Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

56 
 
 Mal  və  nəqliyyat  vasitələrinin  gətirilməsi  zamanı  gömrük  nəzarətinin  başlanğıcı 
onların Az R-nın gömrük sərhədindən kecdiyi an hesab edilir. 
Mal  və  nəqliyyat  vasitələrinin  ölkədən  çıxarılması  zamanı  gömrük  nəzarəti  – 
gömrük  bəyanaməsinin  təqdim  edildiyi  andan  başlanır.  Az  R-nın  gömrük  sərhədindən 
kənara  aparılan  mallar  və  nəqliyyat  vasitələri  buraxılarkən,  onlar  Az  r-nın  hömrük 
sərhədini kecdiyi andan gömrük nəzarəti başa catır. 
Gömrük  nəzarəti  altında  malların  yerləşdirilməsinin  minimum  müddətlərinin 
müəyyən edilməsi DGK-nin səlahiyyətinə daxildir. 
Təqdim  edilmiş  gömrük  bəyannaməsinin,  mal  və  nəqliyyat  vasitələrinə  gömrük 
nəzarəti  üçün  tələb  olunan  digər  sənədlərin  yoxlanılması  üçün  mövcüd  qanunvericilik 
maksimum  müddət  olaraq  10  gün  müəyyən  edir.  Bu  müddəti  başlanğıcı  olaraq  gömrük 
bəyannaməsinin qəbul edildiyi və lazımi sənədlərin təqdim olunduğu gün hesab edilir. 
Bu  müddətin  azadılması  gömrük  əməkdaşlarının  hazırlıq  səviyyəsindən  və  tətbiq 
edlən müasır texniki nəzarət vasitələrinin effektivliyindən asılıdır. 
Belə  vasitələrdən  ən  səmərəli  inspeksiya-müayinə  kompleksidir  (İMK).  İMK-lar 
gömrük  zonalarında  ayrıca  yerləşmiş  bina-boks  ola  bilər.  İMK  konteynər  yük  maşınları 
boşaltmadan  az  müddətdə  şüalandırmaqla  daxilini  “görməyə”  imkan  verir.  Müasir 
avadanlıq  telemonitorunda  müxtəli  elektron-rəngləmə  vasitələri  ilə  üzvi  (narkotiklər, 
partlayıcı  maddələr)  və  qeyri-üzvi  materialları  bir-birindən  ayırmaga,  şübhəli  əşyaları  və 
boşlqları aşkara çıxarmağa imkan verir. 
6.  Gömrük  nəzarətinin  müəyyən  formalardan  azadetmə  Gömrük  Məcəllə, 
gömrük işi üzrədigər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəəyən olunur. 
(maddə 84) 
Diplomatik  (konsul)  kuryerin  şəxsi  baqajı  gömrük  baxışından  azad  edilir.  Lakin, 
baqajda  kuryerin  şəxsi  istifadə  üçün  nəzərdə  tutlmayan  mallar,  yaxud  gətirilməsi 
(aparılması)  mövcüd  qanunvericiliklə  qadağan  edilən  malların  olması  gümanına  əsas 
varsa, o zaman kuryerin baqajı müayinə edilə bilər. 


57 
 
Ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrlə gömrük güzəştləri əsasən aşağıdakı 
təşkilatların və onların təmsilçiliklərinin heyətinə, həmçinin onların ailə üzvlərinənəzərdə 
tutulur: 

Birləşmiş Millətlər Təşkilatı; 

Beynəlxalq Valyuta Fondu; 

Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı; 

Beynəlxalq Qırmızı Xac Komitəs;i  

Beynəlxalq Miqrasiya Təşkilatı;  

Digər beynəlxalq təşkilatlar. 
Xarici dövlətlərin Az R-nın ərazisində olan diplomatik nümayendəlikləri Az R-nın 
gömrük  sərhədindən  malların  və  nəqliyyat  vasitələrinin  keçirilməsinin  nəzərdə  tutulmuş 
qaydasına  riayər  edilməsi  şərtilə,  gömrük  rüsumlarından,  vergilərindən  və  digər  gömrük 
ödənişlərindən azd edilməklə nümayendəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları 
Az R-nın ərazisinə gətirə və Az R-nın ərazisindən apara bilərlər. 
 
 
 
 
 


58 
 
Gömrük  nəzarəti  altında  olan  mal  və  nəqliyyat  vasitələrinin  yerləşdirilə  biləcəyi 
prosedurların xarakteristikası. 
 
Suallar: 
 
1.  Gömrük proseduru (rejimi) anlayışı. 
2.  Sərbəst  dövriyyə  üçün  buraxılış,  təkrar  idxal,  ixrac,  təkrar  ixrac  gömrük 
prosedurların xarakteristikası. 
3.  Tranzit prosedurlarının  əhatə dairəsi.  
4.  Saxlanc (müvəqqəti saxlanc  və gömrük anbarlarında saxlanc)  prosedurlarının 
əhatə dairəsi. 
5.  Sərbəst zona. 
6.  Xüsusi istifadəni nəzərdə tutulan gömrük prosedurları (müvəqqəti idxal və son 
istifadə). 
7.  Emal prosedurlarının tətbiqi. 
8.  Malların  məhv  edilməsi  və  dövlətin  xeyrinə  maldan  imtina  əməliyyatlarının 
həyata keçirilmə qaydaları.   
 
 
1.  Mal  və  nəqliyyat  vasitələrinin  Az  R-nın  gömrük  sərhədindən  keçirilməsi  bəyan 
edilən gömrük prosedurunun tələblərinə uyğun olaraq icra edilməlidir. 
Gömrük proseduru anlayışı xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirini həyata 
keçirildiyi  gömrük  tənzimlənməsi  vasitələrinin  kompleks  şəkildə  tətbiqinə  kömək  edən 
xüsusi tədbirlər sistemi və metodların məcmusu kimi başa düşülməlidir.  
Gömrük proseduru aşağıdakıları müəyyən edir: 


59 
 

keçirilməsi  məqsədlərindən  asılı  olaraq  malların  konkret  yerdəyişmə 
qaydasını; 

gömrük  ərazisində  və  ondan  kənarda  malların  yerləşdirilməsi  və 
onlardan istifadənin mümkünlüyü şərtlərini; 

gömrük  qanunvericiliyinə  görə  mallardan  istifadə  və  onlar  üzərində 
sərəncam vermək səlahiyyəti olan şəxslərin hüquq və vəzifələrini; 

mal və nəqliyyat vasitələrinə və şəxslərin hüquqi statusuna tələbləri. 
Gömrük  proseduru    -  Gömrük  Məcəllənin  müddəalarına  uyğun  olaraq  gömrük 
nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, 
müvəqqəti  ixrac,  sərbəst  dövriyyə  üçün  buraxılış,  təkrar  idxal  və  xüsusi  gömrük 
prosedurlarından biridir (1.0.18.).    
Gömrük  Məcəlləsinə  görə  gömrük  prosedur  sahibi  -  gömrük  bəyannaməsini 
hazırlayan  və  ya  adından  gömrük  bəyannaməsi  hazırlanan  şəxs,  yaxud  həmin  şəxsin 
gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs. 
Gömrük  tənzimlənməsi  məqsədi  ilə  gömrük  prosedurların  aşağıdakı  növləri  tətbiq 
olunur: 

sərbəst dövriyyə üçün buraxılış; 

təkrar idxal; 

tranzit (beynəlxalq, daxili); 

gömrük anbarı; 

daxildə emal; 

xaricdə emal; 

müvəqqəti idxal (ixrac); 

sərbəst gömrük zonası; 

son istifadə; 

müvəqqəti saxlanc; 

ixrac; 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə