Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

69 
 
Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması aşağıdakı qaydada həyata keçirilir:  
- malların daşınması gömrük  ərazisindən kənarda başlanır, yaxud başa çatır; 
- malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük  ərazisindən 
kənar  ərazidən keçməklə baş verir. 
Yuxarda qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir: 
- beynəlxalq tranzit xüsusi gömrük proseduru; 
-  beynəlxalq  gömrük  tranziti  üzrə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələr; 
-  mallar  Ümumdünya  Poçt  İttifaqının  Aktları  əsasında  hüquqlara  malik  olan  və 
öhdəliklər  daşıyan  subyektlər  (poçt  rabitəsi  operatorları)  tərəfindən  və  ya  onlar  üçün 
beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı 
halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi. 
Daxili  malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi 
hallarını və şərtlərini Nazirlər Kabineti müəyyənləşdirir.  
Xarici  dövlətlərin  və  beynəlxalq  təşkilatların  rezidentlərin  mənafeyinə  zərər  vuran 
ayrı-seçkilik  və  digər  iqtisadi  siyasət  tədbirlərinə  cavab  kimi,  müvafiq  icra  hakimiyyəti 
orqanı  həmin  dövlətlərin  və  müvafiq  beynəlxalq  təşkilatlara  daxil  olan  dövlətlərin 
mallarının  gömrük  ərazisindən  beynəlxalq  tranzitinə  qadağalar  və  məhdudiyyətlər  tətbiq 
edə bilər.  
Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.  


70 
 
Daxili tranzit (175) xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən 
gömrük    ərazisinin  bir  yerindən  başqa  yerinə  daşınmasıdır.  Qeyd  edilən  daşınma  poçt 
sistemi daxilində daşınan mallara da şamil edilir.  
Malların  daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək  daşınması 
gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.  
4. Saxlanc xüsusi gömrük prosedurunun (176) əhatə dairəsi. 
Saxlanc  xüsusi  gömrük  proseduru  müvəqqəti  saxlanc  və  gömrük  anbarı 
prosedurlarından  ibarətdir.  Malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında  
yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal 
üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan 
gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. 
Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru 
və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər. 
Daxili  malların  saxlanc  xüsusi  gömrük    proseduru  altında  yerləşdirildiyi  halları  və 
şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Saxlanc xüsusi gömrük  prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 
-  müvəqqəti  saxlanc  və  ya    gömrük  anbarı  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;  
- malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;  
-  gömrük  və  ya  müvəqqəti  saxlanc  anbarlarının  təsisi  ilə  əlaqədar  verilmiş 
lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. 


71 
 
Prosedur  sahibi  malların  müvəqqəti  saxlanc  və  ya  gömrük  anbarı  xüsusi  gömrük 
prosedurları  altında  yerləşdirilməsindən  irəli  gələn  öhdəliklərini  yerinə  yetirməməsinə 
görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru (178). 
Başqa  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün  bəyan  edilmə  halları  istisna 
olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar 
onun  tərəfindən  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
bəyan edilir:  
-  sərbəst  zonaya    birbaşa  gətirilmə  istisna  olmaqla,  gömrük  ərazisinə  gətirilən 
mallar;  
- sərbəst zonadan gömrük  ərazisinin digər hissəsinə gətirilən mallar;  
- barəsində beynəlxalq  tranzit xüsusi gömrük proseduru başa çatmış mallar. 
Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün 
gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu 
əvəz edən tranzit sənədi qəbul edilir. 
Gömrük  orqanları  prosedur  sahibindən  yarana  biləcək  gömrük  borcuna  görə 
təminat tələb etmək hüququna malikdirlər. 
Malları  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirmək  və  ya 
həmin  prosedur  altında  saxlamaq  mümkün  olmadıqda,  gömrük  orqanları  mallarla  bağlı 
vəziyyəti tənzimləmək  üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər. 
Malların  müvəqqəti  saxlanc  gömrük  proseduru  altında  qalma    müddəti  onların  və 
istifadə  olunan  nəqliyyat  vasitəsinin  xüsusiyyətləri  nəzərə  alınmaqla,  gömrük 
bəyannaməsinin  təqdim  olunması  üçün  lazım  olan  vaxt  nəzərə  alınmaqla  gömrük orqanı 
tərəfindən müəyyən edilir. Prosedur sahibinin  əsaslandırılmış müraciəti olduqda, gömrük 


72 
 
orqanı həmin müddəti Gömrük Məcəllənin maddələrində göstərilən müddət çərçivəsində 
uzadır. 
Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  ayrı-ayrı  malların  xassələrindən  və 
xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, 
malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox 
olmamalıdır.  
Mallar  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  qalma  müddəti  başa 
çatanadək  başqa  gömrük  proseduru  altında  yerləşdirilmək  üçün  bəyan  edilməli  və  ya 
gömrük anbarında yerləşdirilməlidir.  
 Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud 
vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi  əməliyyatlara məruz qala bilərlər. Belə 
hallarda  malların  xarici  görünüşünün  və  texniki  göstəricilərinin  dəyişdirilməsinə  yol 
verilmir.  
Müvəqqəti  saxlanc  anbarlarının  tiplərinə,  quruluşuna,  təchizatına,  orada 
yerləşdirilən  mallarla  əlaqədar  əməliyyatlara,  uçot  və  hesabatın  aparılmasına,  gömrük 
nəzarətinin  həyata  keçirilməsinə,  anbar  sahibinə  dair  tələbləri  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir.  
Xarici  mallar  gömrük  anbarı  (181)  xüsusi  gömrük  proseduru  altında  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  lisenziyası  olan  şəxslərin  gömrük  anbarlarında 
gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.  
Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən 
malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.  
Başqa  mallara  ziyan  vura  bilən  və  ya  xüsusi  saxlanc  şəraiti  tələb  olunan  mallar 
anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə