Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə53/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

168 
 
2. Mövcud gömrük qanunvericiliyi GATT çərçivəsində hazırlanmış gömrük dəyərinin 
təyin edilməsi üsullarını əsas götürür. Az-can R-na idxal edilən malların gömrük dəyərinin 
təyin  edilməsi  üsullarından  hazırda  qüvvədə  olan  gömrük  tarifi  haqqında  qanuna  əsasən 
aşağıdakı ardıcıllıqla istifadə olunur: 
1. Gətirilən malların sövdələşmə qiyməti ilə. 
2. Eyni (identik) malların sövdələşmə qiyməti ilə. 
3. Eynicinsli malların sövdələşmə qiyməti ilə. 
4. Deyərin çıxılması üsulu. 
5. Dəyərin toplanması üsulu. 
6. Ehtiyat üsulu. 
Üsulların tətbiq ardıcıllığı dəyişdirilə bilməz (4-cü və 5_ci üsullar istisna təşkil edir). 
Hər  bir  sonraki  qiymətləndirmə  üsulu  o  zaman  tətbiq  edilir  ki,  ondan  əvvəlki  üsul 
gözlənilən səmərəni verməsin. 
Ikinci  və  üçüncü  üsullar  gömrük  dəyərinin  təyon  edilməsində  ilkin  baza  kimi  eyni 
malların  və  eynicinsli  malların  sövdələşmə  qiymətlərinə  əsaslanır.  Bu  halda  həm  gömrük 
orqanlarında  olan  məlumatlar,  həm  də  deklarant  tərəfindən  sənədli  təstiq  tapmış 
məlumatlar  istifadə  oluna  bilər.  Məlumatın  seçilməsində  əsas  meyar  dəyərləndirilən 
sövdələşmənin şərtlərinə yaxınlıq dərəcəsidir. 
Dəyərin çıxılması və toplanması üsullar gömrük dəyərinin hesablanmasının prinsipcə 
fərqli bazasını nəzərdə tutur. 
4-cü  üsul  malların  dəyişilmədən  (yaxud  emal  edilmiş  şəlikdə,  lakin  əgər  bu  emalın 
malın qiymətinə təsirini müəyyən etmək mümkün olduqda) satıldığı qiymətə əsaslanır. 5-ci 
üsul malın istehsalına çəkilən məsrəflər barədə məlumata əsaslanır. 


169 
 
6-cı  üsul  ehtiyat  üsuldur  və  o  zaman  tətbiq  edilir  ki,  ilk  5  üsuldan  istifadə  etmək 
mümkün olmasın. Həmin üsul əvvəlki üsulların şərtlərindən daha çevik istifadəni və dünya 
bazarının qiymətlərdən istifadəi nəzərdə tutur. 
3.  Gömrük  dəyərinin  getirilən  malların  sövdələşmə  qiyməti  ilə  müəyyən  edilməsi 
üsulu  dəyər  əsasında  malik  olan  alqı-satqı  xarici  ticarət  bağlaşmalarına  uyğun  olaraq 
gətirilən mallara tətbiq edilir. Hesablaşma forması (inkasso, bank köçürməsi, akkreditiv) 
prinsipial  əhəmiyyət  kəsb  etmir.  Gömrük  rəsmiləşdirilməsi  anına  ödəniş  sənədlərinin 
olmaması I üsulun tətbiqindən imtina edilməsinə və digər üsullardan istifadə ediməsinə 
əsas ola bilməz. 
Əgər  fakturada  göstərilən  və  deklarant  tərəfindən  bəyan  edilən  gömrük  dəyəri 
gömrük orqanları tərəfindən ödənc sənədləri olmadan qəbul edilmirsə, bu zaman şərti 
buraxılış rejimindən istifadə edilə bilər. 
Gömrük  dəyərinin  müəyyən  edilməsinin  sadələşdirilməsi  və  unufikasiyası  məqsədi 
ilə şərti dəyər bağlaşmaları (pul vəsaitlərinin real hərəkəti olmayan) ilə gətirilən malların 
gömrük  dəyərinin  1  üsulla  təyininə  yol  verilir.  Belə  bağlaşmalara  mübadilə, 
kompensasiya  göndərişləri,  zəmanət  hesabına  və  əvəzsiz  göndərişlər  (məsələn, 
bağışlamalar)  aid  edilə  bilər.  Bu  halda,  müvafiq  sənədlərdə  (müqavilə,  saziş),  preforma 
hesablarda,  gətirilən  ölkənin  gömrük  bəyannaməsində  bu  əməliyyat  üzrə  malların  hər 
birinin dəyəri göstərilməlidir.  
Eyni zamanda müqavilə - komissiya və ya konsiqnasiya əsasında gətirilən mallara bu 
üsul tətbiq edilməməlidir. Cünki bu halda malın mütləq alqı-satqı deyil, yalnız satış üzrə 
xidmətlər göstərilməsindən danışıla bilər. 
Gömrük  tarifi  haqqında  qanunun  18-ci  maddəsinin  birinci  bəndinə  görə  Az  R-nın 
gömrük  ərazisində  gətirilən  malın  gömrük  dəyəri  malın  gömrük  sərhədindən  keçirildiyi 
anda bu mal ücün faktiki ödənilmiş və ya ödəniləcək sövdələşmə qiymətdir. 


170 
 
Sövdələşmə  qiyməti  müəyyən  edilmiş  əlavələr  və  hesabdan  çıxmalar  nəzərə 
alınmaqla dəqiqləşdirilir.  
Malların  gömrük  dəyəri  1  üsulla  müəyyən  edilməsi  zanmanı  gətirilən  mala  görə 
ödənilmiş  və  ya  ödənilməli  olan  sövdələşmə  qiymətinə  müəyyən  məbləğlər  əlavə  oluna 
bilər. 
Sövlələşmə qiymətinə qabaqcadan daxil edilməmiş komponentlər: 
-  malın  hava  və  dəniz  limanınadək,  yaxud  respublikanın  gömrük  ərazisinə  daxil 
olduğu digər yerə qədər çəkilən xərclər; 
-  nəqliyyat xərcləri; 
-  malın yüklənmə, boşaldılma və yenidən yüklənmə xərcləri; 
-  sığorta xərcləri. 
Faktiki  ödənilmiş  və  ya  ödənilməli  olan  qiymət  –  alıcının  satıcıya  idxal  mallar  üçün 
ödədiyi, yaxud ödəyəcəyi, lakin gömrük rəsmiləşdirilməsi anınadək helə ödəməmiş olduğu 
ödənc məbləğlərinin cəmidir. 
I  üsuldan  istifadə  etməyə  yönəlmiş  ən  mühüm  tələblərdən  biri  gömrük  dəyərinin 
təyin  edilməsi  məqsədi  ilə  deklarant  tərəfindən  təqdim  edilən  məlumatların  sənədli 
təstiqidir. 
Gömrük  dəyəri  birinci  üsulla  o  zaman  təyin  edilə  bilər  ki,  onun  gömrük  dəyər 
bəyannaməsində göstərilən bütün elementləri müvafiq sənədlərlə təstiq edilmiş olsun. 
Sövdələşmə qiyməti – hesab-faktura, bank ödəniş sənədləri və alqı-satqı müqaviləsi 
ilə təstiq edilməlidir. 
Qiymətə əlavələr və ya çıxarışlar müvafiq ödəniş, mal-müşayiət, siğorta, gömrük və 
digər sənədlərlə təstiq edilməlidir. 
Müqavilə iştirakçıları qarşılıqlı-asılı şəxslər olduqda I üsul istifadə edilə bilməz. 


171 
 
Satıcı  və  alıcının  qarşılıqlı  asılılığı  barədə  məlumat  dömrük  dəyər  bəyannaməsində 
göstərilməlidir.  Gömrük  orqanı  qarşılıqlı  asılılığın  olub-olmaması  barədə  bəyan  etdiyi, 
həmçinin  nəşr  edilmiş  məlumatların  analizi  nəticəsində  əldə  etdiyi  məlumatlarla 
tutuşduraraq  qərar  qəbul  edir.  Əgər  gömrük  orqanına  bəyan  edilməmiş  belə  əlaqə 
müəyyən edirsə, bu barədə idxalçıya xəbər verir, ona əksini sübüt etməyə və bəyan edilmiş 
dəyəri sənədli təstiq etməyə imkan yaradır. 
Bu  zaman  qarşılıqlı  asılılığın  xüsusi  yoxlama  zərurəti  yükün  saxlanılmasına  əsas 
vermir. Yük adi qaydada göndərilir, keçirilən yoxlamanın nəticələrinə əsasən gömrük dəyəri 
yenidən hesablanır, rüsumun və digər vergilərin ödənilməmiş miqdarı tutulur. 
Birinci  üsuldan  istifadənin  mümkünlüyü  müəyyən  edildikdən  sonra,  sövdələşmə 
qiyməti dəqiqləşdirilir, “Gömrük tarifi haqqında” Qanunla müəyyən edilmiş komponentlər 
ona əlavə edilir. 
Sövdələşmə  qiymətinin  dəqiqləşdirilməsi  üçün  birinci  komponent  malın  gömrük 
ərazisindəki hava, dəniz limanına və ya digər gətirilmə yerinə qədər çatdırılmasına çəkilən 
xərclərdir. 
Daşınma  xərclər,  malların  boşaldılması,  yüklənməsi,  yenidən  yüklənməsi  və  başqa 
yerə daşınması xərcləri, sığorta məbləğləri malın çatdırılma məsrəflərinə daxil edilir. 
Daşınmanın  dəyərinə  fraxt,  mal  müşayiət  sənədlərinin  rəsmiləşdirilməsinə  çəkilən 
xərclər,  daşınma  müddətində  malın  keyfiyyətinin  və  tamlığının  müəyyən  səviyyədə 
saxlanılması üçün (müvafiq temperatur rejimi, nəmlik və s.səviyyələri üçün) çəkilən xərclər 
də daxil edilir. 
4.  “Gömrük  Tarifi  haqqında”  Az  R-nın  qanununda  nəzərdə  tutulduğu  kimi,  gətirilən 
malların  sövdələşmə  qiymətinə  əsaslanan  üsuldan  istifadə  edilməsi  mümkün  olmayan 
hallarda II üsuk – identik (eyni) malların sövdələşmə qiymətinə əsaslanan üsul tətbiq edilir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə