Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə41/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   37   38   39   40   41   42   43   44   ...   76

129 
 
tərəfindən  malların  adlar  və  növlər  üzrə  ayırması  üçün  tələb  olunan  müddətədək 
gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 
Yoxlamanın  nəticələri  malların  yerləşdirildiyi  müvafiq  gömrük  rejiminin  tətbiqi 
üçün istifadə edilir.                
Gömrük    ərazisindən  aparılması  nəzərdə  tutulan  mallar  həmin  ərazidən 
aparılmazdan əvvəl bəyan edilməlidir (125). Bəyanetmə aşağıdakı formalarda ola bilər: 
- gömrük  ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan gömrük 
rejimi altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;  
- Gömrük Məcəlləsində nəzərdə tutulan təkrar ixrac bildirişi; 
- gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, Gömrük 
Məcəllənin maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.  
Mallar  gömrük    ərazisindən  aparılmazdan    əvvəl  təqdim  olunan  gömrük 
bəyannaməsində  ən  azı  qısa  ixrac  bəyannaməsi  üçün  tələb  olunan  məlumatlar  əks 
olunmalıdır.  
Malların  gömrük    ərazisindən  aparılmazdan    əvvəl  bəyan  edilməsinin  qaydasını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
 
7.  Nəqliyyat  vasitələrinin  gömrük    ərazisinə  daxil  olması  haqqında  məlumatın 
gömrük orqanlarına təqdim edilməsi. (131) 
Gömrük    ərazisinə  daxil  olması  nəzərdə  tutulan  nəqliyyat  vasitəsinə  görə  məsul 
şəxs  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  və  formada  (o 
cümlədən,  elektron  formada)  aşağıdakılar  barədə  məlumatları  gömrük  orqanlarına 
əvvəlcədən təqdim edə bilər:  
- nəqliyyat vasitəsinin gömrük  ərazisinə gözlənilən daxilolma vaxtı;  


130 
 
- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;  
- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;  
-  təyinatından  və  gətirilmə  məqsədlərindən  asılı  olmayaraq,  gömrük  ərazisində 
boşaldılacaq yük;  
- mövcud olduqda, gömrük  ərazisində boşaldılması nəzərdə tutulmayan yük; 
- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.  
Gömrük  ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs: 
-  nəqliyyat  vasitəsi  gömrük    ərazisinin  müəyyən  olunmuş  gömrük  sahəsinə  daxil 
olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;  
- gömrük orqanlarının  vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin 
nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli; 
-  nəqliyyat  vasitəsinin  gömrük  sahəsi  daxilində  hərəkəti,  malların  nəqliyyat 
vasitəsindən  boşaldılması,  heyətin  və  başqa  şəxslərin  nəqliyyat  vasitəsindən 
düşürdülməsi  barədə  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  göstərişlərinə  əməl 
etməlidir. 
Nəqliyyat  vasitəsinin  gömrük    ərazisinə  daxil  olduqdan  sonrakı  1  (bir)  saat 
müddətində  gömrük  orqanlarına  daxilolma  haqqında  məlumat  verilməlidir.  Nəqliyyat 
vasitəsi  gömrük    ərazisinə  gömrük  orqanlarının  iş  vaxtından  kənar  saatlarda  daxil 
olduqda,  bu  məlumat  onların  növbəti  iş  vaxtı  başlandıqdan  sonrakı  1  (bir)  saat 
müddətində verilməlidir. 
Tələb  olunan  məlumatlar  gömrük  orqanlarına  nəqliyyat  vasitəsinə  görə  məsul 
şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.  


131 
 
Nəqliyyat vasitələri gömrük  ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, Gömrük 
Məcəllənin  tələbləri  nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir. 
Gömrük    ərazisinə  daxil  olan  nəqliyyat  vasitələrinin  sahibləri,  heyət  üzvləri  və 
sərnişinləri  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  nəqliyyat  vasitəsi,  onun  hərəkət  
marşrutu,  təyinat  yeri,  daşınan  sərnişinlər,  yaxud  mallar  barədə  suallarını  
cavablandırmalı,  Gömrük  Məcəlləyə  uyğun  olaraq  tələb  olunan  sənədləri  təqdim 
etməlidirlər. (132).           
Gömrük    ərazisindən  yola  düşməsi  nəzərdə  tutulan  nəqliyyat  vasitəsinə  görə 
məsul  şəxs  bu  barədə  məlumatları  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada  və  formada  (o  cümlədən,  elektron  formada)  gömrük  orqanlarına  əvvəlcədən 
təqdim edə bilər. 
Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması 
üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.  
Nəqliyyat  vasitələri  gömrük    ərazisindən  yüksüz  və  sərnişinsiz  yola  düşərkən 
müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  müvafiq  gömrük  orqanına 
bəyan edilməlidir. 
Gömrük orqanları gömrük  ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi 
aparılmadan  onun  bu    ərazidən  yola  düşməsinə  imkan  verməməlidirlər.  Bu  maddənin 
müddəaları  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən  dəniz,  çay  və  ya  hava 
limanlarında  dayanmayan,  gömrük    ərazisindən  keçən  dəniz,  çay  və  hava  gəmiləri 
barəsində tətbiq edilmir. 
Gömrük  ərazisindən  yola  düşən  nəqliyyat  vasitəsinə  görə  məsul  şəxsə  həmin 
nəqliyyat  vasitəsinin  rəsmiləşdirilməsi  haqqında  sənəd  verilməzdən    əvvəl  həmin  şəxs 
aşağıdakı tələbləri yerinə yetirməlidir:   


132 
 
-  yola  düşmə  haqqında  məlumatı  onu  təsdiq  edən  sənədlərlə  birlikdə  gömrük 
orqanlarına təqdim etməli; 
-  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  nəqliyyat  vasitəsi,  onun  heyət 
üzvləri,  sərnişinləri,  yükü,  nəzərdə  tutulan  hərəkət  istiqaməti,  marşrutu  barədə  verilən 
sualları cavablandırmalı;   
-  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  nəqliyyat  vasitəsi,  onun  heyət 
üzvləri,  sərnişinləri,  yükü,  nəzərdə  tutulan  hərəkət  istiqaməti,  marşrutu  ilə  bağlı  tələb 
olunan sənədləri təqdim etməli;  
- nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət 
istiqaməti,  marşrutu  ilə  bağlı  bu  Məcəllənin  və  gömrük  işi  üzrə  digər  qanunvericilik 
aktlarının tələblərinə əməl etməlidir. 
Nəqliyyat  vasitəsinin  rəsmiləşdirilməsi  haqqında  sənədin  verildiyi  nəqliyyat 
vasitəsinə  görə  məsul  şəxs  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  tələbi  ilə  həmin 
sənədi  yoxlamaq  üçün  onlara  təqdim  etməli,  nəqliyyat  vasitəsi,  onun  heyət  üzvləri, 
sərnişinləri,  yükü,  nəzərdə  tutulan  hərəkət  istiqamətləri,  marşrutu  ilə  bağlı  suallarını 
cavablandırmalıdır.  
7. XİF gömrük tarif tənzimlənməsi. 
Suallar: 
1. 
Gömrük tarifinin mahiyyəti. 
2. 
Gömrük tarif tənzimləmələrinin hüquqi və iqtisadi əsasları. 
3. 
Gömrük rüsumları və rüsum dərəcələrinin növləri. 
4. 
Tarif güzəştləri. 
5. 
Gömrük rüsumunun hesablanmasında “mənşə ölkəsi” anlayışı. 
6. 
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində gömrük tariflərinin rolu.  
    


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə