73
Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük
anbarından müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə, həmin malların
gömrük anbarından müvəqqəti çıxarılılması üçün gömrük orqanlarının icazəsi tələb
olunur.
Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla
əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata
keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:
- daxili malların saxlancına;
- malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları altında
yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.
Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il)
müddətində saxlanıla bilər.
Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə
məhdudlaşdıra bilər.
Bu müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək
üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə
yetirilmədikdə, həmin mallar barəsində müəyyən edilmiş qaydada sərəncam verilir.
Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin
Gömrük Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması,
saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.
5. Sərbəst zonanın müəyyən edilməsi (184).
74
Müvafiq icra hakimiyyəti orqanı (Az R-nın Prezidenti) gömrük ərazisində sərbəst
zona yarada və ləğv edə bilər.
Az R-nın Prezidenti hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış
məntəqələrini müəyyənləşdirir.
Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri
gömrük orqanlarının nəzarəti altında olur.
Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri
Gömrük Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş
qaydada gömrük nəzarətindən keçməlidirlər. Gömrük orqanlarının icazəsi əsasında
sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən onların qorunması,
qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin
qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə
bilər.
Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır. Sərbəst zonada
kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş formada
əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.
Az R-nın Prezidenti malların xassələrini və xüsusiyyətlərini, gömrük nəzarətinin
tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə almaqla, müəyyən fəaliyyət
növlərinə qadağa və məhdudiyyətlər müəyyən edə bilər.
Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim
edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:
- gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;
- digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst
zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;
75
- idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən
azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük
proseduru altında yerləşdirildikdə.
Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna,
habelə istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru
altında yerləşdirilmiş hesab edilmir.Yuxarda qeyd olunmuş hallar istisna edilməklə, sərbəst
zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük proseduru
altında yerləşdirilmiş hesab edilir:
- mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük
proseduru altında yerləşdirilməyibsə;
- tranzit proseduru başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük
proseduru altında yerləşdirilməyibsə.
Malların sərbəst zona xüsusi gömrük proseduru altında qalması müddəti
məhdudlaşdırılmır.
Şəxslərin müraciəti əsasında gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər:
- sərbəst zonaya gətirilən daxili malların;
- sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların;
- sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.
Xarici mallar sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış
gömrük proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük
prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük
proseduru altında yerləşdirilmiş hesab edilmir.
76
Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya
gömrük ərazisinin digər hissəsinə gətirilə bilər.
Mallar sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa
gömrük proseduru altında yerləşdirildikdə, onların daxili statusu Gömrük Məcəllənin
maddələrinə müvafiq olaraq və ya qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə
təsdiq edilənədək xarici mallar hesab edilir.
Qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda ixrac gömrük rüsumlarının
alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti tədbirlərin tətbiq edilməsi məqsədi
ilə mallar, onların daxili statusunun olmadığı müəyyənləşdirilənə qədər, daxili mallar
hesab edilir.
Sərbəst zona ləğv edildikdə, şəxslərə malların gömrük ərazisində yerləşən digər
sərbəst zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün
kifayət qədər vaxt verilməlidir.
6. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi. (192).
Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında
yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun
olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla,
habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.
Mallar Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük
rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və
aksizlərdən də azad edilirlər.
Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində
istifadə olunur:
Dostları ilə paylaş: |