35
xərcləmir, maşın-mexanizmlərin, qurğuların ekoloji eksperti-
zasın keçirmir, özünün təsərrüfat fəaliyyəti ilə ətraf mühitə ağır
zərbələr vurduğunu təsəvvürünə belə gətirmirdilər. "İzvestiya"
qəzeti 20 avqust 1988-ci ildə yazırdı ki, neft platformalarını
yalnız materiklə birləşdirən borulardan ildə dənizə 30 min ton
neft və neft məhsulları axır. Bütün bunlardan sonra dənizdə
canlıların kütləvi məhvinə təəccüb etmək olarmı? Bəşəriyyətin
öz əməlləri ilə təbiəti məhv etməsi özünü də məhv etməsi de-
mək deyilmi?"
Yadda saxlamaq lazımdır ki, texnikanın, kimyanın, zərər-
li texnologiyaların, insanların təbiətə düşünülməmiş müdaxiləsi
və s.
amillər təkcə çaylar, meşələr,
torpaqlar, sular, qidalar və s.
üçün ekoloji fəlakətlər təhlükəsi törətmir. Ətraf mühitin
çirklənməsi canlı orqanizmlərin, o cümlədən insanın genetik
xüsusiyyətlərinə də pis təsir edir, irsiyyəti məhv edir və düzəl-
dilməsi mümkün olmayan fəsadlar törədir.
Biosferin mühafizəsi, onun sağlamlığı insanların gələcək
rifahlarının yaxşılaşması, torpaqların məhsuldar olması, təmiz
su ehtiyatlarının çox olması, bitki və heyvanat aləminin müha-
fizəsi, iqtisadiyyatın yüksəlişi, insanların sağlam və gümrah ol-
ması, hər bir gəncin gələcəyə nikbin baxması deməkdir. XX əs-
rin 90-cı illərinə qədər Azərbaycanın ən böyük şəhərləri olan
Bakı və Sumqayıt bəlkə də SSRİ məkanınıda ekoloji cəhətdən
ən çirkli, zərərli, insanın yaşaması üçün qeyri-münasib mühiti
formalaşdıran insan məskənlərindən olmuşdur. Burada neftin
çıxarılması, emalı, nəqli, kimyəvi maddələrin istehsalı, zərərli
mühit yaradan müəsissələrin, zavodların çoxluğu və sıxlığı ən
başlıca səbəblərdən idi. Azərbaycanın ən böyük sututarı olan
Xəzərdə uzun illərdir neft, qaz, qazakondensat əldə edilir.
Xəzərə axıdılan neft, sənaye suları, kanalizasiya tullantıları və
s. onu ekoloji cəhətdən pis vəziyyətə salır. 1985-ci ildə Xəzərə
axıdılan çirkabın miqdarı 104 min tondan artıq olmaqla, 1970-
ci ilə nisbətən 2,3 dəfə çox olmuşdur. 1990-cı ildə isə Xəzər çi-
mərliklərində çirklənmə həddinin yüksəkliyi səbəbindən Bakı