Zġyadxan nəBĠBƏYLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/118
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22527
1   ...   77   78   79   80   81   82   83   84   ...   118

 
247 
meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosiste-
minin  bərpası,  qorunması  və  idarə  edilməsi,  torpağın  münbit 
qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna 
və  flora  növlərinin  qorunması,  artırılması  və  zənginləş-
dirilməsi,  həmçinin,  təbii  kompleksin  sabitliyinin  tənzim-
lənməsi,  elmi-tədqiqat  işlərinin  aparılması  üçün  daha  əlverişli 
şəraitin  yaradılması,  eləcə  də  ətraf  mühitin  monitorinqi,  əha-
linin  ekoloji  cəhətdən maarifləndirilməsi və böyük turizm  im-
kanı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. 
Parkın  ərazisinin  yerləşdiyi  yüksəklik  onun  iqliminin 
müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar alə-
minin  zənginliyinə  əsaslı  təsir  göstərmişdir.  Buradakı  meşələr 
zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. 
Relyefin  şaquli  dəyişməsi  və  parçalanması,  mürəkkəb 
iqlim  şəraiti  və  torpaq  örtüyü  burada  bitki  örtüyünün  olduqca 
müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq 
palıdından,  şərq  fısdığından  və  Qafqaz  vələsindən  ibarətdir. 
Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada 
həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qa-
rışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, söyüd, qoz, gilas, al-
ma,  armud  və  başqa  ağaclar,  dəmirqara,  əzgil,  yemişan, 
böyürtkan, itburnu, zirinc və digər kol bitkiləri yayılmışdır. 
Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Bu-
rada  quşlardan  -  qırqovul,  qaratoyuq,  alabaxta,  bildirçin,  sarı-
köynək,  çobanaldadan,  ağacdələn,  qarğa,  məməlilərdən-cüyür, 
çöl  donuzu,  qonur  ayı,  çaqqal,  dovşan,  dələ,  canavar,  tülkü, 
maral,  yenot, qarapaça, meşə pişiyi, təkə, vaşaq, gəlincik, por-
suq növlərinə təsadüf olunur. 
Ərazidə  adları  Azərbaycan  Respublikasının  «Qırmızı 
Kitab»ına  daxil  edilmiş  məməlilərdən  -  vaşaq,  köpgər  və  s. 
quşlardan - berkut, çöl qartalı və başqaları qorunur. 
Təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar alə-
minin zənginliyi əraziyə böyük sayda yerli və xarici turistlərin 
cəlb ediləcəyinə inam yaradır. 


 
248 
Göygöl  Milli  Parkı Respublika Prezidentinin 2008-ci  il 
01  aprel  tarixli  2744  saylı  Sərəncamı  ilə  Xanlar,  Goranboy  və 
Daşkəsən  bölgələrinin  inzibati  ərazilərinin  12755  hektar 
sahəsində Göygöl  Dövlət Təbiət Qoruğunun bazasında və ona 
bitişik  meşə  və  dövlət  torpaqlarının  ərazisində  Göygöl  Milli 
Parkı yaradılmışdır. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə 
Azərbaycanda yaradılmış ilk qoruq olmuşdur. Göygöl və onun 
ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə 
dünyada məşhurdur. 
Azərbaycan  SSR  Nazirlər  Sovetinin  14  iyul  1965-ci  il 
tarixli 475 saylı Qərarına əsasən qoruq yenidən təşkil edilmiş-
dir və ərazisi 6739 hektar olub Kiçik Qafqaz sıra dağlarının şi-
mal-şərq  hissəsində  dəniz  səviyyəsindən  1000-3060  m  hün-
dürlükdədir. 
Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxla-
nılması  və  təmizliyinin  təmin  edilməsi,  Kiçik  Qafqazın  tipik 
landşaftının,  faunasının  və  florasının  qorunub  saxlanılması, 
mühafizəsi  və  öyrənilməsi  məqsədilə  yaradılmışdır.  Göygöl 
Milli  Parkının  əsas  hissəsinin  relyefi  üçün  dərin  dərələr,  uzun 
suayırıcıları,  müxtəlif  meyllikli  yamaclar  səciyyəvidir.  Ərazi 
müxtəlif  çayların  dərələr  ilə  xeyli  parçalanmışdır.  Burada  qışı 
quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim 
növləri  hakimdir.  Havanın  orta  illik  temperaturu  4-10  dərəcə 
arasında tərəddüd edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. 
Kiçik  Qafqazın  şimal  yamaclarının  subalp  sahəsinin  bir 
hissəsi və orta dağlıq meşələri,  Göygöl, Maral,  Zəli göllərinin 
ekosistemi qoruğun əsas mühafizə olunan məkanlardandır. 
Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növ-
lərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, 
cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlar-
dan  - Xəzər ulan, qara kərkəs,  kəklik və digərlərini  göstərmək 
olar. 
Ərazidə məskunlaşan heyvanlardan ikisinin  - Şərqi  Qaf-
qaz  təkəsi  və  Zaqafqaziya  qonur  ayısının  adı  «Qırmızı  kitab»a 


 
249 
düşmüşdür. «Qırmızı kitab»da Göygöldə yaşayan və qorunan forel 
balığının, bir çox quşların da adı vardır. 
Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə 
malikdir.  Burada  dağ-meşə,  dağ-bozqır,  subalp  və  alp  dağ-çə-
mən  bitki  ekosistemləri  yayılmışdır.  1100-2200  m  hündür-
lükləri əhatə edən dağ  meşələri  çox zəngin  bitki  örtüklü olub, 
80-a qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissə-
sini  kiçik  yarpaq  ağaclardan  şərq  fısdığı,  şərq  palıdı,  Qafqaz 
vələsi,  tozağacı,  adi  göyrüş,  itiyarpaqlı  ağcaqayın,  cökə,  iy-
nəyarpaqlı  ağaclardan  qarmaqvari  şam  təşkil  edir.  Kol  bit-
kilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və 
başqaları  yayılmışdır.  Ot  bitkilərindən  Qafqaz  bənövşəsi,  alp 
dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, ço-
banyasdığı, şırımlı topal, ağbığ, qırtıc və digərlərini göstərmək 
olar. 
 
12.8. Ġnsan sağlamlığı və iqlim dəyiĢmələri 
 
Hazırki  dövrdə  insan  sağlamlığı,  onun  yaşama  müddəti, 
xəstəliklərin çoxalması və s. məsələlər bir çox baxımdan qlobal 
iqlim dəyişmələri ilə birbaşa əlaqəlidir. Artıq, dünya xalqları və 
dünya  dövlətləri  gec  də  olsa,  anlayırlar  ki,  təbiətə,  məişətə, 
yaşayış  tərzinə  qayğısızlıq,  bəşəriyyəti  antropogen  mənşəli 
qlobal  iqlim  dəyişmələri  kimi,  qeyri-adi  problemlə  üzbə-üz 
qoymaqdadır. Problemin səbəbləri, onun ətraf mühit, iqtisadiy-
yat, insan sağlamlığı, qida sağlamlığı və həyatın digər sahələri 
üçün nə dərəcədə önəm kəsb etdiyi artıq beynəlxalq sənədlərdə 
təbil səsi kimi səslənməkdədir.  
Tədqiqatlarımız  göstərir  ki,  günümüzdəki  iqlim 
dəyişmələrinin  əsas  səbəblərinin  80-90  faizi  ətraf  mühitin 
qlobal texnogen çirklənmələri – karbon qazı, metan, su buxarı, 
azot oksidləri, zavod və fabriklərin, nəqliyyatın və s. atmosfer 
havasına, torpağa, suya atdığı kimyəvi birləşmələrin çoxalması 
və  meşələrin  məhvi  nəticəsidir.  Nəfəs  aldığımız  havada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə