Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

şagirdləri sərbəst və səmimi olmağa dəvət etməli, lazım gələrsə, öz həyatın -
dan, eləcə də böyük şəxsiyyətlərin həyatından misallar gətirməlidir.
Müzakirə nəticəsində şagirdlər başa düşməlidirlər ki, çətinlik insanı ruhdan
salmamalı, əksinə, onu səfərbər etməli, maneələri aşmağa stimullaşdırmalıdır.
Yazı
(St. 3.1.2)
3-cü tapşırıq vasitəsilə şagirdlərin yaradıcı təxəyyülü inkişaf et-
dirilir. Şagirdlərin yazdıqları mətnlər “İnsanın əsl xarakteri çətinliyə düşəndə
bilinir” ideyasına xidmət etməlidir.
Dil qaydaları
(St. 4.1.2)
4-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Şagirdlər “zarafatla” və “qəfildən” sözlərini kök və şəkilçiyə ayırıb hə -
min şəkilçilərlə yeni sözlər düzəldirlər (namusla, birdən).
Dil qaydaları mənimsədildikdən sonra 5-8-ci tapşırıqlar yerinə yetirilir.
8-ci tapşırıq bir sıra ədat, qoşma və şəkilçiləri zərf düzəldən şəkilçilərdən
fərqləndirmək məqsədi daşıyır. 
Şagirdlərə başa salmaq lazımdır ki, ismin yerlik və çıxışlıq hal şəkilçiləri
olan -da
2
və -dan
2
zərf düzəldən leksik şəkilçilərlə omonimdir. Onları fərq -
ləndirmək üçün həmin şəkilçilərin qoşulduğu sözün hansı nitq hissəsinə aid
olduğunu müəyyən etmək lazımdır. Məsələn: irəlidə (zərf), evdə (isim).
Şagirdlər köməkçi nitq hissələrinin adları ilə tanış deyillər. Buna görə də -ca
2
ədatı və -la
2
qoşması ilə zərf düzəldən şəkilçilərin fərqləndirilməsi empirik
yolla aparılmalıdır, bu sözlərin cümlədə hansı nitq hissəsi ilə bağlı olması
(isim, yoxsa feil), hansı suala cavab verməsi (necə? yoxsa nə ilə? kiminlə?)
vurğulanmalıdır.
Müəllimin nəzərinə! Bəzi dilçilər zərf düzəldən -ca
2
şəkilçisinin də şəkilçi
deyil, ədat olduğunu iddia edirlər. Bir çox orta məktəb dərsliklərində
bu hissəcik zərf düzəldən şəkilçi kimi qəbul edildiyindən bu mübahi -
səli məqama toxunmaq məqsədəuyğun deyil. “Türkcə”, “ingiliscə” ki -
mi sözlər də nitq hissəsi baxımından mübahisə obyekti olduğundan
dərslikdə belə nümunələr verilməmişdir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
138
V BÖLMƏ
138
V BÖLMƏ
138
V BÖLMƏ
  Çap üçün deyil


43-cü dərs. XOŞBӘXTLİK (2 saat) 
 
Motivasiya
Müəllim: Həyatda xoşbəxtliyi nədə görürsünüz? Xoşbəxt olmaq üçün nə
etmək lazımdır?
Şagirdlərin cavabları dinlənilir və müzakirə olunur.
Oxu
(St. 2.2.1)
Sürətli oxu. Mətn 172 sözdən ibarətdir, nəqli mətndir və yeni
mə lumatlarla zəngin deyil. Belə bir mətni oxuyub anlamaq üçün VI sinif şa -
gir dinə 3-5 dəqiqə kifayət edir. Müəllim sinfin səviyyəsindən asılı olaraq
müddəti təyin edir. Vaxt başa çatdıqdan sonra suallar vasitəsilə şagirdlərin
sürətli oxu bacarığı yoxlanılır:
– Quyuya düşmüş Xoşbəxtlik neçə adamdan kömək istədi?
– Birinci yolçu köməyin əvəzində ondan nə istədi?
– İkinci yolçu köməyin əvəzində ondan nə istədi?
– Üçüncü yolçunun münasibəti necə oldu?
– Xoşbəxtlik bunun əvəzində nə etdi?
Sonuncu sualları verərkən cavaba hazır olmayan şagirdləri aşkar etmək
lazımdır. Әgər onlar bu suallara cavab verə bilmirlərsə, deməli, sürətli oxu
bacarıqları zəifdir. 
1-ci tapşırıq: IV sinifdə şagirdlərin keçdiyi “Çiçək – yeddi rəng ləçək” mətni
ilə “Xoşbəxtlik” mətni arasında ideya yaxınlığı var. Valentin Katayevin əsərinin
qəhrəmanı olan balaca qız (Jenya) hər dəfə sehrli çiçəkdən özü üçün nə isə
istəyir, lakin yerinə yetirilmiş bu istəklər, əslində, onu xoşbəxt etmir. Nəhayət,
o, çiçəyin sonuncu ləçəyini şikəst bir oğlanı sağaltmaq üçün istifadə edir və
buna görə özünü çox xoşbəxt hiss edir.
Müqayisə yolu ilə bu mətnlərin ideya yaxınlığı müəyyən olunur.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətnin əsas ideyasının açılmasına kö -
mək edən məqamları müəyyən edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkil -
də ümumiləşdirir.
Dinlədiyi mətndəki məlumatları (hadi -
sələri) ümumi 
ləş dirməklə əsas fikri
müəy  yən edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Verilmiş mövzuda mühakimə xarakterli
yazı (esse) yazır.
4.1.4. Әsas nitq hissələrinin yazılışı ilə
bağlı qaydalara əməl edir. 
Mürəkkəb zərflərin yazılışı ilə bağlı
qaydalara əməl edir.
139
HİKMƏT XƏZİNƏSİ
139
HİKMƏT XƏZİNƏSİ
139
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


Dinləmə
(St. 1.1.2)
Müəllim aşağıdakı mətni səsləndirir:
İKİ FİNCAN SU
Qədim zamanlarda bir varlı hökmdar var idi. O, zəngin olduğuna görə
özünü çox xoşbəxt sayırdı, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı.
Bir gün hökmdar vəzirinə dedi:
– Dünyada heç kimin var-dövləti mənimkinə çata bilməz. Necə
düşünürsən, görəsən, yer üzündə mənim qədər xoşbəxt adam varmı?
Vəzir dedi: 
– Fərz edin ki, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluq sizi əldən
salıb. Hiss edirsiniz ki, artıq ölüm başınızın üstünü alıb. Bu vaxt sizə bir
fincan su verib əvəzində var-dövlətinizin yarısını istəsələr, verər sinizmi? 
Əlbəttə ki, verərəm, – deyə hökmdar cavab verdi. 
Vəzir davam etdi: 
– Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə
sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin qalan yarısını
istəsələr, verərsinizmi? 
Hökmdar bir qədər fikirləşib: 
– Təbii ki, verərəm, – dedi. 
Onda vəzir dedi:
– Bir xoşbəxtliyin ki dəyəri cəmi iki fincan sudur, buna görə öyünməyə
dəyərmi?!
Sual-cavab yolu ilə mətnin nə dərəcədə qavranıldığı yoxlanılır. Daha sonra
şagirdlər mətndəki əsas fikri, eləcə də oxuduqları mətnlə ideya yaxınlığını
müəyyən edir və bunu mətndən xatırladıqları məqamlarla əsaslandırırlar.
Yazı
(St. 3.1.1)
2-ci tapşırıq: Şagirdlərə mühakimə xarakterli yazının kompo -
zisiyası xatırladılır və onlar verilmiş mövzuda esse yazırlar. Müəllim vaxtdan
və sinfin səviyyəsindən asılı olaraq yazının həcmini söz və ya cümlə sayı ilə
təyin edə bilər. Məsələn: 10 cümlədən az olmamaq şərti ilə.
Dil qaydaları
(St. 4.1.4)
3-cü tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Mürəkkəb zərflər və onların yazılışı ilə bağlı dil qaydaları mənim -
sədildikdən sonra 4-6-cı tapşırıqlar yerinə yetirilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
140
V BÖLMƏ
140
V BÖLMƏ
140
V BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə