100
çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən, digər təqbirlər gömrük
nəzarətini təmin etmək üçün yetərli olmadıqda, istifadə edilir.
Adətən gömrük müşayiəti barədə qərarı gömrük orqanları aşağıdakı hallarda
verirlər:
-gömrük nəzarəti altındakı malların daşınması gömrük daşıyıcısı tərəfindən həyata
keçirilə bilmədikdə;
- əgər sərhəd gömrük orqanı tərəfindən sərhəd müvəqqəti saxlanc anbarlarında
mallara baxış keçirilməsi barədə qərar qəbul edilmişçə;
- gömrük qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi digər üsullarla
mümkün olmursa.
Axırıncı tədbir həm müstəqil, həm də birinci iki tədbirə zəmanət kimi tətbiq edilə
bilər. Bu zaman nəqliyyat vasitələrinin təchiz edilməsi üzrə daşıyıcının çəkdiyi xərclər
gömrük orqanları tərəfindən ödənilmir.
Gömrük orqanları bu tədbirlərdən o zaman, istifadə edir ki, adi daşınmanın
gömrük qanunvericiliyinə əməl edilməsinə zəmanət verə bilməyəcəyini, mal və nəqliyyat
vasitələrinin yerinə çatdırılmayacağını, yaxud ödənclərin ödənməyəcəyini güman etməyə
əsas olsun. Yaranmış vəziyyət başqa şərtlər də tələb edə bilər. Ona görə də qərar qəbul
edərkən aşağıdakı məsələlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir:
- daşıyıcının nəqliyyat vasitələrinin təchizatının gömrük orqanlarının tələblərinə uyğunluğu;
- malın xarakteri (aksizli mallar, digər dövlət orqanlarının nəzarətinə cəlb edilən mallar);
- malın gömrük statusu (tarif və qeyri-tarif tədbirlətin tətbiqi);
- daşıyıcı barədə gömrük orqanlarını müfəssəl məlumatı.
Gömrük qanunvericiliyi malların gömrük təminatları altında daşındığı nəqliyyat
vasitələrinə bir tələb irəli sürür – təhhizad normalarına uyğun gəlmək. Bu texniki
normativlər gömrük möhür və plombları ilə yüklərin daşınmasından ötrü nəqliyyat
vasitələrinin (konteynerlərin) təchizatı Gaydalarında öz əksini tapmışdır.
Müəyyən olunmuş qaydada təchiz edilmiş nəqliyyat vasitəsi dedikdə elə nəqliyyat
vasitəsi başa düşülür ki onların yük bölmələri elə qurulmuş olsun ki:
a) malların möhürlənmiş yük bölmələrindən götürülməsi, yaxud oraya yığılması,
gömrük təminatlarının gözlə görünən qırılması və ya zədələnməsi olmadan mümkün
olmasın;
b) gömrük təminatları asan və etibarlı vurula bilsin;
101
c) orada malların gizlədilməsi üçün naməlum yerlər olmasın;
d) malların yerləşə biləcəyi yerlər gömrük baxışı üçün asan olsun.
Nəqliyyat vasitələri texniki normativlərin tələblərinə uyğun olduqda, onlar malların
gömrük təminatları altında daşınmasına buraxıla bilər.
Buraxılma prosedurası DGK-nin “Nəqliyyat vasitələrinin (konteynerlərin) gömrük
möhürləri və plombları ilə yük daşımalarına buraxılması qaydaları haqqında” Təlimatı ilə
müəyyənləşdirilir.
Nəqliyyat vasitəsinin buraxılışı haqqında şəhadətnamə almaqdan ötrü onun
mülkiyyətçisi, yaxud sahibi nəqliyyat vasitəsinin növünü, cinsi və fərdi əlamətlərini, dövlət
qeydiyyat nömrələrini, buraxılış haqqında qərarın qəbul edilməsindən ötrü istifadə oluna
bilən digər məlumatları göstərməklə müəyyənləşdirilmiş regional gömrük orqanlarına
yazılı sürətdə ərizə təqdim edir. Ərizə sərbəst formada tərtib olunur. ərizə verildiyi
gündən 10 gün müddətində gömrük orqanları tərəfindən baxılmalıdır. Bu müddət ərzində
gömrük xidməti nəqliyyat vasitəsinin təchizat qaydaları ilə nəzərdə tutulan texniki
tələblərə müvafiqliyini yoxlayır. Əgər nəqliyyat vasitəsi nəzərdə tutulan texniki tələblərə
müvafiqdirsə, gömrük idarə tərəfindən buraxılış barədə şəhadətnamə verilir.
Buraxılış haqqında şəhadətnamə iki nüshədə tərtib olunur, onun biri gömrük
orqanında saxlanılır, digəri isə nəqliyyat vasitəsinin mülkiyyətçisinə, yaxud sahibinə verilir.
Buraxılış haqqında şəhadətnaməyə sıra nömrəsi verilir.
Yol-nəqliyyat vasitəsinin buraxılışı haqqında şəhadətnamənin üz tərəfindən əlavə
olaraq aşağıdakılar çap edilməlidir: “1975-ci il 14 noyabr tarixli BYD Konvensiyası”, “TİR
Convention of Novemder 1975”.
Buraxılış haqqında şəhadətnamə nəqliyyat vasitəsini müşayiət etməlidir.
Şəhədətnamə 2 il müddətinə verilir.
Əgər gömrük möhürləri və plombları altında yük daşınması üçün buraxılan
nəqliyyat vasitəsində hər hansı gömrük orqanı ciddi nasazlıqlar aşkar edərsə, o, gömrük
plombları və möhürləri altında yüklərin daşınması məqsədi ilə bu kimi nəqliyyat
vasitəsinin hərəkətinin davam etdirilməsini ya qadagan edə bilər, ya da gömrük
nəzarətinin təmin edilməsi üzrə lazımi tədbirlər görərək, bu kimi nəqliyyat vasitəsinin
hərəkəti onun davam etdirilməsinə icazə verə bilər.
Yol nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən
verilmiş buraxılış haqqında şəhadətnamə, Az R-sı gömrük orqanı tərəfindən o halda
102
etibarlı hesab edilə bilər ki, əgər bu ölkə 1959-cu ilin BYD Konvensiyasını, yaxud 1975-ci
ilin BYD Konvensiyasını üzvü olsun.
Az R-nın gömrük orqanları 1959-cu ilin BYD Konvensiyasının, yaxud 1975-ci ilin BYD
Konvensiyasının, yaxud da konteynerlərə aid 1972-ci il Gömrük konvensiyasının iştirakçisi
olan dövlətlərin səlahiyyətli orqanı tərəfindən verilən konteynerlərin buraxılışını və
buraxılış haqqında şəhadətnaməni etibarlı hesab edirlər.
Lakin Az R-nın gömrük orqanları Az R-nın mənafeyinə ciddi zərər gətirə biləcək
qaçaqmalçılığın yaxud cinayətlərin baç verməsindən ötrü imkan yardan ciddi nasazlıqlar
aşkar oluduqda yüxarda qeyd olunan Konvensiyaların iştirakçısı olan dövlətlərin
səlahiyyətli orqanları tərəfindən verilmiş yol nəqliyyat vasitələrinin və konteynerlərin
buraxılışını etibarlı hesab etməmək hüququna malıkdirlər.
5. BYD kitabçası tətbiq edilməklə yük daşınmaları barədə konvensiyasının Az R-sı
ərazisində tətbiqinə Az R-sı Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı Sərəncamı ilə
başlanılmışdır.
BYD kitabçası tətbiq edilməklə yük daşınmaları barədə gömrük konvensiyasının
Az R-sı ərazisində tətbiqi qaydaları haqqında Əsasnamə Az R-sı DGK-nin 25 may 1998-ci il
tarixli 024 saylı əmri ilə təstiq edilmişdir.
BYD konvensiyasına qoşulmuş Az R-da malların araliq boşaltma-yükləmələri
həyata keçirilmədən yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələrindən ibarət qatarlarda
və konteynerlərdə müqavilə tərəflərindən birinin göndərilmə gömrük idarəsindən bir və
ya bir neçe sərhəddən keçməklə digər müqavilə iştirakçısı tərəfindən təyinat gömrük
idarəsinə daşınmasına aiddir, bir şərtlə ki, BYD əməliyyatının başlanğıcı və sonu arasındakı
müəyyən bir hissəsi avtomobil nəqlyyatı ilə həyata keçirilir.
Az R-da BYD prosedurasına əmək olunmaqla daşınan mallar aralıq gömrük
idarəsində (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsum və
vergilərinin ödənilməsindən və depozitə qoyulmasından azad edilir. Həmin gömrük
idarələrində BYD kitabçalarının rəsmiləşdirilməsi üçün yığımlar tutulmur.
BYD prosedurasına əməl olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində,
plomblanmış yol nəqliyyat vasitələri qatarında və ya plomblanmış konteynerlərdə daşınan
mallar bir qayda olaraq aralıq gömrük idarələrində gömrük baxışından azad olunurlar.
Dostları ilə paylaş: |