Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   80   81   82   83   84   85   86   87   ...   118

 
257 
saq ki,  Xəzərdə tez-tez baş verən və sürəti saniyyədə 24 metr 
və  daha  çox  dalğalar  yarandıqda  ekoloji  çirklənmənin,  sahil-
lərin yuyulmasının miqyası daha da çoxalır, deməli proses özü-
özlüyündə çox böyük həcmli və sahəli fövqəladə hallar yaradır. 
Elə  bunun  özü  su  səviyyəsinin  gələcəkdə  də  qalxması 
ehtimalını nəzərə alaraq Xəzər sahillərinin mühafizəsi strategi-
yası və taktikasını hazırlamaqla, daimi nəzarətdə saxlanmasını 
tələb edir. 
1979-cu ildə nəşr edilmiş Azərbaycanın atlasında Xəzərə 
illik su mədaxili 371 kub km, məxarici isə 388 kub km göstə-
rilmişdir. Belə olduqda isə məxarici mədaxildən 17 kub km çox 
alınır. Bu da Xəzərin su səviyyəsinin ildə orta hesabla 50 mm 
aşağıya meyl etməsinə səbəb olmuşdur. 
Moskva  Dövlət  Universitetinin  1969-cu  ildə  nəşr  etdiyi 
«Kaspiyskoe  more»  adlı  kitabında  1847-1965-ci  illər  ərzində 
Xəzərin  su  balansının  cədvəli  verilmişdir.  Cədvəldə  119  il 
ərzində Xəzərin illərlə su örtüyü sahəsi,  dəniz səthinə tökülən 
yağmurluğu, çaylardan axan suların və yeraltı sızmaların miq-
darı,  həmçinin  Xəzərdən  buxarlanan  və  Qaraboğazgölə  axan 
suyun həcmi göstərilmişdir. 
Həmin cədvələ görə 1847-ci ildə xəzərin su örtüyünün s-
ahəsi 412240 kv km olmuşdur. 1857-ci ildə isə Xəzərin səviy-
yəsi  80  sm  aşağı  enmiş  və  sahəsi  12240  kv  km  kiçilərək 
400000 kv km-ə bərabər olmuşdur. 1875-ci ildə su güzgüsünün 
sahəsi  1847-ci  ilin  səviyyəsinə  (412240  kv  km)  qalxmışdır. 
1882-ci ildə isə Xəzərin su sahəsi daha da genişlənərək 417000 
kv km-ə çatmışdır. Bu səviyyə həmin əsrin ən yüksək həddi idi. 
Sonralar  da  Xəzərin  suyu  dəfələrlə  qalxıb  enmişdir.  1930-cu 
ildə  sahəsi  yenə  də  azalaraq  1857-ci  ilin  səviyyəsinə  yaxın 
olmuşdur. Bundan sonra 50 il Xəzərin su balansında mədaxili 
məxaricdən  az  olduğu  üçün  səviyyəsi  sürətlə  aşağı  enmişdir. 
Bu da bəzi mütəxəssisləri təşvişə salamışdı. Odur ki, yeni-yeni 
layihələr irəli sürüldü, Şimal və Sibir çaylarını Xəzərə axıtmaq, 


 
258 
Qaraboğazgölə  axan  suyu  əsassız  layihələr  icra  olunmağa 
başladı.  
1977 -ci  ildən başlayaraq,  yüz il əvvəl  olduğu kimi, Xə-
zər  yenə  də  özünü  göstərməyə  başladı,  fasiləsiz  olaraq  səviy-
yəsi qalxdı. Yeni layihələr meydana gəldi. Xəzərə su gətirmək 
layihələri  Xəzərdən  su  aparmaq  layihələri  ilə  əvəz  olundu. 
Aralı Xəzər suyu ilə doldurmaq kimi layihələr irəli sürüldü. 
Respublikamızda  210  km  sahil  zolağına  Kür  çayından 
Astaraya qədər beton bənd çəkmək barədə təkliflər irəli sürül-
dü. Bəs qalan 600min km necə olmalıdır? Əgər Xəzər hiddət-
lənərsə, heç bir bəndlə onun qarşısını almaq olmaz, xərclər hə-
dər  gedər.  Necə  ki,  Qaraboğazgölün  bağlanmasına,  Şimal  və 
Sibir  çaylarının  suyunun  Xəzərə  gətirilməsinə  çəkilən  xərclər 
hədər getdi. 
Xoşbəxtlikdən  o  vaxt  bir  qrup  alimlərin  Qara  dənizdən 
eni 40, dərinliyi 15 m, uzunluğu 1200 km olan kanal qazmaqla 
Xəzərə ildə 300 kub km su gətirilməsi  layihəsi baş tutmamış-
dır. Həmin kanal çəkilsəydi, Xəzərin su səviyyəsinin hara qal-
xacağını təsəvvür etmək çətin olardı.  
XX  əsrin  30-cu  illərinə  qədər  Xəzərə  axan  çayların  heç 
birində dəyişiklik edilməmişdir, nə su elektrik stansiyaları tikil-
miş, nə də bəndlərlə çayların  yolları kəsilmişdi.  Lakin  rəqəm-
lərdən göründüyü kimi, Xəzərin su balansı həmin vaxtlarda da 
müxtəlif cür olmuşdur. Sonrakı illərdə çayların yolu bağlanmış, 
suyun böyük hissəsi anbarlarda saxlanılmış, həmçinin suvarma 
məqsədi ilə götürülən suyun miqdarı artmışdır. Lakin, yenə Xə-
zərin  su  səviyyəsində  baş  verən  dəyişiklik-yəni  enib-qalxma 
tərəddüdü əvvəlki illərdən az fərqlənmişdir. Indi  isə su anbar-
larının sayı artmış, kiçik çayların çoxu öz əhəmiyyətini itirmiş, 
iri çaylardan suvarma məqsədilə götürülən suyun həcmi 40%-ə 
çatmışdır.
 
Ancaq  Xəzərin  səviyyəsi  sürətlə  qalxmışdır.  Bəs, 
Xəzər bu qədər suyu haradan alırmış? Bu qədər artım üçün Xə-
zərə  5-6  əlavə  Kür  çayı  axıtmaq  lazm  gələrdi.  Belə  "möcü-
zələr" isə baş verməmişdir. Bax, elə Xəzərin sirri də burasında-


 
259 
dır.  Bir  qrup  alimlər  bunu  Volqa  boyunda  və  Xəzər  akvatori-
yasında havaların sərin keçməsi və yağmurluğun çox olması ilə 
əlaqələndirmişlər.  Əlbətdə  bu  da  inandırıcı  deyildir.  Ona  görə 
ki,  1969-1979-cu  illərlə  müqayisə  edildikdə  1979-1989-cu  il-
lərdə hövzədə orta temperatur nəinki aşağı düşmüş əksinə, 0,34 
dərəcə yüksək olmuşdur. 
Tədqiq olunmuş 200 il ərzində Xəzərin su balansı hər il 
müxtəlif olmuşdur. Belə ki, 40 il aktivlik, 75 il passivlik qeydə 
alınmışdır. Həmin illər ərzində cəmi 4 dəfə illik su balansının 
mədaxili məxaricə bərabər olmuşdur. 
Bir  qədər  də  uzağa  gedib  tarixin  dərinliklərinə  nəzər 
salsaq,  görərik  ki,  Xəzər  öz  səviyyəsində  olan  dəyişikliklərin 
salnaməsini özü yazır.
 
Bu yazılar həm yüksəklikdə, həm də su 
altında olan qayalarda qalmış izlərdir. Xəzərin çox maraqlı və 
əfsanəvi tarixi vardır. Əvvəllər Xəzər dənizi olmamışdır. Trias 
geoloji  dövrünün  sonlarında–təxminən  180  milyon  il  bundan 
əvvəl  Yer  kürəsinin  tektonik  formalaşması,  iqlim  dəyişmələri 
və  başqa  dəyişikliklər  nəticəsində  Yer  kürəsinin  böyük  his-
səsindəki  quru  sahəsi-İspaniyadan  tutmuş  İndoneziyaya  qədər 
böyük ərazi, o cümlədən Alp, Qafqaz, Pamir və Himalay dağ-
larının yeri suyun altında olmuşdur. 150 milyon il  bundan əv-
vəl-Yura  dövrünün  ortalarında  su  sahəsi  yenidən  genişlənərək 
Avropa  və  Asiyanın  böyük  hissəsini  tutmuşdur.  Təbaşir 
dövründə də (135-70 milyon il əvvəl) planetin suyunun qalxıb-
endiyi  ehtimal  olunur.  Bu  prosesin  nəticəsində  56  milyon  il 
bundan  əvvəl  Vyanadan  (Avstriya)  Azov  və  Aral  dənizləri 
daxil  olmaqla  Turan  ovalığına  qədər  sahədə  böyük  bir  dəniz 
əmələ  gəlmişdir.  Bu  dəniz  tarixdə  Sarmat  dənizi  adlandırılır. 
Qafqazın  hündür  dağları  Sarmat  dənizində  ada  kimi  görü-
nürmüş. Yenə milyon illər keçmiş, suyun çəkilməsi nəticəsində 
Sarmat  dənizi  iki  hövzəyə  ayrılmışdır:  Bunlar  indiki  Xəzər  və 
Qara dənizlərdi. Mütəxəssislərin yazdığına görə, Xəzərin Qara 
dənizlə  əlaqəsi  kəsildikdən  sonra  onun  suyu  sürətlə  azalmağa 
başlamışdır. Xəzərin indiki quzey hissəsi Abşeron yarımadası-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə