Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

40 
 
-  valyuta tənzimlənməsi haqqında mövcüd  qanunvericilik və normativ 
aktların  pozulmasına  və  ya  gömrük  orqanlarının  normal  fəaliyyətinə  qəsd 
edən hüququpozmalara görə Az R-nın gömrük orqanları tərəfindən müsadirə 
edilmiş valyuta; 
-  gömrük  sisteminin  inkişaf  fondu  vəsaitlərinin  bank  hesablarında  və 
digər 
kredit 
orqanlarının 
hesablarında 
yerləşdirilməsindən 
və 
saxlanmasından əldə olunan mənfəət; 
-  qabaqcadan qəbul olunmuş qərarlara görə ödəmələr; 
-  Az  R-nın  gömrük  qanunvericiliyində  nəzərdə  tutulmuş  maddi  ziyana 
görə ödənmiş məbləğ və digər gömrük ödəmələri; 
-  Az R-nın maliyyə nazirliyi ilə razılaşdırılmış digər daxilolmalar. 
Gömrük  sisteminin  inkişaf  fondunun  vəsaitlər  aşağıdakı  tədbirlərin 
maliyyələşdirilməsinə yönəldilir: 
-  Az R-da vergi siyasətinin hazırlanması və həyata keçirilməsi, Az R-nın 
iqtisadi maraqlarının təmin edilməsinə və həyata keçirilməsinə nəzarət; 
-  Az  R-sı  gömrük  orqanlarına  tapşırılan  mövcüd  qanunvericiliyə  riayət 
edilməsi; 
-  xarici  iqtisadi  fəaliyyətin  və  onun  ayrı-ayrı  bölmələrinin  inkişaf 
etdirilməsi,  Az  R-nın  istehsal  üzrə  beynəlxalq  kooperasiyasında  iştirakına 
kömək edilməsi; 
-  gömrük işi sahəsində qanunun pozulmasına qarşı mübarizə; 
-   Gömrük Məcəlləsinə görə Az R-nın beynəlxalq əməkdaşlığının təmin 
edilməsi; 
-  gömrük idarələrinin normal işinin və inkişafının təmin edilməsi; 
-  gömrük  sisteminin  maddi-texniki  bazasının  və  sosial  sahəsinin 
möhkəmləndirilməsi; 
-  gömrük  kadrlarının  hazırlanması  və  təkmilləşdirilməsi  tədbirlərinin 
maliyyələşdirilməsi,  eləcə  də  DGK-nin  tədris  müəssisələrinin  saxlanması, 
inkişaf etdirilməsi və əlavə xərclərin maliyyələşdirilməsi; 
-  Az R-sı DGK sisteminə daxil olan müəssisə və təşkilatların yaranması 
və fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi; 
-  gömrük orqanlarının aldığı kredit borcların qaytarılması və s. 
 
  
 


41 
 
 
 
3. Gömrük nəzarətinin təşkili. 
Suallar: 
1.  Gömrük nəzarəti anlayışı. 
2.  Gömrük məqsədləri üçün tələb olunan sənəd və məlumatlar. 
3.  Gömrük nəzarəti formaları və onların tətbiqinin əsas xüsusiyyətləri. 
4.  Gömrük  nəzarətinin  həyata  keçirilməsi  prosesində  gömrük  orqanlarının 
fəaliyyətinin əsas istiqamətləri. 
5.  Gömrük nəzarəti altında olma müddəti. 
6.  Şəxslərin ayrı-ayrı kateqoriyaları üçün gömrük güzəştləri. 
 
    
1.Gömrük nəzarəti gömrük hüququnun ən mühüm institutlarından biridir. Gömrük 
Məcəlləsinə  görə  gömrük  nəzarəti  –  gömrük  işi  üzrə  Az  Res-sı  Qanunvericiliyinə, 
həmçinin, icrasına nəzarətin Az Res-sı gömrük orqanlarına həvalə olunduğu Az Res-nın 
digər  qanunvericiliyinə  və  beynəlxalq  müqavilələrinə  riayət  olunmasını  təmin  etmək 
məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusudur.  
Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir birindən seçilir. Gömrük nəzarəti 
birdəfəlik və təkrar ola bilər. Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulurki, gömrük 
sərhədi ancaq bir istiqamətdə keçirilir. 
Gömrük nəzarəti onun həyata keçirilməsinin qayda və metodlarının məcmusudur. 
Bu metodlardan aşağıdakıları göstərmək olar: 

mal  və  nəqliyyat  vasitələri  gömrük  məntəqəsinə  gətirilərkən  həyata 
keçirilən adi gömrük nəzarəti; 

nəqliyyat vasitəsinin hərəkəti zamanı həyata keçirilən gömrük nəzarəti; 


42 
 

gömrük  nəzarətinin  müəyyən  formalarında  azad  etmə  halları  istisna 
olmaqla, nəzarətin bütün formalarının istifadə olunduğu tam nəzarət; 

seçmə gömrük nəzarəti. 
 
 
 
Gömrük nəzarətinin növləri. 
Istifadə olunan 
nəqliyyat növünən 
asılı olaraq  

dəniz gəmilərinə gömrük 
nəzarəti; 

çay gəmilərinə gömrük 
nəzarəti; 

dəmiryol qatarlarına 
gömrük nəzarəti; 

hava gəmilərinə gömrük 
nəzarəti; 

avtonəqliyyat 
vasitələrinə gömrük 
nəzarəti. 
Nəzarətinin 
predmetindən 
asılı olaraq 

idxal mallara; 

ixrac mallara; 

tranzit mallara; 

ə
l yükünə; 

müşayiət olunan baqaja; 

müşayiət olunmıyan 
baqaja. 
Gömrük orqanlarının 
nəzarətində iştrakının 
xarakterindən asılı olaraq 

ikitərəfli; 

birtərəfli; 

birgə; 

birdəfəlik; 

təkrar 


43 
 
Beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulduqda,  gömrük  nəzarət  gömrük  
ə
razisindən kənar  ərazidə də həyata keçirilə bilər. Gömrük nəzarətinin formaları milli və 
beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar  əsasında risklərin müəyyənləşdirilməsi, 
qiymətləndirilməsi  və  qarşısının  alınması  üzrə  zəruri  tədbirlərin  həyata  keçirilməsi 
məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır. 
Gömrük nəzarətinin növ, forma və metodları onların praktiki tətbiqində bir-biri ilə 
sıx bağlıdır. 
2.  Mal  və  nəqliyyat  vasitələrini  gömrük  sərhədindən  keçirən,  yaxud  gömrük 
orqanlarının  nəzarət  sahəsinə  aid  fəaliyyətlə  məşğul  olan  şəxslər  gömrük  nəzarəti  üçün 
tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər. 
Gömrük  nəzarəti  üçün  tələb  olunan  məlumatları  gömrük  orqanları  vergi  və  digər 
nəzarət  orqanlarından  da  ala  bilərlər.  Qanunvericilik  gömrük  orqanlarına  bank  və  digər 
kredit  idarələrindən  mal  və  nəqliyyat  vasitələrini  gömrük  sərhədindən  keçirən  şəxslərin, 
gömrük  brokerlərinin,  yaxud  nəzarəti  gömrük  orqanlarına  həvalə  edilmiş  sahələrdə 
fəaliyyət  göstərən  digər  şəxslərin  apardığı  əməliyyatlar,  hesabatlarının  vəziyyəti  barədə 
arayış və məlumatlar almaq hüququ verir. 
Gömrük  nəzarəti  üçün  lazım  olan  sənədlərin  və  məlumatların  siyahısı,  həmçinin 
onların  təqdim  edilmə  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  (Nazirlər  Kabineti) 
tərəfindən  müəyyən  edilərək  rəsmi  nəşrlərdə  dərc  olunur  və  müvafiq  icra  hakimiyyəti 
orqanlarının (Nazirlər Kabineti, DGK) rəsmi internet saytlarında yerləşdirilir. 
Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə 
təsnifatlandırılır. 
1.  Ticarət  sənədləri.  Bu  sənədlərə  müqavilə,  hesab,  faktura,  spesifikasiya,  invojs, 
qablaşdırma sənədləri və s. aiddir. 
2.  Nəqliyyat  sənədləri.  Nəqliyyat  sənədləri:  konosament,  qaimə,  dəmiryol 
nəqliyyatı üçün – yol-daşınma cədvəlləri, vaqon vərəqi, təhvil cədvəlləri, baqaj qəbzləri. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə