Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə15/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

44 
 
3.  Gömrük  sənədləri:  gömrük  bəyannamələri,  gömrük  təminatları  altında 
daşınmaya buraxılmış nəql. vasitələrinin şəhadətnaməsi, lisenziyalar, ixtisas attestatları. Bələ 
sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən verilir və şəhadətləndirilir.  
4.  Digər sənədlər: XİF-lə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunlug 
və keyfiyyət sertifikatları, karantin, icazə sənədləri, sərhəd buraxılış vərəqləri və s. 
Sadalanan  sənədlər  mal  və  nəqliyyat  vasitələrinin  seçilmiş  gömrük  prosedurunun 
tələblərinə uyğun olaraq buraxılması və istifadə olunmasına qədər gömrük orqanının vəzifəli 
şə
xsləri tərəfindən diqqətlə yoxlanılır. Sənədlərin yoxlanılmasının məqsədi, onların mövcud 
qanunvericilik  qaydalarına  uyğun  olması  və  sənədləşməni  tam  əhatə  etməsinə  əmin 
olmaqdır. 
Gömrük  orqanının  vəzifəli  şəxsinin  deklarantdan  gömrük  məqsədləri  üçün  əlavə 
sənədlər  tələb  etmək  hüququ  var.  Belə  sənədlərin  siyahısı  gömrük  orqanları  tərəfindən 
gömrük  sərhədindən  keçirilən  mal  və  nəqliyyat  vasitələrinə  gömrük  nəzarətinin 
məqsədlərindən asılı olaraq müəyyən edilir, deklarantlar və digər maraqlı şəslərin nəzərinə 
çatdırılır. 
Gömrük nəzarətindən keçməli olan mallara dair sənədlərə və məlumatlara malik olan 
şə
xslər  onların  Gömrük  Məcəllə  və  müvafiq  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 
saxlanılmasını təmin etməlidirlər. (Maddə 95) Saxlanma üsulundan asılı olmiyaraq, gömrük 
sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti 
altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində saxlanılmalıdır. 
Şə
xs gömrük orqanlarının vəzifəli şəxslərinin sənədləri və məlumatları əldə etməsinə 
şə
rait  yaratmalı,  bununla  baglı  onların  suallarını  cavablandırılmalı,  tələb  olunduqda, 
sənədlərin surətlərini onlara təqdim etməlidir. 
Məlumatlar  elektron  formada  saxlandıqda,  şəxs  gömrük  nəzarətindən  keçməli  olan 
mallara dair sənədlər və məlumatlarla tanışlıq üçün gömrük orqanlarının vəzifəli şəxslərini 
lazımi avadanlıqla təmin etməlidirlər. 
Mallar  sərbəst  dövriyyəyə  buraxıldıqda,  yaxad  ixrac  məqsədi  ilə  bəyan  edildikdə, 
yüxarda  qeyd  olunan  müddətin  hesablanması  sərbəst  dövriyyə  üçün  buraxılışla  və  ixracla 


45 
 
bağlı gömrük bəyannamələrinin təstiq edildiyi ilin sonundan başlanır. Mallar digər gpmrük 
proseduru  yərləşdirildikdə  yüxarda  qeyd  olunan  müddətin  hesablanması  gömrük 
prosedurunun başa çatdığı ilin sonundan başlanır.  
3.  Gömrük  orqanları  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  ərazisinə  daxil 
olmasını,  bu  ərazidən  çıxmasını,  tranzitini,  daşınmasını  və  son  istifadəsini  tənzimləyən 
gömrük  qanunvericiliyinə,  həmçinin  icrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  edilmiş 
digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə 
gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya 
və  avadanlıqdan  istifadə  edilir.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  nəzarətini 
aşağıdakı formalarda həyata keçirilər:  
- malların və nəqliyyat vasitələrinin yoxlanılması; 
- şəxsi yoxlama; 
- gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı 
formalarda sənədlərin, o cümlədən Az R-nın dövlət sərhəlinin buraxılış məntəqələrindən 
keçirilən  malların  baytarlıq,  fitosanitar,  gigiyenik  və  digər  sertifikatlarla 
(şəhadətnamələrlə) müşayiət olunmasının yoxlanılması;  
- mal və nəqliyyat vasitələrin uçotu və uçot və hesabat sisteminin yoxlanılması;  
- fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;  
- gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi 
ə
razilərə  və  binalara,  müvəqqəti  saxlanc  və  gömrük  anbarlarında,  sərbəst  zonalarda 
yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş 
fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 
- keşik çəkmənin (patrulluğun ) və gömrük müşahidəsinin aparılması. 
Gömrük  nəzarətinin  həyata  kecirilməsinnin  əsası  yük  gömrük  bəyannaməsidir. 
Gömrük  nəzarətinin  həyata  kecirilmə  prosedurası  bütövlükdə  şərti  olaraq  beş  mərhələyə 
bölünür. 


46 
 
Birinci  mərhələdə  YGB-də  göstərilən  məlumatlara  formal-məntiqi  nəzarət  həyata 
keçirilir.  Bunun  üçün  yük  şöbəsi  tərəfindən  bəyannamənin  bütün  qrafalarının 
doldurulmasının  düzgünlüyü  yoxlanılır,  bəyan  edilmiş  gömrük  proseduruna  və  malların 
adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu müəyyən 
edilir.  YGB  yoxlanıldıqdan  sonra  ona  nömrə  verilir  və  aşkar  edilmiş  səhvlərin 
düzəldilməsi üçün deklaranta qaytarılır. 
Ikinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları 
nəzarət predmeti olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta 
nəzərəti qanunvericiliyinə riayət olunması yoxlanılır. 
Üçüncü  mərhələdə  gömrük  ödənclərinin  hesablanma  dəqiqliyi,  gömrük  güzəştləri 
verilməsinin qanuna müvafiqliyi yoxlanılır, ödənclərin gömrük orqanlarının hesabına daxil 
olmasına nəzarət edilir. 
Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların 
doldurulmasını yoxlayır. 
Nəhayət,  beşinci  mərhələdə  yük  şöbəsinin  səlahiyyətli  vəzifəli  şəxsi  malın  gömrük 
müayinəsi barədə qərar qəbul edir. Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra 
yük  cənədinə  “Buraxılışa  icazə  verilir”  ştampı  vurulur.  Bu  ştamp  və  YGB-nin  nömrəsi 
şə
xsi nömrəli möhürlə təstiqlənir. 
Gömrük  nəzarəti  formaları  seçilərkən  Gömrük  Məcəllənin  100.2-ci  maddəsində 
müəyyən  edilmiş  qaydada  yaradılan  riskin  idarə  edilməsi  sistemindən  istifadə  olunur. 
Müvafiq  icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə Gömrük Məcəlləyə 
uyğun olaraq aşağıdakıları müəyyən edir: gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;  
ümumi  risklərin  idarə  edilməsi  qaydalarını;  ümumi  meyarların  və  prioritet  nəzarət 
sahələrinin  müəyyən  edilməsi  üzrə  qaydaları;  aidiyyəti  orqanlarla  birlikdə  risklərə  dair 
məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.  
Gömrük  nəzarəti  həyata  keçirilərkən,  insanların  həyat  və  saqlamlığı,  heyvanlar  və 
bitkilər  üçün  təhlükəsiz  olan,  həmçinin  mallara  və  nəqliyyat  vasitələrə  zərər  vurmayan 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə