56
Mal və nəqliyyat vasitələrinin gətirilməsi zamanı gömrük nəzarətinin başlanğıcı
onların Az R-nın gömrük sərhədindən kecdiyi an hesab edilir.
Mal və nəqliyyat vasitələrinin ölkədən çıxarılması zamanı gömrük nəzarəti –
gömrük bəyanaməsinin təqdim edildiyi andan başlanır. Az R-nın gömrük sərhədindən
kənara aparılan mallar və nəqliyyat vasitələri buraxılarkən, onlar Az r-nın hömrük
sərhədini kecdiyi andan gömrük nəzarəti başa catır.
Gömrük nəzarəti altında malların yerləşdirilməsinin minimum müddətlərinin
müəyyən edilməsi DGK-nin səlahiyyətinə daxildir.
Təqdim edilmiş gömrük bəyannaməsinin, mal və nəqliyyat vasitələrinə gömrük
nəzarəti üçün tələb olunan digər sənədlərin yoxlanılması üçün mövcüd qanunvericilik
maksimum müddət olaraq 10 gün müəyyən edir. Bu müddəti başlanğıcı olaraq gömrük
bəyannaməsinin qəbul edildiyi və lazımi sənədlərin təqdim olunduğu gün hesab edilir.
Bu müddətin azadılması gömrük əməkdaşlarının hazırlıq səviyyəsindən və tətbiq
edlən müasır texniki nəzarət vasitələrinin effektivliyindən asılıdır.
Belə vasitələrdən ən səmərəli inspeksiya-müayinə kompleksidir (İMK). İMK-lar
gömrük zonalarında ayrıca yerləşmiş bina-boks ola bilər. İMK konteynər yük maşınları
boşaltmadan az müddətdə şüalandırmaqla daxilini “görməyə” imkan verir. Müasir
avadanlıq telemonitorunda müxtəli elektron-rəngləmə vasitələri ilə üzvi (narkotiklər,
partlayıcı maddələr) və qeyri-üzvi materialları bir-birindən ayırmaga, şübhəli əşyaları və
boşlqları aşkara çıxarmağa imkan verir.
6. Gömrük nəzarətinin müəyyən formalardan azadetmə Gömrük Məcəllə,
gömrük işi üzrədigər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəəyən olunur.
(maddə 84)
Diplomatik (konsul) kuryerin şəxsi baqajı gömrük baxışından azad edilir. Lakin,
baqajda kuryerin şəxsi istifadə üçün nəzərdə tutlmayan mallar, yaxud gətirilməsi
(aparılması) mövcüd qanunvericiliklə qadağan edilən malların olması gümanına əsas
varsa, o zaman kuryerin baqajı müayinə edilə bilər.
57
Ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrlə gömrük güzəştləri əsasən aşağıdakı
təşkilatların və onların təmsilçiliklərinin heyətinə, həmçinin onların ailə üzvlərinənəzərdə
tutulur:
-
Birləşmiş Millətlər Təşkilatı;
-
Beynəlxalq Valyuta Fondu;
-
Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı;
-
Beynəlxalq Qırmızı Xac Komitəs;i
-
Beynəlxalq Miqrasiya Təşkilatı;
-
Digər beynəlxalq təşkilatlar.
Xarici dövlətlərin Az R-nın ərazisində olan diplomatik nümayendəlikləri Az R-nın
gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş
qaydasına riayər edilməsi şərtilə, gömrük rüsumlarından, vergilərindən və digər gömrük
ödənişlərindən azd edilməklə nümayendəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları
Az R-nın ərazisinə gətirə və Az R-nın ərazisindən apara bilərlər.
58
Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi
prosedurların xarakteristikası.
Suallar:
1. Gömrük proseduru (rejimi) anlayışı.
2. Sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal, ixrac, təkrar ixrac gömrük
prosedurların xarakteristikası.
3. Tranzit prosedurlarının əhatə dairəsi.
4. Saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc) prosedurlarının
əhatə dairəsi.
5. Sərbəst zona.
6. Xüsusi istifadəni nəzərdə tutulan gömrük prosedurları (müvəqqəti idxal və son
istifadə).
7. Emal prosedurlarının tətbiqi.
8. Malların məhv edilməsi və dövlətin xeyrinə maldan imtina əməliyyatlarının
həyata keçirilmə qaydaları.
1. Mal və nəqliyyat vasitələrinin Az R-nın gömrük sərhədindən keçirilməsi bəyan
edilən gömrük prosedurunun tələblərinə uyğun olaraq icra edilməlidir.
Gömrük proseduru anlayışı xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirini həyata
keçirildiyi gömrük tənzimlənməsi vasitələrinin kompleks şəkildə tətbiqinə kömək edən
xüsusi tədbirlər sistemi və metodların məcmusu kimi başa düşülməlidir.
Gömrük proseduru aşağıdakıları müəyyən edir:
59
-
keçirilməsi məqsədlərindən asılı olaraq malların konkret yerdəyişmə
qaydasını;
-
gömrük ərazisində və ondan kənarda malların yerləşdirilməsi və
onlardan istifadənin mümkünlüyü şərtlərini;
-
gömrük qanunvericiliyinə görə mallardan istifadə və onlar üzərində
sərəncam vermək səlahiyyəti olan şəxslərin hüquq və vəzifələrini;
-
mal və nəqliyyat vasitələrinə və şəxslərin hüquqi statusuna tələbləri.
Gömrük proseduru - Gömrük Məcəllənin müddəalarına uyğun olaraq gömrük
nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac,
müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük
prosedurlarından biridir (1.0.18.).
Gömrük Məcəlləsinə görə gömrük prosedur sahibi - gömrük bəyannaməsini
hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin
gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs.
Gömrük tənzimlənməsi məqsədi ilə gömrük prosedurların aşağıdakı növləri tətbiq
olunur:
-
sərbəst dövriyyə üçün buraxılış;
-
təkrar idxal;
-
tranzit (beynəlxalq, daxili);
-
gömrük anbarı;
-
daxildə emal;
-
xaricdə emal;
-
müvəqqəti idxal (ixrac);
-
sərbəst gömrük zonası;
-
son istifadə;
-
müvəqqəti saxlanc;
-
ixrac;
Dostları ilə paylaş: |