68. Fənn: Ərəbcədir. Elm, fizika, kimya, biologiya və
riyaziyyat elmlərinin ümumi adı; texnika.
69. Mənqəbə (və ya mənqibə): Ərəbcə «mənqabə»
sözündəndir. Görkəmli din xadimlərinin və ya ünlü tarixi
şəxsiyyətlərin həyatı və qeyri-adi davranışları haqqında hekayə.
Ümumiyyətlə, buna «igidlik hekayəsi», «igidlik eposu» da demək
olar.
70. İlahi: Ərəbcədir. Burada: Allahı öymək, ona dua etmək
üçün yazılıb melodiya ilə söylənən nəzm. Təkko, yəni təsəvvüf
ədəbiyyatının ən önəmli növlərindəndir. Türk xalqı arasında geniş
yayılmış və mövludlarda, sünnət toylarında və s.-də oxunmuşdur.
71. Nəfəs: Ərəbcədir. Bəktaşilərin və ələvilərin görüş və
düşüncələrini, ümumiyyətlə, onların fəlsəfəsini bildirmək, ifadə
etmək üçün yazılmış şeir. Bəktaşilər «ilahi»torə «nəfəs» deyirdilər.
72. Pəri - Farscadır. Burada: Fövqəltəbii gücü olduğuna
inanılan xəyali dişi varlıq.
73. Aşıq Ömər - XVII-XVIII yüzillərin istedadlı türk
şairlərindən olan Aşıq ömərin həyatı, doğulduğu yer haqqmda
dəqiq bilgilər yoxdur. Onun 1651-ci ildə Konyanın Gözləvə adlı
yerində anadan olduğu güman edilir. Yenə dəqiq olmayan bilgiyə
görə 1707-ci ildə İstanbulda ölmüşdür. Aşıq Ömər, Osmanlı
dövlətinin bir çox müharibələrinin iştirakçısı olmuş və çox səyahət
etmişdir. O, aşıq şeiri ilə divan ədəbiyyatını bir-birinə
yaxınlaşdırmış, divan ədəbiyyatı özəlliklərinin aşıq şeirində
yayılmasına yol açmışdır. Özündən sonra gələn aşıqlara böyük
təsir etmiş, ona nəzirələr yazılmış və ustad kimi tanınmışdır.
Aşıq Öməri XX yüzildə yaşayıb yaratmış Ankaralı Aşıq
Ömərdən fərqləndirmək lazımdır.
74. Dərdli (1772-1845) - XIX yüzilm xalq şairi. Şahnalar
kəndində anadan olmuş, Ankarada isə ölmüşdür. Divan, təkko və
xalq ədəbiyyatı sahəsində geniş biliyə malik idi. Əsil adı İbrahim
olan Dərdli türk xalq poeziyasının son böyük ustalarındandır.
Dərdlini XIX yüzildə yaşamış və eyni təxəllüs daşıyan, əsil
adı Mustafa olan Istanbullu Aşıq Dərdli ilə səhv salmamaq
lazımdır,
75. Qaracaoğlan
XVII yüzilin ən istedadlı saz şairi. XVII
yüzil aşıq ədəbiyyatının qızıl dövrü sayılır. Bu aşıqların ön
sırasında, başda Qaracaoğlan durur. Qaracaoğlamn həyatı
haqqında ətraflı bilgi çoxdur. Bu istedadlı sənətçinin həyatına dair
bir çox rəvayətlər, fikirlər söylənmişdir. Görkəmli araşdırıcılar
aşığın şeirlərinə, xalq rəvayətlərinə, digər bilgilərə əsasən belə
162
nəticəyə gəlmişlər ki, o, 1606-cı ildə anadan olmuş, 1679-cu ildə
ölmüşdür. Şairin ölüm tarixini 1689-cu il kimi göstərən bilgi də
vardır.
Qaracaoğlamn yüksək bədii səviyyədə yazdığı şeirlərində
lirik-psixoloji və ictimai motivlər yer tutmuşdur. Özündən sonra
gələn saz şairlərinə güclü təsir edən Qaracaoğlan türk aşıq
ədəbiyyatının inkişafında misilsiz rol oynamışdır.
76. Yunus Əmrə (toqr. 1240-1320 və ya 1321) - istedadlı sufi-
mütəsəvvüf xalq şairi. Yunus Əmrənin həyatı haqqmda geniş bilgi
yoxdur. Əldə olan az-çox bilgilərdən belə qənaətə gəlmək olur ki,
o, Əskişəhərin Sarıköy adlı kəndində anadan olmuş, bir müddət
Hacı
Bəktaş
Vəlinin
(Boklaşi
təriqətinin
qurucusu)
davamçılarından olan Tapdıq Əmrənin təkkosində qalmış və
ondan təsirlənmişdir.
Yunus Əmrə şeirlərini sadə xalq dilində, yüksək poetik
səviyyədə yazmışdır. O, əsərlərində təsəvvüf və İslam fəlsəfəsini
ifadə etmişdir. Buna görə də, bu lirik parçalar xalq içində geniş
yayılmışdır. Yunus Əmrənin xalq şeirinə və təkkə ədəbiyyatına
güclü təsiri olub.
77. Qayqusuz Abdal - XIV yüzilin axırları - XV yüzilin
əvvəllərində yaşayıb yaratmış təsəvvüfçü (sufi) şair. Əsil adı
Əlaəddin Qaybi olan Qayqusuz Abdal Boktaşi ədəbiyyatının
qurucularından sayılır.
78. Bəktaşi: XIII-XV yüzildə Türkiyədə yaranmış və Hacı
Bəktaş Vəlinin adını daşıyan sufi (təsəvvüf) təriqətinə
mənsub olan
şəxs. Böyük mütəsəvvif (sufi) Hacı Bəktaş Vəlinin (təqr. 1209/10-
1270/71) həyatı haqqmda ətraflı bilgi yoxdur. Bununla belə, onun
haqqında bir sıra mənqabələr vardır. Anadoluda doğulduğu və
orada yetişdiyi do xəbər verilir. Ancaq daha doğru ehtimala görə,
Xorasandan qardaşı Mcntəş ilə birgə Anadoluya gəlmişlər. Əslən
Nişaburludur. Hətta soykötüyünün (nəsil şəcərəsinin) Həzrət Əliyə
gedib çıxdığı göstərilir. Ancaq bu bəktaşi təəssübkeşliyindən irəli
gəlir.
Hacı Bəktaş Vəli Anadoluya gəldikdən sonra bir çox yeri
dolaşmış,
nəhayət
Sulucaqarahöyük
qəsəbəsində
(indiki
Hacıbəktaş ilçəsi) yerləşdi və orada da vəfat etmişdir.
Bəktaşilik dedikdə, Hacı Bəktaş Vəli tərəfindən qurulduğu
irəli sürülən təriqət başa düşülür. Əslində isə Bəktaşiliyin əsasları
Hacı Bəktaş Vəlidən 1-1,5 yüzil sonra təşəkkül etmişdir.
Bəktaşiliyə hurifiliyin böyük təsiri olmuşdur. Bununla belə bir sıra
digər axımlardan (Babailik, Əxilik, Abdallıq) da təsirlənmiş və
163