Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   2   3   4   5   6   7   8   9   ...   53

fikir  axımlarının  bir-birindən  bir  çox  fərqləri  olmasına  baxmaya­
raq  onlar  bir  məqsəddə  birləşirdilər:  Osmanlı  imperatorluğunun 
bütövlüyünü  saxlamaq,  Avropanın  imperialist  dövlətlərinin 
təcavüzündən  Türkiyəni  qorumaq  və  onu  parçalamağa  dair  bu 
dövlətlərin  yaşı  bir  neçə  yüz il  olan  niyyətlərinin  gerçəkləşməsinə 
yol verməmək.
Gənc  Türklər  inqilabına  iki  fikir  axımı:  «Osmanhçılıq»  və 
«İslamçılıq»  («İslam  birlikçiliyi»,  «İttihad-i  islam») daha güclü şə­
kildə gəlib çıxmışdı.
Osmanlıçılar  ilə  İslamçılar,  yəni  islam  birlikçiləri  arasında 
başlıca  ayırılıq  «millət  anlayışı»ndə  ortaya  çıxırdı.  Osmanlıçılar 
Osmanlı  dövlətinin  bütün  vətəndaşlarını  -  müsəlmanları,  xristian­
ları,  yəhudiləri  və  s.-ni,  İslam  birlikçiləri  isə  yalnız  müsəlmanları 
bir millət kimi qəbul edirdilər.  Göründüyü kimi, Osmanlıçılava gö­
rə  millət  dilləri,  dinləri,  ümumiyyətlə  mənəvi  mədəniyyətləri,  yəni 
milli  şəxsiyyətləri  (kültürləri)  ayrı  olan  insan  topluluqlarmın  bir­
ləşməsindən,  İslamçılara görə isə dil və milli  şəxsiyyət,  milli mənə­
viyyat baxımından bir-birindən tamamilə fərqlənən müsəlman top- 
luluqlarından ibarətdir.
Osmanlı  imperatorluğu  çox  böyük  bölgədə  (Asiya,  Avropa 
və  Afrika)  macar,  yunan,  bolqar,  serb,  xorvat,  rumın,  erməni, 
ərəb,  alban,  yəhudi  və  s.  kimi  bir  çox  xristian,  müsəlman  və  türk 
olmayan  xalqları  birləşdirirdi.  Bunların  hamısı  bir  yerdə  sayca 
türklərdən  xeyli  çox  idi.  Xristianların  və  türk  olmayan  müsəlman 
xalqların  dil,  milli  mədəniyyət  (küllür)  özgürlüyü-azadlığı  saxla­
nılmışdı.  Osmanlı  dövləti  bu  xalqların  görənək  və  gələnəklərinin 
(adət  və  ənənələrinin)  toxunulmazlığını  daim  gözləyirdi.  Dövlətin 
güclü  vaxtlarında  türk  olmayan  xalqlara  böyük  hörmət  göstərilir, 
onlar  tam  güvənlik-ləhlükəsizlik  içində  yaşayırdılar.  Ancaq  Os­
manlı  dövləti  zəiflədikcə  bu xalqlar  baş qaldırmağa,  müxtəlif fəla­
kətlər törətməyə başladılar.
Osmanlı  imperatorluğunda  ticarət,  sənaye,  iri  kənd  təsərrü­
fatı istehsalı xristianların və yəhudilərin əlində toplanmışdı.  Bunun 
nəticəsində  onlar  sürətlə  varlanırdılar.  Bundan  başqa,  türk  - 
müsəlman  olmayan  xalqlardan  əsgər də  toplanmırdı.  Bu  isə onla­
rın  sayca  çoxalmasına  səbəb  olurdu.  Ölkəni  qorumaq,  müharibə­
lərdə  vuruşmaq,  ən  ağır  işlərdə  çalışmaq  isə  türkün  üzərinə 
düşürdü.
19-cu  yüzilin əvvəllərindən  Osmanlı  imperatorluğunun  geri­
liyi,  zəifləməsi  daha  açıq  şəkildə  gözə  çarpmağa  başladı.  Avropa­
nın  Fransa,  Rusiya,  İngiltərə  kimi  dövlətləri  Osmanlı  dövlətinin
12
zəifləməsini  sürətləndirmək  üçün  əllərindən  gələni  edirdilər.  Onlar 
imperatorluğun  xristian  xalqlarını  dövlətə  qarşı  qızışdırırdılar. 
Hətta  türk  olmayan  müsəlman  xalqlarını  da  türkə  qarşı  qaldır­
mağa  çalışır  və  istədiklərinə  çalırdılar.  İngiltərə  ərəbləri  Osmanlı 
dövlətinə qarşı  qaldırmaqla  əslində ərəblərin  var-yoxunu  talamaq 
məqsədini güdürdü.
Osmanlı imperatorluğunda türklər sözdə «hakim millət»  idi. 
K.Marks və F.Engels bunu etiraf edərək  1853-cü ildə yazırdılar ki, 
«Türkiyədə türkləri hakim sinif adlandırmaq çətindir» (Əsərlərinin 
rusca  2-ci  nəşrinin  9-cu  cildi,  səh.6).  Nə  dövlət  onların  adını  da­
şıyır,  nə də yeritdiyi siyasətdə milliyyətçilik  ruhuna söykənirdi.  Bu 
baxımdan  sultan  IIMahmudun  bu  sözləri  danışdığımız  gerçəkliyi 
gözəl  ifadə  edirdi:  «Mən  təbəəmdəki  din  fərqlərini  ancaq  came, 
kilsə və sinaqoqlara girdikləri  zaman görmək  istərəm».  Dövlət  əs­
lində  ölkə  içində  türkün  mənafeyini  xristianların,  türk  olmayan 
müsəlmanların  mənafeyinə qurban verirdi.  Buna görə də türk əha­
lisi  gözdən  düşmüş  durumda  idi.  Türklərin  bu  durumu 
ağır  ya­
şamı tanınmış fransız yazıçısı  Röne Pinona  bu istehzalı sözləri de­
dirtmişdi: «Osmanlı imperatorluğunda hər bir kəs üçün yer vardır. 
Türklər  üçün  də».  Avropa  dövlətlərinin  böhtanından,  pis  niyyət­
lərindən  qorunmaq,  xristianları,  türk  olmayan  əhalini  narazı  sal­
mamaq, imperatorluğun bütövlüyünü saxlamaq məqsədilə Osman­
lı  dövləti  milli  olmayan  siyasət  yeridir,  «Osmanlı»  adı  ilə  çıxış 
edirdi.
1839-cu  il  «Gülxanə  xətt-i  hümayunu»  -  Tonzimat  fərmanı 
xristian  xalqların  hüququnu  daha  da  genişləndirdi.  Bandan  sonra 
Osmanhçılıq  rəsmi  siyasətə  çevrildi.  Tənzimat  dövründə  (1839- 
1876) xristian uyruqlar -  təbəələr dövlətə qarşı fəaliyyətlərini daha 
da  gücləndirdilər.  1789-cu  il  Fransa  inqilabının  doğurduğu  mil­
liyyətçilik  hərəkatım  və düşüncəsini  ilk  öncə  xristian  Balkan  xalq­
ları  mənimsəmişdi.  Avropa  dövlətləri  onların  milliyyətçilik  və 
türklərə  düşmənçilik  hissini  daha  da  körükləyirdilər.  Avropada 
meydana gəlmiş bir çox sömürgoçi (müstəmləkəçi) və.irqçi axımlar, 
təşkilatlar, xüsusilə panslavyanizm, panlatinizm Osmanlı dövlətini 
içdən  sarsıtmağa,  didib  parçalamağa  çalışırdı.  F.Engels  bu  irqçı 
axımlardan  biri  olan  panslavyanizmdən  danışarkən  yazırdı:  «... 
Səthi məlumatı olan  bir neçə slavyan tarixçisinin  kabinetində tari­
xə zidd  olan  bu cəfəng hərəkat meydana gəldi  və öz qarşısına -  nə 
az,  nə  də  çox  -   mədəni  Qərbi  vəhşi  Şərqə,  şəhəri  kəndə,  ticarəti, 
sənayeni,  mənəvi  mədəniyyəti  təhkimli  slavyanların  primitiv  əkin­
çiliyinə  tabe  etdirmək  məqsədini  qoydu.  Lakin  bu  cəfəng  nəzə-
13


riyyonin  arxasında  Rusiya  imperiyasının  şəxsində  qorxunc  bir hə­
qiqət dururdu; elə  bir imperiya ki,  bütün Avropanı  slavyan  tayfa­
sının və  xüsusilə  onun  yeganə  bacarıqlı  hissəsi  olan  rusların mali­
kanəsi hesab etmək  iddiası  onun  hər  addımında  özünü  büruzə ve­
rir; elə bir imperiya ki, Peterburq və Moskva  kimi iki  paytaxtı ola- 
ola,  hər  bir  rus  kəndlisinin  öz  dini  və  öz  milləti  üçün  əsil  mərkəz 
saydığı «çar şəhəri»  (Konstantinopol,  rusca  Çarqrad -  çar şəhəri) 
həqiqətdə  rus  imperatorunun  iqamətgahı olmadıqca  yenə öz ağır­
lıq  mərkəzini əldə  edə  bilmir;  elə  bir  imperiya  ki,  son  150 ildə  bir 
dəfə də ərazi itirməmiş, əksinə,  hər dəfə müharibə etdikcə öz ərazi­
sini daha da  genişləndirmişdir.  Buna görə də Mərkəzi  Avropa,  rus 
siyasətinin  məqsədlərinə  ən  çox  uyğun  gələn  və  yeni  peyda  olan 
panslavyanizm  nəzəriyyəsini  həmin  siyasətin  nə  kimi  fitnə-fəsad 
vasitəsi ilə müdafiə etdiyinə yaxşı bələddir» (K.Marks və F.Engels. 
Seçilmiş əsərləri, I cild, Bakı,  1978, səh.371).
Bütün  bu  haqsızlıqlardan,  hücumlardan  qorunmaq  üçün 
Osmanlı  dövləti  «Osmanlıçılıq»  axımım  müdafiə  etməyə  başladı. 
Sultan  II  Əbdülhəmidin  dövründə Osmanlıçılıq  İslamçılıq  ilə çulğ- 
alaşmış şəkildə yeridildi.
19-cu  yüzilin  2-ci  yarısında  Avropa  dövlətləri  müsəlman  öl­
kələrini  xammal  bazarına  çevirmək  üçün  var qüvvələri  ilə  hücuma 
keçmişdilər.  Onlar  Osmanlı  imperatorluğuna  «xəstə  adam»1 kimi 
baxır və bu «xəstə adam»ı xammal bazarım ələ  keçirmək  yolunda 
əngəl  sayırdılar.  Bax,  bu  zaman  «İslam  birlikçiliyi»  (İUihad-i  is­
lam) ülküsü-məfkurəsi meydana çıxdı. İrəliçi-mütorəqqi İslam ziya­
lıları  «İslam  birlikçiliyi»  axımına sömürgəçiliyə (müstəmləkəçiliyə) 
qarşı  mübarizə vasitəsi  kimi  baxırdılar. XIX yüzilin  ikinci  yarısın­
da  islam  birliyi  hərəkatının  öncüsü  və ideoloqu  olan  Şeyx  Cəma- 
ləddin  Əfqani  (1838-1897)  həmin  yüzilin  70-ci  illərindən  bir  sıra 
müsəlman ölkələrini dolaşaraq  bütün müsəlmanları  birliyə çağırır­
dı.
Osmanlı dövləti  gizlicə «İslam  birlikçiliyi» axımının  tərəfini 
saxlayırdı. Əslində Osmanlı  imperatorluğu  üçün  İslamçılıq  ülküsü- 
məfkurəsi  səciyyəvi  idi.  Belə  ki,  Osmanlı  dövlətində  din  ilə millət 
eyni sayılır, daha doğrusu, «ümmət» və «millət» anlayışları arasın­
da  heç  bir  ayrılıq  görülmürdü;  «milləl»i  «ümmət»  anlayışı  əvəz 
edirdi.  Sultan  həm  do  xəlifə  idi.  Deməli,  həm siyasi,  həm də dini 
hakimiyyət  onun  əlində  toplanmışdı.  Sultan  I  Əbdüləzizin 
dövründə  (1861-1876)  «İslam  birlikçiliyi»  siyasəti  qızğın  şəkildə 
yeridilməyə başlandı.  Ondan sonra gələn Əbdülhəmidin fəaliyyəti­
nin əsasını panislamist siyasət təşkil edirdi.
14
1908-ci il  inqilabı öngünündə  - ərəfəsində xristianlar və digər 
uyruqlar  (təbəələr)  Əbdülhəmid  zülmünə  qarşı  hürriyyət  adına 
«birləşdilər».  Ancaq  bu,  görünüşdən  birləşmə  idi,  süni  mahiyyət 
daşıyırdı,  inqilabdan sonra  xristianlar  və  türk  olmayan müsəlman 
uyruqlarm  milliyyətçilik  fəaliyyətləri  üçün  geniş  meydan  yarandı. 
Onlar  Avropa dövlətlərinin yardımına  arxalanaraq  imperatorluğu 
yox etmək, türklərə qarşı düşmənçilik niyyətlərini gerçəkləşdirmək 
üçün  əməli işə  keçdilər.  Bu xalqlar «Osmanlı»  adını  boş söz sayır­
dılar.  Bu ad yenə yalnız türkün özünə qaldı.
1908-ci  ildən  sonra  yaranmış  durum  türk  olmayan  xalqların 
xeyrinə  oldu.  Onlar  indi  tam  aşkar  şəkildə  düşmənçilik  edir,  mil- 
liyyətçi-irqçi xətt yeridir, türkləri arxadan vururdular.
Balkan  müharibəsi  (oktyabr  1912 
may  1913)  nəticəsində 
Osmanlı  dövlətinin  İstanbul  və  Şərqi  Frakiyanm  bir  hissəsindən 
başqa,  bütün  Avropa  torpaqları  əlindən  çıxdı.  Bu  «Osmanlıçılıq» 
ülküsüno sarsıdıcı zərbə oldu. Artıq bütün  çılpaqlığı ilə üzə çıxdı ki, 
«Osmanlı  milləti»  anlayışı  puç  bir  şeydir.  I909-cu  ildə  albanların 
üsyan  etməsi,  birinci  dünya  savaşı  illərində ərəblərin  türkləri  arxa­
dan  vurması,  onların  Türkiyədən  ayrılmaq  yolunu  tutan 
«Əlmühdül ərəb»  cəmiyyətinin  fəaliyyəti  və  türklərin  başına  gələn 
fəlakətlər  «İslamçılıq»  axımmı  axsatdı.  Artıq  Osmanlı  dövlətini 
fəlakətdən nə Osmanlıçılıq, nə də İslamçılıq qurtara bilərdi.
Dövrün fikir axımlarından ikisi:  1) ədom-i mərkəziyyət və tə­
şəbbüs-i  şəxsi  və 2) əsrilik  (müasirlik,  modernizm  və ya çağdaşlıq) 
bir fikir axımı kimi zəif olmuş və əslində o  biri üç fikir axımlarının 
(Osmanlıçılıq,  İslam  birlikçiliyi  və  Türkçülüyün)  kölgəsində  qal­
mışlar.  Ədəm-i  mərkoziyyotçilik  fikir  axımının  qurucusu  Avropa 
sosialistlərindən  qidalanmış  prins  Sabahəddin  bəy  idi.  Ədəm-i 
mərkəziyyətçilikdə  iki  fikir  -  bir  mərkəzin  olmaması  (desenlra- 
lizasiya) və  şəxsi  girişim  (təşəbbüs) əsas  götürülürdü.  Osmanlıçılıq 
prinsipinə  söykənən  ədom-i  mərkəziyyəlçilər  mərkəzdən  asılılığı 
azaltmağın,  yerlərə  geniş  muxtariyyətlər  verilməsinin  və  şəxsi  tə­
şəbbüslərin,  liberal  iqtisadiyyatın  yanlışı -  tərəfdarı  idilər.  Əslində 
ədəm-i  morkəziyyətçilik  yeni  bir  Osmanlıçılıqdan  başqa  bir  şey 
deyildi.
Əsrilik, yəni çağdaşlıq  Türkiyə həyatını Qərb  modeli əsasın­
da  müasirləşdirməyi  irəli  sürürdü.  Bu,  bir  növ  ifrat  Qərbçilik  idi. 
Əgər Türkçülük  və İslamçılıq  Qərbin yalnız elm və texnikasını  qə­
bul etmək istəyirdisə, Əsrilik bunlar ilə birlikdə Qərbin milli cəhət­
lərinin  vo  yaşayış  tərzinin  də  qəbul  edilməsini  istəyirdi.  Bununla 
belə, Əsrilik fikri bir sistem biçimini ala bilməmişdir.
15


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə