103
Gömrük baxışı müstəsna hal kimi nəqliyyat vasitələrinin plomblanmış
bölmələrində və ya konteynerlərdə BYD kitabçasının yük manifestində göstərilməyən
əşyalar olmasını güman etməyə kifayət qədər əsaslar oldyğu təqdirdə həyata keçirilə
bilər.
BYD prosedurası o şərtlə tətbiq olunur ki, mallar:
- BYD Konvensiyasına və təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq doldurulmuş
və sənədləşdirilmiş BYD kitabçası ilə müşayiət olunsun;
- zəmanətverici birliyin zəmanəti (təminatı) ilə təmin olunsun;
- əvvəlcədən gömrük möhür və plombları altında (ağırçəkili və irihəcmli malların
daşınması istisna olmaqla) daşınmaya büraxılmış avtomobillərdə, yol nəqliyyat
vasitələrindən ibar\t qatarlarda və ya konteynerlərdə daşınsın.
Göndərilmə gömrük idarələri yalnış bir ölkədə, təyinat gömrük idarələri isə ikidən
artıq olmayan ölkələrdə yerləşməlidirlər. Göndərilmə və təyinat gömrük məntəqələrinin
ümumi sayı 4 artıq olmamalıdır.
BYD kitabçası 4 səhifəli üz qabığından, kəsilməyən ½ nömrəli sarı vərəqdən və ½
nömrəli kötükdən, 1 nömrəli (kəsilən) vərəqdən və 1 nömrəli kötüklərdən (ağ rəngli), 2
nömrəli kəsilən vərəqlərdən və 2 nömrəli kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat
hadisəsinə dair protokollardan (sarı rəngli) ibarətdir.
Kəsilən vərəqlərin və onların kötüklərinin (1 və 2) birləşməsi bir qayda olaraq hər
bir ölkədə (göndərilmə ölkəsində və giriş gömrük idarələrində), 2 nömrəli kəsilən vərəq və
2 nömrəli kötük isə çıxış və təyinat gömrük idarəsində istifadə olunmaq üçün nəzərdə
tutulmuşlar.
Hal-hazırda istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10
komplektdən) ibarətdir və müvafiq olaraq 7 və ya 10 dövlətin ərazisindən keçməklə
daşıma üçün nəzərdə tutulmuşdur.
BYD prosedurasına əməl olunmaqla daşınmanı həyata keçirilməyə yalnız BYD
kitabçasının sahibinin hüququ vardır. BYD kitabçaları 1975-ci il BYD Konvensiyasının
iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir.
Az R-da BYD kitabçaları ABADA (Az Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyası) tərəfindən verilir.
Bu cür kitabçalar ingilis və rus dillərində çap olunan birinci kəsilməyən sarı vərəqi
çıxmaq şərti ilə fransız dilində çap olunur.
104
BYD prosedurasına əməl olunmaqla malların gömrük nəzarəti altında Az R-na
çatdırılması və tranziti zamanı zəmanət assosiasiyası – Az Beynəlxalq Avtomobil
Daşıyıcıları Birliyi Assosiasiyasıdır. Zaminlik barədə müqaviləyə uyğun olaraq ABADA, Az R-
nın Qanunvericiliyi pozuldyğu halda daşıyıcılar tərəfindən ödənilməli olan gömrük rüsum
və ya vergilərini ödəməlidir.
6. Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən:
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallar, o cümlədən dövlət orqanlarının nəzarət siyahılarına aid edilməyən
mallar sadələşdirilmiş qaydada bəyan edilir. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən
keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların
gömrük sərhədindən fiziki şəxsin və
onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi
yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin
mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.
Sadələşdirilmiş qaydada bəyanetmə yaşıl kanaldan istifadə etməklə yazılı
bəyannamə təqdim edilməməyi nəzərdə tutur. Sadələşdirilmiş qaydada bəyanetmə fiziki
şəxslər tərəfindən müşayiət olunan baqajda və əl yükündə keçirilən mallara şamil edilir, o
şərtlə ki:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların miqdarı və
dəyəri (müşayiət olunmayan baqajlar istisna olmaqla) həmin malların gömrük ödənişləri
alınmadan keçirilməsinə yol verilən miqdar və dəyərindən artıq olmasın;
- həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın;
- Gömrük ödənişlərinə cəlb olunan mallar olduqda isə həmin mallar yazılı formada
bəyan edilməli və “Qırmızı kanal”dan istifadə edilməlidir .
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən əşyalar sərhəd keçid məntəqələrində gömrük orqanlarına bəyan edilir.
Bəyannamə Azərbaycan, ingilis, rus dillərində doldurulur, gömrük orqanının icazəsi ilə isə
gömrük orqanının vəzifəli şəxsinin bildiyi başqa dillərdə də doldurula bilər. Bəyannamə 16
yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları
haqqında məlumat onları müşayiət edən şəxslərin bəyannaməsində göstərilir.
Bəyannamədə mallar haqqında məlumatlar öz əksini tapmalıdır.
105
Fiziki şəxslər istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
aşağıdakı malları gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirə bilərlər:
- səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan
şəxsi əşyalar;
- ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən
hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti
məbləğindən) artıq olmayan mallar;
- gömrük ərazisindən aparılan mallar;
- beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına
30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dollar ekvivalenti
məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;
- beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən
göndərilən mallar;
-
avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu
həcmində yanacaq;
- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri
də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;
-
müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal
olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər,
səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət
boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün müvəqqəti keçirilən mallar;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış
vərəsəlik (наследник) hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd
təqdim edilməklə);
-
18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr
alkoqollu içki və 600 ədəd siqaret;
- 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);
-
125 qrama qədər nərə cinsli balıq kürüsü (икра);
Dostları ilə paylaş: |