Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

və tərbiyəçiləri  də Hunlardı.  Gələcəkdə tərəfsiz bir tarix demokratiya 
və  feminizmin  türklərdən  doğduğunu  etiraf  etməyə  məcbur 
olaçaqdır.  O  halda,  gələcəkdəki  türk  əxlaqının  əsasları  da  millət, 
vətən,  məslək  və  ailə  ülküləriylə  birgə  demokratiya  və  feminizm 
olmalıdır.
7)  MƏDƏNİ  ƏXLAQ  VƏ  ŞƏXSİ  ƏXLAQ
Dürkheymə görə əxlaq vəzifələrinin  məqsədləri  fərddər deyil, 
topluluqlardır.  Millət,  məslək  və  ailə  topluluqlarmın  əxlaq 
vəzifələrinə və ülkülərinə hansı şəkildə məqsəd olduqlarını gördük. 
Ancaq bunlardan başqa hüdudu müəyyən olmayan bir topluluq da 
vardır ki, buna «mədəniyyət topluluğu» deyilir və fərdlər həmin bu 
topluluğa  mənsub  olduqları  üçün  topluluğun  məqsədlərində 
ortaqdırlar.  Mədəniyyət  topluluğu  başlanğıcda  bir  klan  halında 
başlayır.  İbtidai  toplumlarda  bir  şəxs  üçün  hörmətli  və  hüquq 
sahibi  olan  şəxslər  yalnız  öz  klanına  mənsub  olan  adamlar  idi. 
Bundan  dolayıdır  ki,  bu  toplumlarda  klan  içində  qan  davası 
aparılmazdı,  çünkü  klan  sülh  dairəsiydi.  İbtidai  toplumlar  inkişaf 
etdikcə  bu  sülh  dairəsi  klandan  fratriyaya,  fratriyadan  oymağa 
(əşirətə),  oymaqdan  daha  böyük  birləşməyə,  daha  böyük 
birləşmədən  şəhər  dövlətə,  şəhər  dövlətdən  qövm  tayfa  dövlətinə, 
qövm  dövlətindən  imperatorluğa  keçərək  getdikcə  genişləndi.82 
Sülh  dairəsi  genişləndikçə  hüquqa  yiyələnən  və  əxlaq  vəzifələrinə 
məqsəd  olan adamların miqdarı da bu dairələr ilə birlikdə çoxaldı. 
Bax,  bu  qayda  ilə,  bəzilərinin  şəxsi  əxlaq  və  bəzilərinin  də mədəni 
əxlaq adı verdikləri əxlaq qolu  öz dairəsini genişləndirdi.
Mədəni  əxlaqın  mənfi  və  müsbət  olmaqla  iki  cür  məqsədi 
vardır.  Mənfi  məqsəddə  ədalət  əsasdır.  Ədalət-fərdlərə  heç  bir 
halda  təcavüz  etməməkdir.  Müsbət  məqsədin  əsası  isə  şəfqətdən 
ibarətdir.  Şəfqət-fərdlərə  daim  yaxşılıq  etməkdir.  Mədəni  əxlaqın 
ikinci  bir  müsbət  məqsədi  də  vardır  ki,  bu  da  bağlanan 
müqavilələrə sadiq qalmaqdan  ibarətdir. Əski türklərdə Gök Tanrı 
sülh  ilahi83  olduğu  kimi,  eyni  zamanda  ədalət  və  şəfqət  ilahi  idi. 
Bundan  başqa,  türklərin  bu  fəzilətlərdə  nə  dərəcədə  yüksək 
olduğunu Türk tarixi göstərməkdədir.
Mədəni əxlaq, xüsusilə fərdlərdə şəxsiyyətin yüksək olmasına 
söykənir.  Əski  türklərin  dinində  şəxsiyyəti  göstərən  simvollar  da 
vardır. Yakutlara görə hər insanda «tin» adı verilən maddi ruhdan 
başqa,  üç  cür mənəvi  ruh  da  vardır.  Bunlara  «eş,  sur,  qut»  adları 
verilir.84  Eş  canlı  və  cansız  varlıqların  hamısında  ortaqlıdır.  Sur
130
nəfəs  alan  varlıqlara,  yəni  heyvanlara  məxsusdur.  Qut  isə  yalnız 
insanla ata məxsusdur,  insanın  qutlu olması  kəramət  və  şəxsiyyət 
sahibi  olması  deməkdir.  Quran-i  Kərimdə  «Adəm  oğullarını 
əzizlədik»  buyurulur  ki,  bu  da  «insanları  qutlu  etdik»  deməkdir. 
Əski  türklərin  mifologiyasına  görə  insanların  ruhu  üçüncü  qat 
göydə  olan  süd  gölündən  alınırdı  Türk  Şamanlarına  görə  insan 
ruhunun  daim  ülküyə  və  yüksəklərə  üz  tutması  əslinin  (kökünün) 
göyə məxsus  olmasından  imiş.  Bundan  başqa,  hər  bir millət  ortaya 
çıxarkən, Göy Tanrı bir «qızıl işıq» şəklində yer üzünə enərək o milləti 
öz ruhunun gözəl nəfosiylə və işığının nüfuzu ilə qutlu edərdi.
Türk dinini dərindən araşdırsaq,  mədəni əxlaqa əsas olan daha 
bir çox örnəklər tapa bilərik.  Bunlar haqqında  geniş məlumat almaq 
istəsəniz, «Türk törəsi» adlı əsərimizi oxuyun.
Göründüyü  kimi,  türkçülüyün  mühüm  bir  məqsədi  də  mədəni 
əxlaqı  yüksəltməkdir.  Vətən  əxlaqından  sonra  məslək  əxlaqı,  məslək 
əxlaqından  sonra  ailə  əxlaqı  gəldiyi  kimi,  ailə  əxlaqından  sonra  da 
mədəni əxlaq gəlir.
8)  MİLLƏTLƏRARASI  ƏXLAQ
Fərdlərin  bir-birinə  qarşı  yaxşıiıqsevər  və  yaxşılıqcdən  (bir- 
birinin  xeyrinə  iş  görən)  olmalan  mədəni  əxlaq  adını  aldığı  kimi, 
millətlərin do bir-birinə qarşı yaxşıiıqsevər və yaxşılıqedən olmalarına 
millətlərarası əxlaq adı verilir. Əski türklər sülh dininə tabe olduqlan 
üçün,  başqa  millətlərin  din,  siyasət  və  kültürlə  bağlı  olan 
varlıqlarına  hörmət  edərdilər.  Hətta  özlərinə  «iç  el»  və  başqa 
millətlərə  «dış  el»  adlarını  verərək  bütün  millətləri  bir  sülh  dairəsi 
içində, bir beynəlmiləl birlik halında görərdilər. Orxun kitabəsində də 
başqa  millətlərə  «çölki  el»  adı  verilir  ki,  bu  da  «dış  el»  ilə  eyni 
anlamdadır.  Əski  türklər  bu  «dış  cl»  termini  ilə  bcynolmiləllik 
məfhumunu  anladıqlarını  göstərirlər.  Çünkü  «cl» sözü  əski  türkcədə 
sülh  dairəsi  anlammdaydı.  Hər millətin  bir «iç el» olması  daxili  bir 
sülh  dairəsi  təşkil  etməsindən  ibarətdi.  Bununla  birlikdə,  bu  «iç  cl» 
digər millətlərə do yabançı gözüylə baxmaz, onların da hər birini  bir 
el, yəni sülhün davamı kimi görərdi. Yalnız bu fərqlə ki, özünə «iç cl» 
və digərlərinə isə «dış cl» adım verərdi.
Əski  türklərin  yenilmiş  millətlərə,  sonradan  kapitulyasiya  adı 
ilə  başına  bola  olan  fövqəladə  imtiyazlar  bağışlamaları  türk 
kültüründəki  beynəlmiləlçiliyin  nəticəsidir.  Gələcəkdə  Millətlər 
Cəmiyyəti  indiki  kimi  yalandan  deyil,  gerçəkdən  təşəkkül  cdorsə, 
onun ən səmimi üzvü, heç şübhəsiz ki, Türkiyə dövləti və Türk milləti
131


olacaqdır.  Çünkö  gələcəyə  dair  bütün  kamilliklər  toxum  halmda 
türkün əski kültülundə vardır.
Bir sözlə, hər millətin yer üzündə icra edəcəyi  tarixi və mədəni 
missiyası  vardır.  Türk  millətinin  missiyası  isə  əxlaqın  ən  yüksək 
fəzilətlərini 
gerçəkləşdirmək, 
görünməmiş 
fədakarlıqların 
və 
ikidliklərin mümkün olduğunu isbat elməkdir.
IV
HÜQUQDA TÜRKÇÜLÜK
Hüquqda  türkçülüyün  məqsədi  Türkiyədə  çağdaş  bir  hüquq 
yaratmaqdır.  Bu  yüzilin  millətləri  sırasına  keçə  bilmək  üçün,  ən 
əsaslı şərt milli hüququn bütün qollarını  teokratiya84a və klerikalizm85 
qalıqlarından 
büsbütün 
qurtarmaqdır. 
Tcokratiya-qanunlarm 
Allahın  yer  üzündəki  kölgələri  sayılan  xəlifələr  və  sultanlar 
tərəfindən  verilməsi  deməkdir.  Klerikalizm  isə  əslində  Allah 
tərəfindən  müəyyən edildiyi irəli sürülən və dəyişməz qanunlar hesab 
olunan gələnəklərin  Allahın tərcümandan ( təmsilçisi) sayılan  ruhanilər 
tərəfindən şərh edilməsindən ibarətdir.
Ortaçağ dövlətlərinin  bu iki fərqləndirici əlamətindən tamamilə 
qurtulmuş  olan  dövlətlərə  «çağdaş 
dövlət»  adı  verilir.  Çağdaş 
dövlətlərdə,  öncə,  istər  qanun  vermək  və  istərsə  do  ölkəni  idarə 
etmək  səlahiyyətləri  doğrudan-doğruya  millətə  aiddir.  Millətin  bu 
səlahiyyətini məhdudlaşdıran  və  şərtləndirən  heç  bir yüksək vəzifə, 
heç bir golənək və heç bir hüquq (haqq) yoxdur.
İkincisi,  millətin  bütün  fərdləri  tamamilə bir-birinə  bərabərdir. 
Xüsusi  üstünlüklərə-imtiyazlara  malik  heç  bir  sinif  mövcud  ola 
bilməz.  Bu  şərtləri  daşıyan  dövlət  formasına  «demokratiya»8511  cdı 
verilir ki, bu da xalq hökuməti deməkdir.
Hüquqda  Türkçülüyün  birinci  məqsədi  çağdaş  bir  dövlət 
meydana  gətirmək  olduğu  kimi,  ikinci  məqsədi  də  məslək  sahibi 
şəxslərin 
şəxsi 
fəaliyyətini 
ictimai 
müdaxilədən 
qurtararaq, 
mütəxəssislərin  səlahiyyətinə  söykənən  məslək  muxtariyyətlərini 
qurmaqdır.  Bu  əsasa  söykənən  bir mədəni  qanun  ilə  ticarət,  sənaye, 
əkinçilik  qanunları;  Universitet,  Vəkillər  Kollegiyası,  həkimlər 
dəməyi,  müəllimlər  birliyi,  mühəndislər  dəməyi  və  s.  kimi  məslək 
təşkilatlarının  məslək  muxtariyyətlərini  təmin  edən  qanunların 
verilməsi də bu məqsədin lələblərindəndir.
Hüquqda  türkçülüyün  üçüncü  məqsədi  isə  çağdaş  ailə 
yaratmaqdır.  Çağdaş  dövlətdəki  bərabərlik  (hüquq  bərabərliyi) 
prinsipi kişiylə qadının evlənmədə, boşanmada, mirasda, məsləkdə 
və siyasi  haqlarda  bərabər hüquqlu olmasını da zəruri edir.  Elə  isə
132
yeni ailə qanunu ilə seçki qanunu bu əsasa görə hazırlanmalıdır.
Sözün  qısası,  bütün  qanunlarımızda  hürriyyətə,  hüquq 
bərabərliyinə  və  ədalətə  zidd  olan  nə  qədər  izlər  varsa,  hamısına 
son vermək lazımdır.
V.
DİNDƏ  TÜRKÇÜLÜK
Dində  türkçülük  din  kitablarının,  xütbələr və vəzlərin  türkcə 
olması deməkdir.  Bir millət din kitablarını oxuyub anlaya bilməsə, 
təbiidir  ki,  dinin  gerçək  mahiyyətinn  öyrənə  bilməz.  Xətiblərin  və 
vaizlərin  nə  söylədiklərini  anlamadığından  ibadətlərdən  heç  bir 
zövq almaz.  İmam-i Əzəm  Həzrətləri,86  hətta namazdakı  surələrin 
də milli dildə oxunmasının mümkün  olduğunu  bildirmişdilər.  Ona 
görə ki, ibadətin verdiyi vəcd  (coşqunluq),  ancaq  oxunan  duaların 
tamamilə  anlaşılmasından  asılıdır.  Xalqımızın  dini  həyatını 
incələşək, görərik  ki, dini ayinlər arasında ən çox vəcd (coşqunluq, 
həyəcan) verənlər namazlardan sonra ana dilində söylənən dərin və 
səmimi  yalvarışlardır  (münacallardır).  Müsəlmanların  camedən 
böyük  bir  vəcd  və  arxayınlıqla  çıxmaları,  məhz,  hər  bir  fərdin  öz 
vicdanı içində eldiyi bu gizli yalvarışların nəticəsidir.
Türklərin  namazdan  aldıqları  yüksək zövqün bir  bölümü də, 
yenə  ana  diliylə  oxunub  söylənən  dahilərdir.  Şeir  ilə  musiqinin 
birləşməsindən  meydana  gələn  türkcə  ilahilər  xüsusilə  təravih87 
namazlarını 
canlandıran 
səbəbdir. 
Ramazanda 
və 
digər 
zamanlarda türkcə verilən öyüdlər (vəzlər) də xalqda dini duyğular 
və həyəcanlar oyandırır.
Türklərin ən çox  həyacanlandıqlan və zövq aldıqları bir ayin 
də  vardır  ki,  o  da  Mövlidi-Şərif  oxunmasından  ibarətdir.  Şeiri, 
musiqini  və  canlı  hadisələri  özündə  birləşdirən  bu  ayin  dini  bir 
bidət88  şəklində  sonradan  ortaya  çıxmasına  baxmayaraq,  ən  canlı 
ayinlər sırasına  keçmişdir.
Təkkələrdə türkcə icra olunan zikrlər əsasında oxunan türkcə 
ilahilər və nəfəslər do böyük  bir zövq qaynağıdır.
Bax,  bu  örnəklərdən  anlaşılır  ki,  bugün  türklərin  ara-sıra 
dini  bir  həyat  yaşamasını  təmin  edən  amillər  dini  ibadətlərin 
arasında  çoxdan  bəri  türk  dilində  oxunmasına  izn  verilən  dini 
ayinlərin  olmasıdır.  O halda, dini həyatımıza daha böyük  bir vəcd 
və  məmnunluq  vermək  üçün,  həm  Quran-i  Kərimin  (tilavətlər89 
müstəsna  olmaqla),  həm  də  ibadətlər  və  ayinlərdən  sonra  oxunan 
bütün  duaların,  Allaha  yalvarışların  (münacatlann)  və  xütbələrin 
türkcə oxunması lazımdır.
133


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə