73
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
✓ 60 % qablaşdırma tullantılarının enerji məqsədləri üçün bərpası
✓ 55 % qablaşdırma materialı təkrar emala yararlı olmalıdır
✓ 60 % şüşə, 60 % kağız, 50 % metal, 22, 5 % plastik və 15 % taxta qablaşdırma materialının emal
edilməsi
Birlikdə qablaşdırmaya dair tələbləri “Qablaşdırma və qablaşdırma üzrə tullantılara”
dair Direktivlə
(94/62/EC) və digər normativ sənədlərlə müəyyənləşdirilir. Digər sənədlər isə aşağıdakılardır:
✓ Direktiv 2004/12/CE- Qablaşdırma üzrə terminlər
✓ Direktiv 2005/20/CE
✓ Qablaşdırma ilə bağlı EN standartları
✓ Qablaşdırma və ətraf mühit üzrə Avropa Birliyinin sənədləri
✓ Milli qanunvericiliklər
Markalanma
Markalanma dedikdə məhsulun qabının üzərinə yerləşdirilən yazılar, işarələr və digər kombinasiyalı
elementlərin müxtəlif üsullarla yerləşdirilməsi nəzərdə tutulur. Markalanmanın əhəmiyyəti ondan
ibarətdir ki, məhsul, onun tərkibi, istifadə qaydaları, təhlükəsizlik göstəriciləri
və digər zəruri məsələlər
haqqında informasiyalar istehlakçılara və digər tərəflərə məhz markalanma vasitəsilə daşınır.
Markalanmaya dair tələblərə əsasən markalanmanın məzmunu, dili, markalanma yeri və üsulu ilə bağlıdır.
Azərbaycanda markalanma ilə bağlı tələblər qablaşdırmadan fərqli olaraq müvafiq qanunvericilik
aktlarında açıq şəkildə göstərilib. Bura aşağıdakılar daxildir:
✓ Markalanmada məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və
yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb
olunan
digər məlumatlar əks olunur
✓ Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki
etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan
Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə
qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə
tərcüməsi ilə müşayiət
olunmalıdır
✓ Kimyəvi və bioloji preparatlarla işlənmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq
xəbərdarlıq yazıları və nişanları olmalıdır.
✓ Müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş yeyinti məhsullarına əmtəə nişanları və ştrixli
kodlar
vurulur
✓ Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın
adı, zəruri hallarda onun sertifikatlaşdırılması (AZS), xüsusi tələblərə cavab verən mallar (işlər,
xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir
✓ Ekoloji təmiz məhsullar sertifikatlaşdırıldıqdan sonra “ekoloji təmiz” markası vurulur
✓ Yeyinti məhsuluna "müalicəvi", "pəhriz” və onlara bərabər tutulan adların verilməsinə və reklam
xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir
Markalanmada istifadə olunan işarələr gəldikdə isə onlar təyinatından və məhsulun istehsal edildiyi
regiondan asılı olaraq dəyişir və 100-lə bu cür markalar mövcuddur. Maraqlı olan müvafiq internet
saytlara müraciət edə bilərlər (məs.
www.labelsourceonline.co.uk
). Biz burada yalnız qablaşdırmaya
dair işarələr haqqında məlumat verəcəyik ki, onlarda aşağıdakılardan ibarətdir:
74
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
– təkrar emal olunmağa yararlılıq
–1-ci dərəcəli partlayıcı maddə
– günəşdən altında saxlamayın
– kövrəkdir
– təkrar istifadə üçün yararlı
Avropa Birliyində markalanmaya dair tələblərə gəldikdə isə burada tələblər məhsulun növündən asılı
olaraq dəyişir. Yeyinti məhsullarının markalanmasına dair tələblər Birliyin 79/112/EEC Direktivində
öz əksini tapmışdır. Yeyinti məhsulları ilə bağlı əsas tələblər aşağıdakılardır:
✓ yeyinti məhsulunun satılarkən adı
✓ məhsulun
tərkibi
✓ məhsulun tərkibinin miqdarı
✓ məhsulun qablaşdırmadan qabaq çəkisi
✓ məhsulun istismar müddəti
✓ saxlanma və istifadə şəraiti
✓ istehsalçının adı, ünvanı və əlaqə vasitələri
✓ məhsulun mənşə ölkəsi
✓ məhsulun istifadə qaydaları
✓ məhsulu xüsusi tərkibi – GMO, təhlükəli maddələr və s.
✓ məhsullara dair spesifi k tələblər- Ət və süd məhsulları, içkilər və s.
Sertifi katlaşdırmanın məqsədi və əhəmiyyəti
Məlum olduğu kimi məhsulların sertifi katlaşdırılmasında məqsəd onların qoyulmuş tələblərə, eləcədə
insan, heyvan və bitkilərin sağlamlığına və təhlükəsizliyinə, ətraf mühitin mühafi zəsinə dair tələblərə
uyğun olduğunu təsdiq etməkdir. Məhsulların sertifi katlaşdırılması onların sərbəst dövriyyəsinə,
məhsulların təkrar sertifi katlaşdırma aparmadan idxal-ixracına şərait yaradır.
Azərbaycanda məhsulların sertifi katlaşdırılması onların istehsalı, emalı, idxalı və ixracı səviyyəsində
aparılır. Bəzi sertifi katlar hər mal partiyasına, bəzi sertifi katlar isə istehsalata verilir. Ona görə hər mal
partiyasına satış, idxal və ixrac edilmək üçün ayrıca, istehsalata isə
müəyyən müddət üçün verilir ki, bu
müddət ərzində istehsal olunan mallar həmin sertifi kat əsasında satıla bilər.
Azərbaycanda malların ixrac olunması üçün və ümumiyyətlə daxili bazarda satılması üçün aşağıdakı
sertifi katların alınması tələb olunur:
✓
Mənşə sertifi katı
– bütün məhsullar üçün
✓
Keyfi yyət sertifi katı
– Avropa Birliyinə ixrac olunan yeyinti məhsulları üçün
✓
Baytarlıq şəhadətnaməsi
– diri heyvan və kəsilmiş ət üçün
✓
Gigiyenik sertifi kat
– bütün məhsullar üçün
✓
Fitosanitar sertifi kat
– bitki və
bitki mənşəli məhsullar üçün;
✓
Uyğunluq sertifi katı
– əksər məhsulları üçün