Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə51/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   47   48   49   50   51   52   53   54   ...   76

161 
 
Hümanitar  Yardım  üzrə  Respublika  Komissiyasının  razılığını  gömrük  orqanlarına  təqdim 
etməlidirlər. 
“Aksizlər haqqında” Az R-nın qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Az R-
nın  qanununa  müvafiq  olaraq  müəssisələrin  öz  tələbatı  üçün  gətirilən  xammal  və  materiallar 
aksiz vergisinin ödənilməsindən azad olunurlar. 
Az  R-sı  Nazirlər  Kabinetinin  16  ujun  1997-ci  il  tarixli  61  saylı  qərarına  müvafiq  olaraq 
MDB  üzvü  olan  dövlətlərin  hüdudlarından  kənarda  istehsal  edilmiş  əlavə  vergisindən  azad 
olunan malların siyahısı təsdiq edilmişdir. Aşağıda göstərilən mallar da əlavə dəyər vergisindən 
azad olunublar: 
-  kənd təsərrüfatı  üçün  toxum,  gübrə,  yem,  damazlıq  heyvanlar,  dərman  preparatları, 
baytarlıq  təbabətində  tətbiq  olunan  dərman,  bioloji  preparatlar  və  baytarlıq 
ləvazimatları; 
-  qablaşdırılmış uşaq yeməkləri, şprislər, əczaçılıq məhsulları; 
-  Az  R-da  təmsil  olunan  diplomatik  nümayəndəliklərin  və  onlara  bərabər  tutulan 
təşkilatların  yalnız  rəsmi  istifadəsi,  habelə  bu  nümayəndəliklərin  diplomatik  və 
inzibati-texniki  heyəti  üzvlərinin,  o  cümlədən  onlarla  birgə  yaşayan  ailə  üzvlərinin 
yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və əmlak; 
-  Beynəlxalq təşkilatların xətti ilə təmənnasız texniki, humanitar yardım kimi gətirilən 
mallar; 
-  əlilliyin profilaktikası və müalicəsi məqsədləri üçün istifadə olunacaq (avtonəqliyyat 
vasitələri istisna olmaqla) müxtəlif texniki vasitələr və onların istehsalı üçün xammal 
və komplektləşdirici məlumatlar; 
-  müsadirə  edilmə,  sahibsizlik  və  həmçinin  varislik  hüquqi  əsasında  dövlətin 
mülkiyyətinə keçirilməsi üçün gətirilən mallar; 
-  birgə müəssisənin nizamnamə fonduna xarici investoru əmanəti kimi və ya tamamilə 
xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak; 
-  Az R-sı ərazisinə müvəqqəti olaraq gətirilmiş və gətirilmə şərtlərinə görə müəyyən 
olunmuş müddətdə dəyişiklik edilmədən gətirildiyi ölkəyə aparılası mallar; 
-  tranzit mallar; 
-  rüsumsuz ticarət mağazaları üçün gətirilən mallar; 
-  xarici  investisiya  qoyulmuş  müəssisələrin  əcnəbi  işçilərinin  yalnız  öz  ehtiyacları 
üçün Az R-na gətirdikləri əmlak; 
-  Maliyyə Nazirliyi və ya Mərkəzi Bankın təsdiqedici sənədi əsasında gətirilən qanuni 
tədiyyə  vasitələrindən  olan  valyuta,  pullar,  banknotlar  (numizmatika  məqsədilə 
istifadə  olunanlardan  başqa),  rəsmi  dövlət  sənəd  blankları,  vətəndaş  paspotları, 
habelə qiymətli kağızlar; 


162 
 
-  təkrar  ixrac  məqsədilə,  həmçinin  emal  edilməsi  üçün  müvəqqəti  olaraq  Az  R-sı 
ə
razisinə gətirilmiş mallar; 
-  dövlət büdcəsi hesabına idxal olunan mallar. 
 
5.Gömrük  ödəmələrini  ödənilməsinə  görə  məsul  şəxs  gömrük  ödəmələrinin 
düzgün  hesablanmasına  və  vaxtında  ödənilməsinə,  təqdim  olunan  sənədlərin 
düzgünlüyünə məsuliyyət daşıyır. 
Gömrük  ödəmələri  bilavasitə  deklarant  və  ya  gömrük  qanunvericiliyinə  uyğun  olaraq 
digər şəxslər tərəfindən ödənilir. Az R-sı gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna 
edilməklə hər bir marağı olan şəxs gömrük ödənişlərini ödəyə bilər.  
Gömrük  ödəmələri  müəyyən  edilmiş  müddətlərdə  və  müəyyən  edilmiş  qaydada 
ödənilmədikdə, ödəmələrin məbləği gömrük orqanları tərəfindən onların ödənilməsinə məsul 
şə
xslərdən  tutulur.  Az  R-nın  gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini  kəçirən 
şə
xs  deklarant  olmadığı  hallarda,  bu  çür  şəxs  gömrük  ödənişlərinin  ödənilməsi  üzrə 
deklarantla birgə məsuliyyət daşıyır. Ödənilməmiş gömrük ödənişləri ödəməmə faktını aşkar 
edilməsi vaxtından asılı olmayaraq Az R-sı gömrük orqanları tərəfindən tutulur. 
Borclu olma  müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gəcikdirilən günə borc 
məbləğının 0,3 %-zi miqdarında penya alınır ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan 
məbləğ Az R-nın Qanunvericiliyinə əsasən ödəyicinin əmlakından tutulur. 
Gömrük  ödənişlərini  ödəməkdən  yayınma  cəhdi  aşkar  edildikdə  gömrük  orqanları 
tərəfindən DGK məlumat verilir. DGK həmin ödəyicinin faktiki ödənilmə anına qədər bütün 
hesabları  üzrə  əməliyyatların  dayandırılması  haqqında  qərar  qəbul  etmək  hüququna 
malikdirlər. Belə qərar banklar, kredit təşkilatları tərəfindən icra edilməlidir. 
Az  R-sı  gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini  qanunsuz  keçirən  şəxs, 
həmcinin belə malların və nəqliyyat vasitələrinin qanunsuz keçirildiyini bilən, bilməli olan və 
qanunsuz  keçirmədə  iştirak  edən  şəxs,  gətirmə  zamanı  isə  gətirmənin  qanunsuz  olduğunu 
bilən və ya bilməli olan, qanunsuz gətirilən malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə 
və  ya  sərancamına  götürülən  şəxs  gömrük  ödənişlərinin  ödənilməsi  üzrə  birgə  məsuliyyət 
daşıyır. 
Yük  gömrük  bəyannaməsində  göstərilən  məlumatlar  gömrük  dəyərinin  və  beləliklə, 
gömrük  ödənişlərinin  azalmasına  səbəb  olduqda,  gömrük  orqanı  bəyannamə  verəndən, 
rüsumdan gizlədilən malın gömrük ödənişlərinin tam məbləğini qeyd-şərtsiz alır. 
6.Gömrük borcu malların müəyyən olunmuş gömrük prosedurları altında yerləşdirilməsi 
üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa 


163 
 
hallarda  gömrük  borcunun  yarandığı  yer,  onun  yaratmasına  səbəb  olan  halların  baş  verdiyi 
yer hesab edilir. 
Idxal  üzrə  gömrük  borcu  xarici  malların  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük 
proseduru,  yaxud  gömrük  rüsumlarından  və  vergilərindən  tamamilə  və  ya  qismən  azad 
edilməklə  müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  nəticəsində  və 
gömrük bəyannaməsinin təstiq edildiyi vaxt yaranır. 
Ixrac  gömrük  rüsumları  tutulmalı  olan  mallar  üzrə  gömrük  borcu  şəxs  tərəfindən 
aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 
-  malların ixracı ilə əlaqədar gömrük Məcəllə və gömrük işi üzrə digər qanunvericilik 
aktlarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə; 
-  malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə 
və ya qismən azad olmaqla aparılması şərtlərinə əməl edilmədikdə. 
Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı 3 il 
ə
rzində  gömrük  orqanları  tərəfindən  müəyyən  edilmiş  qaydada  tutulur.  Gömrük 
bəyannaməsindəki  səhvlərin  gömrük  borcunun  məbləğinin  qanunvericiliklə  müəyyən 
edildiyindən  az  məbləğdə  hesablanmasına,  yaxud  ödənilməsinə  səbəb  olmasını  yüxarda 
qeyd  edilmiş  müddət  ərzində  aşkar  edildikdə,  gömrük  orqanları  ödəyicidən  ödənilməmiş 
şə
bləğləri alırlar. (249 maddə) 
Vaxtında  ödənilməmiş  gömrük  borcları  gömrük  orqanlarının  icra  (ödəniş)  sənədi 
ə
sasında,  vergi borclarının  dövlət  büdcəsinə  alınmasının  qanunvericiliklə  müəyyən  edilmiş 
qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Qanunla müəyyən edilmiş 
hallarda  DGK  ödəyicinin  banklardakı  hesabla.ma,  valyuta  və  digər  hesablarına  həbs 
qoyulması barədə məhkəmədə iddia qaldırır. 
Gömrük  orqanları  mövcüd,  yaxud  gələcəkdə  yaranabiləcək  gömrük  borclarının 
ödənilməsini  təmin  etmək  məqsədi  ilə  borclu  və  ya  borclu  olacaq  şəxslərdən  Gömrük 
Məcəlləsinin  maddələrində  nəzərdə  tutulmuş  təminatın  verilməsini  tələb  etmək  hüququna 
malikdirlər. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa 
şə
xs tərəfindən də verilə bilər. Təminatın məbləği gömrük orqanları müəyyən edirlər. 
Təminat  verilməsi  məcburi  və  fakültativ  (məcburi  olmayan)  hallarını  Az  R-nın 
Nazirlər Kabineti müəyyən edir. 
Məcburi  təminatın  verilməsi  tələb  olunduğu  vaxt  gömrük  borcunun  məbləğini  dəqiq 
müəyyənləşdirmək  mümkündürsə,  gömrük  orqanları  həmin  təminatın  məbləğini  gömrük 
borcunun  məbləğinə  bərabər  səviyyədə  müəyyənləşdirirlər.  Gömrük  borcunun  dəqiq 
məbləğini  müəyyənləşdirmək  mümkün  olmadıqda,  təminatın  məbləği  gömrük  orqanları 
tərəfindən  hesablanmış  movcud  və  ya  yarana  biləcək  gömrük  borcunun  ən  yüksək 
səviyyəsində  müəyyənləşdirilir.  Məbləği  müəyyən  müddət  ərzində  dəyişən  gömrük  borcu 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə