Elin yerləşdiyi  yerə «yurd»  və ya «ölkə» deyilirdi.  Türk 
haraya getsə əsas yurdu unutmazdı,  çünkü ata-babalarının məzarı 
oradaydı. Uşaqlıq çağı, ata ocağı, ana qucağı orada qalmışdı.
Türkün  vətənsevərliyinə  örnək  olaraq  Hun  dövlətinin 
qurucusu  olan  Mətəni  göstərə  bilərik.  Tatarların  hökmdarı  savaş 
elanına  bəhanə üçün  ilk  öncə  onun  çox  sevdiyi  atını  istədi.  Bu  at 
saatda  min  fərsəx  uzunluğunda  yol  gedirdi.  Mətə  vətəndaşlarını 
savaşın  müsibətlərinə  məruz  qoymamaq  üçün  atı  Tatar  xaqanına 
göndərdi.  Tatar  xaqanı  savaşa  bəhanə  arayırdı.  Bu  səfər  də
118
Mətənin  çox  sevdiyi  arvadını  istədi.  Bütün  bəylər qurultayda  sa­
vaş dan etməyi irəli sürdükləri halda, Mətə:
«Mən  vətənimi  öz  eşqimin  uğrunda  tapdalada  bilmərəm»  - 
deyərək  sevgilisini  düşmənə  vermək  kimi  böyük  bir  fədakarlığı 
qəbul  etdi.  Belə  olduqda.  Tatar  xaqanı  Hun  ölkəsindən  heç  bir 
məhsulu,  tarlası,  meşəsi,  yeraltı  sərvəti,  əhalisi  olmayan  bir bölgə 
parçasını  istədi.  Qurultay  bu  faydasız  torpağın  verilməsində  heç 
bir zərər olmadığını söyləyərkən, Mətə:
«Vətən 
bizim 
mülkümüz 
deyildir, 
məzarda 
yatan 
atalarımızın  və  qiyamətə  qədər  doğulacaq  törəmələrimizin  bu 
mübarək  torpaq üzərində haqları vardır. Vətəndən -  istər, bir qarış 
qədər olsun  yer verməyə heç kəsin səlahiyyəti yoxdur.  Buna görə 
də,  müharibə  edəcəyik.  Bax,  indii  mən  atımı  düşmənə  doğru 
sürürəm.  Ardımca  gəlməyən  edam  olunacaqdır»  -   deyərək 
Tatarların  üzərinə yeridi.  Əski  türklərin  gözündə vətənin  nə qədər 
əziz olduğnu bu tarixi hadisədən anlaya bilərik.
Əski  türklərə  görə  vətən  «lörə»dən,  yəni  «milli  kültürwdən 
ibarətdi.  Kaşqarlı  Mahmudun  sözlüyündə  deyilən  «Ölkədən  keçilər, 
törədən  keçilməz»  atalar  sözü  bu  milli  kiUlürə  verilən  dəyərin 
dərəcəsini göstərir.
Əski  türklərdə  hökmranlıq  Elə  aid  idi.  Kiçik ellərdə  bütün  el 
bir  millət  məclisi  durumunda  idi.  Xalqın  müqəddaratım  bu  məclis 
idarə edirdi. Böyük ellərdə boy bəylərindən ibarət «Şölən»63 adlı məclis 
elə dair işlərə qərar verirdi.  Xaqanlıqlarda,  Elxanlıqlarda  isə  millət 
məclisi  mahiyyətinn  daşıyan  “Qurultay”  vardı.  Bu  məclisin  müşa­
virəsinə «Kinqaş»64 deyilirdi. “Elmi yaman, boymi yaman?” atalar sözü 
hökmranlığın  xaqanda  deyil,  eldə  olduğunu  göstərir.  Çünkü  xaqanı 
seçən  və taxtından  endirə bilən  qurultay idi.  Savaş və sülh  elanı  kimi 
mühüm işlər qurultayın qərarı ilə olurdu. “Tozda, dumanda fərman 
oxunmaz”-   atalar  sözü  sıxıntılı  günlərdə  duruma  xalqın  hakim 
olduğunu  göstərir.  Əski  türklərdə  bəra-bərlik  də  çox  qüvvətli  bit* 
şəkildə ortaya çıxmışdı. Xarəzmdəki Təkə türkmənlərində nə əsir, nə 
də  xidmətçi  vardı.  Hər kəs  evinə aid işləri özü görürdü.  Hər el  bir- 
birinə  bərabər  fərdlərdən  ibarətdi.  Əski  türklərdə  bir el  digər  elləri 
özünə  tabe etdiyi  zaman  onların  siyasi  təşkilatını  pozmazdı.  Tabe 
olan  elin  əvvəlki  başçısı  «Yabqu»,65  yəni  məlik  adıyla  əvvəlki 
mövqeyini qoruyub saxlayırdı. Xaqan  bunun  yanına «Şad» yaxud 
«Şanə-Şahnə»  adlanan  bir  canişin  təyin  edərdi.66  Bir  xaqan  başqa 
xaqanlıqları  fəth  etdiyi  zaman  onların  xaqanlarmı  öz  yerlərində 
saxlayardı.Yalnız  özü  «Elxan»  adıyla  bu  xaqanlann  başçısı 
mövqeyinə keçərdi.
119


Əslində,  «El»  sözünün  əsil  anlamı  sülh  deməkdir.  «Elçi»—
 
«sülhçü» anlamındadır.
Elin  təcəssümü  (simvolu)  olan  Göy  Tanrı  sülh  Tanrısıdır. 
Elxan sülh dininin bir yayıcısı mövqeyindədir. Türk elxanlan bütün türk 
ellərini sülhə çağırırdı,  bütün xaqanlara «oğlum» deyə müraciət edirdi. 
Türklərin  bütün savaşları daimi  və  geniş  bir sülh yaratmaq məqsədini 
güdürdü.  Bütün  elxanlıq  dövrlərində,  Mancuriyadan  Macarıstana 
qədər bütün Turan ölkəsi olduqca xoşbəxt bir sülh və asayiş həyatını 
yaşamışdır. Türk elxanlan imperalist də deyildilər.  Çünkü yalnız türk 
ellərini  birləşdirməklə  kifayətlənir,  başqa  millətlərin  ölkələrini  fəth 
etməyə çalışmırdılar.
Hunlann ilk Elxanı Mətənin, Çin dövləti iki dəfə əlinə keçdiyi halda, 
imperatorluğu qəbuldan  imtina etməsi,  bu  iddiamıza  bir  dəlildir.  Sülh 
əxlaqını Atillada da görürük. Atilla on çox üstünlük qazandığı savaşlar 
zamanı  nə  vaxt  ona  sülh  təklif  edilmişsə,  dərhal  bu  təklifi  qəbul 
etmişdir.
Dünyanın  ən  demokratik  xalqı  əski  türklər  olduğu  kimi,  ən 
feminist67  nəsli  da  yenə  əski  türklərdir.  Əslində  feminizm 
demokratiyanın,  yəin  bərabərçiliyin  qadınlara  aid  görünüşündən 
ibarətdir.  Əski  türklərin  bu  fəzilətini  ailə  axdaqı  bölümündə 
görəcəyik.
Orxon kitabəsində Türk  xaqanı belə deyir:
«Türk Tanrısı türk milləti yox olmasın  deyə atalarımı göndərdi 
və  məni  göndərdi.  Mən  xaqan  olunca  gündüz  dincəlmədim,  gecə 
yatmadım,  Türk  milləti  acdı-doyurdum,  çılpaqdı-gcyindirdim, 
yoxsuldu-zəngin etdim».
Türk milləti də xaqanım itirdiyi zamanlar: «Dövlətli bir millət 
idim,  dövlətim  və  şövkətim  ham?  Xaqanh  bir  millət  idim  xaqanım 
ham? Hansı xaqana işimi-gücümü verim? -  deyə şikayətlənirdi. Millətlə 
xaqan  arasındakı  münasibətin  nə  qədər  səmimi  olduğu  bu 
söhbətlərdən  anlaşıla  bilər.  Bax,  əski  türklərdə  vətən  əxlaqı  bu 
dərəcədə yüksəkdi.
Türklərin  bundan  sonra  da  ən  çox  dəyər  verəcəkləri  əxlaq, 
vətən  əxlaqı  olmalıdır.  Çünkü,  ictimai  topluluqlar  arasında  tam  və 
müstəqil  bir  həyata  malik  olan  və  ictimai  orqanizm  mahiyyətini 
göstərən ancaq millət, yaxud vətən adı verilən topluluqdur. Ailələr bu 
ictimai  orqanizmin  hüceyrələri,  məslək  qrupları  isə  üzvləridir. 
Millətdən  daha  geniş  olan  «ümmət»  və  «millətlərarası  birlib»  kimi 
topluluqlara  gəlincə,  bunlar  toplum  mahiyyətini  deyil,  hər  biri 
toplumlardan  ibarət  göyük  topluluqlar  mahiyyətini  daşıyırlar.  Bu 
topluluqlardan  hər  biri  yalnız  bir  cəhətdən  ortaqlı  olduğu  halda.
120
bir  millət  hər  cəhətdən  fordləri  arasında  ortaqlığı  olan  topluluq 
deməkdir. O halda, millət ul küsü başqa topluluqlara aid ülkülərdən-- 
ümmət  ülküsündən,  mədəniyyət  və  beynəlmiləllik  ülkülərindən  daha 
yüksəkdir.  Bu  səbəbdən  vətən  əxlaqının  da  başqa  əxlaqlardan 
yüksək olması lazım gəlir.
Özəlliklə,  bizim  kimi  siyasi  düşmənləri  çox  olan  millətlər üçün 
ən böyük  dayanaq (istinadgah) vətən əxlaqı ola bilər.  Vətən əxlaqımız 
qüvvətli  olmazsa,  nə  müstəqilliyimizi,  nə  azadlı-ğımızı,  nə  də 
vətənimizin  bütövlüyünü  qoruya  bilmərik.  O  halda,  türkçülük  hər 
şeydən artıq millət və vətən ülkülərino dəyər  verməlidir.
3)  MƏSLƏK  ƏXLAQI
Vətən  əxlaqından  sonra  məslək  (peşə,  sənət)  əxlaqı  gəlir.68 Əski 
türklərdə məsləyə «yol» deyərdilər və yolda böyüyü, soyda böyükdən 
irəli  sayardılar.  Bəktaşilorin:  «beldən  gələn  seyid69  deyil,  eldən  gələn 
seyiddir»,—demələri də yolun soydan irəli olduğunu göstərir. Əski bir 
atalar sözü «Yoldaşların atanın obasına axın70 edərlərsə, sən də birgə 
axın  ct»  deyir  ki,  bu  da  yoldaşların  soydaşlardan  daha  irəlidə 
olduğunu göstərir.
Əski türklərdə idarə edən sinif tudunlar («lorunlar»), «qamlar», 
«buyruqlar»  və  «bitikçilər»  adı  ilə  dörd  yerə  ayrılmışdı.71  Sonralar, 
Osmanlı dövründə  bunlardan  «mülkiyyə»,  «elmiyyə»,  «seyfiyyə»  və 
«qolomiyyə»  adları  verilən  dörd  yol  meydana  gəldi.72  iqtisadi 
məsləklər  də  bunlardan  ayrılıqda  vardı.  Anadolu  Səlcuqlularının 
son  zamanlarında  Əxilər  təriqəti  məslək  təşkilatları  «fütüvvət» 
şüarına  söykənən  zaviyyələr  (kiçik  quruluşlar)  halında  ortaya 
çıxdı.72a  Fütüvvətin  sözlük  anlamı  «igidlik»dir.  Termin  anlamı  isə 
dünyada  və  axirətdə  xalqı  nəfsindən  üstün  və  irəli  tutmaq»dır. 
Osmanlı  dövründəki  əsnaf  korporasiyaları  və  kətxudalıqları  bu 
əski Əxilər təşkilatının davamından ibarətdir.
Əski  dövrdə  bu  cür  əsnaf təşkilatı  yerli  mahiyyət  daşıyırdı. 
Yəni hər şəhərin əsnaf korporasiyası (sexi) özünə məxsusdu.  Bölgə 
iqtisadiyyatı  dövründə  bu  əsnaf  sexlərinin  faydalı  rolu  vardı.  . 
Ancaq bölgə iqtisadiyyatının yerinə millət iqtisadiyyatı keçincə, bu 
korporasiyalar  zərərli  mahiyyət  qazandılar.  Çünkü,  bölgə 
iqtisadiyyatı  dövrimdə  yerli  korporasiyalar  yararlı  ola  bilərdilər, 
Milli 
iqtisadiyyat  dövründə  isə  ancaq  milli  korporasiyalara 
faydalı  idi.  Bax,  bu  səbəbdən  dolayıdır  ki,  bu  gün  əski  əsnaf 
korporasiyalarım davam etdirməyə çalışməq  doğru deyil.  Onları 
aradan  götürüb,  yerlərinə  dövlətin  əlində  mərkəzləşmiş  olan  milli
121


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə