158
Azərbaycan R-sı ərazisinə idxal olunan mallara aksiz vergisi onların gömrük dəyərindən
müəyyən edilmiş faizlərlə hesablanır.
Spirtli içkilər, tütün məmulatı və neft məhsullarına aksiz vergisi dolayə yolla, minik
avtomobillərinə isə onların gömrük dəyərindən müəyyən edilmiş faizlə birbaşa hesablanır.
Az R-sı ərazisinə idxal olunan aksizli malların və aksiz tətbiq edilən minik
avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı onların müəyyən edilmiş gömrük dəyərini
D, aksiz vergisinin dərəcəsini A hərfi ilə işarə etsək, onda aksiz vergisinin məbləği aşağıdakı
kimi hesablanacaqdır:
(D x A) : 100
Azərbaycan R-sı gömrük ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiqi
Gömrük məcəlləsi və “Əlavə dəyər vergisi haqqında” Az R-nın Qanununa müvafiq olaraq
həyata keçirilir.
Idxal olunan mallara əlavə dəyər vergisi 18 % dərəcəsi ilə ödənilir. Əlavə dəyər
vergisinin dərəcəsi Az R-nın gömrük ərazisində vahiddir və o müxtəlif faktorlardan asıla
olaraq dəyişdirilə bilməz.
Az R-sı ərazisinə gətirilən MDB üzvü olan ölkələrin (Gürcüstan, Ukraina, Qazaxstan və
Özbəkistan respublikaları istisna olmaqla) hüdudlarından kənarda istehsal edilmiş malların
gömrük dəyəri əlavə dəyər vergisinin vergitutma obyekti hesab edilir. Bu zaman nəzərə
alınmalıdır ki, MDB üzvü olan dövlətlərin istehsalı olan (mənşə sertifikatı) mallar MDB
dövlətləri hüdudları kənarından gətirildikdə əlavə dəyər vergisinə cəlb olunur.
Az R-sı ərazisinə gətirilən MDB üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal
edilmiş, habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları kənarından
gətirilən mallara əlavə dəyər vergisinin hesablanması üçün malın gömrük dəyəri, gömrük
rəsmiləşdirilməsinə görə yığımın və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə
həmçinin aksiz məbləğinin cəmi əsas götürülür.
Malların gömrük rəsmiləşdirilməsi zamanı onun gömrük dəyərini D, gömrük
rəsmiləşdirilməsinə görə yığımın məbləğini J, gömrük idxal rüsumunu R, aksiz məbləgini A
hərfi ilə işarə etsək, onda əlavə dəyər vergisinin məbləği aşağıdakı kimi hesablanacaqdır:
(D+J+R+A) x 18 :100
3. Gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir.
Gömrük ödənişlərinin ödənilməsi:
- malların və nəqliyyat vasitələrinin girovu;
159
- DGK-sində rejestrə salınmış bankın zəmanəti;
- ödənilməli olan məbləğin gömrük orqanlarının depozit hesabına və ya nəğd qaydada
kassasına ödənilməsi yolu ilə təmin edilə bilər.
Gömrük ödənişlərinin girov qoyulması yolu ilə təmin edilməsi zamanı girovun
rəsmiləşdirilməsi və ödənişin girov predmetinə yönəldilməsi girov haqqında Az R-nın
qanuvericiliyinə və DGK-nin 25 dekabr 1997-ci il tarixli 1102 saylı əmri ilə təsdiq edilmiş “Az
R-sı gömrük orqanlarında girovdan istifadə qaydaları haqqında” Əsasnamənin tələblərinə
müvafiq qaydada heyata keçirilir. Bu zaman girovqoyanla gömrük orqanı arasında qarşılıqlı
münasibətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Girov haqqında müqavilənin
bir nüsxəsi gömrük orqanının maliyyə-tarif şöbəsində saxlanılır, ikinci nüsxə girobqoyana verilir.
Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsinin təmin edilməsi zamanı DGK-də
rejestrə salınmış bankın zəmanətindən istifadə oluna bilər. Bank zəmanəti gömrük orqanına
gömrük bəyannaməsinin verilməsinə qədər, yaxud onunla eyni vaxtda təqdim edilir. Bank
zəmanəti onda göstərilmiş məbləğdən artıq olan gömrük ödəmələrinin ödənişinə təminat verə
bilməz.
Verilmiş zəmanətdə göstərilən məbləğlər zəmanət müddətində ödənilmədikdə borcun bütün
məbləği, eləcə də zəmanətin vaxtının keçməsinə görə faizlər müəyyən edilmiş qaydada gömrük
orqanı tərəfindən tutulur. Gömrük orqanı zəmanət öhdəliyini pozan bankların rejestrdən
çıxarılması haqqında məsələ qaldırır.
Hər bir gömrük orqanında bank zəmanətlərinin uçotu aparılır. Uçot nəticəsində təşkilatın və
zəmanət verən bankın adı, zəmanət məbləği və onun müddəti, zəmanətin yerinə yetirilməsi
haqqında qeydlər və s. öz əksini tapır.
Ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürməsi və ya nəğd
qaydada kassasına ödənilməsi yolu ilə təmin edilməsi zamanı, əvvəlcə maliyyə-tarif şöbəsinin
baş inspektoru YGB-nin müvafiq qrafalarında göstərilən rekvizitlərin düzgünlüyünü və onun
təqdim olunan sənədlərə uyğunluğunu yoxlayır. Əgər hec bir nöqsan yoxdursa, ödənişlərin
ödənilməsi haqqında müvafiq hesab yazır, onu yazılan hesabların qeydiyyatdan keçirir və imza
edərək idxalçının nümayəndəsinə təqdim edir. Ödəyici öz istəyi ilə gömrük ödənişlərini nağd
qaydada gömrük orqanının kassasına, yaxud köçürmə yolu ilə ödəyə bilər. Ödənişlərin gömrük
orqanının kassasına ödənilməsi zamanı inspektor (kassir) müvafiq məbləğlərə mədaxil orderi
yazır və təqdim olunan hesabın və mədaxil orderinin üzərində vəsaitin ödənilməsi haqqında qeyd
edir. Idxalçının nümayəndəsi isə üzərində kassirin qeydi olan hesabı maliyyə-tarif şöbəsinin
inspektoruna təqdim edir.
Vəsaitin köçürmə yolu ilə ödənilməsi zamanı isə maliyyə-tarif şöbəsinə vəsaitin
köçürülməsi haqqında üzərində bankın qeydi olan “Ödəmə tapşırığı” təqdim edilir. Baş
160
inspektor yenidən ödənişin yazılan hesaba uyğunluğunu yoxlayır və YGB-nin müvafiq
qrafalarında qeydiyyat aparır.
Gömrük ödəmələrini ödəyən öz arzusu və gömrük rəsmiləşdirilməsini aparacaq gömrük
orqanının razılığı ilə göstərilən gömrük orqanının hesabına gələcək gömrük ödəmələrinə görə pul
vəsaitlərini qabaqcadan (avans olaraq) köçürə bilər.
Avans ödəmələri ödəmənin konkret növü üzrə, yaxud konkret növlər göstərilməklə köçürülə
bilər. Avans ödəmələri sonradan idxalçı tərəfindən rəsmiləşdirilən yük gömrük bəyannamələrinə
uyğun olaraq silinir. Ödəyən yazılı sorğu verdikdə gömrük orqanı avans olaraq köçürülmüş
gömrük ödəmələrinin xərclənməsi və qalığı haqqında məlumat verməlidir.
Avans ödəmələri gömrük orqanının hesabında bir ildən çox olmayaraq xərclənmədən qala
bilər. Bu müddət sona çatana qədər ödəyən gömrük orqanına avans olaraq ödənilmiş vəsaitin
qalığının qaydarılması haqqında müraciət edə bilər.
4. Aşağıda göstərilənlər gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının
ödənilməsindən azad edilir:
- Az R-nın gömrük sərhədindən qumanitar və texniki yardım məqsədilə, habelə elektrik
enerjisinin rarşılıqlı ötürülməsi üzrə, Az R-nın ərazisində yerləşən diplomatik
nümayəndəliklərinin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və
nəqliyyat vasitələri.
Az R-sı Nazirlər Kabinetinin 22 aprel 1998-ci il tarixli 91 saylı qərarına, ona edilmiş
dəyişiklik və əlavələrə müvafiq olaraq aşağıdakılar gömrük idxal rüsumununa cəlb olunmur:
- birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya
tamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak;
- xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları
üçün Az r-na gətirilən əmlak;
- beynəlxalq təşkilatların, xarici dövlətlərin hökümətlərinin, habelə dövlətlərarası və
hökumətlərarası sazışlərə əsasən xarici hüquqi və fiziki şəxslərin maliyyə və texniki
yardımları, qrantlar və borclar hesabına idxal olunan mallar;
- təmənnasız paylanılması üçün hümanitar yardım kimi fiziki şəxslər tərəfindən
gətirilən mallar.
Dövlətlərin, hökümətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə
təmənnasız paylanması üçün humanitar yardım kimi gətirilən malların gömrül
rəsmiləşdirilməsində həmin malları gətirilən humanitar təşkilatlar Az sı ərazisində mövcüd
qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq
Dostları ilə paylaş: |