52
6.3. Respublikamızda milli proqram
Azərbaycanın ekoloji siyasətini həyata keçirmək üçün
müvafiq milli proqramların hazırlanması və nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir. Bununla
əlaqədar Milli Proqram Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 18 fevral tarixli 1152 saylı Sərəncamı ilə təsdiq
edilmişdir.
Ölkənin ümumi inkişaf istiqamətinin ayrılmaz hissəsi
olan Milli Proqram ətraf mühitin qorunması sahəsində fəaliy-
yətin koordinasiyasının gücləndirilməsi ilə milli, bölgə və bey-
nəlxalq səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsas-
lanan inkişafın tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını
təmin edən iqtisadi inkişafa yönəlməlidir. Bu mənada ekoloji
baxımdan dayanıqlı sosial-iqtisadi inkişaf üzrə milli proqramın
həyata keçirilməsi üçün əlaqədar dövlət qurumlarının və qeyri-
dövlət təşkilatlarının fəaliyyətinin koordinasiyası vacib
şərtlərdəndir.
Milli proqram təbii və iqtisadi ehtiyatların idarə edilmə-
sində istənilən iqtisadi layihələr həyata keçirilərkən neqativ
ekoloji fəsadların yaranma imkanının istisna olunmasına yönəl-
mişdir. Ətraf mühit və iqtisadi potensialın idarəetmə sahəsində
hər hansı bir amilin kifayət qədər nəzərə alınmaması məsələnin
həllində arzuolunmaz ekoloji, iqtisadi və sosial fəsadlara gəti-
rib çıxara bilər. Ümumilikdə, milli proqramın həyata keçirilmə-
si, təbii ehtiyatlardan istifadə və təsərrüfat fəaliyyətinin xa-
rakterlərinin dəyişilməsi ilə ekoloji tələbatlara cavab verən yeni
texnologiyaların tətbiqi, sənaye və kənd təsərrüfatı məh-
sullarının istehsalının yüksəldilməsinə yönəldilməklə havanın,
suyun, torpağın yaxşılaşdırılmasına və təbii ehtiyatlardan sə-
mərəli istifadə edilməsinə xidmət deməkdir.
Milli Proqram dayanıqlı inkişafın əsas istiqamətlərini
müəyyənləşdirməklə, davamlı inkişafı təmin edən bir sıra təd-
birlər sistemini əhatə edir. Proqramın həyata keçirilməsi üçün