Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə49/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   45   46   47   48   49   50   51   52   ...   76

155 
 
-  müvəqqəti  saxlanca  yerləşdirilmiş  mallarının  itirilməsi  yada  gömrük  orqanlarının 
icazəsi olmadan təhvil verilməsi halda müvəqqəti saxlanc anbarının sahibi; 
-  saxlanılan  malların  itirilməsi,  yada  gömrük  orqanının  icazəsi  olmadan  təhvil 
verilməsi halda gömrük anbarının sahibi; 
-  gömrük  ərazisində  malların  emalına  görə  icazəni  almiş  yada  emala  görə  icazəsini 
təhvil almış şəxs; 
- gömrük ərazisində kənarda malların emalına görə icazəni almiş şəxs; 
- rüsumsuz ticarət mağazasının sahibi; 
-  müvvəqəti  idxal  üçün  icazə  almış  yada  müvəqqəti  idxal  olunmuş  malların  təhvil 
almış şəxs; 
-  gömrük  sərhədindən  malların  və  nəqliyyat  vasitələrin  qanunsuz  qaydada  keçirilən 
şə
xs; 
-  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  qanunsuz  keşirilməsində 
iştirak edən şəxslər, əgər bu cür keçirilməsinin qeyri-qanuni olmadığı barəsində bilirdirlər 
yada bilməlidirlər; 
-  malların  səhlənkər  alıcıları  yəni  malların  alınması  zamanı  onların  qeyri-qanunu 
ölkəyə  gətirilməsi  barəsində  məlumatları  olduğuna  baxmıyaraq  malları  və  nəqliyyat 
vasitələrini öz mülkiyyətinə keçirilən şəxslər; 
- beynəlxalq poçt göndərişləri həyata keçirilməsinə görə gömrük orqanının icazəsini 
itirmiş yada icazə olmayan fəaliyyət göstərən poçt rabitə təşkilatı.   
 2.  Gömrük  rüsumunun,  aksizlərin  və  gömrük  yığımıarının  hesablanması  üçün 
“Gömrük  tarifi  haqqında”  Az  R-sı  Qanuna  uyğun  olaraq  müəyyən  edilən  malların  və 
nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür. 
Mal  qismində  Azərbaycan  R-nın  gömrük  sərhədindən  keçirilən  nəqliyyat  vasitələri 
də  daxil  olmaqla  malların,  o  cümlədən  müşayiət  olunmayan  baqajda,  beynəlxalq  poçt 
göndərişlərində  keçirilən  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan  malların  və 
yüklərin,  həmçinin  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsinə  görə  gömrük 
dəyərinin  0,15%  miqdarında  (həmin  tarixə  Az  R-nın  Mərkəzi  Bankı  tərəfindən  müəyyən 
edilən məzənnəyə görə 10 ABŞ dollarından az olmayaraq) gömrük yığımı hesablanır. 
Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nın ayrılmaz hissəsi 
olan  əlavə  vərəqlərdən  istifadə  olunur.  Bu  zaman  YGB-nın  hər  bir  əlavə  vərəqi  üçün 


156 
 
sövdələşmə  xarakterindən  asılı  olmayaraq  5  ABŞ  dolları  məbləgində  Az  R-nın  Mərkəzi 
Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc hesablanır. 
Azərbaycan  R-nın  gömrük  sərhədindən  tranzit  gömrük  proseduru  altında  keçirilən 
malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə tranzit YGB-ləri üçün 10 
ABŞ  dolları  miqdarında  Az  R-sı  Mərkəzi  Bankı  tərəfindən  müəyyən  edilən  məzənnəyə 
görə manatla gömrük yığımları hesablanır. 
Fiziki şəxslər tərəfindən Az R-nın gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti 
gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə: 
-  yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları; 
-  digər  nəqliyyat  vasitələri  üçün  15  ABŞ  dolları  məbləğində  Mərkəzi  Bank 
tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc hesablanır. 
Saxlanca görə gömrük yığımları saxlanca verilmiş malların və nəqliyyat vasitələrinin 
orta dəyərindən asılı olaraq Az R-sı Malıyyə Nazirliyi ilə razılaşdırılmaqla Dövlət Gömrük 
Komitəsi tərəfindən müəyyən edilən miqdarda hesablanır.   
Gömrük  ödənişlərinin  ödəyiciləri,  gömrük  ödənişlərinin  hesablanması,  alınması  və 
hesablara  daxil  edilməsi,  ödənilmə  müddətinin  uzadılması,  gömrük  ödənişlərinin 
qaytarılması  qaydaları,  gömrük  borcu,  gömrük  borcunun  ləğvi,  malların  gömrük 
dəyərləndirilməsi,  gömrük  borcunun  ödənilməsinin  təmin  edilməsi  üsulları  və  onlardan 
istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər Gömrük Məcəllə 
və digər normativ hüquqi aktlarla müəyyən edilir.   
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə 
tutulmayan  mallar  keçirilərkən  gömrük  ödənişləri  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır.  
Bəyan  olunan  mallara  gömrük  ödənişlərinin  tətbiqi  zamanı  onların  xarici  iqtisadi 
fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 
Gömrük  rüsumlarının  dərəcələri  göstərilməklə,  bu  dərəcələrin  həm  malların  adları, 
həm  də  kodları  üzrə  axtarışının  həyata  keçirilməsinə,  qanunla  nəzərdə  tutulmuş  digər 
gömrük  ödənişlərinin  məbləğlərinin  öyrənilməsinə  imkan  verən,  malları  gömrük 
sərhədindən  keçirən  şəxslərin  istifadəsi  üçün  nəzərdə  tutulan  və  istifadəsi  sadə  olan 
elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi 
yerlərdə yerləşdirilməlidir.  
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  uyğun  olaraq  gömrük  orqanları 
tərəfindən Gömrük Məcəllənin 228-230-ci  maddələrində göstərilən vergilər alınır. (ƏDV, 
aksiz, yol vergisi) 


157 
 
Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və 
ödənilməsi  qaydaları,  vergilərdən  azaedilmə,  ödənişlərə  möhlət  verilmə  və  onların 
qaytarıldığı hallar və qaydalar Gömrük Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. 
Gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən  aparılan  mallara  əlavə  dəyər  vergisi 
Gömrük Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 
Gömrük  ərazisinə  gətirilən  və  bu  ərazidən  aparılan  mallara  aksizlər  Gömrük 
Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.  
Yol vergisi (230) Gömrük Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə 
qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq 
edilir. 
Yol  vergisi  xarici  dövlətlərdə  qeydiyyatda  olan  avtonəqliyyat  vasitələri  gömrük  
ə
razisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü  ərzində 
dövlət büdcəsinə köçürülür.  
Azərbaycan  R-nın  gömrük  ərazisinə  gətirilən  bir  qrup  mallardan  “Aksizlər 
haqqında”  Azərbaycan  Respublikası qanununa,  və  Nazirlər  Kabinetinin  müvafiq  qərarına 
uyğun olaraq aksiz vergisi tutulur. 
Azər  R-sı  ərazisinə  gətirilən  aksizli  malların  siyahısı  Milli  Məclis  tərəfindən 
müəyyən edilir. 
Aşağıdakılar vergitutma obyekti hesab olunur: 
-  bəyanedilmə  tarixdən  asılı  olmayaraq  MBD  üzvü  olan  dövlətlərin  (Gürcüstan, 
Qazaxıstan,  Özbəkistan  respublikaları  istisna  olmaqla)  hüdudlarından  kənarda 
istehsal edilmiş, Az R-na gətirilən, istehsal buraxılış tarıxdən bir ilə qədər keçmiş 
minik avtomobillərinin gömrük dəyəri; 
-  MBD  üzvü  olan  ölkələrin  istehsalı  (mənşə  sertifikatı)  olub  MBD  dövlətləri 
hüdudlarından  gətirilən  istehsal  buraxılışı  tarixindən  bir  ilə  qədər  keşmiş  minik 
avtomobillərinin (tarixdən asılı olmayaraq) gömrük dəyəri; 
-  mənşə  və  gətirildiyi  ölkədən  asılı  olmayaraq  Qaydaların  2  №-li  Əlavəsində 
göstərilən neft məhsullarının gömrük dəyəri; 
-  MDB  dövlətlərinin  istehsalı  olmayan,  Qaydaların  2  №-li  Əlavəsində  göstərilən 
spirtli  içkilər  və  tütün  məmulatlarının  gömrük  dəyəri  (bu  zaman  nəzərə 
alınmalıdır  ki,  MDB  dövlətlərinin  istehsalı  olan  spirtli  içkilər  və  tütün 
məmulatları  MDB  dövlətləri  hüdudları  kənarından  gətirildikdə  ümumi  qaydada 
aksiz vergisinə cəlb olunur). 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə