Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   99   100   101   102   103   104   105   106   ...   118

 
314 
suların  (məişət-fekal)  təmizlənmədən  birbaşa  Qobu  kanalının 
çıxışına birləşməklə Xəzər dənizinə axıdılmasıdır. Şəhər kana-
lizasiya  kollektorunun  Qobu  kanalındakı  su  nümunəsində  am-
monium  ionları-50,0;  SSAM-3,8;  OBT
5
-113,3  və  aslı  maddə-
lər-8.4 dəfə tələbdən dəfə artıqdır. Neftçala bölgəsi Bankə qə-
səbəsinə  içməli  suyu  "Neftçala  Balıq"  Açıq  Tipli  Səhmdar 
Cəmiyyəti  təmin  edir.  Bankə  qəsəbəsində  formalaşan  məişət-
fekal  suları  şambolara  yığılaraq  nasos  vasitəsi  ilə  "Neftçala 
Balıq" ATSC-nin nəzdində olan təmizləyici qurğuya ötürülür. 
Təmizləyici qurğu 1985-ci ildə tikilib, 1990-cı ildən kombinat 
işləmədiyindən  fəaliyyəti  dayandırılmışdır.  Təmizləyici  qurğu 
istismara yararsız olduğundan, daxil olan çirkab sular təmizlən-
mədən  Kür  çayına  axıdılır.  Kür  çayının  70  km-lik  hissəsi 
Neftçala  bölgəsi  ərazisindən  keçərək  (Ana  Kür  və  Bala  Kür 
vasitəsilə) Xəzər dənizinə tökülür. Bölgə əhalisinin içməli suya 
təlabatı Kür çayı vasitəsilə ödənilməsinə baxmayaraq, çay sahil 
boyu yerləşən yaşayış əraziləri və bu ərazilərdə fəaliyyət göstə-
rən  müəssisələr  tərəfindən  çirklənməyə  məruz  qalır.  "SK-5" 
kollektoru  Salyan  bölgəsi  Yenikənd kəndindən  başlayıb,  ġir-
van  Milli  Parkının  ərazisindən  keçməklə,  Neftçala  bölgəsi 
ərazisindən  Xəzər  dənizinə  qovuşur.  "SK-5"  kollektoruna  Xə-
ləc kəndində yerləşən Ġslah Əmək Kaloniyasının (ĠƏK) məi-
şət-fekal çirkab suları, eləcə də kənd təsərrüfatında suvarmadan 
sonra arat suları da axıdılır. 
Neftçala bölgə zibilxanası bərbad vəziyyətdədir. Belə ki, 
bölgədə il ərzində formalaşan 212 min ton bərk tullantılar icra 
hakimiyyəti  tərəfindən  ġirvanlı  kəndi  yaxınlığında  ayrılmış 
ərazisi 1,0 ha olan zibilxanaya daşınmır. Bərk tullantılar qeyri-
qanuni  olaraq  Neftçala  şəhər  xəstəxanasının  300-400  m-də, 
ərazisi 10 ha olan sahəyə daşınır ki, bu da bölgədə olan ekoloji 
vəziyyəti bir qədər də gərginləşdirir. 
Cənub  bölgəsində  əhalinin  əsas  məşğuliyyəti  əkinçilik, 
çayçılıq və heyvandarlıqdan ibarətdir. Bölgədə bir sıra mövsü-
mi və ya daimi ekotoksikoloji baxımdan nümunə kəskin zəhər-


 
315 
lidir. "AnĢad Petrol" MüĢtərək Müəssisəsi Neftçala bölgəsi-
nin  Həsənabad  qəsəbəsində  yerləşir.  Əsas  fəaliyyət  neft-qaz 
hasilatıdır. Neftçala və Xıllı yataqlarını istismar etməklə "AN-
ġAD-Petrol" MM Neftçala  bölgəsi  ərazisində 415 ha sahədə 
istismar işlərini davam etdirir. Müəssisənin Mil-Muğan kanalı-
na  olan  çıxışı  2003-cü  ildə  ləğv  edilmişdir.  Yeni  Mil-Muğan 
kollektoru ĠmiĢli bölgəsindən başlayıb, Neftçala bölgəsi  Ye-
niqıĢlaq kəndi ərazisindən, Köhnə Mil-Muğan kollektoru isə 
SarıqamıĢ kəndi ərazisindən Xəzər dənizinə qovuşur. Neftçala 
bölgəsi  ərazisində  Şirvanlı  kəndi  yaxınlığında  Xəzər  dənizinə 
tökülən qeyri-mütəşəkkil kollektor mövcuddur. Kollektor ilə 2-
3  kəndin  əkin  sahələrinin  suvarmadan  sonra  artıq  sular  möv-
sümdə  çimərlik  kimi  istifadə  olunan  ərazidən  dənizə  axıdılır. 
Fəaliyyət  göstərən kiçik müəssisələr, burada onların fəaliyyət-
ləri  nəticəsində  ekoloji  qayda  və  standartlara  riayət  olunma-
dığından ətraf mühitə, antropogen təsir qalmaqda davam edir. 
Masallı bölgəsi  Qızılağac dövlət qoruğu ilə həmsərhəd 
ərazidə yerləşir. ümumi sahəsi 72097 ha, əhalisinin sayı isə 180 
min nəfərdir. Bölgənin sahilboyu ərazisində 15 min nəfər məs-
kunlaşmışdır.  Bölgə  ərazisindən  dənizə  6  axar  vardır  ki,  bu 
axarlar Qızılağac körfəzində dənizə qovuşur. Masallı bölgəsi-
nin  ərazisində ekoloji baxımdan ən çox antropogen təsirə mə-
ruz qalan axar ViləĢçaydır. Çay boyunca yerləşən müəssisələr-
də formalaşan çirkab sular birbaşa və ya dolayısıyla sözügedən 
təbii axara axıdılır. Ən əsası isə formalaşan bərk tullantılar pə-
rakəndə  halda  çay  yatağı  boyunca  qalaq-qalaq  yığılaraq  qaldı-
ğından  bir  neçə  məntəqədə  zibilxanalar  əmələ  gəlmişdir.  Ma-
sallı bölgəsi Viləşçayda su nümunəsində aparılmış mikrobioloji 
tədqiqatların  nəticəsinə  görə  nümunə  çirklidir,  bağırsaq  çöpü 
bakteriyalarının miqdarı -295 000 ədəd/litrdir. Bölgə ərazisində 
formalaşan  və  Xəzər  dənizinə  tökülən  ikinci  ən  böyük  axar 
QumbaĢıçaydır. Çayın sağ və sol sahillərində yerləşən yaşayış 
məntəqələrində  formalaşan  məişət-fekal  suları,  eləcə  də  hey-
vandarlıqla  məşğul  olan  sahibkarların  təsərrüfatlarında  əmələ 


 
316 
gələn  tullantılar  bu  təbii  axarın  çirklənməsinin  səbəbkarıdır. 
Qumbaşıçayda  su  nümunəsində  aparılmış  mikrobioloji  tədqi-
qatların nəticəsinə görə nümunə çirklidir, bağırsaq çöpü bakte-
riyalarının miqdarı -189 500 ədəd/litrdir. 
Lənkəran bölgəsi Xəzər dənizinin qərb sahilində yerləş-
məklə,  onun  sahil  xəttinin  uzunluğu  137,1  km,  ümumi  sahəsi 
isə 153,9 ha-dır. Əhalisinin sayı 200 min nəfərdir ki, bunun 42 
min  nəfəri  sahil  zolağında  məskunlaşmışdır.  Lənkəran  şəhəri 
cənub bölgəsinin ən böyük yaşayış məntəqəsidir. Okean səviy-
yəsindən  28  m  aşağı  olan  bu  bölgənin  82  yaşayış  məntəqəsi 
var. Bölgədə içməli suya olan tələbat Xanbulançay su anbarı, 
Lüvəsər-DaĢdatük su xətti və quyular hesabına Kənd Ġçməli 
Su  Təchizatı  Ġdarəsi  tərəfindən  ödənilir.  Bölgə  ərazisindən 
Xəzər dənizinə qovuşan 15 axar vardır. Kənd təsərrüfatında su-
varmadan sonra arat suları 7 drenaj kollektoru vasitəsi ilə Xə-
zər dənizinə qovuşur8 axar isə qarıĢıq mənĢəli axarlardır. 
Lənkəran şəhəri ərazisindən Xəzər dənizinə ən çox antro-
pogen təsir göstərən 1970-ci  illərdə istifadəyə verilmiş  Lənkə-
ran şəhər Bioloji Təmizləmə Qurğularıdır (BTQ). Layihə gü-
cü 6 min m
3
/gün olan, Su Kanalizasiya Ġdarəsinin tabeliyində 
fəaliyyət  göstərən  BTQ  olmaqla  istismar  müddətini  başa  vur-
duğundan, vaxtında əsaslı və cari təmir işləri aparılmadığından 
istismara yararsız vəziyyətə düşmüşdür. Qurğuda aerotenklərin 
sıradan  çıxması,  qumtutucuların  çöküntülərlə  dolması,  xlorla-
manın aparılmaması və s. səbəblərdən qurğu daxil olan çirkab 
suların  tələb  və  standartlara  uyğun  təmizlənməsini  təmin  edə 
bilmir. 2600 istifadəçiyə xidmət edən şəhər kanalizasiya şəbə-
kəsinin ümumi uzunluğu 35 km-dir. Təmizləyici qurğuların at-
qı xətti həm yaşayış sahələri, həm də çimərlik əraziləri ilə ya-
naşı olduğundan dənizə atılan çirkab suyun zərərsizləşdirilməsi 
mütləq aparılmalıdır. Lakin, təəssüflər olsun ki, bu istiqamətdə 
lazımi tədbirlər görülmür. 
Lənkəran  bölgəsi  BTQ-nin  çıxışında  su  nümunəsində 
SSAM-5,0; asılı maddələr-8.0; NH
4
-56,0 və OBT
5
-in 113,3 də-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə