Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   2   3   4   5   6   7   8   9   10   ...   76

19 
 
sistem  kimi  bütövlüyü  üçün  təhlükə  yaradan  uyğunsuzluğun  aradan 
qaldırılmasını təmin edən dinamik tarazlığın saxlamasından ibarətdir. 
Azər.  Dövlət  Gömrük  Komitəsi  respublikanın  inkişaf  xüsusiyyətlərini 
nəzərə  alaraq,  müvafiq  strategiyanı  işləyib  hazirlayarkən  aşağıdakı  əsas 
vəzifələri müəyyən etmişdir: 
-  təhvil  verilmə  üsulundan  asılı  olmayaraq  bütün  malların  gömrük 
rəsmiləşdirilməsinin təmin olunması; 
-  gömruk  proseduralarının  sadələşdirilməsi  və  rəsmiləşdirilmə 
müddətinin qısadılması; 
-  gömrük nəzarətinin müasır mütərəqqi texnoloğiyalarının tətbiqi; 
-  gömrük  ödənişləri  texnologiyasının  təkmilləşdirilməsi  və  onların 
büdcəyə daxil olmasına nəzarət; 
-  yüklər və yük göndərənlər haqqında ilkin məlumatların əldə edilməsi; 
-  gömrük qanunvericiliyi pozuntularının qarşısının alınması; 
-  valyuta nəzarəti; 
-  nəzarət işlərinin təkmilləşdirilməsi, nəzarətin müxtəlif formalarından 
istifadə  edilməsi,  ayrı-ayrı  identifikasiya  və  sənədli  baxış  texnologiyasının 
tətbiqi; 
-  gömrük  sənədlərinin  beynəlxalq  tələblərə  uyğun  olaraq  daha  da 
unifikasiyalaşdırılması; 
-  qeyri-tarif  tənzimləmə  tədbirlərinə  riayət  olunmasına  nəzarət 
texnologiyasının təkmiləşdirilməsi; 
-  bütövlükdə  gömrük  xidmətinin  və  onun  struktur  bölmələrinin  işinin 
effektivliyinin vaxtaşırı təhlili. 
Bütün  şəxslər  mal  və  nəqliyyat  vasitələrini  bərabər  əsaslarla  Az.R-sı 
ərazisinə  gətirmək  və  bu  ərazidən  apara  bilmək  hüququna  malikdirlər. 
Malların  və  nəql.vasitələrinin  respublikaya  gətirilməsi  və  aparılması,  o 
cümlədən  xarici  iqtisadi  fəaliyyətin  həyata  kecirilməsi  hüququ  Az  R  sı 
Konstitusiyasi ilə təstiq edilmişdir. 
Gömrük  Məcəlləsi  və  digər  qanunvericilik  aktları  ilə  nəzərdə  tutulmuş 
hallar istisna olmaqla, hec kəsin Az-na mal və nəqliyyat vasitələri gətirməsi və 
ya aparması hüququ əlindən alına və ya məhdudlaşdırıla bilməz. 
Qanunvericilik aktı malların və nəqliyyat vasitələrinin aparılıb-getirilməsi 
hüququnun  reallaşdırılmasına  münasibətdə  müəyyən  məhdudiyyətlər 


20 
 
nəzərdə tuta bilər. Belə məhdudiyyətlər, bir qayda olaraq, ictimai asayişi və 
cəmiyyətin əxlaqi dəyərlərinin müdafiəsi məqsədini güdür. 
Gömrük  işinin  predmeti  –  mallar,  gömrük  nəzarəti  və  gömrük 
rəsmiləşdirilməsi  əməliyyatlarıdır,  XİF  tənzimlənmə  tədbirləridir.  Mallar 
dedikdə - gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, 
elektrik  enerjisi  də  daxil  olmaqla,  istənilən  daşınar  əmlak,  o  cümlədən 
malların  daşınmasında  istifadə  olunan  nəqliyyat  vasitələri  istisna  olmaqla, 
nəqliyyat vasitələri.  
2. Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak 
edən  institutların  məcmusu,  həmçinin  onun  həyata  keçirilmə  metodları, 
səlahiyyətli  dövlət  orqanları  tərəfindən  gömrük  tənzimlənməsi  metodlarının 
istifadə qaydası gömrük siyasəti mexanizmi anlayışını təşkil edir. 
Gömrük  siyasəti  dövlətin  xarici  ticarət  dövriyyəsinin  gömrük 
sərhədindən  mal  və  nəqliyyat  vasitələrinin  uyğun  gömrük  prosedurasını 
müəyyən  edilməsi  vasitəsi  ilə  keçirilməsinin  dövlət  tənzimlənməsi  üzrə 
məqsədyönlü  fəaliyyət  istiqamətlərini  təyin  edir  və  dövlətin  iqtisadi 
təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir. 
Iqtisadi  təhlükəsizlik  məsələləri  iqtisadiyyatın  Az  R-nın  sosial,  siyasi, 
müdafiə  qabiliyyətinin  və  mütərəqqi  inkişafının  kifayət  edəcək  səviyyəsini 
təmin  edə  bilən  vəziyyətini,  tarazlaşdırma  problemlərinin  həlli  yollarını, 
mümkün  xarici  və  daxili  təhlükələrə,  onun  iqtisadi  maraqlarının  xarici 
təsirlərdən asılı olmaması və kifayət qədər xətərdən qorunması qabiliyyətini 
nəzərdə tutur. 
Gömrük  siyasətini  mahiyyəti  öz  əksini  gömrük-tarif  qanunvericiliyində, 
müxtəlif  istiqamətli  beynəlxalq  gömrük  birlikləri  və  münasibətləri 
yaradılmasında,  sərbəst  gömrük  və  ticarət  zonalarının  təşkil  edilməsində 
tapır.  Gömrük  siyasəti  dövlətin  iqtisadi  və  xarici  ticarət  siyasətinin  ayrılmaz 
hissəsidir və buna görə də hökümətin ümumi iqtisadi strategiyasının məqsəd 
və vəzifələrdən asılıdır. 
Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi və daxili istehsalcıların beynəlxalq 
rəqabət  qabiliyyətindən  asılı  olaraq  xarici  iqtisadi  siyasətin,  o  cümlədən  də 
gömrük  siyasətinin  nisbətən  dəqiq  konturlara  malik  olan  aşağdakı  növləri 
müşahidə edilir: 


21 
 
-  proteksionizm; 
-  sərbəst ticarət. 
Bu  istiqamətlər,  eyni  zamanda  ölkə  iqtisadiyatının  xarici  iqtisadi 
müdaxilələrə açıqlıq dərəcəsini nümayiş etdirir. Proteksionist gömrük siyasəti 
yerli  inkişafı  üçün  daha  əlverişli  şərait  yaradılmasına  yönəldilib.  Onun  əsas 
məqsədləri  idxal  edilən  mallara  gömrük  vergiqoymasının  daha  yüksək 
səviyyəsini tətbiq etməklə əldə edilir. 
Proteksionist  siyasətdən  fərqli  olaraq  sərbəst  ticarət  siyasəti  gömrük 
rüsumlarının daha aşağı – minimum səviyyəsini nəzərdə tutur və daxili bazara 
xarici malların daha çox cəlb edilməsinə təhrik edir. 
Gömrük  siyasətinin  həyata  keçirilməsinin  əsas  vasitələri  gömrük 
rüsumları,  yığımları,  gömrük  rəsmiləşdirilməsi  və  gömrük  nəzarəti 
əməliyyatları,  xarici  ticarətin  lisenziyalaşdırılması  və  kvotalaşdırılması 
təcrübəsi ilə bağlı olan müxtəlif gömrük məhdudiyyətləri və rəsmiyyətdir. 
Gömrük  siyasəti  müxtəlif    hüquq  normaları  və  gömrük  qaydaları 
əsasında həyata keçirilməlidir və bu da gömrük hüququ məfhumu meydana 
çıxarır. 
Gömrük  siyasətinin  dəqiq  hüquqi  əsaslandırılmaları  ilk  növbədə  ona 
görə  vacibdir  ki,  sahibkarlıq  fəaliyyətinin  bu  və  ya  digər  istiqamətlərini 
imperativ  tənzimləyərkən  onun  həyata  keçirmə  vasitələri  istər-istəməz 
mülkiyyət  münasibətləri  sferasına  müdaxilə  etmiş  olur.  Bundan  başqa 
gömrük  siyasətinin  xarici  münasibətlərə  təsiri  dövlət  üçün  beynəlxalq  – 
hüquqi xarakterli öhdəliklər yaradığından onun normalaşdırılması zəruri olur. 
3.  Gömrük  sərhədindən  mal  və  nəqliyyat  vasitələrinin  keçirilməsi 
prinsiplərini  nizama  salan  və  rəsmiləşdirilmə  əməliyyatlrının  yerinə 
yetirilməsi üçün mövcüd qanunvericiliyə əməl olunmasını təmin edəcək olan 
dövlət  tərəfindən  müəyyənləşdirilmiş  hərəkət  qaydaları  gömrük-hüquq 
normaları adlanır. Belə qaydaların məcmusu gömrük hüququnu əmələ gətirir 
ki,  bu  da  Azərbaycan  Respublikası  Ganunvericiliyinin  mühüm  tərkib 
hissələrindən biridir. 
Gömrük  hüququn  mənbəyini  ixtiyari  hüquqi  akt  deyil,  yalnız  elə  akt 
təşkil  edir  ki,  gömrük  işinin  ümumi  qaydalarını  əks  etdirə  bilsin.  Gömrük 
hüququ  mənbələrini  sistem  xarakterlı  olub  aşağıdakl  əsas  elementlərdən 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə