Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə11/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

31 
 
-  öz  səlahiyyətləri  daxilində  gömrük  ödəncləri  müddətinin  uzadılması 
barədə qərar qəbul etmək; 
-  gömrük  qaydalarının  pozulmasına  görə  şəxsləri  məsuliyyətə  cəlb 
etmək; 
-  ödənilməmiş gömrük ödənclərini mübahisəsiz almaq; 
-  gömrük  idarələrinin  struktur  bölmələrinin  fəaliyyət  yerini,  onların  iş 
vaxtını müəyyən etmək. 
Gömrük  postları  öz  fəaliyyətini  gömrük  idarələrin  bilavasitə  rəhbərliyi 
altında  həyata  keçirir.  Ehtiyac  olduqda  bilavasitə  DGK-nə  tabe  olan  gömrük 
postları  da  yaradıla  bilər.  Qəbul  edilmiş  ümumi  qaydalara  görə  gömrük 
postları,  adətən,  hüquqi  şəxs  statusuna  malik  olmur,  amma  DGK-nin  qərari 
ilə  belə  status  müəyyən  edilə  bilər.  Bu  halda  gömrük  postunun  müstəqil 
balansı,  banklarda  hesablaşma  və  digər  hesabları  yaradılır  və  post  dövlət 
mülkiyyəti olan, ona verilmiş mülkiyyət üzərində operativ idarəetmə hüququ 
alır. 
Gömrük  postlar  üçün,  əsasən,  aşağıdakı  vəzifələr  və  funksiyalar 
müəyyən edilir: 
-  gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin həyata keçirməsi; 
-  -  qaçaqmalşçılıq  və  gömrük  sahəsində  digər  hüquqpozma  və 
cinayətlərə qarşı mübarizə aparılması. 
Mövcüd  qanunvericiliyin  tələblərinin  yerinə  yetirilməsini  təmin  etmək 
üçün  ixtisaslaşdırılmış  gömrük  postları  yaradıla  bilər.  Məsələn,  Komitə 
sədrinin  20  fevral  1998-ci  il  tarixli  002  saylı  əmri  ilə  Respublika  Nazirlər 
Kabinetinin  22  mart  1997-ci  tarixli  24  saylı  qərarının  tələblərinə  müvafiq 
olaraq,  respublika  ərazisinə  idxal  edilən  aksizli  malların  mərkəzləşdirilmiş 
qaydada  gömrük  rəsmiləşdirilməsini  təmin  etmək,  aksiz  markalarının 
tətbiqinə  nəzarəti  gücləndirmək,  aksiz  vergilərinin  qanunvericilikdə  nəzərdə 
tutulmuş  qaydada  düzgün  hesablanıb  tutulmasını  və  vaxtında  dövlət 
büdcəsinə  köcürülməsini  təmin  etmək  məqsədi  ilə  DGK-nə  bilavasitə  tabe 
olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Az R-nın gömrük ərazisi 
olan  –  Aksiz  Gömrük  postu  yaradılmışdır,  sonra  Aksiz  Gömrük  İdarəsi 
statusunu almışdır.  
 “Azərterminalkompleks” 
fəaliyyətinin 
məğzi 
və 
məqsədləri 
aşağıdakılardır: 


32 
 
-xarici  iqtisadi  əlaqələrin  yeni  formalarının  inkişaf  etdirilməsi  üzrə 
tədbirlərin  hazırlanması  və  həyata  keçirilməsi,  Azərbaycan  Respublikasının 
müəssisələrinə,  idarələrinə,  təşkilatlarına  xarici-iqtisadi  fəaliyyətin  həyata 
keçirilməsində kommersial əsaslarda yardım göstərilməsi; 
-Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş 
qaydada  idxal-ixrac  əməliyyatları  üçün  sənədlərin  hazırlanması,  yüklərin, 
həmçinin gömrük nəzarəti altında olan yüklərin qorunmasını və salamatlığını 
təmin etmə üzrə xidmətlər göstərilməsi; 
-dünya  əmtəə  və  xidmətlər  bazarının  konyunkturasının  öyrənilməsi  və 
ondan istifadə edilməsi;  
-xarici-iqtisadi  fəaliyyət  iştirakçılarının  və  vətəndaşlarının  gömrük 
qanunvericiliyi  və  gömrük  işini  və  xarici-iqtisadi  fəaliyyəti  tənzimləyən 
normativ  aktlar  barədə  məlumatlandırılması,  bu  sahədə  konsaltinq 
xidmətlərinin göstərilməsi; 
-Xarici  ticarət  yüklərinin  daşınmasının  təşkili  və  təkmilləşdirilməsi  üzrə 
tədbirlərin hazırlanması və həyata keçirilməsi; 
-gömrük brokerliyi fəaliyyətinin həyata keçirilməsi;  
-  Dünya  əmtəə  və  xidmətlər  bazarının  konyunkturasını  öyrənir  və  əldə 
edilmiş  məlumatlardan  istifadə  etməklə  kommersial  əsaslarda  marketinq, 
konsaltinq və məlumatlandırma xidmətlərini həyata keçirir: 
- Azərbaycan  Respublikasının  gömrük  orqanlarının  zəruri  tikililər, 
nəqliyyat,  təşkilati-texniki  vasitələri  və  avadanlıqla  təchiz  edilməsinə  yardım 
göstərir: 
-  Gömrük  orqanları  tərəfindən  müsadirə  edilmiş  malların  və  əşyaların 
realizə edilməsi üçün gömrük auksionları təşkil edir. 
-    Sənaye,  inşaat,  nəqliyyat,  rabitə,  kənd  təsərrüfatı,  ictimai-iaşə, 
mədəniyyət,  elm  və  digər  sahələrdə  xidmətlər,  pərakəndə  və  topdansatış 
ticarəti, ticarət-tədarük və vasitəçilik xidmətləri göstərmək: 
-  Müqavilə  və  həvaləetmə  əsasında  baş  podratçı  və  baş  tədarükçü 
funksiyalarını yerinə yetirmək: 


33 
 
-    Əmtəə,  fond,  valyuta  birjaları  təşkil  etmək  və  onların  işində  iştirak 
etmək 
-    Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  zidd 
olmayan  yuxarıda  göstərilən  fəaliyyət  növlərini  tamamlayan  və  inkişaf 
etdirən fəaliyyət növləri ilə məşğul etmək. 
 “Azərterminalkompleks”ə  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə 
müəyyən olunmuş qaydada aşağıdakı hüquqlar verilir: 

 Azərbaycan 
Respublikasında, 
həmçinin 
xaricdə 
idarələrlə, 
müəssisələrlə,  təşkilatlarla,  cəmiyyətlərlə,  şirkət  və  ortaqlıqlarla  və  ayrı-ayrı 
şəxslərlə  sövdələşmələr  və  digər  hüquqi  aktlar,  o  cümlədən  xidmət 
göstərilməsi,  alqı-satqı,  sığorta,  saxlanc,  tapşırıq,  komissiya  və  digər  hüquqi 
fəaliyyət  növlərinin  həyata  keçirilmək,  hərraclarda,  müsabiqələrdə  iştirak 
etmək, zəmanətlər vermək: 
-   Azərbaycan  Respublikasında,  həmçinin  xaricdə  öz  fəaliyyətini  həyata 
keçirmək üçün yardımçı müəssisələr yaradıb təsis etmək, hər cür daşınar və 
daşınmaz  əmlak  əldə  etmək,  özgələşdirmək,  icarəyə  götürmək  və  icarəyə 
vermək: 
-  Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsinin  razılığı  ilə 
müəyyən  edilmiş  qaydada  öz  filiallarını,  kontorlarını,  şöbələrini, 
nümayəndəliklərini,  agentliklərini  təsis  etmək,  eləcə  də  fəaliyyətləri  öz 
vəzifələrinə  uyğun  olan  hər  növ  təşkilatlarda  iştirak  etmək,  öz  fəaliyyətini 
həyata  keçirmək  üçün  müəssisələr,  ortaqlıqlar,  o  cümlədən  ticarət  evləri, 
banklar, birgə müəssisələr yaratmaq: 
- Konsaltinq, məsləhət xidmətləri, eləcə də xarici-iqtisadi fəaliyyət üçün 
zəruri  olan  sənədlərin  tərtib  olunması  idxal,  ixrac  və  tranzit  yüklərinin  və 
malların  digər  gömrük  rejimləri  üzrə  bəyan  edilməsi,  şəxsi  bəyannamə 
doldurulması üzrə xidmətlər göstərmək:  
-  Blankların,  arayışların  və  gömrük  orqanları  üçün  zəruri  olan  digər 
sənədlərin,  gömrük  qanunvericiliyinin,  gömrük  işini  və  xarici  ticarəti 
tənzimləyən  normativ  aktların,  göstərilən  sahələrdə  digər  ədəbiyyatın 
çoxaldılması üzrə istehsalatlar təşkil etmək: 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə