Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

(St. 2.2.3)
Cütlərlə iş. Cütlərə iş vərəqləri paylanır. 1-ci vərəqdə aşağıdakı
mətn yerləşdirilir: 
2-ci vərəqdə isə 2-ci sərnişinin sözləri qarışıq şəkildə verilir:
Şagirdlər 2-ci sərnişinin sözlərini 1-ci vərəqdə müvafiq boşluqlarda yazırlar.
Bu mətn dərslikdən oxunmuş mətnlərlə müqayisə olunur. Məzmun və ideya
yaxınlığı baxımından “İki qar dənəciyi” mətni ilə daha yaxın olduğu müəyyən
edilir. Şagirdlər 1-ci və 2-ci sərnişinlərin xarakterlərini təyin etmək üçün “Söz
Kupedə iki nəfər oturmuşdu. Onlar susur, qatarın təkər -
lə rindən çı xan ritmik səslərə qulaq asırdılar: taq-taraq... taq-
taraq... Nəhayət, sərni şin lər dən biri dilləndi:
– Bizim həyatımız da lap bu qatara oxşayır. Daim irəli
gedir.
2-ci sərnişin:
– ...
1-ci sərnişin:
– Biz də sanki bu həyat qatarının maşinistləriyik. Onu
irəli aparan bizik.
2-ci sərnişin:
– ...
1-ci sərnişin:
– Biz bu qatarla uzaqlara gedəcəyik.
2-ci sərnişin:
– ...
1-ci sərnişin:
– Hara istəsək, gedəcəyik, nə vaxt istəsək, dönəcəyik.
2-ci sərnişin:
– ...
Bir azdan qatar dayandı. Hər iki sərnişin qatardan
düşdü. Hərəsi öz yolu ilə getdi.
– Hər şey aldığımız biletin qiymətindən asılıdır.
– Bu sizin, ya mənim istəyimdən asılı deyil. Dəmiryolu
ha ra apa rır sa, qatar da ora gedəcək.
– Mən isə həyatımızı adamlarla dolu vağzala bən zə dər -
dim. Hamı dayanıb nəyi isə gözləyir.
– Yox, canım, biz, sadəcə, sərnişinlərik. Nə vaxt desələr
“düş”, dü şə cəyik.
135
HİKMƏT XƏZİNƏSİ
135
HİKMƏT XƏZİNƏSİ
135
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


müc rüsü”ndən istifadə edirlər: nikbindir, bədbindir, həyat eşqi güclüdür, hə -
yat dan küskündür, daim irəliyə can atır, yerində durmaqla kifayətlənir və s.
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlər 1-ci tapşırıqda verilmiş sözləri kontekstdən çıxış
edərək izah edir, daha sonra öz izahlarını lüğətdə verilmiş izahla müqayisə
edirlər. 
Yazı
(St. 3.1.2)
Tapşırıq: “Dərviş” mətnini elə dəyişdirin ki, dərvişin düşün cə lə -
ri nin doğru olduğu sübut olunsun. Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər
mətn dəki “Oğlan dərvişə təşəkkür edib yoluna davam etdi” cümləsindən baş -
layaraq nəqli mətn qururlar. Hadisələrin davamı dərvişin sözlərini sübut et -
mə lidir, yəni oğlan yeni şəhərdə özünə dostlar tapmalıdır. 
Bu tapşırıq şagirdlərdə yaradıcı təxəyyülü, nəqli mətn qurmaq bacarığını
inkişaf etdirir.
Dil qaydaları
(St. 4.1.2)
5-ci tapşırıq vasitəsilə şagirdlər əvvəlki biliklərindən istifadə
etməklə zərf haqqında ilkin məlumat alırlar. Әlavə olaraq belə bir tapşırıq da
vermək olar:
Sözlər arasındakı əlaqəni tapın və feilə aid olan sözləri seçin.
Bu gün şagirdlər bir yerə toplaşıb axşam baş verən hadisəni maraqla
müzakirə edirdilər. 
Dil qaydaları mənimsədildikdən sonra 6-7-ci tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə! Şagirdlərin feili bağlama haqqında anlayışları yoxdur.
Buna görə də onlar cümlələrdə zərflə feili bağlamanı səhv sala bi -
lər lər. Odur ki müəllim aşağıdakı tapşırıq vasitəsilə zərflə feili bağ la -
ma arasındakı fərqi şagirdlərə izah edə bilər.
Hərəkətə aid olan sözləri seçin və müqayisə edin. Oxşar və fərqli cəhət -
lərini müəyyənləşdirin.
1. Maşın dayanmadan sürətlə gedirdi.
2. Uşaq uzanıb ucadan oxuyurdu.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
136
V BÖLMƏ
136
V BÖLMƏ
136
V BÖLMƏ
  Çap üçün deyil


42-ci dərs. ATANIN DӘRSİ (2 saat) 
Motivasiya
Müəllim: Hər hansı fənn üzrə aşağı qiymət alanda nə edirsiniz? Bu zaman
keçirdiyiniz hisləri, hərəkətlərinizi, qərarlarınızı təsvir edin.
Bir neçə könüllü bu haqda öz fikirlərini söyləyir. Digər şagirdlərin bu fikirlərə
münasibəti də dinlənilir. Lakin nəticə çıxarılmır.
Oxu
(St. 2.2.1)
Mətn Proqnozlaşdırma üsulu ilə oxunur. İkinci abzasdan sonra
sual verilir: Sizcə, ata bütün bunları nəyə görə edir?
Şagirdlərin ehtimalları dinlənilir və bu abzasdan sonrakı dialoq “Ata belə
izah etdi” cümləsinə qədər oxunur. Sual: İndi necə, bütün bunlarda bir rəmzi
məna görə bildinizmi?
Cavablardan sonra mətn sona qədər oxunur və 1-ci tapşırıqdakı sual
cavablandırılır. 
Hekayənin ideyası keçən dərsdə oxunmuş mətnlərin ideyası ilə müqayisə
olunur, fərqli və oxşar cəhətlər müəyyən edilir:
Keçən dərsdəki mətnlər: İnsanlar həyatda görmək istədiklərini, görə
bildiklərini görür, eyni hadisəyə müxtəlif münasibət bəsləyirlər.
“Atanın dərsi” mətni: İnsanlar çətinliklə qarşılaşanda özlərini müxtəlif cür
aparırlar.
Danışma
(St. 1.2.4)
2-ci tapşırıqda qoyulmuş suallara müvafiq olaraq müzakirə ke -
çi rilir. Şagirdlər öz həyatlarından misal gətirməklə “Çətinliyə düşəndə nə et dim?
Nə etməli idim?” mövzusunda düşüncələrini bölüşürlər. Din ləmə-danışma
vərdişlərinin inkişafı ilə yanaşı, bu müzakirədə məqsəd şagirdlərin həyata ba -
xışlarını formalaşdırmaq və özünütəhlil bacarığını inkişaf etdirməkdir. Müəllim
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki hadisələrin davamını proq -
noz laşdırarkən müvafiq hissədəki mü -
hüm məqamlardan çıxış edir.
1.2.4. Problemlə bağlı mülahizələrini
söyləyir.
Müxtəlif situasiyalarla bağlı həyata ba -
xı şını ifadə edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və
hadisələrlə zənginləşdirir.
Yarımçıq mətni fakt və hadisələrlə zən -
ginləşdirərək tamamlayır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Kontekstə görə düzəltmə zərfi eyni şə -
kil çili digər nitq hissələrindən fərq lən -
dirir.
137
HİKMƏT XƏZİNƏSİ
137
HİKMƏT XƏZİNƏSİ
137
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə