Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

22 
 
ibarətdir:  a)  daxili  gömrük  qanunvericiliyi;  b)  gömrük  münasibətlərinə  aid 
olan  və  Azərbaycan  R-nın  tərəf-müqabil  olduğu  beynəlxalq  müqavilə  və 
sazişlər. 
Gömrük 
işi 
haqqında 
Azərbaycan 
Res-nın 
Qanunvericiliyi 
Konstitusiyasından,  Gömrük  Məcəlləsindən,  Gömrük    Tarifi  haqqında 
Qanundan,  onlara  uyğun  olaraq  qəbul  edilmiş  digər  normativ  hüquqi 
aktlardan  və  Az  R-nın  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  ibarətdir 
(maddə 4). 
Aşağıdakılar istisna olunmaqla, gömrük qanunvericiliyindən başqa digər 
qanunvericilik  aktlarına  gömrük  ödənişləri  və  gömrük  nəzarəti  məsələləri 
daxil edilə bilməz: 
-  Az  R-nın  İnzibatı  Xətalar  Məcəlləsində  nəzərdə  tutulan  gömrük 
münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar; 
-  Az  R-nın  Cinayət  Məcəlləsində  nəzərdə  tutulan  müvafiq  cinayətlər 
haqqında müddəalar; 
-  Büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı müddəalar; 
-  Ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında 
qanunlarda nəzərdə tutulan müddəalar. 
Gömrük  Məcəlləsi  və  Gömrük  Tarifi  haqqında  qanun  gömrük 
münasıbətlərinin  hüquqi  tənzimlənməsində  baş  mövqədə  durur  və  qömrük 
praktikasında  meydana  çıxan  bütün  əsas  hüquqi  məsələləri  əhatə  edir. 
Hüquqi qüvvəsinə görə onlar yalnız Konstitusiyadan geriyə qalır və əsasında 
bütün  gömrük  qanunvericiliyinin  qurulduğu  və  inkişaf  etdirildiyi  hüquqi 
bazasını təşkil edirlər. Bu gömrük qanunlarının əlahiddə normalarının tətbiq 
edilmə  xüsusiyyətləri  Az  R-sı  prezidentinin  25  iyul  1997-ci  il  tarixli  616  saylı 
fərmanı ilə müəyyən edilmişdir. 
Hal-hazırda gömrük münasibətlərini tənzimləyən qanun qüvvəli aktların 
aşağıdakı əsas növləri tətbiq edilməkdədir: 
1). Konstitusiyanın 99-cu maddəsinə əsasən Az R-da İcra Hakimiyyətinin 
Prezidentə mənsub olması ilə əlaqədar olaraq: 
Xarici siyasətin, o cümlədən də onun tərkib hissəsi olan xarici iqtisadi və 
gömrük  siyasətinin  strateji  istiqamətlərinin  müəyyənləşdirilməsi  Prezidentin 
fərman  və  sərəncamları  ilə  öz  həllini  tapmış  olur.  “Azərbaycan 


23 
 
Respublikasında  xarici  ticarətin  daha  da  liberallaşdırılması  haqqında” 
Azərbaycan    Respublikası  Prezidenrinin  24  iyun  1997-ci  il  tarixli  609  saylı  
Fərmanı  ilə  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi  Qaydaları  təstiq 
edilmişdir. 
2). Nazirlər Kabinetinin qərarları ilə, adətən, gömrük siyasəti və gömrük 
hüququnun  mühüm  məsələləri  tənzimlənir  və  daha  yüksək  statusa  malik 
aktların icra mexanizmi müəyyən edilir. 
3).  Bir  necə  dövlət  orqanı  tərəfindən  birgə  qəbul  edilən  qanun  qüvvəli 
aktlar.  
Öz  səlahiyyətləri  çərçivəsində  yerli  gömrük  orqanları  da  hüquqi  aktlar 
yarada  bilər.  Belə  aktlar,  adətən,  fərdi  xarakter  daşıyır.  Məsələn,  struktur 
bölmələrin  əsasnamələr,  gömrük  əməkdaşlarının  vəzifə  təlimatları,  daxili 
əmrlər və s. 
Dövlət süverenliyi hər dövlətin gömrük məsələlərinin birtərəfli qaydada 
daxili  qanunvericiliklə  tənzimlənməsi  zərurətini  meydana  çıxarır.  Əgər  hər 
hansı  bir  dövlət,  gömrük  məsələlərinin  həlli  zamanı  digər  dövlətlərin 
maraqlarını  nəzərə  alınmırsa  və  ya  onların  mənafeyinə  zərbə  vura  bilən 
siyasət  yeridirsə,  xarici  iqtisadi  əlaqələri  və  bütövlükdə  beynəlxalq  əlaqələri 
mürəkkəbləşdirən konfliktlər meydana çıxa bilər. 
Gömrük  –hüquq    normalarının  tətbiq  edilməsinin  məkan  hüdudlarının 
təyini üçün gömrük ərazisi və gömrük sərhədi anlayışlardan istifadə olunur. 
Azərbaycan  Res-nın  ərasizi  vahid  gömrük  ərazisidir.  Gömrük 
Məcəlləsinin  3  maddəsinə  əsasən  gömrük  ərazisinə  Az  r-nın  quru  ərazisi, 
daxili  suları,  Xəzər  dənizinin  (gölünün)  Az  R-na  mənsub  olan  bölməsi  (o 
cümlədən,  orada  yerləşən  adalar,  qurğular  və  tikililər)  və  onların  üzərindəki 
hava məkanı daxildir. Gömrük  sərhədi dedikdə gömrük ərazisinin perimitri – 
bu  ərazinin  konturlarını  hüdudlandıran  xətt  başa  düşülür.  Gömrük  sərhədi 
həndəsi  bölgü  xarakterlı,  yer  üzərindəki  real  xətt  olan  dövlət  sərhədindən 
fərqli  olaraq  hüquqi  funksiya  hesab  edilir.  Bələ  təsvir  bəzi  hallarda  gömrük 
sərhədinin  dövlət  sərhədi  ilə  üst-üstə  düşməyə  biləcəyi  variantların 
mümkünlüyünü göstərir. 
4.  Az  R-da  gömrük  işi  gömrük  orqanları  tərəfindən  yerinə  yetirilir. 
Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük 


24 
 
orqanları  hüquq  mühafizə  orqanlarıdır.  Gömrük  orqanlarının  fəaliyyəti 
qanunun aliliyi,  
Gömrük orqanlarının vahid sisteminə aşağdakılar daxildir: 
 Az R-nın Dövlət Gömrük Komitəsi: 
1.  Naxçıvan  Muxtar  R-sı  DGK-si;  NaxçıvanTerminalKompıeks;  Naxçınav 
Gömrük İdarələri (5 idarə). 
2.Gömrük idarələri (12): 
Gömrük postları (29). (maddə 7) 
Gömrük  sisteminə  daxil  olmayan,  lakin  DGk-nin  tabeçiliyində  olan 
qurumlar aşağıdakıladır: 
-  gömrük  məqsədləri  üçün  malların  ekspertizasına  və  tədqiqini 
aparmaqdan ötrü yaradılan gömrük laboratoriaları; 
-  gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı 
və  onların  ixtisasının  artırılması  məqsədi  ilə  yaradılan  elmi-tədqiqat 
müəssisələri, peşəyönümlü təhsil-tədris müəssisələr; 
-  gömrük  fəaliyyətinin  yerinə  yetirilməsinə  kömək  edən  hesablama 
mərkəzləri, poliqrafiya, tikinti-istismar idarələri və digərləri (məsələn, gömrük 
anbarları, müvəqqəti saxlanc anbarları) 

Mərkəzi Gömrük Ekspertiza İdarəsi;  
Tədris Mərkəzi; 
Avtomobil təsərrüfatı; 
AzərTerminal kompleks Birliyi; 
Gömrük mühafizə xidməti; 
Gömrükçü İdman-Sağlamlıq mərkəzi; 
Tibbi Xidmət İdarəsi; 
Kinoloji Mərkəz. 
Gömrük  işinə  bilavasitə  rəhbərlik  Dövlət  Gömrük  Komitəsi  tərəfindən 
həyata  kecirilir.  Basqa  sözlə  Dövlət  Gömrük  komitəsi  Azərbaycan 
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanıdır. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə