84
- icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir
göstərmədikdə.
İcazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə
dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir. Bu təhlilin aparılması
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam
etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına
məlumat verməyə borcludur.
8. Malların məhvi (331).
Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Malların məhvi və yaranan
tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti
hesabına yerinə yetirilir.
Məhv edilən xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət
siyasəti tədbirləri tətbiq olunmur. Malların məhvi nəticəsində yaranan tullantılar və ya
qalıqlar daxili bazarda istifadə edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük
rüsumları və vergilər tətbiq olunur.
Mallardan dövlətin xeyrinə imtina (332).
Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə
bilər.
Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir.
85
Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin
çəkilməsinə səbəb olmamalıdır. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük
rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.
86
Gömrük rəsmiləşdirilməsi.
Suallar:
1. Gömrük rəsmiləşdirilmə qaydaların həyata keçirilməsinin əsas prinsipləri.
2. Malları və nəqliyyat vasitələrini gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən
şəxslər.
3. Gömrük
rəsmiləşdirilməsinin
sadələşdirilmiş
qaydası
və
gömrük
rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu.
4. Malların gömrük nəzarəti altında daşınması.
5. BYD kitabçası tətbiq etməklə yük daşınmaları barədə gömrük konvensiyasının
tətbiqi.
6. Fiziki şəxslər tərəfindən kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan
malların gömrük resmiləşdirilməsi.
Gömrük rəsmiləşdirilməsi – mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin
tələblərinə uyğun olaraq müəyyən gömrük proseduru altında yerləşdirilməsi və bu
prosedurun təsirinin bitirilməsi əməliyyatlarının məcmusudur.
Gömrük rəsmiləşdirilməsi, həmçinin mal və nəqliyyat vasitələrinin Az gömrük
sərhədindən keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət
tənzimləmə vasitələrinin tətbiq edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri
tərəfindən aparılan əməliyyatların məcmusu kimi də başa düşülə bilər.
Gömrük rəsmiləşdirilməsi Gömrük Məcəllə və gömrük işi üzrə digər qanunvericilik
aktları ilə müəyyən edilmiş qaydada aparılır.(102)
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə
yanaşı beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər.
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə
bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük
rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.
Gömrük Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı ve ya gömrük proseduru
ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün
87
müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. Gömrük
Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük
orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri (103)
aşağıdakılardan asılı olaraq fərqləndirilir:
- gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;
-gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə
görə;
-malları keçirən şəxsə görə.
Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük
rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.
Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq
sənədləri təqdim etdiyi, yaxud Gömrük Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük
rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına
bildirdiyi vaxtdan başlanır. (104.)
Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə
uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə
tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
Gömrük Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə
tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və
nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz.
Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış
mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam
verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt
Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur
bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər
üçün ayrılmış yerlərdə aparılır.
Dostları ilə paylaş: |