Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə50/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

158 
 
Azərbaycan R-sı ərazisinə idxal olunan mallara aksiz vergisi onların gömrük dəyərindən 
müəyyən edilmiş faizlərlə hesablanır. 
Spirtli  içkilər,  tütün  məmulatı  və  neft  məhsullarına  aksiz  vergisi  dolayə  yolla,  minik 
avtomobillərinə isə onların gömrük dəyərindən müəyyən edilmiş faizlə birbaşa hesablanır. 
Az  R-sı  ərazisinə  idxal  olunan  aksizli  malların  və  aksiz  tətbiq  edilən  minik 
avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı onların müəyyən edilmiş gömrük dəyərini 
D, aksiz vergisinin dərəcəsini A hərfi  ilə işarə etsək, onda aksiz vergisinin məbləği aşağıdakı 
kimi hesablanacaqdır: 
                                                  (D x A) : 100 
Azərbaycan  R-sı  gömrük  ərazisinə  gətirilən  mallara  əlavə  dəyər  vergisinin  tətbiqi 
Gömrük  məcəlləsi  və  “Əlavə  dəyər  vergisi  haqqında”  Az  R-nın  Qanununa  müvafiq  olaraq 
həyata keçirilir. 
Idxal  olunan  mallara  əlavə  dəyər  vergisi  18  %  dərəcəsi  ilə  ödənilir.  Əlavə  dəyər 
vergisinin  dərəcəsi  Az  R-nın  gömrük  ərazisində  vahiddir  və  o  müxtəlif  faktorlardan  asıla 
olaraq dəyişdirilə bilməz. 
Az R-sı ərazisinə gətirilən MDB üzvü olan ölkələrin (Gürcüstan, Ukraina, Qazaxstan və 
Özbəkistan  respublikaları  istisna  olmaqla)  hüdudlarından  kənarda  istehsal  edilmiş  malların 
gömrük  dəyəri  əlavə  dəyər  vergisinin  vergitutma  obyekti  hesab  edilir.  Bu  zaman  nəzərə 
alınmalıdır  ki,  MDB  üzvü  olan  dövlətlərin  istehsalı  olan  (mənşə  sertifikatı)  mallar  MDB 
dövlətləri hüdudları kənarından gətirildikdə əlavə dəyər vergisinə cəlb olunur. 
Az  R-sı  ərazisinə  gətirilən  MDB  üzvü  olan  dövlətlərin  hüdudlarından  kənarda  istehsal 
edilmiş,  habelə  MDB  üzvü  olan  dövlətlərin  istehsalı  olub  MDB  hüdudları  kənarından 
gətirilən  mallara  əlavə  dəyər  vergisinin  hesablanması  üçün  malın  gömrük  dəyəri,  gömrük 
rəsmiləşdirilməsinə görə yığımın və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə 
həmçinin aksiz məbləğinin cəmi əsas götürülür. 
Malların  gömrük  rəsmiləşdirilməsi  zamanı  onun  gömrük  dəyərini  D,  gömrük 
rəsmiləşdirilməsinə görə yığımın məbləğini J, gömrük idxal rüsumunu R, aksiz məbləgini A 
hərfi ilə işarə etsək, onda əlavə dəyər vergisinin məbləği aşağıdakı kimi hesablanacaqdır: 
                                        (D+J+R+A) x 18 :100 
3.  Gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir. 
Gömrük ödənişlərinin ödənilməsi: 
-  malların və nəqliyyat vasitələrinin girovu; 


159 
 
-   DGK-sində rejestrə salınmış bankın zəmanəti; 
-  ödənilməli olan məbləğin gömrük orqanlarının depozit hesabına və ya nəğd qaydada 
kassasına ödənilməsi yolu ilə təmin edilə bilər. 
Gömrük  ödənişlərinin  girov  qoyulması  yolu  ilə  təmin  edilməsi  zamanı  girovun 
rəsmiləşdirilməsi  və  ödənişin  girov  predmetinə  yönəldilməsi  girov  haqqında  Az  R-nın  
qanuvericiliyinə və DGK-nin 25 dekabr 1997-ci il tarixli 1102 saylı əmri ilə təsdiq edilmiş “Az 
R-sı  gömrük  orqanlarında  girovdan  istifadə  qaydaları  haqqında”  Əsasnamənin  tələblərinə 
müvafiq  qaydada  heyata  keçirilir.  Bu  zaman  girovqoyanla  gömrük  orqanı  arasında  qarşılıqlı 
münasibətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Girov haqqında müqavilənin 
bir nüsxəsi gömrük orqanının maliyyə-tarif şöbəsində saxlanılır, ikinci nüsxə girobqoyana verilir. 
Gömrük  ödənişlərinin  ödənilməsinin  təmin  edilməsinin  təmin  edilməsi  zamanı  DGK-də 
rejestrə  salınmış  bankın  zəmanətindən  istifadə  oluna  bilər.  Bank  zəmanəti  gömrük  orqanına 
gömrük  bəyannaməsinin  verilməsinə  qədər,  yaxud  onunla  eyni  vaxtda  təqdim  edilir.  Bank 
zəmanəti  onda  göstərilmiş  məbləğdən  artıq  olan  gömrük  ödəmələrinin  ödənişinə  təminat  verə 
bilməz. 
Verilmiş zəmanətdə göstərilən məbləğlər zəmanət müddətində ödənilmədikdə borcun bütün 
məbləği, eləcə də zəmanətin vaxtının keçməsinə görə faizlər müəyyən edilmiş qaydada gömrük 
orqanı  tərəfindən  tutulur.  Gömrük  orqanı  zəmanət  öhdəliyini  pozan  bankların  rejestrdən 
çıxarılması haqqında məsələ qaldırır. 
 Hər bir gömrük orqanında bank zəmanətlərinin uçotu aparılır. Uçot nəticəsində təşkilatın və 
zəmanət  verən  bankın  adı,  zəmanət  məbləği  və  onun  müddəti,  zəmanətin  yerinə  yetirilməsi 
haqqında qeydlər və s. öz əksini tapır. 
Ödənilməli  olan  məbləğin  gömrük  orqanının  depozit  hesabına  köçürməsi  və  ya  nəğd 
qaydada  kassasına  ödənilməsi  yolu  ilə  təmin  edilməsi  zamanı,  əvvəlcə  maliyyə-tarif  şöbəsinin 
baş  inspektoru  YGB-nin  müvafiq  qrafalarında  göstərilən  rekvizitlərin  düzgünlüyünü  və  onun 
təqdim  olunan  sənədlərə  uyğunluğunu  yoxlayır.  Əgər  hec  bir  nöqsan  yoxdursa,  ödənişlərin 
ödənilməsi haqqında müvafiq hesab yazır, onu yazılan hesabların qeydiyyatdan keçirir və imza 
edərək  idxalçının  nümayəndəsinə  təqdim  edir.  Ödəyici  öz  istəyi  ilə  gömrük  ödənişlərini  nağd 
qaydada gömrük orqanının kassasına, yaxud köçürmə yolu ilə ödəyə bilər. Ödənişlərin gömrük 
orqanının  kassasına  ödənilməsi  zamanı  inspektor  (kassir)  müvafiq  məbləğlərə  mədaxil  orderi 
yazır və təqdim olunan hesabın və mədaxil orderinin üzərində vəsaitin ödənilməsi haqqında qeyd 
edir.  Idxalçının  nümayəndəsi  isə  üzərində  kassirin  qeydi  olan  hesabı  maliyyə-tarif  şöbəsinin 
inspektoruna təqdim edir. 
Vəsaitin  köçürmə  yolu  ilə  ödənilməsi  zamanı  isə  maliyyə-tarif  şöbəsinə  vəsaitin 
köçürülməsi  haqqında    üzərində  bankın  qeydi  olan  “Ödəmə  tapşırığı”  təqdim  edilir.  Baş 


160 
 
inspektor  yenidən  ödənişin  yazılan  hesaba  uyğunluğunu  yoxlayır  və  YGB-nin  müvafiq 
qrafalarında qeydiyyat aparır. 
Gömrük  ödəmələrini  ödəyən  öz  arzusu  və  gömrük  rəsmiləşdirilməsini  aparacaq  gömrük 
orqanının razılığı ilə göstərilən gömrük orqanının hesabına gələcək gömrük ödəmələrinə görə pul 
vəsaitlərini qabaqcadan (avans olaraq) köçürə bilər. 
Avans ödəmələri ödəmənin konkret növü üzrə, yaxud konkret növlər göstərilməklə köçürülə 
bilər. Avans ödəmələri sonradan idxalçı tərəfindən rəsmiləşdirilən yük gömrük bəyannamələrinə 
uyğun  olaraq  silinir.  Ödəyən  yazılı  sorğu  verdikdə  gömrük  orqanı  avans  olaraq  köçürülmüş 
gömrük ödəmələrinin xərclənməsi və qalığı haqqında məlumat verməlidir. 
Avans ödəmələri gömrük orqanının hesabında bir ildən çox olmayaraq xərclənmədən qala 
bilər.  Bu  müddət  sona  çatana  qədər  ödəyən  gömrük  orqanına  avans  olaraq  ödənilmiş  vəsaitin 
qalığının qaydarılması haqqında müraciət edə bilər.  
4.  Aşağıda  göstərilənlər  gömrük  rəsmiləşdirilməsinə  görə  alınan  gömrük  yığımlarının 
ödənilməsindən azad edilir: 
-  Az  R-nın  gömrük  sərhədindən    qumanitar  və  texniki  yardım  məqsədilə,  habelə  elektrik 
enerjisinin  rarşılıqlı  ötürülməsi  üzrə,  Az  R-nın  ərazisində  yerləşən  diplomatik 
nümayəndəliklərinin  rəsmi  və  onların  heyət  üzvlərinin  şəxsi  istifadəsi  üçün  keçirilən  mallar  və 
nəqliyyat vasitələri. 
Az  R-sı  Nazirlər  Kabinetinin  22  aprel  1998-ci  il  tarixli  91  saylı  qərarına,  ona  edilmiş 
dəyişiklik və əlavələrə müvafiq olaraq aşağıdakılar gömrük idxal rüsumununa cəlb olunmur: 
-  birgə  müəssisənin  nizamnamə  fonduna  xarici  investorun  əmanəti  kimi  və  ya 
tamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak; 
-  xarici  investisiya  qoyulmuş  müəssisələrin  əcnəbi  işçilərinin  yalnız  öz  ehtiyacları 
üçün Az r-na gətirilən əmlak; 
-  beynəlxalq  təşkilatların,  xarici  dövlətlərin  hökümətlərinin,  habelə  dövlətlərarası  və 
hökumətlərarası sazışlərə əsasən xarici hüquqi və fiziki şəxslərin maliyyə və texniki 
yardımları, qrantlar və borclar hesabına idxal olunan mallar; 
-  təmənnasız  paylanılması  üçün  hümanitar  yardım  kimi  fiziki  şəxslər  tərəfindən 
gətirilən mallar. 
Dövlətlərin, hökümətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə 
təmənnasız  paylanması  üçün  humanitar  yardım  kimi  gətirilən  malların  gömrül 
rəsmiləşdirilməsində  həmin  malları  gətirilən  humanitar  təşkilatlar  Az  sı  ərazisində  mövcüd 
qaydada  qeydiyyatdan  keçməsi  barədə  sənədi,  digər  hüquqi  və  fiziki  şəxslər  isə  Beynəlxalq 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə