Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə2/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   2   3   4   5   6   7   8   9   ...   76


 
XVI-XVII əsrlərdə Azərbaycan Moskva dövləti, Avropa və Asiya ölkələri ilə iri 
miqyaslı  xarici  ticarət  aparırdı.  Azərbaycandan  Moskva  dövlətinə  və  digər  ölkələrə 
parçalar,  xalçalar,  neft,  duz,  zəfəran,  düyü,  boyaq  maddələri,  soyuq  silah  ixrac  edilirdi. 
Qızıl və gümüş məmulatları, ləl-cəvahirat, ədviyyat, ətir və s. isə idxal edilirdi. 
Azərbaycan XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər, yəni Azərbaycan Çar 
Rusiyası  tərəfindən  işğal  olunana  qədər  sərbəstolunana  qədər  sərbəst  vergi  və  gömrük 
siyasəti yetirmişdir. Vergi və rüsumların yığılması vəzifəcə naibin səlahiyyətə daxil idi. 
 
2.XVIII əsrin sonu XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda 
daşa  fəal  siyasət  yeritməsi  1801-ci  il  Şərqi  Gürcüstanın  Rusiyaya  birləşməsi  ilə 
nəticələndi.  Rusiyanın  niyyəti  Azərbaycanı  tutmaq  idi.  General  Sisyanovun  bu  işğal 
planında  ilk  hədəf  Car-Balakən  oldu  (1803-cü  il).  Sonra  Gəncə  xanlığı  (1804-cü  il), 
Qarabağ  xanlığı  (1805-ci  il),  Bakı  xanlığı  (1806-cı  il),  Quba  xanlığı  (1806-cı  il),  Talış 
xanlığı (1809-cı il) Rusiya imperiyasının tərkibinə qatılır. 1804-cü ildə başlamış Rusiya-
İ
ran  müharibəsi  1813-cü  ilin  oktyabr  ayının  12-də  Qarabağın  Gülüstan  kəndində  sülh 
müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsi Azərbaycanın Rusiya və 
İ
ran arasında iki yerə bölünməsinin başlanğıcını qoydu.  
1828-ci  ildə  bağlanan  "Türkmənçay"  müqaviləsindən  sonra  Azərbaysanın  şimal 
ə
razisi  Rusiyanın,  cənub  ərazisi  isə  İranın  tərkibində  qaldı.  İndiyə  qədər  də  bu  tarixi 
haqsızlıq  davam  edir.  Azərbaycanı  işğal  edən  Rus  imperiyası  İran  və  Türkiyə  ilə 
həmsərhəd  olan  əraziləri  tam  nəzarətə  götürmək  üçün  təcili  tədbirlər  planı  hazırladı. 
Həmin  tədbirlər  planında  Bakı  şəhərində  gömrükxananın  açılması  məsələsi  də 
göstərilmişdir. 
Bakı şəhərində gömrükxana İmperator 1 Aleksandr tərəfindən Rusiya İmperiyası 
Senatına  25  yanvar  (9  fevral)  1807-ci  il  tarixində  təqdim  olunmuş  "Bakı  şəhərində 
gömrükxananın  təsis  edilməsi  barədə"  434  saylı  Fərmanı  ilə  təsis  edilmiş  və  Həştərxan 
gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Həmin fərmanda gömrükxananın ştatı təsdiq 
olunmuş, Bakı limanına gətirilən mallardan rüsum tutularkən 1751-ci ildə qəbul olunmuş 
rüsum  dərəcələrindən  istifadə  olunması  haqqında  qərar  qəbul  edilmiş,  habelə  işçilərin 



 
ə
mək  haqqlarının  yığılacaq  gömrük  ödənişləri  hesabına  həyata  keçirilməsi  barədə 
göstəriş verilmişdir. 
"Gülüstan"  (1813)  və  "Türkmənçay"  (1828)  müqavilələrindən  sonra 
Azərbaycanda  Rusiyanın  gömrüklə  bağlı  qərarları  qüvvəyə  mindi.  Həmin  vaxt  Rusiya 
ə
razisində 1811-ci ildə qəbul olunmuş gömrük tarifləri qüvvədə idi.  
1813-cü  ildə  Bakı  gömrükxanasında  reyestr  üzrə  aşağıdakı  gömrük  kitablarında 
qeydiyyatlar aparılırdı: 
1) dəniz ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab; 
2) quru yolu ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab; 
3) dəniz ilə aparılan mallar və tutulan rüsumların qeydiyyatı kitabı; 
4) quru yolu ilə aparılan mallar və tutulan rüsumların qeydiyyat kitabı; 
5) dəniz gəmiləri ilə gələn sərnişinlərin qeydiyyat dəftəri; 
6) quru yolu ilə gələnlərin qeydiyyatının aparıldığı dəftər və s. 
Bakı  gömrükxanası  "Qafqaz  və  Zaqafqaziyada  gömrük  idarəetməsi  barədə 
Ə
sasnamə”yə  görə,  31  iyul  1831-ci  il  tarixindən  Zaqafqaziya  gömrük  dairəsinin 
tabeliyinə verilmiş və 1832-ci ildən etibarən “Bakı anbar gömrükxanası” adını almışdır. 
Bakı  gömrükxanası  4  may  1847-ildə  Zaqafqaziya  Karantin  -  Gömrük  dairəsinin 
tabeliyində olan Bakı Karantin-Gömrük idarəsinə çevrilir. 
Qafqaz canişini – General-Feldmarşal Knyaz Baryatinski tərəfindən 31 mart 1861 
ci  ildə  təsdiq  edilmiş  “Qafqaz  və  Zaqafqaziyada  Karantin  -  gömrük  hissəsinin  yenidən 
təşkili və idarə edilməsi barədə Əsasnamə”yə görə, Bakı Karantin - Gömrük idarəsi Bakı 
Karantin-Gömrük  kontoruna  çevrilmiş  və  yeni  yaradılmış  Bakı  Karantin-Gömrük 
dairəsinə  tabe  edilmişdir.  Dairənin  idarə  edilməsi  üçün  3  (Dairənin  rəisi,  tapşırıq  üçün 
məmur və katib) ştat ayrılmışdır. 
Bakı  Karantin-Gömrük  kontoru  1-ci  dərəcəli  hesab  edilməklə  bərabər,  18  ştat 
(rəis, karantin üzrə  direktor-həkim, katib-xəzinadar, 2 rüsum yığan, nəzarətçi, tərcüməçi, 
gəmi baxıcısı və 10 gömrükxana yoxlayıcısı) ayrılmışdır. 
Ə
sasnamənin  5-ci  paraqrafına  görə  Bakı  Karantin-gömrük  Dairəsi  iki  sahəyə 
ayrılır: 



 
1. Cəbrayıl - Erivan Quberniyasından İran sərhəddi boyu Astara çayına qədər olan 
məsafə buraya aid edilir; 
2.  Bakı  -  Bakı  Quberniyasının  Xəzər  dənizinin  sahili  boyu  Astara  çayından 
başlayaraq Dağıstan Vilayətinə qədər olan sərhəd məsafəsi buraya aid edilir. 
Bakı sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir: 
1) Astara Karantin-gömrük Zastavası - birnci dərəcəli; 
2) Nizova Karantin-gömrük Zastavası - üçüncü dərəcəli; 
3) Karantin-gömrük Zastavası - üçüncü dərəcəli: 
Kür deltası zastavası; 
Salyan zastavası; 
Pereval zastavası; 
Lənkəran zastavası. 
4) Apşeron Daimi karantin-gömrük Postu; 
5) Bakı ayırıcı karantin-gömrük Postu. 
Ə
sasnamənin  11  bölməsində  Naxçıvan  Baş  Karantin-gömrük  Kontoru  və  Culfa 
Karantin  gömrükxanasına  gömrük  işlərini  həyata  keçirmək  və  karantin  işlərini  təşkil 
etmək  üçün  150  ştat  ayrılmışdır.  Bu  ştatlardan  yalnız  12-si  (bunlardan  9  nəfəri 
gömrükxana işçisi, 3 nəfəri isə karantin işçisidir) Erivan transit postuna ayrılmışdır. Bakı 
sahəsi  üçün  isə  255  ştat  (bunlardan  200  nəfəri  gömrük  məmuru  kimi,  55  nəfəri  isə 
karantin xidmətinin işçisi kimi nəzərdə tutulmuşdur) ayrılmışdır. 
 “Gömrük  tarifi”  (1891)  və  “Gömrük  nizamnaməsi”  (1892)  qəbul  olundu.  Yeni 
nizamnaməyə  görə  Rusiyanın  Avropa  və  Asiya  hissəsində  gömrük  işlərinin 
tənzimlənməsində  vahid  qaydalar  tətbiq  olundu.  Eyni  zamanda,  sahil  zonası  və  dəniz 
sahilindən 3 dəniz milində yerləşən sular da gömrük zonası elan edildi. 
1897-ci  il  dekabr  ayının  8-də  “Rusiyanın  Avropa  hissəsi  və  Qafqazda  gömrük 
təşkilatlarının  ştatları”  barədə  qanuna  əsasən  Bakı  Karantin  -  Gömrük  kontoru  Bakı 
Gömrük dairəsi idarə heyəti tabeliyində Bakı gömrükxanasına çevrilir. 
XX  əsrin  əvvəllərində,  Rusiya  dövlətinin  gəlirləri  içərisində  gömrük  yığımları 
spirtli  içkilərin  icarətindən  əldə  olunan  gəlirlərdən  sonra  ikinci  yeri  tuturdu.  Bu  dövrdə 
rusiyada  inqilabı  hərəkat  gücləndiyi  üçün  gömrük  orqanlarının  işi  ikiqat  artmışdır. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə