Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

47 
 
texniki vasitələr tətbiq edilə bilər. Gömrük nəzarətinin həyata keçirilməsi zamanı şəxslərə, 
onların mallarına və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir. 
Qanunsuz zərər vurmuş Az R-nın gömrük orqanları və onların vəzifəli şəxsləri Az 
R-sı  qanunvericiliyinə  müvafiq olaraq  məsuliyyət  daşıyırlar.  Az  r-sı gömrük  orqanlarının 
vəzifəli şəxslərinin qanuna uyğun hərəkətləri ilə vurulmuş zərər ödənilmir. 
Az R-nın gömrük orqanları lazım olduqda, Gömrük Məcəlləsinin 84-ci maddəsində 
göstərilən hallar istisna edilməklə, Gömrük Məcəllədə nəzərdə tutulan gömrük nəzarətinin 
bütün formalarından istifadə edə bilərlər. 
Gömrük  Məcəlləsi  gömrük  orqanlarının  gömrük  nəzarəti  formalarının  verilmiş  hal 
üçün daha məqsədəuyğun olanı seçmək və istifadə etmək hüququnu müəyyən edir. 
Konkret hal üçün kifayət etmə prinsipi normativ aktlarda öz əksini tapmırsa, yetərli 
gömrük  nəzarəti  forması  gömrük  orqanının  vəzifəli  şəxsləri  tərəfindən  seçilir.  Gömrük 
nəzarəti  formalarının  seçilməsinə  dövlət  təhlükəsizliyinə  və  ictimaiyyətin  maraqlarına 
zərər vurmadan yol verilə bilər. 
Digər  tərəfdən  gömrük  nəzarətinin  kifayət  etmə  prinsipi  insan  hüquq  və  azadlığı 
normalarını  pozmamalıdır.  Elə  buna  gorə  də  şəxsi  müayinə  qanunvericilikdə  “Gömrük 
nəzarətinin müstəsna forması kimi” nəzərdə tutulur. 
Gömrük  nəzarətini  müstəsna  forması  olan  şəxsi  yoxlama  Az  R-nın  gömrük 
sərhədindən keçən və ya gömrük nəzarəti zonasında, yaxud beynəlxalq təyyarə limanının 
tranzit zonasında fiziki şəxsin icrasına nəzarət Az R-nın gömrük orqanlarına həvalə edimiş 
Az R-sı qanunvericiliyinin və Az R-nın beynəlxalq müqavilələrinin pozulmasının obyekti 
olan malları üstündə gizlətməsi və təhvil verməməsi haqqında kifayet qədər əsas olduqda, 
Az R-sı gömrük orqanının rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə aparəla bilər. 
Şə
xsi yoxlama başlamazdan əvvəl Az R-sı gömrük orqanının vəzifəli şəxsi Az r-sı 
gömrük  orqanı  rəisinin  və  ya  onu  əvəz  edən  şəxsin,  şəxsi  yoxlama  aparılması  haqqında 
qərarını  fiziki  şəxsə  bildirməli,  bu  cür  yoxlama  keçirilərkən  onu  hüquq  və  vəzifələri  ilə 


48 
 
tanış  etməli  və  gizlətdiyi  malları  və  ya  əşyaları  könüllü  olaraq  təhvil  verməyi  təklif 
etməlidir. 
Şə
xsi  yoxlama,  sanitar-gigiena  tələblərə  cavab  verən  təcrid  olunmuş  yerdə  iki 
həmcins  hal  şahidinin  iştirakı  ilə  eyni  cinsdən  olan  Az  R-sı  gömrük  orqanının  vəzifəli 
şə
xsləri tərəfindən aparılmalıdır. Başqa  fiziki şəxslərin bu yerlərə daxil olmasına və şəxsi 
yoxlama aparılmasını  müşahidə etməsinə yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb 
işçisi yoxlamalıdır. 
Şə
xsi  yoxlama  aparılması  haqqında  Az  r-nın  gömrük  işini  aparan  icra  hakimiyyəti 
orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.  
Protokol,  şəxsi  yoxlamanı  aparan  Az  R-sı  gömrük  orqanının  vəzifəli  şəxsi, 
yoxlanılan fiziki şəxs, hal şahidləri və bədən üzvləri yoxlanıldıqda isə, həmçinin tibb işçisi 
tərəfindən  imzalanır.  Barəsində  şəxsi  oxlama  aparılmış  fiziki  şəxs  həmin  rotokolda  öz 
rəyini bildirmək hüququna malikdir.  
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə (Maddə 84). 
Qanun  və  ya  beynəlxalq  müqavilələrlə  mal  və  nəqliyyat  vasitələrinin  ayrı-ayrı 
növlərinin gömrük nəzarəti sferasından çıxarılmasının konkret halları müəyyən edilə bilər. 
Gömrük  nəzarətinin  müəyyən  formalarından  azadetmə   Gömrük  Məcəllə, gömrük işi 
üzrə digər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəyyən olunur. Azərbaycan 
Respublikası  Prezidentinin  və  onunla  birlikdə  gedən  ailə  üzvlərinin  şəxsi  baqajı  gömrük 
yoxlamasından azaddır.  
Xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  gömrük  sərhədindən  keçən  Azərbaycan 
Respublikası  Baş  nazirinin,  onun  müavinlərinin,  Azərbaycan  Respublikası  müvafiq  icra 
hakimiyyəti  orqanlarının  rəhbərlərinin,  Azərbaycan  Respublikası  Milli  Məclisi 
deputatlarının  və  Azərbaycan  R-nın  İnsan  hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın) 
şə
xsi baqajları gömrük yoxlamasından azaddır.  


49 
 
Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi hava gəmilərinin, eləcə də digər 
hərbi  texnikanın  gömrük  yoxlamasından  azad  edilməsi  dövlətlərarası  sazişlərlə 
tənzimlənir.  
Beynəlxalq müqavilələrə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından 
azadetmə bu sazişlər təsdiq edildikdən (ratifikasiya olunduqdan) sonra həyata keçirilir.  
4.  Gömrük  nəzarətinin  həyata  keçirilməsi  prosesində  gömrük  orqanlarının 
fəaliyyətinin əsas istiqamətləri: 
•  Gömrük nəzarəti zonaları; 
•  “Yaşıl” və “Qırmızı” dəhlizlərin quruluşu və fəaliyyət göstərməsi. 
•  Gömrük  nəzarətinin  həyata  kəşirilməsinə  kömək  göstərilməsi  üçün 
mütəxəssis və ekspertlərin cəlb edilməsi. 
•  Malların, nəql.vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi. 
•  XİF iştirakçılaırnın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması 
•  Risklərin idarə edilməsi. 
Gömrük nəzarəti zonaları (Maddə 93.) 
Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, 
sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc 
yerlərində,  gömrük  nəzarəti  altında  olan  malların  daşınmasını  həyata  keçirən  nəqliyyat 
vasitələrinin  dayanacağında,  gömrük  orqanlarının  olduğu  yerlərdə  və  müvafiq  icra 
hakimiyyəti  orqanının  müəyyən  etdiyi  digər  yerlərdə  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir. 
Gömrük  nəzarəti  zonalarının  yaradılması  və  onların  nişanlanması  qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük nəzarəti zonasının rejimi yüklərin 
yer  dəyişdirilməsi  və  onlarla  davranışda  qaydaların  daha  ciddi  reqlamentasiyası  ilə 
fəqrlənir.  Qanunda  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  gömrük  nəzarəti  zonalarında 
istehsal  və  digər  kommersiya  fəaliyyətinin  həyata  keçirilməsinə,  malların,  nəqliyyat 
vasitələrinin,  şəxslərin,  o  cümlədən  dövlət  orqanlarının  vəzifəli  şəxslərinin  bu  zonaların 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə